Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1111/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1, İddiaçı2 və İddiaçı3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi hakim), Rahib Sahib oğlu Nəbizadə və 09.07.2019 X5 ibarət tərkibdə, İddiaçı2 və vəkili X16, 3-cü şəxs X1 və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə və 3-cü şəxslər X7, X4, X17, X9, Cavabdeh2 qarşı şəhadətnamələrin ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarından 3-cü şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və 3-cü şəxslər Kərimov Bədrəddin oğluna, X4, X17, X9, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3-cü şəxslərin ümumi mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbəl ə rayo X11 26 fevral 2001-ci il tarixli 03 saylı qərarının onlara aid hissədə ləğv edilməsi; JN839G və JN-839F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərardadı ilə (hakim R.Məcidov; iş No 2-1 (84)-1048/2018) iddiaçıların iddiasının Cavabdeh1nə qarşı 3-cü şəxslərin ümumi mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarının onlara aid hissədə ləğv edilməsi hissəsinin mümkün sayılmaması qərara alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərardadı ilə (hakim R. Məcidov; iş No 2-1 (84)-1048/2018) iddianın təmin edilməsi; cavabdeh İdarənin üzərinə JN-839G və JN-839F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən R.Rəfiyev, hakimlər G.Abbasov və M.Hüseynov; iş № 21(107)-759/18) 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilməməsi qərara alınmışdır. Həmin qərardan 3-cü şəxslər kassasiya şikayəti verərək, qərar ləğv edilərək, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri 3-cü şəxslərin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış, 3-cü şəxslərin dəlillərinə düzgün hüquqi qiymət verilməmişdir. Nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən üçüncü şəxslərin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilərək, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən 3-cü şəxs X.Kərimova vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçıların vəkili Z.Abasov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı2 vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxla nılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan Qəbələ (Qurtqaşen) rayon XDS İcraiyyə Komitəsinin 28.12.1989-cu il tarixli 261 nömrəli qərarı ilə 3-cü şəxs X7 0,04 ha həyətyanı torpaq sahəsi verilmiş və 17.12.1990-cı il tarixli akta əsasən şəhərin 15 nömrəli yaşayış kvartalından 20x20 ölçüdə olan kv.m torpaq sahəsi rayonun baş memarı, baş yerquruluşçusu, SES-n baş həkimi, rayon lövlət yanğından mühafizə müfəttişi, Qurtqaşen kolxozu təftiş komissiyasının sədri və ıssərrüfat briqadiri tərəfindən X7 təhkim edilmişdir. 16.03.1991-ci il tarixdə 3-cü şəxs X12 ilə rayon baş merarı arasında “şəxsi hülkiyyət hüququ ilə müddətsiz istifadə üçün fərdi yaşayış evinin tikintisinə torpaq sahəsinin erilməsi haqqınd a nümunəvi müqavilə bağlanmış və 76 kv.m ümumi sahəsi olan fədi yaşayış evnin tikintisinə icazə verilmişdir. İşin materiallarında olan 28.02.2002-ci il tarixli akta əsasən, 16.04.2002-ci il tarixdə 3cü şəxs X12 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Qəbələ iayon icra Hakimiyyəti Başçısının təyin etdiyi komissiyanın sədri tərəfindən istismara qəbul idilmiş, sonucunun fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 22.04.2002-ci il tarixdə qeydiyyata alınaraq adına Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 1/99 nömrəli Keydiyyat vəsiqəsi və 22.04.2002-ci il tarixli 1/99 nömrəli Texniki Pasport hazırlanmışdır, Teexniki Pasportda torpaq sahəsinin sənəd üzrə ölçüsü 400,0 kv.m, faktiki sahəsi isə 1.197,52 kv. m kimi göstərilmişdir. Bundan sonra 3-cü şəxs X12 24.04.2002-ci il tarixdə Qəbələ şəhəri Nizami əsi 35A ünvanında yerləşən, 2002-ci il tarixdə tikilmiş ümumi sahəsi 52.91 kv.m olan fərdi şayış evini iddiaçı Aləmmədzadə (Aləmmədov) Namik Rza oğluna satmış və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi 4-Ə-01-12 nömrəli ilə reyestrdə qeydə alınmışdır. Müqavilə bağlandıqdan sonra alıcı olan iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət ququ qeydə alınaraq Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 10.05.2002-ci il di, 1/99-2 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. 10.05.2002-ci il tarixdə 22.02.2002-ci il rixli 1/99 nömrəli Texniki Pasportun üzərində “24.04.2002-ci il tarixli müqaviləyə əsasən Aləmmədzadə (Aləmmədov) Namik Rza oğlunun adına keçirilmişdir” qeydləri aparılaraq Kərimov Bədrəddin oğlunun adının üzərindən xətt çəkilərək texn iki pasporta 1/99-2 reyestr nömrəsi verilmiş və qedlər İdarənin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiq edilmişdir. Texniki Pasportda başqa heç bir dəyişiklik edilmədən torpaq sahəsinin sənəd üzrə ölçüsü 400,0 kv.m, rtiki sahəsi isə 1.197,52 kv.m kimi göstərilmişdir. İşin materiallarında “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” JN seriyalı 839G və JN seriyalı 839F saylı Şəhadətnamələrlə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarına istinadən 2002-ci ilin oktyabr ayında X14, X10, X21, X2 və Kərimov Elnur oğlunun mülkiyyətinə 0,03 və 0,07 həyətyanı torpaq sahələri verilmişdir. İddiaçı1 cavabdehlər DT və XK-nın Qəbələ rayon şöbəsinə, X12, X8, X21, X2 və Kərimov Elnur oğluna qarşı “Torpağın mülkuiyyətə verilməsinə dair şəhadətnamə”lərin etib arsız hesab edilməsi haqqında iddia ərizəsi ilə Qəbələ rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 13.11,2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 106.04.2017-ci il tarixli Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Qəbələ rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.11.2017-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi ftrəfindən müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən, 2002-ci ildə tikilmiş və ümumi sahəsi 52,91 kv.m, əsas yaşayış sahəsi 52,91 kv.m olan iki otaqdan ibarət yaşayış evi X6 xüsusi mülkiyyətində olmuş v ə O, Qəbələ rayon DNK-da rəsmiləşdirilmiş 24 aprel 2001 -ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əmin evi Aləmmədov (hazırda Aləmmədzadə) Namik Rza oğluna satmışdır. Yəni həmin ev satılarkən mübahisələndirilən şəhadətnamələrlə cavabdehə verilmiş torpaq sahəsi cavabdehin mülkiyyətində olmamış və alqı satqı müqaviləsinin predmeti olmamışdır. Yalnız alqı satqı müqaviləsindən 5 ay sonra Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli qərarı əsasında 2002-ci ilin oktyabr ayında “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr alınmışdir. Belə olan halda 1-ci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin predmeti olmayan “Torpağın mülkiyyətə verilməsi barədə” şəhadətnamələr əsasında cavabdehə məxsus paq sahəsini satmadıqları halda şəhadətnamələri etibarsız hesab etməklə mülki ianunvericiliyin tələblərini pozaraq düzgün olmayan nəticəyə gəlmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, iddiaçılar Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışlar ki, bu iddia cavabdeh İdarədən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsindən ibarətdir və faktiki xarakterli hərəkətin edilməsinə yönəlmişdir. Hazırki işlə həmin iddia növü üçün tələb olunan xüsusi mümkün şərtləri də mövcuddur. Belə ki, iddiaçılar hazırki iddia ilə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmişlər, sonuncu tərəfindən isə şəhadətnamələrin ləğv edil məsinin idarənin səlahiyyətində olmaması bildirilməklə bundan imtina edilmişdir. Həmçinin hazırki mübahisənin predmeti olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər, onu tərtib etmiş inzibati orqanın faktiki xarakterli hərəkətinin nəticəsində tərtib olunmuş mülkiyyət sənədi olmaqla inzibati akt deyildir. İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan hazırki mübahisəyə iddia müddəti şamil edilmir. Eyni zamanda iddiaçılar hazırki tələb üzrə subyektiv hüquqa da malikdrlər. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların istifadəsində olmaqla, mülkiyyətlərində olan fərdi yaşayış evinə xidmət edən torpaq sahəsidir. İddia tələbi mahiyyət etibarilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsasl arı və qaydaları “Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının 16.07.1996cı il tarixli Qanunu ilə müəyyən olunur. Həmin Qanunun 9-cu maddəsinə və 10-cu maddəsinin 1-ci abzasına əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 534 saylı 10.01.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evl ərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə müvafiq olaraq vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, qanunvericliyin tələbinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətya nı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların xüsusi mülkiyyətinə verilir. Həmçinin qanunverici, həmin torpaq sahələrinin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini də müəyyən edərək göstərmişdir İki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Hazırki iş üzrə müəyyən edilir ki, “Torpaq [islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9 və 10-cu maddələrinin tələbləri baxımından 3-cü şəxslərin mülkiyyətində torpaq sahəsi olmamış və Qəbələ rayon Aqrar 1 İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarı ilə onlar ın mülkiyyətinə torpaq sahəsi verilməmişdir. İşin materiallarında olan Qəbələ rayon İ.B.Qurtqaşınlı adına təsərrüfatın X28 Komissiyasının 26.02.2001-ci il tarixli 02 nömrəli qərarı ilə X28 komissiyası İ.B.Qurtqaşınlı adına təsərrüfatın ərazisində aparılan torpaq islahatı ilə əlaqədar əvvəllər işlənib hazırlanmış baş sxemə edilmiş qismən dəyişiklik və düzəlişləri təsdiq etmiş və həmin qərar hər hansı subyektə həyətyanı torpaq sahəsinin verilməsini tənzimləməmişdir. Həmin Qərarla təsdiq edilmiş düzəliş və dəyişiklik 1) 4 nömrəli sahənin örüş kimi göstərilməsindən, 338 nömrəli sahənin BEF-ə verilməsindən, 343 nömrəli sahədə fərdi yaşayış evlərinin olması səbəbindən 3 hissəyə (343, 343a, 343b) bölünməsindən; 2) təsərrüfatın ərazisindən pay alaçaq subyektlərin siyahısının təsdiq edilməsindən, s ubyekt siyahısı yenidən tərtib edildiyinə görə siyahıdan çıxarılmış subyektlərə məxsus 8, 9, 13, 14, 32 nömrəli püşklərin ləğv edilməsindən; 3) “İpəkçi” kiçik müəssisəsinin mülkiyyətçilərinə ayrılan torpaq payının birinci hissəsinin 315 nömrəli sahənin şimalından cənuba doğru verilməsindən, “Təravət” kəndli-fermer təsərrüfatının mülkiyyətçilərinə torpaq paylarının püşk və kontur ardıcıllığı asasında verilməsindən və bölgünün 313, 304, 328, 326, 324, 323, 343, 343b, 340, 303, 361, 349, 350, 351, 190, 165, 75-ci kontur ardıcıllığı əsasında aparılmasından ibarət olmuşdur ki, qərarın məzmunundan da müəyyən olunduğu kimi Qəbələ rayon İ.B.Qurtqaşınlı adına təsərrüfatın X28 Komissiyası ümumiyyətlə həyətyanı torpaq sahəsinin verilməsi və ya buna bənzər hər hansı məsələni həll etməmiş və yalnız 343 nömrəli sahədə fərdi yaşayış evlərinin olması səbəbindən, həmin sahənin 3 hissəyə bölünməsini qərara almışdır. Bundan sonra Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarı ilə Qəbələ rayon İ.B.Qurtqaşınlı adına təsərrüfatın X28 Komissiyasının 26.02.2001-ci İ il tarixli 02 nömrəli qərarı barədə edilmiş məruzənin nəzərə alınması, İ.B.Qurtqaşınlı adına təsərrüfatın ərazisində işlənib hazırlanmış kompleks yerquqruluşu layihəsində dəyişiklik edilməsinin nəzərə alınması Dövlət Torpaq Komitəsindən xahiş olunması qərara alınmış və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarı ilə də hər hansı vətəndaşa həyətyanı torpaq sahəsi verilməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəməsinin iclasınd a izahat verən 3-cü şəxs A.Kərimov, ona və onun ailəsinə torpaq sahəsinin cədvəldə qeyd edilməsini bildirsə də, həmin şəxsin təqdim etdiyi Qəbələ rayon Aqrar İslahat Komissiyasının vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid çədvəlin təsdiq edilməmiş kserosürətindən görünür ki, bu cədvəldə 3-cü şəxs A.Kərimov və onun ailə üzvləri deyil, başqa şəxslərin adları və soyadları qeyd olunmamışdır. Həmçinin qeyd edilməlidir ki, təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 11.10.2018-ci il tarixli məktubundan görünür ki, Qəbələ rayonunun Qəbələ təsərrüfatına aid torpaq payı almaq hüququ olan subyektlərin siyasi ərizəçi X13 ünvalanmışdır (bax i. v. 77). Göründüyü kimi, Qəbələ ray on Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarı və həmin qərarla bir növ təsdiq edilmiş İ.B.Qurtqaşınlı adına təsərrüfatın X28 Komissiyasının 26.02.2001-ci il tarixli 02 nömrəli qərarında vətəndaşlara həyətyanı torpaq sahəsinin verilməsi barədə hər hansı məsələ həll olunmasa da, 2002-ci ilin oktyabr ayında Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarına istinadən qanunsuz olaraq 3-cü şəxslərin adına JN seriyalı 839G və JN seriyalı 839F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər hazırlanmışdır ki, bu da şəhadətnamələri tərtib etmiş cavabdeh inzibati orqanın qanunsuz hərəkətlərinin nəticəsidir. Bundan başqa qeyd olunmalıdır ki, hazırki işdə mübahisə predmetini təşkil edən həyətyanı torpaq sahələri tərəflərin mülkiyyətinə Aqrar İslahat Komissiyasının qərarı ilə deyil, yuxarıda adı çəkilən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9 və 10-cu maddələrinin tələbləri baxımından onların mülkiyyətinə əvəzsiz verilmişdir. Belə ki, iş üzrə müəyyən edilir ki, Qəbələ (Qurtqaşen) rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 28.12.1989-cu il tarixli 261 nömrəli qərarı ilə 3-cü şəxs X7 0,04 ha həyətyanı torpaq sahəsi verilmiş, 17.12.1990-cı il tarixdə həmin torpaq sahəsi müvafiq komissiya tərəfindən ona təhkim edilmişdir. Bundan sonra sonuncuya 400 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilərək, həmin torpaq sahəsində 2002-ci ildə fərdi yaşayış evi inşa olunmuşdur. İnşa olunmuş fərdi yaşayış evi üzərində 3-cü şəxs A.Kərimovun mülkiyyət hüququ 22.04.2002-ci il tarixdə qeydiyyata alınaraq adına Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1/99 nömrəli Qeydiyyat vəsiqəsi və 22.04.2002-ci il tarixli 1/99 nömrəli Texniki Pasport hazırlanmışdır. Texniki pasportda torpaq sahəsinin sənəd üzrə ölçüsü 400,0 kv.m, faktiki sahəsi isə 1.197,52 kv.m kimi göstərilmişdir. Bundan sonra 3-cü şəxs A.Kərimov 24.04.2002-ci il tarixdə ünvan 5 ünvanında yerləşən, 2002-ci il tarixdə tikilmiş ümumi sahəsi 52,91 kv.m olan fərdi yaşayış evini iddiaçı Aləmmədzadə (Aləmmədov) Namik Rza oğluna satmış və bu haqdı tərəflər arasında alqısatqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, 3-cü şəxs A.Kərimovun qanuni istifadəsində cəmi 400 kv.m torpaq sahəsi olmuşdur ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9 və 10-cu maddələrinin tələbləri baxımından onun əvə zsiz mülkiyyətinə yalnız 400 kv.m torpaq sahəsi verilə bilərdi. Lakin sonuncu 24.04.2002-ci il tarixdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı1 satdığından, həmin ünvanda yerləşən və ona ayrılmış 400 kv.m torpaq sahəsi alıcının qanuni istifadəsinə keçmiş və həmin ünvanda yerləşən zəbt olunmuş torpaq sahəsi də alıcının istifadəsinə keçmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) İmülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da, həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Həmçinin q anunvericiliyin tələbləri baxımından 3-cü şəxs A.Kərimovun qanuni ıtifadəsində olan 400 kv.m torpaq sahəsi və həmin ünvanda yerləşən qanuni əsaslarla ona ayrılmamış torpaq sahəsi 24.04.2002-ci il tarixdən etibarən İddiaçı1 qanuni istifadəsinə keçmiş həmin ünvanda yerləşən digər torpaq sahəsi də, onun istifadəsinə keçmişdir. Qeyd olunanlara baxmayaraq, həmin dövrdə mülkiyyət sənədlərini tərtib edən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin buna məsul şəxslərinin qanunsuz və əsassız hərəkətləri nəticəsində mübahisə predmeti olan torpaq sahəsinə 2002-ci ilin oktyabr ayında 3-cü şəxs A.Kərimov və onun ailə üzvlərinin adlarına qanunsuz və hər hansı hüquqi əsasa söykənməyən JN seriyalı 839G və JN seriyalı 839F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər t ərtib edilmişdir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, iddiaçı N.Aləmməmədzadənin adına 22 dekabr 2015-ci il tarixdə evə və evin yerləşdiyi 0,10 ha aq sahəsinə dair Daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir və həmin hüquqi sənəddə mübahisəli torpaq sahəsinin iddiaçıların xüsusi mülkiyyətində olması qeyd olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, 3-cü şəxslər, iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair, həmin torpaq sahəsini sonunculara satmamaları əsası ilə, iddialar irəli sürürlər. Halbuki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ qəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər esasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Həmin Qanunun 14.3-cü maddəsinə uyğun olaraq, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Qanunun 139.1-ci maddəsinə əsasən, mü lkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanunun 140-cı maddəsinə müvafiq olaraq reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə iyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin iyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Qanunun 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlak a olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin iydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Bundan başqa, 3-cü şəxslərin, İddiaçı1 24 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq 3-cü şəxs A.Kərimova məxsus Qəbələ rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin 1/99 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan, ünvan 6 ünvanda yerləşən, 400,0 kv.m ölçüsündə olan rpaq sahəsində tikilmiş yalnız A tikilisinin satılmasına və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001 -ci il tarixli 03 nömrəli qərarı ilə onların ümumi paylı mülk iyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin iddiaçıların heç bir maraqlarına toxunmamasına dair dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, əvvəla, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001 -ci il tarixli 03 nömrəli qərarı ilə nəinki 3cü şəxslərin, hətta digər vətəndaşların belə mülkiyyətinə həyətyanı torpaq sahəsi verilməmişdir. Bundan başqa, 3-cü şəxs A.Kərimovun adına tərtib edilmiş 22.04.2002-ci il tarixli 1/99 nömrəli Texniki Pasportdan müəyyən olunur ki, həmin ünvanda yerləşən torpaq sahəsində yalnız A tikili kimi fərdi yaşayış evi, B tikili kimi metal dirək və şifer materillarından ibarət quraqlıq və İ, İİ, İİİ, İV, V, Vİ kimi işarələmiş ayaqyolu (tualet), darvaza, hasar, qonşu hasarı, hasar və qapı göstərilmişdir. Bu da onu göstərir ki, mübahisəli torpaq sahəsində mülkiyət hüququ qeydə alınası əmlak yalnız fərdi yaşayış evi olmuş, həmin ünvanda başqa yaşayış evi olmamış, texniki pasportda göstərilən quraqlıq və tualet fərdi yaşayış evinə xidmət edən yardımçı konstruksiya və tikililərdir. Fərdi yaşayış evi İddiaçı1 satıldığından tualet və quraqlıq da fərdi yaşayış evinə xidmət edən köməkçi vasitələr kimi də alıcının istifadəsinə keçmişdir. Bundan başqa, 3-cü şəxslər, iddiaçıların Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.02.2001 -ci il tarixli 03 nömrəli qərarı əsasında 3-cü şəxslərin adına JN seriyalı 839G və JN seriyalı 839F nömrəli “Torpağın mül kiyyətə verilməsinə dair şəhadətnamə”ləri mübahisələndirməyə subyektiv hüququnun olmadığı barədə dəlillər irəli sürsələr də, sözügedən şəhadətnamələrə əsasən 3-cü şəxslər tərəfindən mübahisələndirilən alqı-satqı predmeti olan torpaq sahəsi 24 aprel 2002-ci il tarixdən etibarən İddiaçı1 qanuni istifadəsində olaraq və həmin ünvanda yerləşən digər torpaq sahəsi də iddiaçıların istifadəsinə keçmişdir. Eyni zamanda, 3-cü şəxslərin mülahizələrindən fərqli olaraq, tərəflər arasında baş tutmuş və mülki məhkəmə icraatı qaydasında “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin etibarsız sayılması haqqında iddia tələbinə dair mülki iş üzrə qəbul edilmiş məhkəmə aktları hazırki mübahisəyə preyudisial əhəmiyyətə malik deyildir. Belə ki, əvvəla müqayisə olunan iddia tələbləri fərqlidir. Bundan başqa, əvvəlki mülki işə baxılan zaman müəyən edilmişdir ki, şəhadətnamələrin etibazlığı üçün əsas mövcud deyil və torpaq sahəsi hazırki 3-cü şəxslərin mülkiyyətinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarı ilə verilmişdir. Həmin iş üzrə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 02.2001 -ci il tarixli 03 nömrəli qərarı və şəhadətnamənin hazırlanmasına əsas olan halların araşdırılması mübahisə predmetini təşkil etməmişdir. Halbu ki, hazırki inzibati iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarı ilə 3-cü şəxslərə torpaq sahəsi verilməmiş və mübahisə predmeti olan şəhadətnamələr onu tərtib edən inzibati orqanın qanunsuz faktiki xarakterli hərəkətlərinin nəticəsi dir. Bu səbəbdən də, əvvəlki və hazırki iddia tələbləri üzrə iddia tələbləri müxtəlif olduğundan, habelə hazırki iş üzrə araşdırmanın predmetini təşkil edən iddianın əsası əvvəlki iddia tələbi zamanı araşdırmanın predmetini təşkil etmədiyindən, tərəflər arasında baş tutmuş və mülki məhkəmə icraatı qaydasında “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş məhkəmə aaktları hazırki iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Həmçinin, qeyd olunmalıdır ki, 3-cü şəxslər, Qəbələ rayon X20 İcraiyyə Komitəsinin 28 dekabr 1989-cu il tarixli 261 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400,0 m ölçüsündə olan torpaq sahəsi ilə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il İtarixli 03 nömrəli qərarı ilə 3-cü şəxslərin ümumi paylı mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-839 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər əsasında verilən torpaq sahəsinin eyni torpaq olub - olmaması barədə mütəxəsis və ya ekspert rəyi alınmasına dair dəlillər irəli sürsələr də, həmin şəxslərin adlarına qanunsuz və hər hansı hüquqi əsası olmayan tərtib edilmiş mübahisələndirilən şəhadətnamələrdə göstərilən torpaq sahələrinin İddiaçı1 mülkiyyətində olan torpaq sahəsi ilə eyni torpaq sahəsi olub-olmaması barədə mütəxəsis və ya ekspert rəyinin alınmasına zərurət yoxdur. Belə olan halda, 3-cü şəxslərin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Ona görə də, Qəbələ rayon Aqrar İslahat Komiss iyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarı ilə 3-cü şəxslərin mülkiyyətinə həyətyanı torpaq sahəsi verilmədiyindən, habelə mübahisə predmeti olan torpaq sahəsi 24.04.2002-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandığı andan iddiaçıların istifadəsinə keçdiyindən və bununla da alqı-satqı müqaviləsi bağlanandan 3-cü şəxslərin adlarına mübahisə predmeti olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr onları tərtib edən inzibati orqanın qanunsuz faktiki xarakterli hərəkətinin nəticəsi olduğundan, iddiaçıların iddia tələbi əsaslı və qanuni olmuş, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə müvafiq olaraq inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; 3-cü şəxsləri n kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində apellyasiya şikayətində göstərilən dəlillər təkrarlanmaqla eyni sənədlərə istinad olunur ki, bu dəlillərə və səndlərə apellyasiya instansiya məhkəməsinin qərarında kifayət qədər dolğun hüquqi qiymət verilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, kassasiya şikayətinə qoşulmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidlmətinin 08.11.2018-ci il tarixli məktubunda AİK-n müvafiq qərarı ilə 3cü şəxslərə 0,06 ha həyatyanı torpaq sahəsinin və 0,4 ha zəbt olunmuş torpaq sahəsinin verilməsi göstərilsə də, nədənsə mübahisələndirilən şəhadətnamələrlə həmin AİK-n eyni qərarı i lə 3-cü şəxslərə 0,7 ha və 0,3 ha həyətyanı torpaq sahələri verilmişdir. Həmçinin qeyd olunmalıdır ki, AİK-ın qərarına qoşulmuş və apellyasiya instansiya məhkəməsinin qərarında ona hüquqi qiymət verilmiş cədvəldən görünür ki, bu sənəd lazımi qaydada təsdiq olunmamış kserosurətdir, həmin sənəd “kalka”, yəni ilə biri-birinin üstünə qoyulmuş 2 sənədin əksidir, belə ki, 1-ci (altdakı) sənədin yazılarının və möhürünün bir hissəsi 2-ci (üstdəki) sənədin altında qalmışdır. Bundan başqa, bu sənəddən 3-cü şəxslərə yalnız 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi görünür, qalan sahə barədə hər hansı məlumat yoxdur. Eyni zamanda araşdırılan sənədin tarixi göstərilməmişir. Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinəəsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdır. Kassasiya şikayəti nin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxslər X12, X8, X21, X15 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1111/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1111/2019
09.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver