Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1110/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayətə vəkilin orderinin əlavə edilməməsi, şikayətin mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinə qarşı (üçüncü şəxs Maraqlı şəxs2) qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(104)-269/20 24 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinə (üçüncü şəxs Maraqlı şəxs2 və Gədəbəy rayonu İcra Hakimiyyətinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən 0,075 ha torpaq sahəsinin sahibkarlıq məqsədləri üçün Gədəbəy rayonu Novosaratovka kənd sakini Maraqlı şəxs2 satılması barədə Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin 08 sentyabr 2006-cı il tarixli 19 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-198/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim X7) iddia mümkün sayılmamışdır.
3. İddiaçı qərardaddan apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-269/2024 saylı, 11 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər X2 (məruzəçi), X3 və X6) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-198/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(104)-269/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin dəlilləri, kassasiyanın mümkünlüyü
5. Kassasiya şikayəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsi: Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin ord eri və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikay ətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
8. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil orderi və Elektron vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə
2. Əsas anlayışlar.... 2.9. Vəkil orderi (bundan sonra - Order) – dövlət hesabına göstərilən hüquqi yardıma görə təhqiqat, istintaq, prokurorluq orqanlarının və ya məhkəmənin müvafiq qərarı və ya müraciət edən şəxslə vəkil (vəkil qurumu) arasında bağlanan Müqavilə əsasında Vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə Müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərin verilməsini təsdiq edən xüsusi müəyyən edilmiş sənəddir (Əsasnamənin 1 nömrəli Əlavəsində qeyd edilən formaya uyğun nəşr edilir). 2.10. Elektron Vəkil Orderi – elektron qaydada (“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən və ya qanunvericiliklə nəzərdə tutul muş digər analoq imzalama metodlarından istifadə edilməklə) hazırlanaraq imzalanan Müqavilə əsasında elektron qaydada generasiya edilən Order (Əsasnamənin 2 nömrəli Əlavəsində qeyd edilən formaya uyğun yaradılır). Elektron Vəkil Orderi və Order eyni hüquqi statusa malikdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
10. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən 21(104)-269/2024 saylı, 29 dekabr 2024-cü il tarixli qərardadla birlikdə “İnzibati işlər üzrə apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumat iddiaçının ünvanına göndərilmişdir.
11. Məlumat və izahda qeyd edilmişdir ki, kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edilməli və şikayətə vəkil orderi əlavə edilməlidir…Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi), həm də onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gö zlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
13. Lakin kassasiya şikayəti verilərkən məlumat və izahda göstərilən tələbə əməl edilməmiş, kassasiya şikayətinə vəkil orderi əlavə edilməmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, izahda göstərildiyi kimi, tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayətinə vəkil orderi əlavə edilmədiyindən, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.
15. Yuxarıdakı lara əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(104)-269/2024 saylı qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.