Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1111/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: təyin edilmiş təqaüdünün hesablanması qaydasının dəyişdirilib, yenidən hesablanmış təqaüdünün ödənilməmiş hissəsinin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı yeni məlumat vərəqəsini göndərmək vəzifəsinin qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020ci il tarixli 2-1(103)- 182/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı ona təyin edilmiş dekabr 2001-ci il tarixdən hal-hazırkı vaxta kimi olan təqaüdünün hesablanması qaydasının dəyişdirilib, istintaq bölmə rəisi vəzifəsi maaşı üzrə yenidən hesablanması, dekabr 2001-ci il tarixdən hal-hazırkı vaxta kimi yenidən hesablanmış təqaüdünün ödənilməmiş hissəsinin ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,iddiaçı 2 001-ci ildən polkovnikleytenant rütbəsində daxili işlər orqanından verdiyi raport əsasında təqaüdə buraxılmışdır. Təqaüdə buraxılması barədə raportu xx xxxxxx 2001-ci il tarixdə X2 və surəti DİN-nin Baş İstintaq və Təhqiqatlar İdarə rəisinin adına yazmaqla poçt vasitəsilə göndərmişdir. Raport bildirişli poçt vasitəsilə göndərilmişdir. Həmin raportun x xxxxxxxx 2001-ci ildə ünvana çatdırılması barədə ona bildirilmişdir. Lakin onun xəbəri olmadan verdiyi raportdan sonra xx xxxxxxx 2001-ci il tarixdə 1863 ş/h nömrəli əmr ilə həmin vaxt işlədiyi Astara rayon polis şöbəsinin istintaq bölməsinin rəisi vəzifəsindən azad olunmuş, Masallı rayon polis şöbəsinə təhqiqatçı vəzifəsinə təyin edilmişdir. Bundan sonra onun təqaüdə buraxılmasına göstəriş verilmişdir. İddiaçı Masallı rayon polis şöbəsində i şləməmişdir və oradan təhqiqatçı kimi maaş almamışdır. Buna baxmayaraq onun təqaüdü hesablanarkən heç bir əsas olmadan təhqiqatçı vəzifəsinin maaşı ilə təqaüdü müəyyən edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2019-cu il tarixdə ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək təqaüdünün son iş yeri olan Astara rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi vəzifəsində müəyyən edilmiş maaş əsasında yenidən hesablanmasını xahiş etmişdir. Lakin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİNnin Maliyyə Plan İdarəsi rəisinin imzası ilə xx.xx.2019-cu il tarixdə daxil olmuş cavab məktubunda bildirilmişdir ki, təhqiqatçı vəzifəsinə təyin olunduğuna görə ona təyin olunmuş pensiya təhqiqatçı vəzifəsinin maaşı ilə hesablanmışdır. Daha sonra bildirilmişdir ki, Azərbay can Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən x xxxxxx 2007-ci il tarixdən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişlərlə bağlı funskiyaları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti həyata keçirir. Məktubdan göründüyü kimi x xxxxxx 2007-ci il tarixə kimi olan müddətdə pensiyanın hesablanması qaydasının müəyyən edilməsi Daxili İşlər Nazirliyinin səlahiyyətində olmuşdur. Pensiyanın yenidən hesablanması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamen tinə xx xxx 2019-cu il tarixli məktubla müraciət edərək təqaüdü hesablanarkən yol verilmiş haqsızlığın aradan qaldırılıb təqaüdünün son işlədiyi və maaş aldığı istintaq bölmə rəisi vəzifəsində müəyyən edilmiş maaş əsasında yenidən hesablanmasını xahiş etmişdir. Lakin verilmiş ərizədən xeyli müddət keçməsinə baxmayaraq heç bir cavab verilməmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdeh qismində saxlanılmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin cavabdehlər siyahısından çıxarılmasını, eyni zamanda iddiaçının Astara rayon polis şöbəsinin istintaq bölməsinin rəisi vəzifəsindən pensiyaya çıxması nəzərə alınmaqla, həmin vəzifənin hazırkı təminat xərclərinə uyğun yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2766/2019 nömrəli (sədrlik edən hakim Etibar Məmmədov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-182/2020 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və İlham Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,2001-ci ildən polkovnikleytenant rütbəsində daxili işlər orqanından verdiyi raport əsasında təqaüdə buraxılmışdır. Təqaüdə buraxılmağı barədə raportu xx xxxxxx 2001-ci il tarixdə X2 və surəti DİN-nin Baş İstintaq və Təhqiqatlar İdarə rəisinin adına yazmaqla poçt vasitəsi ilə gö ndərmişdir. Raport bildirişli poçt vasitəsi ilə göndərildiyindən həmin raportun x xxxxxxxx 2001-ci ildə ünvana çatdırılması barədə ona bildirilmişdir. Lakin onun xəbəri olmadan, onun verdiyi raportdan sonra xx xxxxxxx 2001-ci il tarixdə 1863 ş/h nömrəli əmr ilə həmin vaxt işlədiyi Astara rayon polis şöbəsinin istintaq bölməsinin rəisi vəzifəsindən azad olunub, Masallı rayon polis şöbəsinə təhqiqatçı vəzifəsinə təyin edilmişdir. Bundan sonra onun təqaüdə buraxılmağına göstəriş verilmişdir. O, Masallı rayon polis şöbəsində işləməmişdir və oradan təhqiqatçı kimi maaş almamışdır. Buna baxmayaraq onun təqaüdü hesablanarkən heç bir əsas olmadan təhqiqatçı vəzifəsinin maaşı ilə təqaüdü müəyyən edilmişdir. Azərbaycan Respublikası «Əmək Pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək p ensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Habelə, həmin Qanunun 1.0.5-ci maddəsində göstərilir: «Təminat xərcliyi (pul təminatı) hərbi qulluqçularının hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarla nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasına, vəzifə maaşına hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir». Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu Qanunun 1.0.4-cü maddəsində, yəni, xüsusi rütbəli şəxslərə də şamil edilir. Göründüyü kimi, cavabdeh Daxili İşlər Nazirliyi Qanunun bu tələbini pozaraq təminat xərcliyində əsassız olaraq vəzifə maaşı kimi təhqiqatçı vəzifəsi üçün müəyyən edilmiş maaşla ona pensiya verilməsini müəyyən etmişdir. Halbuki, o. təhqiqatçı vəzifəsində işləməmiş və həmin vəzifə üzrə maaş almamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-182/2020 saylı qərarını ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasi ya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarı n qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasə n Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tar ixli, 2-1(103)-182/2020 saylı qərarla, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2766/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 14.3, 73.1, 82-ci maddələrinə, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.3, 1.0.4, 1.0.5, 3.3-cü maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 13.2, 17-ci maddələrinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161-ci maddəsinə, Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları»nın 1, 2, 3, 4-cü bəndlərinə istinad etməklə belə hesab etmişdir ki, birinci ins tansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib edilməklə, qərarın ləğvinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır. Belə ki, iddiaçı kasasiya şikayətində Daxili İşlər Nazirliyindən (Astara Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi kimi) təqaüdə buraxılması barədə xx xxxxxx 2001-ci il tarixli raporta istinad etsə də, işin 39-cu vərəqində iddiaçının DİN-nin rəhbərliyinə onun pensiyaya çıxmasına kömək göstərilməsi barədə daha sonra, yəni, xx xxxxxx 2001-ci il tarixdə yazılmış raport mövcuddur ki, iddiaçı bu haqda kasasiya şikayətində heç nə yazmır. Eyni zamanda iddiaçı kasasiya şikayətində özü bildirir ki, «mənim verdiyim raportdan sonra xx xxxxxxx 2001-ci il tarixdə 1863 ş/h nömrəli əmr ilə həmin vaxt işlədiyim Astara rayon polis şöbəsinin istintaq bölməsinin rəisi vəzifəsindən azad olunub, Masallı rayon polis şöbəsinə təhqiqatçı vəzifəsinə təyin edilmişəm». Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Masallı Rayon Polis Şöbəsinə təhqiqatçı vəzifəsinə təyin edilməsindən məlumatlı olmuş, bundan başqa, işin 36-cı vərəqində olan X1 381 saylı Əmrindən göründüyü kimi, iddiaçı xx xxxxxxx 2001-ci il tarixdən deyil, xx xxxxxxxx 2001-ci il tarixdən tutduğu Astara RPŞ istintaq bölməsinin rəisi vəzifəsindən iddiaçının yazdığı kimi onun öz raportuna görə yox, intizam məsuliyyətinə cəlb olunması səbəbi ilə azad edilmişdir. Digər tərəfdən, işin 35-ci vərəqin də olan Lənkəran Rayon Polis Şöbəsinin rəisinin DİN-nin Baş Kadrlar İdarəsinin rəisinə ünvanladığı xx xxxxxx 2001-ci il tarixli məktubdan göründüyü kimi, Masallı RPŞ-nin baş tədqiqatçı vəzifəsinə təyin edilmiş iddiaçı Lənkəran ərazisində yoxdur, ailəsi ilə birlikdə daimi yaşamaq üçün Bakı şəhərinə getmişdir. Yəni, iddiaçı yeni vəzifəyə təyin edilməsini bildiyi halda, bu barədə əmrə tabe olmayaraq işə çıxmamışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının «mən təhqiqatçı vəzifəsində işləməmişəm və həmin vəzifə üzrə maaş almamışam», eləcə də iddiaçıya əvvəlki vəzifəsinə görə təqaüd təyin edilməsi haqqında dəlili əsasızdır. Bu səbəbdən də, iddiaçının başqa dəlili, yəni, «məhkəmə baxışı zamanı cavabdeh tərəf mənim təqaüdümə buraxılarkən təhqiqatçı vəzifəsində işləməklə maaş a lmağımı heç bir sənədlə və digər sübutlarla sübut edə bilməmişdir» barədə dəlili də əsassızdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının iddiası əsassızdır və apelyasiya instansiyası məhkəməsi buna müvafiq olaraq hazırkı mübahisəyə maddi hüquq normaları doğru olaraq tətbiq etmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şə xslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 3.3. bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Azərbaycan Respublikasının xx xxxxxxx 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edi lmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161-ci maddəsinə görə, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli Qərar ı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları»nın: 1-ci bəndinə əsasən, bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Resp ublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; 2-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır; 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna t əqdim edilir; 4-cü bəndinə görə, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun və Qaydaların təhlilindən göründüyü kimi, bu qanunvericilik aktları hərbi qulluqçuların və xüsusi rütbəli şəxsləri n təminat xərcliyinin onların xidmətdən buraxıldığı günə aldıqları pul təminatından hesablanmasını imperativ qaydada tələb edir. İddiaçı da Masallı RPŞ Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsindən öz arzusuna görə daxili işlər orqanlarından xaric edildiyindən, onun təminat xərcliyinin bu vəzifə üzərindən hesablanması qanunun tələblərinə uyğundur. İddiaçı əgər cavabdehin xx xxxxxx 2001-ci il tarixli 2402 ş/h nömrəli əmrini qanunsuz sayırsa, onu müstəqil qaydada mübahisələndirə bilərdi. Hazırda isə adıçəkilən inzibati akt iddiaçıya münasibətdə bu barədə ona məlumat verildiyi (məlum olduğu) andan hüquqi qüvvəyə minmişdir və iddiaçı üçün məcburi xarakter daşıyır, qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, dəyişdirilənə və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qü vvəsini saxlayır və hüquqi cəhətdən etibarlıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-182/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-182/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1111/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1111/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver