Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1112/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərara izah verilməsi barədə ərizə; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və H ərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) “məlumat vərəqəsinin tərtib edilərək göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 aprel tarixli, 2-1(103)-1329/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək göndərilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 6 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdi r ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən İddiaçı ehtiyata buraxıldığı vaxt pensiya hüququna malik olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, heç bir əsas olmadan pensiya təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məlumat vərəqi göndərmək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricindədir.
3. İddiaçı 2019-cu il 19 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli, 2-1(112 )-1036/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində “Məlumat vərəqəsi”nin müvafiq qaydada doldurularaq üçüncü şəxsə göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
5. Cavabdeh həmin qərarı mübahisələndirməmiş, məhkəmə aktı qüvvəyə mindikdən sonra icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir.
6. Cavabdeh qərarın icrası ilə bağlı birinci instansiya məhkəməsinə verdiyi 2020ci il 20 oktyabr tarixli yazılı məlumatda məhkəmə qərarının icra olunduğunu və iddiaçıya aid məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərildiyini bildirmişdir.
7. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iddiaçıya ünvanladığı 2020-ci il 6 noyabr tarixli **********7 nömrəl i məktubunda bildirilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçı barəsində təqdim olunmuş 2020-ci il 15 sentyabr tarixli məlumat vərəqəsində iddiaçının təqvim illəri 12 il 7 ay 26 gün, güzəştli xidmət illəri 6 il 10 ay 22 gün olmaqla cəmi xidmət illəri 19 il 6 ay 18 gün göstərilmişdir. Göründüyü kimi, iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunda nəzərdə tutulan azı 20 il xidmət müddəti mövcud deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı 2021-ci il 25 yanvar tarixdə Bakı İnzibati Məhkəməsinə ərizəsi ilə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli 2-1(112)1036/2020 saylı qərarına izah verilməsini x ahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli, 2-1(112)1036/2020 saylı qərarına əsasən iddiaçının iddiası təmin edilmişdir. Həmin qərarın icra olunması cavabdehə həvalə edilmişdir. Cavabdehin 2020-ci il 16 sentyabr tarixli, 5021 nömrəli məktubu ilə pensiyanın verilməsi üçün məlumat vərəqəsi üçüncü şəxsə göndərilmişdir. Lakin üçüncü şəxsin 2020-ci il 06 noyabr tarixli, **********7 saylı məktubla qeyd edilmişdir ki, “cavabdeh tərəfindən üçüncü şəxsə təqdim edilmiş iddiaçıya dair 2020-ci il 15 sentyabr tarixli məlumat vərəqində təqvim illəri 12 il 7 ay 26 gün, güzəştli xidmət illəri isə 6 il 10 ay 22 gün olmaqla cəmi xidmət illəri 19 il 6 ay 18 gün göstərilmişdir. Göründüyü kimi iddiaçının hərbi qulluqçu kimi yaşa görə əmək pensiya sının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il xidmət müddəti mövcud deyildir. Bu səbəbdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.” Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)1036/2020 saylı, 2020-ci il 17 iyun tarixli qərarında isə qulluq illəri 20 il 8 ay 09 gün göstərilsə də, qərarın qət etdi hissəsində iddianın təmin olunması və məlumat vərəqinin göndərilməsi barədə qeyd edilmişdir. Cavabdeh isə “biz qərarın nəticə hissəsinə uyğun olaraq məlumat vərəqini göndərmişik. Orda qeyd edilməyib ki, qulluq illəri 20 ildən çoxdur kimi ifadələr işlədir.”
10. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 08 fevral tarixli, 2-1(112)-1036/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 20-ci il 17 iyun tarixli, 2-1(112)-1036/2020 saylı qərarına “iddiaçının xidmət illəri xidmətdən buraxılanadək ordu sıralarında xidmət illəri (həqiqi hərbi xidmət də nəzərə alınmaqla 18 il 02 ay 09 gün) və təhsil müddəti (2 il 6 ay) də daxil olmaqla 20 il 08 ay 09 gün təşkil etməsi nəzərə alınmaqla, iddiaçı barəsində “Məlumat vərəqəsi”nin müvafiq qaydada doldurularaq üçüncü şəxsə göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur” kimi izah verilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli 2-1(112)-1036/2020 saylı qərarının əsaslandırıcı hissəsində göstərilmişdir: “Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının xidmət illəri xidmətdən buraxılanadək ordu sıralarında xidmət illəri (həqiqi hər bi xidmət də nəzərə alınmaqla 18 il 02 ay 09 gün) və təhsil müddəti (2 il 6 ay) də daxil olmaqla 20 il 08 ay 09 gün təşkil etdiyindən, onun barəsində məlumat vərəqəsinin üçüncü şəxsə göndərilməsindən imtina edilməsinə dair cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.” (qərarın 9-cu səhifəsinin yuxarıdan 22-ci abzası) iddiaçının xidmət illəri xidmətdən buraxılanadək ordu sıralarında xidmət illəri də daxil olmaqla 20 il 08 ay 09 gün təşkil etdiyindən, iddia tələbi təmin edilmiş və iddiaçı barəsində məlumat vərəqəsinin üçüncü şəxsə göndərilməsi qərara alınmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, məhkəmə qərarı tam icra edilmədiyindən, həmçinin məhkəmə qərarının əsaslandırıcı h issəsində “iddiaçının xidmət illəri xidmətdən buraxılanadək ordu sıralarında xidmət illəri (həqiqi hərbi xidmət də nəzərə alınmaqla 18 il 02 ay 09 gün) və təhsil müddəti (2 il 6 ay) də daxil olmaqla 20 il 08 ay 09 gün təşkil etdiyindən” ifadəsi öz əksini tapdığından, ərizə təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli, 2-1(112)-1036/2020 saylı qərarına izah verilməlidir.
12. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 aprel tarixli, 2-1(103)-1329/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 08 fevral tarixli qərardadı ləğv edilmiş, «Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)1036/2020 saylı 17 iyun 2020-ci il tarixli qərarına izah verilməsi» barədə iddiaçının ərizəsi təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericilik zərurət olduqda məhkəmə qərarına, habelə icra sənədinə onun məzmununu dəyişmədən izah verilməsi qaydasını nəzərdə tutmuşdur. Lakin qanunun mənasına görə, belə izah məhkəmə qərarı icra olunanadək, onun məzmununu dəyişdirmədən yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, qeyri-müəyyən və anlaşılmayan olsun. Hazırki işdən müəyyən olunmuşdur ki, məhkəmənin 2020-ci il 17 iyun tarixli qərarı qanuni qüvvəsini aldığı üçün icra olunması üçün 2020-ci il 07 avqust tarixli məktubla cavabdehə göndərilmiş və həmin qərar sonuncu tərəfindən artıq icra olunaraq, müvafiq məl umat vərəqəsinin verilməsi təmin olunmuşdur. Bu hal iddiaçı tərəfindən verilmiş “izah vermə barədə ərizə”də də öz əksini tapmışdır. Belə olan halda iddiaçının müvafiq ərizəsinə baxılması və məhkəmə qərarına izah verilməsi qanunvericiliyin tələblərinə görə məhkəmə aktının icra olunması səbəbindən istisna olunur. Digər tərəfdən qeyd olunmalıdır ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(112)1036/2020 saylı, 2020-ci il 17 iyun tarixli qərarının nəticəvi hissəsi aydın və anlaşılandır, məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qərarın icrasında çətinlik yaratması üçün heç bir əsas mövcud deyil. Bu baxımdan birinci instansiya məhkəməsi qərarına müvafiq məlumat vərəqəsinin hansı məlumatların qeyd olunmaqla verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi izah verməklə faktiki olaraq həmin qərarın məzmununu dəyişdirmişdir ki, bu da qanunla yolverilməzdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin “məhkəmə qərarına izah verilməsi” barədə 2-1(112)1036/2020 saylı 2021-ci il 08 fevral tarixli qərardadı ləğv edilməli və iddiaçının ərizəsi təmin edilməməlidir.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını ərizədə göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Bakı İnzibati Məhkəmə sinin.2020-ci il 17 iyun tarixli 2-1(112)1036/2020 saylı qərarının tam icra olunmaması xüsusatına diqqət yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
18. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkil ilə tə msil olunmadığından, çıxışlarda iştirak etmədi.
19. Üçüncü şəxsin vəkili şikayət üzrə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçin in bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şik ayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, qanunvericilik zərurət olduqda məhkəmə qərarına, habelə icra sənədinə onun məzmununu dəyişmədən izah verilməsi qaydasını nəzərdə tutmuşdur. Lakin qanunun mənasına görə, belə izah məhkəmə qərarı icra olunanadək, onun məzmununu dəyişdirmədən yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, qeyri-müəyyən və anlaşılmayan olsun. Hazırkı işdən müəyyən olunur ki, məhkəmənin 2020-ci il 17 iyun tarixli qərarı qanuni qüvvəsini aldığı üçün icra olunması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmiş və həmin qərar sonuncu tərəfindən artıq icra olunaraq, müvafiq məlumat vərəqəsinin verilməsi təmin olunmuşdur.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini işin hallarına, İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
26. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, cavabdeh iddiaçının qulluq illərinə dair məlumat vərəqəsini məhz onun 20 illik hərbi xidmət müddətinin olmaması ilə əsaslandırmışdır. Cavabdeh bu qənaətini iddia ərizəsinə qarşı etirazında aşkar göstərmiş, iddiaçının xidmət müddətinin cəmi 19 il 6 ay 27 gün olduğunu bildirmişdir.
27. İ ddiaçı da məhz həmin məzmunda imtinanı mübahisələndirmişdir.
28. Birinci instansiya məhkəməsi isə iddianı təmin edərkən qərarın əsaslandırma hissəsində aşkar olaraq göstərmişdir ki, İddiaçı xidmət illəri xidmətdən buraxılanadək ordu sıralarında xidmət illəri (həqiqi hərbi xidmət də nəzərə alınmaqla 18 il 02 ay 09 gün) və təhsil müddəti (2 il 6 ay) də daxil olmaqla 20 il 08 ay 09 gün təşkil etdiyindən, onun barəsində məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə göndərilməsindən imtina edilməsinə dair cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
29. Beləliklə, iddiaçı cavabdehin yuxarı da qeyd olunan məzmunda imtinasını və bu imtinanın əsaslarını mübahisələndirərək onun 20 ildən artıq xidmət müddətinin olduğunu iddia edirsə, məhkəmə də iddiaçının xidmət müddətinin 20 il 08 ay 09 gün təşkil etdiyini müəyyən edərək iddianı təmin edirsə, cavabdehin iddiaçıya aid məlumat vərəqəsində xidmət müddətinin cəmi 19 il 6 ay 18 gün göstərməsi məhkəmə qərarının onun müəyyən etdiyi nəticəyə uyğun məzmunda icrası kimi qəbul oluna bilməz. Əks halda, iddia olunan məzmunda tələblə bağlı məhkəmə icraatının ümumiyyətlə mövcud olmadığı (və ya baş tutmadığı) qəbul edilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsi, həmçinin nəzərə almalı idi ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri qərara izah verilməsinə dair qərardadın əsaslarından daha çox, mübahisənin mahiyyətinə aid olmaqla iddia çının iddia tələbinin dəlillərinə qarşı yönəlmişdir. Cavabdeh qərardaddan verdiyi şikayətindəki həmin dəlilləri birinci instansiya məhkəməsinin qərarına qarşı apellyasiya şikayətində göstərə bilərdi. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli, 2-1(112)-1036/2020 nömrəli qərarından apellyasiya şikayəti verməmiş, əvəzində, qərarın nəticə hissəsindəki qeyri-müəyyənlikdən icraatın prosessual iştirakçısı kimi yararlanaraq, həmin qərarı iddia tələbinə etirazında göstərdiyi və icraatın nəticəsi olaraq arzu etdiyi məzmunda “icra etmişdir”.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi, həmçinin qeyd etmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra mə muru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir.
32. Normanın məzmunundan da göründüyü kimi, həmin norma təkcə icra sənədinin deyil, həm də icra sənədinin verilməsi üçün əsas olmuş qərarın izah olunmasını nəzərdə tutur. İddiaçı da məhz qərara izah verilməsini xahiş etmişdir. Başqa sözlə, izah barədə ərizə üzrə məhkəmə icraatının predmetini qərarın təkcə (əlahiddə olaraq) nəticə hissəsi deyil, bütövlükdə qərar özü təşkil edir. Buradan, hazırkı iş üzrə qərarın nəticə hissəsi onun digər hissələri ilə birlikdə nəzərdən keçirilməli və münasibət bildirilməli idi.
33. Məhkəmə qərarına onun məzmununu dəyişdirmədən izah verilməli olduğu na dair şərtə gəldikdə, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, hətta birinci instansiya məhkəməsi tərəfindən bu şərtin təmin olunmadığının müəyyən edildiyi halda belə, bu, hazırkı məzmunda ərizənin rədd edilməsinin əsası kimi çıxış edə bilməz.
34. Apellyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət ərizənin təmin edilməsi tələbinə dair hissəd ə təmin oluna bilməz.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 aprel tarixli, 2-1(103)-1329/2021 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.