Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1111/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: xidmətdən xaric edilmə barədə əmrin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1993 təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı “əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmay a görə bütün dövr üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-347/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxx 1993-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən o, 13 avqust 2013cü il tarixdə Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə polis nəfəri vəzifəsinə xidmətə qəbul edilmiş, 15 oktyabr 2020-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən xidmətdən azad edilmişdir. İŞ ÜZRƏ QƏBUL ED İLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 13 noyabr 2020-ci il tarixdə Bakı şəhər Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsinə dair “15 oktyabr 2020-ci il tarixli Ə/84 Ş/h091-20 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə xidmətə qəbul olunması və məcburi işburaxmaya görə bütün dövr üçün ödəniş edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 avqust 2020-ci il tarixdə o, manqa komandiri X3 və polis serjantı X1 ilə idarə etdiyi xidməti “Fiat” markalı ** AP *** dövlət nömrə nişanlı maşınla xidmət apararkən, təxmini saat 16:30 radələrində qara rəngli Volkswagen markalı avtomobili idarə edən sürücü avtomaşının qabaq işıqları ilə onlara işarə etmiş və avtomaşını saxlamağı xahiş etmişdir. Həmin avtomaşını idarə edən sürücü öz avtomaşınını saxlayıb onlara yaxınlaşmışdır. İddiaçı və manqa komandiri avtomaşından düşmüş, Pünhan Cəbrayılov avtomaşında qalmış, onlar həmin şəxsə özlərini təqdim etmişlər. Həmin şəxs onlara müraciət edərək, evini mühafizə elətdirmək niyyəti olduğunu onlara bildirmişdir. Bundan sonra, o və manqa komandiri X3 bildirmişlər ki, DİN-nin Mühafizə polisinə müraciət etmək lazımdır. Həmin şəxs yaşadığı evin Yasamal rayonu, Əsəd Əhmədov küç, Albalı Uşaq bağçasının yanında olmasını bildirmişdir. Bir qədər sonra, həmin şəxs onlara müraciət edərək qeyd etmişdir ki, onlar çox əziyyət çəkir, karantin vaxtında çox yorulurlar. Daha sonra həmin şəxs onun da, polis övladı olduğunu, yaxınlarının polis əməkdaşları olduğunu deyərək əlini cibinə salıb onlara nahar etmək üçün öz istəyi ilə pul vermək istəmişdir. İddiaçı həmin şəxsə iki dəfə etiraz edib, onlara nahar üçün pul verməsini qəbul etməyəcəyini bildirmiş, lakin həmin şəxs təkidlə nahar etmək üçün 30 manat pul vəsaitini iddiaçının ovucuna qoymuş və dərhal oranı tərk etmişdir. Onlar xidmətlərini davam edərək, həmin şəxsin verdiyi pulun 10 manatını xərcləyib dönər almışlar. Xidmətlərini davam edib, 38 saylı tam orta məktəbin yanından keçərkən, onlara uşaqlar yaxınlaşıb həmin məktəbin futbol oynanan meydançada 3 nəfərin narkotik vasitə qəbul etmələrini bildirmişlər. İddiaçı, manqa komandiri İmanov Alı və Cəbrayılov Pünhan həmin yerə yaxınlaşanda narkotik vasitə qəbul edən şəxslər qaçmağa başlamışlar. Onlard an birini iddiaçı, ikincisini Cəbrayılov Pünhan tutmuş, üçüncüsünü manqa komandiri tuta bilməmiş, o qaçıb getmişdir. Həmin tutduqları iki nəfər şəxsi xidməti avtomaşının yanına gətirərək polis şöbəsinə çatdırıb, təhvil vermək istəmişlər. Lakin xidməti avtomaşının yanına çatanda görmüşlər ki, xidməti avtomaşının hərəkətini üç avtomaşın ilə dairəvi məhdudlaşdırıblar. Eyni zamanda, orada 7 nəfər mülki paltarda olan şəxslərin olmasını görmüşlər. Qeyd etmişdir ki, onlar yaxınlaşıb narkotik istifadə edən şəxsləri yaxaladıqları yerdə narkotik vasitənin istifadəsi üçün şpris, şüşədə su, bir bağlamada təxminən 10 qr çəkidə ağ narkotikə oxşar maddənin pilləkənin üstündə səliqəli qoyulduğunu görmüşlər. Həmin 10 qr ağ rəngli narkotik vasitənin selofan torbasında olmaqla İmanov Alı götürmüşdür ki, ap arıb təhvil versin. Həmin 7 nəfərdən mülki geyimdə olan biri xidməti vəsiqə təqdim etmədən, polis polkovnik-leytenantı olmasını bildirmişdir. İddiaçı həmin şəxslərin hansı polis qurumunda, hansı vəzifədə çalışmalarını soruşmuş, lakin onlar heç biri sualına cavab verməmiş və xidməti vəsiqələrini də, təqdim etməmişlər. Həmin mülki paltarda olan şəxslər bildirmişlər ki, tərəflərindən tutulmuş şəxslər barəsində onlar tərəfindən əməliyyat təşkil olunub və bu şəxsləri Bakı şəhər Baş Polis İdarəsinə aparmalıdırlar. İddiaçı və adları qeyd olunan xidmət yoldaşları buna etiraz edərək bildirmişlər ki, həmin şəxsləri ərazi üzrə polis şöbəsinə aparmalıdırlar. Bunun ardınca həmin mülki şəxslər xüsusi göstərişin olduğunu və idarə rəhbərliyinin bundan xəbəri olduğunu bildirmişlər. Beləliklə də, onlar və t utduqları hər iki şəxs Bakı şəhər Baş Polis idarəsinə aparılmışdır. Onlar Bakı şəhər Baş Polis İdarəsinin CAİ-nin rəisinin xidməti otağına gətirilmişlər. CAİ-nin rəisi onlardan tələb etmişdir ki, ciblərində nə varsa, çıxarıb masanın üstünə qoysunlar. İddiaçı cibində olan 10 manatlıq əskinazı, 40 qəpik pul vəsaitini, silah əvəzedicinı masanın üstünə qoymuşdur. Bundan sonra, CAİ-nin rəisi yanında digər mülki paltarda, özünün ad, soyadını və rütbəsini, tutduğu vəzifəsini bildirmədən balaca işıqsaçan qurğu ilə onun cibindən çıxan 10 manatlıq əskinasın üzərinə işıqlandırma aparıb üzərində rüşvət sözü yazılmasını görmüşdür. Bundan sonra, o, həmin pul vəsaitinin yuxarıda qeyd etdiyi qaydada və məzmunda danışıqlardan sonra nahar etmək adı ilə öz arzusu və təkidi ilə onlara adı, soyadı məlum olmaya n şəxs tərəfindən 5 dəqiqə ərzində danışıb çıxıb getmiş şəxs tərəfindən verilməsini bildirmişdir. Onu da, qeyd etmişdir ki, nahar etmək üçün onlara verilmiş 30 manat pul təhrik etmək qaydasında təkidlə verilmişdir. O və digər onunla xidmətdə olan əməkdaşlar əvvəllər həmin şəxsi görməmişlər, tanımırlar. Ondan pul tələb etmək üçün nə onun, nə də onunla xidmətdə olan digər əməkdaşların həmin şəxsdən pul tələb etmək üçün hər hansı hüquqi əsas olmamışdır. Həmin şəxs hansısa hüquq pozuntusuna, yaxud cinayət əməli törətməsi barədə onların nə məlumatları var idi, nə də, onun cinayət etdiyi, yaxud hansısa hüquq pozuntusunu törədən anda görməmişlər. Qeyd etmişdir ki, bu məsələni təhlil edərkən, ona müəyyən olmuşdur ki, həmin pul əskinaslarının əvvəlcədən üzərinə rüşvət sözü yazıb, qarşısına çıxan xi dmət aparan hər-hansı polis ekipajında xidmət edən əməkdaşlara qarşı təhrik etmə qaydasında qanunun tələblərini pozmaqla bu cür əməliyyat aparılmışdır. Həmin şəxsin könüllü onlara yardım qaydasında nahar etmək üçün təkidlə pul verməsi hər-hansı qanun pozuntusu yaratmır. Bildirmişdir ki, işlədiyi 8 il 7 ay 8 gün ərzində hər-hansı intizam tənbehinə cəlb olunmamışdır. Nümunəvi qaydada xidmət etməklə 3 dəfə təşəkkür, 2 dəfə pul mükafatı ilə təltif olunmuşdur. Hesab etmişdir ki, barəsində çıxarılmış əmr əsassız və qanunsuzdur.
5. İddiaçı 23 fevral 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəs i ilə əvəz edilməsi, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən qəbul edilmiş, onun daxili işlər orqanından xidmətdən xaric olunmasına dair “14 oktyabr 2020-ci il tarixli, Ə441-03920 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə bütün dövr üçün əmək haqqının ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət bildirilərək qeyd edilmişdir ki, Yasamal rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmət aparan əməkdaşlar inzibati ərazidə malların müəyyən edilməmiş yerlərdə satışının təşkilinin qarşısının alınm asına yönəlmiş Yasamal RPİ rəisinin xx.xx.2020-ci il tarixli, Ə-239091-20 nömrəli əmrinin icrasının təmin edilməsinə cəlb olunmalarına baxmayaraq, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, o cümlədən tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət olunması, küçə ticarətinə, avara və dilənçiliklə məşğul olan şəxslərə, antisanitariya və digər bu kimi inzibati xətalara qarşı mübarizə aparmaq əvəzinə fəaliyyətlərini daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verilməsi üzərində qurmuşlar. Belə ki, xx.xx.2020-ci il tarixdə, saat 20.00 radələrində Bakı Şəhər BPİ-nin aidiyyəti xidmət əməkdaşları tərəfindən Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazisində keçirilən tədbirlər zamanı qeyd olunan avtopatrulda xidmət aparan polis nəfərləri İddiaçı və Pünhan Cəbrayılovun heç bir zərurət olmadan maddi vəziyyətinə görə imkanlı təsəvvürü yaradan «Volkswagen» markalı avtomaşının sürücüsünə yaxınlaşaraq polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqdan sonra oradan getmələri müşahidə olunmuşdur. Bakı Şəhər BPİ-nin xx.xx.2020-ci il tarixli, Ə441-039-20 nömrəli əmri ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini məqsədi ilə keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı xidmətə cəlb olunmalarına baxmayaraq, xx.xx.2020-ci il tarixdə heç bir zərurət olmadan “Volkswagen” markalı avtomaşının sürücüsünə yaxınlaşaraq onunla polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqlarına, bununla da, daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verdiklərinə görə Yasamal Rayon Polis İdarəsinin Post- patrul xidməti bölüyünün polis nəfərləri, polis serjantı İddiaçı və polis kiçik serjantı X1 “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşlar.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2667/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Yasamal RPİ PPXB-nin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilmələri barədə” cavabdeh tərəfindən 14 oktyabr 2020-ci il tarixli, Ə441-039-20 nömrəli əmr verilərkən orqa n tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Belə ki, əmrin verilməsinə əsas olmuş sənədlərdə (izahatlarda), əmrdə göstərilən xüsusatlar öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən aparılmış xidməti təhqiqat nəticəsində müəyyən olunmuş halların təkzib edilməsinə dair həm xidməti təhqiqat aparılan zaman, həm də məhkəmə icraatında heç bir mötəbər sübut və dəlil təqdim edilməmişdir. İddia ərizəsində göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(10 3)-347/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş vəsa tətə məhkəmə münasibət bildirilməmişdir. Bundan başqa, İPM-nin 87.8-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, qəbul etdiyi qərarı əsaslandırmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu:... Maddə
13. Polis əməkdaşının ümumi vəzifələri İ. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır:... 7) səlahiyyətlərini həyata ke çirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək.... Maddə
34. Polis əməkdaşının xidmətdən xaric edilməsi... 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə... 16. "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə (Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 168-İİQ №-li Qanunu ilə təsdiq edilmişdir):...
135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:... 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə;... 17. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” (Azərbaycan Respublikası daxili işlər nazirinin 8 aprel 2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmişdir):... Maddə
6. Xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir. Öz xidməti vəzifələrinin icrasına buna səlahiyyəti olmayan şəxslər tərəfindən müdaxilə etmək cəhdlərinin qarşısını qətiyyətlə almalıdır. Xidməti vəzifələrin icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, bu barədə birbaşa rəisinə məlumat verməli və maddi, qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əməkdaşın xidmət etdiy i orqana akt üzrə təhvil verilməlidir. Xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya vəzifələrin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəisinin rəyini öyrənməlidir. 6-1....Xidməti vəzifəsinə aid olmadığı hallarda dövlət orqanının, onun rəhbərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.... Maddə
22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxil i işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqe yinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab etməklə, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərin i təkrarlamaqla əsasən onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının daxili işlər orqanlarından xidmətdən xaric olunmasına dair 14 oktyabr 2020-ci il tarixli, Ə441039-20 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə bütün dövr üçün əmək haqqının ödənilməsi ilə bağlı məsələ lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərar ında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçının iddia tələbində və şikayətində istinad etdiyi dəlillər bu qərarın 15, 16 və 17-ci bəndlərində göstərilən, polis əməkdaşının məsuliyyətini müəyyən edən normaların tətbiqi şərtlərinə təsir etmir, onların tətbiqini aradan qaldırmır və ya məhdudlaşdırmır. Buna görə də, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRA RA ALDİ: İddiaçının kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-347/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.