Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1111/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə hüququn qeydə alınması və çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququn un qeydə alınması tələbinə dair” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-32/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyətinin 47 saylı sərəncamı və X1 Təşkilatının xx.xx.1991-ci il tarixli 07 saylı protokolu əsasında fərdi yaşayış evi tikmək üçün ona ayrılan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla torpaq sahəsinin Binə “Donuzkökəltmə” sovxozunun ərazi hüdudlarından 105 metr kənarda olduğunu əsas gətirər ək torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 2 iyun 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyətinin 47 saylı sərəncamı və X1 Təşkilatının xx.xx.1991-ci il tarixli 07 saylı protokolu əsasında fərdi yaşayış evi tikmək üçün ona ayrılan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.1991-ci il tarixdə Abşeron rayon İcra hakimiyyətinin 47 saylı sərəncamı və X1 Təşkilatının xx.xx.1991-ci il tarixli 07 saylı protokolu əsasında fərdi yaşayı ş evi tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Sovxoz ləğv olunduğundan sənədlərin əldə olunması üçün Abşeron rayon Arxiv idarəsinə müraciət edib. Arxiv idarəsinin xx.xx.2017-ci il tarixli F1036 saylı məktubu ilə Donuzçuluq sovxozu tərəfindən fərdi ev tikməyə torpaq sahəsinin ona ayrılması öz təsdiqini tapmışdır. Ona ayrılmış torpaq sahəsi hal-hazırda Xəzər rayonu ərazisində yerləşdiyi üçün torpaq sahəsinin cizgi və xəritəsinin alınması məqsədilə Xəzər rayon İcra hakimiyyətinə müraciət etmiş, sonuncu xx.xx.2017-ci il tarixli P-19-091 saylı məktubu ilə ona ayrılmış torpaq sahəsinin xəritəsi və cizgiləri barədə sənədlər verilmişdir. Torpağın dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin tələblərinə uyğun o laraq cavabdehə müraciət etmiş, lakin idarə xx.xx.2017-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, ona ayrılmış torpaq sahəsinin Dövlət Neft Şirkətinə aid edilməsi göstərilmişdir. X2 Şirkətinin 06 iyul 2018-ci il tarixli SOCAR **********60033B00406 nömrəli məktubuna əsasən müəyyən olunmuşdur ki, onun istifadəsində olan torpaq sahəsi SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları xaricindədir. Həmin məktubda əlavə edilməklə təkrarən 0,08 ha torpaq sahəsinin qeydiyyata alınması üçün xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etmiş, bu dəfə idarə tərəfindən xx.xx.2020-ci il tarixli **********00 nömrəli məktubla ona ayrılmış ərazinin Binə Donuzkökəltmə sovxozunun ərazi hüdudlarından kənarda olduğu göstərilməklə torpağın dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdehin eyni məzmunlu müraciətlərinə fərqli cavablar verməsi anlaşılmazdır.
5. Bakı İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(112)-1031/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Binə Donuzkökəltmə sovxozunun ərazi hüdudlarından kənarda yerləşir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-32/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının Abşeron rayon İcra iyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 47 №-li qərarına (protokol No 7, 16 iyul 1991-ci il) müvafiq olaraq Binə “Donuzkökəltmə” sovxozu direktorunun 19 avqust 1991-ci il tarixli 108 №-li əmri ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha sahəyə malik torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə sovxoz direktorunun əmri mövcuddur. Eyni məzmunlu əmr Abşeron Rayon Dövlət Arxivində də saxlanılır. Bundan əlavə, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən sovxoz direktorunun həmin əmri ilə iddiaçıya ayrılmış torpaq sahəsinin sxemi və xəritəsi də hazırla nıb ona verilmişdir. İşə əlavə olunmuş SOCAR-ın iddiaçıya ünvanlanmış 6 iyul 2018-ci ili tarixli məktubundan görünür ki, həmin torpaq sahəsi neft-qaz əməliyyatları aparılması üçün ayrılmış ərazilərin hüdudları xaricindədir. - Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-tikinti ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası tərəfindən kadastr mütəxəssisi cəlb olunmaqla, ekspert tədqiqatı aparılaraq 10/373 saylı 26 may 2021-ci il tarixli ekspert rəyi, eyni zamanda, sonradan həmin məhkəmə tərəfindən, habelə hazırkı apellyasiya mərhələsində də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin kadastr mütəxəssisinin rəyi alınmışdır. Həmin rəylərdən də görünür ki, “GPS” sistemli ölçmə aparatı ilə tədqiq olunan mübahisəli torpaq sahəsinin naturada baza məlumatlarına əsasən Binə “Do nuzkökəltmə” sovxozuna ayrılmış ərazinin hüdudlarından kənarda yerləşdiyi, eyni zamanda, torpağın hasardaxili faktiki ölçüsünün 815 kv.m təşkil etdiyi qeyd olunmuşdur. İddiaçıya torpaq sahəsi ayrıldığı vaxt, yəni 1991-ci ildə “GPS” sistemli ölçmə üsulu mövcud olmamışdır. Hazırkı kadastr göstəricilərində isə hansı mənbədən istifadə olunmaqla torpaq sahəsinin sovxoz ərazisindən kənarda yerləşməsi barədə qeydiyyatın aparıldığı da qeyri-müəyyəndir. İkinci bir tərəfdən, mütəxəssis rəylərinə əlavə olunmuş kosmos görüntüsündən aydın olur ki, iddiaçıya məxsus həmin torpaq sahəsi böyük bir yaşayış massivinin (təxminən orta hissəsində) yerləşir. Bundan əlavə, iddiaçının nümayəndəsinin izahatına və məhkəməyə təqdim etdiyi sənədlərə (surətlərinə) və fotoşəkilllərə əsasən müəyyən olunur ki, mübahisəli torpaq sahəsi 1991-ci ildən etibarən faktiki olaraq iddiaçının istifadəsindədir, hətta yaşamaq üçün birmərtəbəli tikili də inşa etmişdir. Digər tərəfdən, onunla qonşuluqda (iki həyət evi aralıqda Binə qəsəbəsi A.ünvan 1 ünvanında) yerləşən digər şəxsin fərdi yaşayış evinə və həmin evin yerləşən torpaq sahəsinə dair cavabdeh tərəfindən mülkiyyət hüququ qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarış verilmiş və texniki pasport da tərtib olunmuşdur. - Qeyd olunanlar baxımından, məhkəmənin qənaətinə görə sovxoz direktorunun əmrinin verildiyi andan ona göstərilmiş torpaq sahəsindən istifadə etdiyi və hazırkı yerli icra hakimiyyəti orqanı - Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən də etirazsız olaraq ona torpaq sahəsinin sxem - xəritəsi tərtib olunub təqdim olunduğu halda, həmin torpaq sahəsinin sovxoz ərazisinin hüdudlarından kənarda olması barədə kadastr göstəricələrinin qeydə alınması iddiaçının hüquqlarını məhdudlaşdıra bilməz. Ən azından, heç bir dövlət orqanı tərəfindən ona qarşı həmin torpaqla bağlı iddia tələbi irəli sürülməmiş, çıxarılmasını tələb də etməmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin mübahisəli torpaq sahəsinin sovxoz ərazisinin hüdudlarından kənarda yerləşdiyini əsas gətirən dəlilləri ilə razılaşmır. Onun, mübahisəli torpaq sahəsinin hasar daxilində faktiki ölçüsünün 815 kv.m olduğunu mübahisələndirməsinə gəldikdə isə iddiaçı həmin 15 kv.m artıq torpaq sahəsinə dair hüququnun qeyd alınmasında iddialı deyil və iddia tələbində yalnız sovxoz direktorunun əmri ilə ona ayrılm ış 0,08 (800 kv.m) torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara, o cümlədən, ekspert və mütəxəssis rəyinin işdə olan digər sübutlarla qarşılıqlı təhlili aparılmaqla düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Binə “Donuzkökəltmə” sovxozunun ər azisi hüdudlarından 105 metr kənarda yerləşir. Bundan başqa, iddiaçı tərəfindən müvafiq torpaq sahəsi ilə əlaqədar ilkin yerləşmə cizgisi təqdim edilməmişdir. Təqdim edilən yerləşmə cizgisi sonradan Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
12. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
14. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habe lə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış;...
15. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanı:
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasınd a yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydi yyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelly asiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzə rdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədə n saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İN STANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
21. Cavabdeh qeyd edir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçının iddia etdiyi və naturada göstə rdiyi torpaq sahəsi Binə “Donuzkökəltmə” sovxozunun ərazisi hüdudlarından kənarda yerləşir. Bundan başqa, iddiaçı tərəfindən müvafiq torpaq sahəsi ilə əlaqədar ilkin yerləşmə cizgisi təqdim edilməmişdir. Təqdim edilən yerləşmə cizgisi sonradan Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017ci il tarixdə tərtib edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin torpaq sahəsinin sovxoz ərazisindən kənarda yerləşməsi dəlili ilə bağlı qeyd etmişdir ki, məhkəmə tikinti ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası tərəfindən kadastr mütəxəssisi cəlb olunmaqla, ekspert tədqiqatı aparılaraq 10/373 saylı 26 may 2021-ci il tarixli ekspert rəyi, eyni zamanda, sonradan həmin məhkəmə tərəfindən, habelə hazırkı apellyasiya mərhələsində də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin kadastr mütəxəssisinin rəyi alınmışdır. Həmin rəylərdən də görünür ki, “GPS” sistemli ölçmə aparatı ilə tədqiq olunan mübahisəli torpaq sahəsinin naturada baza məlumatlarına əsasən Binə “Donuzkökəltmə” sovxozuna ayrılmış ərazinin hüdudlarından kənarda yerləşdiyi, eyni zamanda, torpağın hasardaxili faktiki ölçüsünün 815 kv.m təşkil etdiyi qeyd olunmuşdur. İddiaçıya torpaq sahəsi ayrıldığı vaxt, yəni 1991-ci ildə “GPS” sistemli ölçmə üsulu mövcud olmamışdır. Hazırkı kadastr göstəricilərində isə hansı mənbədən istifadə olunmaqla torpaq sahəsinin sovxoz ərazisindən kənarda yerləşməsi barədə qeydiyyatın aparıldığı da qeyri-müəyyəndir. İkinci bir tərəfdən, mütəxəssis rəylərinə əlavə olunmuş kosmos görüntüsündən aydın olur ki, iddiaçıya məxsus həmin torpaq sahəsi böyük bir yaşayış massivinin (təxminən orta hissəsində) yerləşir. Bundan əlavə, iddiaçının nümayəndəsinin izahatına və məhkəməyə təqdim etdiyi sənədlərə (surətlərinə) və fotoşəkilllərə əsasən müəyyən olunur ki, mübahisəli torpaq sahəsi 1991-ci ildən etibarən faktiki olaraq iddiaçının istifadəsindədir, hətta yaşamaq üçün hətta birmərtəbəli tikili də inşa etmişdir. Digər tərəfdən onunla qonşuluqda (iki həyət evi aralıqda Binə qəsəbəsi A.ünvan 1 ünvanında) yerləşən digər şəxsin fərdi yaşayış evinə və həmin evin yerləşən torpaq sahəsinə dair cavabdeh tərəfindən mülkiyyət hüququ qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarış verilmiş və texniki pasport da tərtib olunmuşdur. Qeyd olunanlar baxımından, məhkəmənin qənaətinə görə sovxoz direktorunun əmrinin verildiyi andan ona göstər ilmiş torpaq sahəsindən istifadə etdiyi və hazırkı yerli icra hakimiyyəti orqanı - Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən də etirazsız olaraq ona torpaq sahəsinin sxem - xəritəsi tərtib olunub təqdim olunduğu halda, həmin torpaq sahəsinin sovxoz ərazisinin hüdudlarından kənarda olması barədə kadastr göstəricələrinin qeydə alınması iddiaçının hüquqlarını məhdudlaşdıra bilməz. Ən azından, heç bir dövlət orqanı tərəfindən ona qarşı həmin torpaqla bağlı iddia tələbi irəli sürülməmiş, çıxarılmasını tələb də etməmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin mübahisəli torpaq sahəsinin sovxoz ərazisinin hüdudlarından kənarda yerləşdiyini əsas gətirən dəlilləri ilə razılaşmır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
24. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə əsasən, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur.
25. Bununla yanaşı, nəzər ə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanı ilə müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Mill i arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.
26. Normanın tələbindən göründüyü kimi, kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı (1) müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan di gər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və (2) torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.
27. Müvafiq əmrin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi mübahisələndirilmir.
28. Torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlərin (müvafiq sxem, plan və ya onlarda n çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) mövcud olması şərtinə gəldikdə, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə sovxoz direktorunun əmri mövcud olsa da, həmin əmrə iddiaçıya ayrılmış torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) əlavə edilməmişdir.
29. İddiaçının və apellyasiya instansiyası məhkəməsinin istinad etdikləri Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş “torpaq sa həsinin cizgisi və xəritədən çıxarışı” isə həmin şərti ödəmir. Belə ki, torpaq sahəsini ayıran orqan tərəfindən həmin torpaq sahəsinin sərhədlərini (yerləşmə vəziyyətini) müəyyən etməyə imkan verən sxem (plan, təhkim aktı və s.) tərtib etmədiyi halda, həmin sənəd, onun məzmunundan da göründüyü kimi, yalnız iddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki vəziyyətini əks etdirə bilər. Sənəddə iddia olunan torpaq sahəsinə dair koordinatların göstərilməsi də, özü-özlüyündə (istinad mənbəyi olmadan) vəziyyəti iddiaçının xeyrinə dəyişmir.
30. Digər tərəfdən, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/373 saylı ekspert rəyində bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş **********92 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin Binə “Donuzkökəltmə” sovxozunun ərazisi hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir.
31. Beləliklə, iddiaçının tələbinin faktiki əsasları, işin digər halları ilə yanaşı, həm də Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının yuxarıda qeyd olunan müddəalarının tələbləri baxımından və iddiaçının torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi baxımından araşdırılmalı və qiymətləndirilməli idi. Hazırkı işdə bu, baş verməmişdir
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 57.8, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş həmin normaların tələblərinin təmin olunması üçü n təkrar apellyasiya baxışına göndərilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-32/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.