Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1112/2020 14.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: əlilliyə görə pensiya təyin edilməsi, iş üzrə icraata xitam verilib) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il ta rixli 21(103)-320/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli,2-1(82)-4391/2018 nömrəli (sədrlik edən hakim X.İmanov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(103)-983/19 nömrəli (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, M.Tağızadə və V.Həsənov) qərarı ilə cavab dehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli,2-1(102)2731/19 nömrəli (hakimlər R.Nəbizadə - sədrlik edən və məruzəçi, A.Hüseynov və X.Məmmədov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli qərarının iddiaçının hüququnun yarandığı xx.xx.2018-ci il tarixd ən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməsi, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qərarın xx.xx.2006-cı il xx.xx.2006-cı il dövrünün iddiaçının sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilməsi, bu hissədə iddianın təmin edilməməsi, kasasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qərarın iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı ilədək işlədiyi iş stajının sosial sığorta stajı kimi nəzərə alınması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli,2-1(103)-320/20 nömrəli (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və İ.Əhmədov) qərardadı ilə İddiaçı cav abdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı xx xxxx 1998-ci ildən xx xxxxxx 2006-cı ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4391/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-9 83/2019 saylı qərarından sonra 2019-cu ilin avqust ayında ona əlilliyə görə əmək pensiyası təyin etmişdir və o bu günə qədər hər ay 233 manata yaxın əmək pensiyası alır. İşə yenidən Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasında baxılarkən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin nümayəndəsi ona həqiqətən də əlilliyə görə əmək pensiyasının təyin edilməsini bildirdi və o da əmək pensiyası aldığını təsdiq etdi. Buna görə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)320/2020 saylı qərardadı ilə onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı xx xxxx 1998·ci il tarixdən xx xxxxxx 2006-cı il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli, 2-1(82)-439/2018 saylı qərarının ləğv edilməsini qərara almışdır.Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)320/2020 saylı qərardadı ona xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə təqdim edilmişdir.Həmin tarixdən bir neçə gün sonra, yəni, xx xxxxxx 2020-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin Məhiyyəddin adlı inspektoru ona telefonla zəng edərək, pensiya işində problem yarandığını, şöbəyə gəlməyini xahiş etdi. O, DSMF-nin Suraxanı rayon şöbəsinə getdiyi zaman, Məhiyyəddin adlı inspektor ona bildirdi ki, onun sənədləri düz deyil, Bakı Apelyasiya Məhkəməsinin qərardadı ilə işə xitam verilib, ona görə də pensiya verilməsi dayandırılacaqdır.Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-320/2020 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bu səbəbdən şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə yazılı icraat qaydasında baxılmışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessu al Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020 -ci il tarixli, 2-1(103)-320/2020 saylı qərardadla, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı xx xxxx 1998-ci ildən xx xxxxxx 2006-cı ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4391/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının tələbi cavabdeh tərəfindən təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq möv cud olmadığı üçün iş üzrə icraata xitam verilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-320/2020 saylı qərardadla və həmin qərardaddan iddiaçının verdiyi kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən xx xxxxxx 2020-ci il tarixli qərardadında yazmışdır ki, «iddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx xxxx 1998-ci ildən xx xxxxxx 2006-cı ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4391/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apelyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-983/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyanın 2-1(102)2731/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edi lmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyanın xx xxxx 2019cu il tarixli qərarı iddiaçının hüququnun yarandığı xx xxx 2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar xx xxxxxx 2006-cı il xx xxxxxx 2006-cı il dövrünün iddiaçının sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilmiş, bu hissədə iddia təmin edilməmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmiş, qərar iddiaçının xx xxxx 1998-ci il tarixdən xx xxxxxx 2006-cı ilədək işlədiyi iş stajının sosial sığorta stajı kimi nəzərə alınması hissəsində dəyişdirilmədən saxlanılmış, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdi r. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı Ali Məhkəmənin qərarından sonra ona əlilliyə görə əmək pensiyası təyin edildiyini və həmin pensiyanı artıq aldığını bildirmiş, cavabdehin nümayəndəsi izahatında iddiaçı ilə aralarında mübahisə qalmadığını göstərərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, fakt sonuncunun təqdim etdiyi pensiya işinin materialları ilə təsdiq olunmuşdur». Lakin iddiaçı kasasiya şikayətində göstərmişdir ki, o, apelyasiya instansiyası məhkəməsinin 23 yanvar tarixli sözügedən qərardadını alandan bir neçə gün sonra, yəni, xx xxxxxx 2020-ci il tarixində cavabdehin əməkdaşı tərəfindən iddiaçı Suraxanı DSMF-ya dəvət edilərək ona bildirildi ki, «sənin sənədlərin düz deyil, Bakı Apelyasiya Məhkəməsinin qərardadı ilə işə xitam verilib, ona görə də pensiya verilməs i dayandırılacaqdır». Bununla əlaqədar olaraq məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, İnzibati Prosessual Məcəllənin «apelyasiya instansiyası məhkəməsində icraat» adlı 87-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin apelyasiya şikayəti əsasında inzibati mübahisəni həll edərkən konkret və müfəssəl səlahiyyətləri müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 87.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.7, 87.7.1, 87.7.2-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, müba hisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, İnzibati Prosessual Məcəllənin apelyasiya instansiyası məhkəməsində icraata aid olan prosessual hüquq normasında iş üzrə icraata xitam verilərkən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, İnzibati Prosessual Məcə llənin 67.4-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Yuxarıda artıq göstərildiyi kimi iddiaçı kasasiya şikayətində bildirir ki, ona əlilliyə görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır ki, bu fakt da işə baxmış apelyasiya məhkəməsinin hüquqi mövqeyinə uyğun olmadığından, apelyasiya instansiyası məhkəməsində tam və hərtərəfli qaydada araşdırılmaqla, iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir. Belə olan halda, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhk əməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-320/2020 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1112/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1112/2020
14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver