Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1111/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin yenidən müəyyən edildiyi tarixədək ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğini n ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(104)-698/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, bu səbəbdən ona əlilliyə görə təyin edilmiş əmək pensiyasının ödənişi də həmin tarixdən dayandırılmışdır.
2. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müayinə nəticələrinin qiymətləndirilməsinə dair məlumatlarından görünür ki, əlavə müalicə (əlavə ixtisaslaşmış müalicə) təyin edilməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. 3. x x.xx.2022-ci il tarixdən iddiaçının yenidən ikinci dərəcə əlilliyi müəyyən edilmiş və ona əlilliyə görə təyin edilmiş əmək pensiyasının ödənişi də həmin tarixdən bərpa edilmişdir.
4. İddiaçının 2021-ci ilin avqust ayından xx.xx.2022-ci ilə kimi ona ödənilməmiş əlillik pensiyasının ödənilməsi barədə müraciətinə Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçıya pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir. Müraciətdə qeyd olunan dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə pensiya ödənişi qanunvericiliklə mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ca vabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 2021-ci ilin avqust ayından xx.xx.2022-ci ilə kimi ödənilməmiş əlillik pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2011-ci il tarixdə əlilliyi tam qaydada təsdiq olunmuşdur. Əlilliklə əlaqədar vaxtı-vaxtında pensiya almış, sonradan özü xəstə ola-ola əİilliyi 2021-ci ilin avqust ayında dayandırılmışdır. Yenidən müraciət etmiş, hər dəfə başqa-başqa imtina cavabları gəlmişdir. Hal-hazırda ona arvadı baxır. Onun əlilliyi xx.xx.2022-ci il tarixdə bərpa olunmuşdur. 2021-ci ilin avqust ayından xx.xx.2022-ci il tarixə qədər əlilliklə ba ğlı pensiyası verilməmişdir. O, ödənilməyən pensiyasının verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlillik müddətinin bitməsi ilə əlaqədar ödəniş xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. X1 Sisteminin Əlillik altsisteminə müvafiq olaraq iddiaçının xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq ikinci dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyə görə pensiya təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə müvafiq olaraq əlilli k müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq iddiaçının xx.xx.2021-ci il tarixdə müddəti bitmiş əlilliyi təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixdən müəyyən edildiyindən, ona xx.x x.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üçün pensiyanın təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur və belə olan halda iddia tələbi təmin edilməməlidir.
8. Gəncə İnzibati Məhkəməsinin (hakim: Emin Axundov) 09 iyun 2023-cü il tarixli, 2-1(114)-1760/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ümumi xəstəlik səbəbilə xx.xx.2011-ci il tarixdə ikinci qrup əlillik təyin edilmiş, lakin xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdiyindən pensiya ödənişinin aparılması dayandırılmışdır. Bundan sonra, iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə yenidən baxılmış, ona ikinci qrup müddətsiz əlilliyin müəyyən edilməsi ilə bağlı qərar qəbul edilmiş və qeyd edilən tarixdən müvafiq olaraq əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməkdədir. İddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin xx.xx.2021-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 10 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsindən cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aygül İsgəndərova /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Azər Bayramov) 27 sentyabr 2023-cü i l tarixli, 2-1(104)-698/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİR AZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
41. Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0. 1. əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Maddə 1.0.2. əlilliyi olan şəxs – müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3.1 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlil liyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ek spertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlən ərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla on unla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 2021ci ilin avqust ayından xx.xx.2022-ci ilə kimi əlilliyə görə pensiyanın ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətlənd irmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçının əlilliyi xx.xx.2022ci il tarixdən yenidən müəyyən edildiyi üçün həmin tarixdən ona əmək pensiyasının ödənişi bərpa edilmişdir.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi 2021-ci ilin avqust ayından xx.xx.2022-ci ilə kimi pensiya məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir.
29. Cavabdeh “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə, yəni iddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən onun əlilliyinin yenidən müəyyən olunduğu xx.xx.2022-ci il tarixədək 6 aydan çox müddət keçdiyinə istinadən həmin müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsindən imtina etmişdir. 30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun istinad olunan həmin normasına əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı (hazırkı halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Age ntliyinin müvafiq tibbi-sosial ekspert komissiyası) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
31. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinin tələblərinə uyğun hərəkət etmiş, yəni iddiaçıya əmək pensiyasının ödənilməsini onun əlillik müddətinin bitdiyi tarixdən dayandırmış, onun yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa etmişdir. Yuxarıda istinad olunan norma baxımından, əlillik müddəti bitdikdən sonra əlilliyi yenidən 6 ay ərzində müəyyən edilmədiyi üçün iddiaçı həmin müddət üzrə əlilliyi olan şəxs hesab edilə bilməz. Odur ki, ona qeyd edilən müddət üzrə əmək pensiyasının ödənilməsindən imtina etmişdir.
32. Nə zərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçıya ötən müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğini ödəmək öhdəliyi yalnız iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində 6 ay ərzində onun əlilliyinin yenidən müəyyən edilməsi barədə aidiyyəti inzibati orqanın müvafiq qərarı əsasında yaranır.
33. İddiaçının əlilliyinin 6 aydan çox müddət keçdikdən sonra yenidən müəyyən edilməsi hazırkı iş üzrə cavabdehin deyil, iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun əlilliyini müəyyən edən aidiyyəti inzibati orqanın məsuliyyət sferasına aiddir.
34. Nəzərə almaq lazımdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə görə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticə sində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu baxımdan, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində yenidən müəyyən olunmuş əlillik təyinatı zamanı, qanunun birbaşa göstərişinə əsasən, əlilliyə görə ödəmə əvvəlki əlillik müddətinin bitdiyi tarixdən həyata keçirilməlidir. Bu halda, şəxsin üzərinə əlilliklə bağlı qərarın tarixinin dəyişdirilməsinə dair iddia qaldırmaq vəzifəsi qoyula bilməz. Ödəməni həyata keçirən orqanlar onlara təqdim edilmiş qərarın tarixini nəzərə almaqla qanunun göstərişinə əsasən müddətin bitdiyi tarixdən ödəməni aparmalıdırlar. Əgər müddətin bitdiyi tarixdən ödəmələr aparılmamışsa və ya natamam aparılmışsa, bu halda ödəməni həyata keçirən orqanlara qarşı iddia qaldırılmalıdır. 35. “Əmək pe nsiyaları haqqında” Qanunun 41-ci maddəsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin norma “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğun olaraq şəxsin yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən pensiyanın bərpa edilməsini nəzərdə tutur.
36. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, yenidən qiymətləndirmə nəticəsində şəxsin əlilliyinin onun əlillik müddətinin bitdiyi tarixdən yuxarıda istinad olunan normada təsbit edilmiş 6 ay ərzində deyil, həmin müddətdən sonra müəyyən olunduğu hallarda, şəxs ilk növbədə əlillik tarixinin dəyişdirilməsinə nail olmalıdır. Başqa sözlə, belə hallarda hüququnun pozulduğunu güman edən şəxs öncə əlilliyin təyinat tarixinin dəyişdirilməsi barədə əlilliyi müəyyən edən inzibati orqana qarşı hüquqi müdafiə imkanlarından istifadə etməlidir. Bu za man həm də nəzərə almaq lazımdır ki, şəxsin əlilliyinin əvvəlki əlillik müddətinin bitdiyi tarixdən və ya həmin tarixdən ən azından 6 ay ərzində müəyyən olunması üçün üzrlü səbəblər və yetərli əsaslar olmalıdır. Təyinat tarixinin dəyişdirilməsi üçün yetərli əsasların mövcud olduğu təqdirdə və yalnız əlilliyin təyinat tarixinin dəyişdirilməsinə nail olduqdan sonra şəxs ödəməni həyata keçirən orqandan həmin tarixdən ödəmənin həyata keçirilməsini tələb edə, bundan imtina olunduğu təqdirdə isə həmin orqana qarşı iddia qaldıra bilər.
37. Hazırkı mübahisəyə münasibətdə səlahiyyətli inzibati orqan tərəfindən iddiaçının əlilliyi, əlillik müddətinin bitdiyi tarixdən 6 ay ərzində deyil, 10 aydan çox müddət keçdikdən sonra müəyyən edilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir. Nəzərə alınmalıdı r ki, iddiaçı da bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh həmin qərarın məzmununa bağlıdır və ona uyğun davranmağa, yəni pensiya ödənişini iddiaçının əlilliyi olan şəxs hesab edildiyi tarixdən həyata keçirməyə borcludur.
38. Həmin qərarda iddiaçının əlilliyinin onun əlillik müddətinin bitdiyi tarixdən müəyyən olunmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Buna baxmayaraq, iddiaçı əlillik tarixinin dəyişdirilməsi ilə bağlı bu qərarın 36-cı bəndində qeyd olunmuş qaydada səlahiyyətli inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququndan istifadə etməmiş və əlillik tarixinin dəyişdirilməsinə nail olmamışdır. Halbuki, iddiaçı yalnız bundan sonra hazırkı məzmunda iddia tələbi ilə hazırkı cavabdehə qarşı id dia qaldırmaqda haqlı sayıla bilərdi.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-1(104)-698/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.