Məhkəmə qərarları › İş №2-1(102)-1112/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1112/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1112/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: faiz borcunun azaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MTK-nın (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində faiz borcunun azald ılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)506/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisi olmuşdur.

2. İddiaçı ilk öncə xx.xx.2017-ci il tarixdə 2016-cı ilin 4-cü rübü üzrə 29715,05 x 10 rüb = 297150,5 manat vergi məbləği bəyan etmişdir.

3. Vergi orqanının uyğunsuzluq məktubundan sonra iddiaçı dəqiqləşdirilmiş bəyannamə təqdim etməyə cəhd etsə də, sistemdə xəta olduğundan bəyannamə sistem tərəfindən qəbul edilməmişdir.

4. Sonradan xx.xx.2019-cu il tarixdə 2016-cı ilin 4-cü rübü üzrə kağız daşıyıc ıda bəyannamə verilmiş və xx.xx.2020-ci il tarixdə 11025,07 x 10 rüb = 110250,7 manat vergi sistemə işlənilmişdir.

5. İddiaçı cavabdehə ünvanlandığı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarda 2016-cı ilin 4-cü rübü üzrə sadələşmiş vergi məbləği borcuna faiz hesablanmasının qanunvericiliyə uyğun olmadığını bildirmiş və artıq hesablanmış faiz məbləğinin azaldılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, faiz borcunun silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçının şəxsi hesab vərəqəsində faiz borcunun azaldılaraq 2967 7,75 manat məbləğində göstərilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən iddiaçıya ödənilməmiş vergi borcuna görə heç bir sənədə əsaslanmayan faiz borcu hesablanmışdır. Dəfələrlə cavabdehə hesablanmış faizin əsassız olması bildirilsə də, cavabdeh məsələyə münasibət bildirməmişdir. Həmçinin “Vergilərin hesablanması barədə” qərar iddiaçıya təqdim edilməmişdir.

9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya faiz hesablanması xx.xx.2020-ci il tarixdən başlanmışdır. Faiz hesablanmasının əsasını iddiaçı tərəfindən təqdim edilən dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən ilkin olaraq az bəyan edilən binanın sahəsinin sonradan artırılması olmuşdur. Belə ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 2016-cı ilin 4-cü rübü üzrə cari bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Qeyd edilən bəyannamə üzrə vergi orqanı tərəfindən həyata keçirilən vergi yoxlaması zamanı binanın sahəsinin 7149,04 kv.m olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən azaldılaraq 5107,36 kv.m göstərildiyi müəyyən edilmişdir. Vergi ödəyicisinə xx.xx.2017-ci il tarixdə ünvanlanmış uyğunsuzluq haqqında kameral məktubda qeyd edilən kənarlaşma ilə bağlı hallar vergi ödəyicisinə bildirilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi baş vermiş texniki xəta səbəbindən mümkün olmamışdır. Bununla əlaqədar, vergi ödəyicisi tərəfindən 2016-cı ilin 4-cü rübü üzrə kağız f ormasında dəqiqləşdirilmiş bəyannamə tərtib edilmiş və xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmişdir. Qeyd edilən bəyannamə üzrə yaranmış 110250,7 manat fərq 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmiş və şəxsi hesab vərəqəsi üzrə faiz hesablanılmasına başlanılmışdır. Başqa sözlə, vergi ödəyicisinə vaxtında ödənilməmiş vergi öhdəliyinə görə qanunvericiliklə müəyyən edilmiş hər gecikdirilmiş gün üçün faiz hesablanmışdır. İddiaçı iddia ərizəsində faiz məbləğinin hesablanması ilə razılaşmadığını qeyd etməsinə baxmayaraq, hesablamanın əsassızlığının nədən ibarət olmasını əsaslandırmamışdır. Halbuki, qeyd edilənlərdən aydın olduğu kimi, faiz hesablanması vergi ödəyicisinin özü tərəfindən dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi il ə bağlı olaraq həyata keçirilmişdir. Həmçinin əsas vergi öhdəliyi müəyyən etmədiyindən və hər gecikdirilmiş günə münasibətdə hesablandığından faiz məbləği ilə bağlı inzibati aktın qəbul edilməsi tələb edilmir. Odur ki, iddiaçının faiz məbləğinin hesablanması ilə bağlı qərarın iddiaçıya təqdim edilməməsi dəlili heç bir hüquqi əsasa malik deyildir. Digər tərəfdən, faiz məbləğinin hesablanması əsas vergi borcunun ödənilməsi ilə bağlı olduğundan, sözügedən məbləğin silinməsi üçün əsas vergi məbləğinin silinməsi tələb edilir. Yəni, əsas vergi məbləği qüvvədə olduğu müddətdə faiz məbləğinin silinməsi əsası mövcud deyildir. Lakin işin hallarından da məlum olduğu kimi, əsas vergi məbləği vergi orqanı tərəfindən həyata keçirilən hər hansı hesablama üzrə yaranmamış, məhz iddiaçının özü tərəfindən bə yan edilmiş və mübahisələndirilməmişdir. İddia predmetini təşkil edən faiz məbləğinin yaranması əsası vergi ödəyicisi tərəfindən təqdim edilən dəqiqləşdirilmiş bəyannamədir. Yəni, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə üzrə hesablanan verginin məbləği cari bəyannamə üzrə hesablanan verginin məbləğindən daha az olduğundan faiz məbləğinin hesablanması həyata keçirilmişdir. İddiaçı həmçinin hesablanmış borcun yarandığı tarixin 2009-cu ilə təsadüf etdiyindən “ümidsiz borc” kimi silinməli olduğunu bildirmişdir. Vergi borcunun ümidsiz borc hesab edilməsi üçün qanunvericiliklə borcun vergi ödəyicisindən tutulması üzrə müddətin ötürülməsi tələb olunur. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzin də vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Lakin vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi, faiz borcunun hesablanması vergi ödəyicisinin bildirdiyi kimi 2009-cu ildən deyil, xx.xx.2020-ci il tarixdən başlanmışdır. Şəxsi hesab vərəqəsi üzrə vergi borcunun yaranması tarixindən 5 illik müddət keçmədiyindən, borcun ümidsiz borc hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. Digər tərəfdən iddiaçı faiz borcunun yaranması tarixi ilə bağlı iddia ərizəsində bir-biri ilə ziddiyyət təşkil edən iki fərqli tarixə istinad etmişdir. Belə ki, iddiaçı əvvəlcə şəxsi hesab vərəqəsi üzrə borcun xx.xx.2020-ci il tarixdən hesablandığını qeyd etməsinə baxmayaraq, daha sonra borcun 2009-cu ilə aid olduğundan ümidsiz borc hesab edilərək silinməli olduğunu qeyd etmişdir. Digər tərəfdən, vergi ödəyicisinin 2013-cü ildə qeydiyyatdan keçdiyi nəzərə alınarsa, 2009-cu ildə vergi borcunun yaranması mümkün deyil. İddiaçının şəxsi hesab vərəqəsi də mübahisələndirilən faiz borcunun hesablama tarixinin başlanğıcının xx.xx.2020-ci il olduğunu təsdiq edir. Qeyd edilən hallar iddia tələbinin əsassızlığını birmənalı şəkildə təsdiq edir.

10. Birinci instansiya məhkəməsinin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərəkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/2730 nömrəli ek spert rəyi ilə iddiaçının faiz borcunun 29677,75 manat məbləğində olması müəyyən olunmuşdur.

11. Cavabdehin ekspert rəyinə dair mülahizəsində qeyd edilmişdir ki, rəyin əsaslandırma hissəsindən də göründüyü kimi, rəydə heç bir əsaslandırılmış hesablama aparılmamış, ekspert öz səlahiyyətinə aid olmayan məsələlər barəsində rəy vermiş, qarşısında qoyulan suallara mahiyyəti üzrə cavab verməmişdir. Belə ki, vergi ödəyicisinə vaxtında ödənilməmiş vergi öhdəliyinə görə qanunvericiliklə müəyyən edilmiş hər gecikdirilmiş gün üçün xx.xx.2020-ci ildən etibarən faiz hesablanmağa başlanmış, lakin ödəyici tərəfindən xx.xx.2020-ci ildə 105000 manat ödəniş olmuşdur. Ekspert normaların tətbiqi barədə yanlış nəticəyə gəlmişdir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 05 iyul 2022-ci il tar ixli, 2-1(112)-5790/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi üzrə ödənişin gecikməsinə görə cavabdeh tərəfindən şəxsi hesab vərəqəsində faizin hesablanmasının qanunsuzluğunu mübahisələndirir. Belə ki, mövcud qanunvericiliyə görə iddiaçının şəxsi hesab vərəqəsində hesablanmış digər borclar kimi faizləri də mövcud hüququ müdafiə vasitələrindən istifadə edərək mübahisiləndirmək imkanı vardır. Cavabdehin dəlillərinə görə, iddiaçıya borc üzrə faizin hesablanması xx.xx.2020-ci il tarixdən başlanmış, bunun əsası kimi iddiaçı tərəfindən təqdim edilən dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəya nnaməsinə əsasən ilkin olaraq az bəyan edilən binanın sahəsinin sonradan artırılması göstərilmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 2016-cı ilin 4-cü rübü üzrə cari bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş, bəyannamə üzrə vergi orqanı tərəfindən həyata keçirilən vergi yoxlaması zamanı binanın sahəsinin 7149,04 kv.m olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən azaldılaraq 5107,36 kv.m göstərildiyi müəyyən edilmiş, bununla bağlı vergi ödəyicisinə xx.xx.2017-ci il tarixdə ünvanlanmış kameral uyğunsuzluq haqqında məktubda qeyd edilən kənarlaşma ilə bağlı hallar bildirilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi baş vermiş texniki xəta səbəbindən mümkün olmadığından, 2016-cı ilin 4-cü rübü ü zrə dəqiqləşdirilmiş bəyannamə kağız formasında tərtib edilərək xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmişdir. Cavabdeh orqan tərəfindən də qeyd edilən bəyannamə üzrə yaranmış 110250,7 manat fərqi 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmiş və şəxsi hesab vərəqəsi üzrə vergi ödəyicisinə vaxtında ödənilməmiş vergi öhdəliyinə görə xx.xx.2020-ci ildən etibarən faiz hesablanmağa başlanılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi üzrə ödənişin gecikməsinə görə faizlər düzgün hesablanmamışdır. Belə ki, məhkəmə tərəfindən xüsusi mühasibatlıq biliyi tələb edən halların hərtərəfli yoxlanılması məqsədilə təyin edilmiş məhkəmə-mühasibatlıq e kspertizası tədqiqatın nəticəsi olaraq Vergi Məcəlləsinin tələblərinə əsasən ekspert tərəfindən aparılmış aşağıdakı hesablama nəticəsində iddiaçının faiz borcunun 29677,75 manat məbləğində olması müəyyən olunmuşdur: 11025,07 (hər rübə görə əlavə hesablanmış vergi borcu) x 0,1% x 1 il x 10 rüb – 10012,25 faiz üzrə ödəniş = 29677,75. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə təhlil edərək ekspert rəyində əks olunmuş araşdırmanı mötəbər sübut kimi qəbul edir və buna dair cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyinə mülahizədə qeyd olunanları əsassız hesab edir. Məhkəmə hesab edir ki, verilmiş rəyin mötəbərliyinə şübhə doğuracaq sübutlar yoxdur. Rəydə tədqiqat prosesi ardıcıl olaraq şərh olunmuş, gəlinən nəticə əsaslandırılmışdır. Göründüyü k imi, cavabdehin 110250,7 manat borcun 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi və şəxsi hesab vərəqəsi üzrə vergi ödəyicisinə vaxtında ödənilməmiş vergi öhdəliyinə görə xx.xx.2020-ci ildən etibarən faiz hesablanmağa başlanılması ilə bağlı hərəkəti iddiaçının mənafeyinə uyğun olmamış, cavabdeh hərəkəti ilə iddiaçı üçün əlverişsiz vəziyyət yaratmışdır. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh mövcud prosessual qanunvericiliyin tələblərinə görə vergi ödəyicisinin təqsirini, habelə öz qərarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə borclu olduğu halda, bunu edə bilmədiyindən iddia əsaslıdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddi anın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Aytən Oruczadə) 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-506/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazını n, ekspert rəyinə dair mülahizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Maddə 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş v ergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Maddə 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Maddə 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlid ir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Maddə 221.1. Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. Maddə 221.2. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rü bdür. Maddə 221.3. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya ins tansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQ EYİ

24. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

26. İşin hallarının araşdırılması (obyektiv araşdırma) pr insipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

27. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digə r mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

28. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olmuşdur və sadələşdirilmiş vergi ödəyicisidir. İlk dəfə iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 2016-cı ilin 4-cü rübü üzrə 29715,05 x 10 rüb =297150,5 manat vergi məbləği bəyan olunmuşdur. Vergi orqanının uyğunsuzluq məktubundan sonra, iddiaçının dəqiqləşdirilmiş bəyannamə təqdim etməyə cəhd göstərməsi nə rəğmən, sistemdə xəta olduğundan bəyannamə sistem tərəfindən qəbul edilməyib. Sonradan iddiaçı xx.xx.2019-cu il tarixdə 2016-cı ilin 4-cü rübü üzrə kağız daşıyıcıda bəyannamə vermiş və xx.xx.2020-ci il tarixdə həmin bəyannamə üzrə 11025,07 x 10 rüb = 110250,7 manat vergi sistemə işlənilmişdir. Hər iki bəyannamə üzrə ödəmələrdə xeyli gecikmələr olmuş və bu səbəbdən də faizlər hesablanmışdır.

29. İddiaçının şəxsi hesab vərəqəsində ümumi faiz borcu 66814,85 manat müəyyən olunsa da, iddiaçı tələbini şəxsi hesab vərəqəsində faiz borcunun ekspert rəyinə uyğun olaraq 29677,75 manat göstərilməsi kimi dəyişdirmişdir.

30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbi qeyrimüəyyən və qeyri-konkretdir. Belə ki, iddiaçı faiz borcunun azaldılaraq 29677,75 manat müəyyən edilməs ini istəyir, lakin bunun hansı tarixə aid faiz borcu kimi göstərilməsini iddia tələbində açıqlamır.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

32. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddia tələbinin tam aydın olmadığını və qeyri-müəyyənliyini nəzərə alaraq, işə baxan məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasın ın İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə uyğun hüquqi yardım göstərilməli və onun tələbi dəqiqləşdirilməli, niyyətinin nədən ibarət olduğu aydınlaşdırılmalı və konkretləşdirilməlidir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən istinad edilən ekspert rəyindən faizlərin şəxsi hesab vərəqəsinin mövcud vəziyyətinə görə deyil, bəyannamə verilən vergi məbləğinə münasibətdə hesablandığı görünür.

34. Belə ki, ilkin bəyannamə (xx.xx.2017-ci il) üzrə 2016-cı ilin 4-cü rübünün ödəmə müddəti xx.xx.2017-ci il tarixədək olsa da, iddiaçı tərəfindən ödəmələr xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixlərdə qismən aparılmış, 2017-ci ilin 1-ci rübünün ödəmə müddəti (xx.xx.2017) başlayan tarixə əvvəl ki rüb üzrə ödəniş tam ödənilməmiş, bunun üzərinə xx.xx.2019-cu il tarixli dəqiqləşdirilmiş bəyannamə ilə 11025,07 manat məbləğin də faizi gəldiyindən, artıq ikinci rübün ödəmə müddəti başlamadan 2718,96 manat faiz borcu formalaşmışdır (ətraflı bax: iş v. 30-31).

35. Bundan sonra, 2017-ci ilin 1-ci rübü üzrə 29615,55 məbləğin və 11025,07 manat məbləğin ödəmə müddəti xx.xx.2017-ci il tarixdə başa çatdığından, vergi borcu məbləği 54947,7 manat məbləğə qalxmış və yalnız xx.xx.2017-ci il tarixdə 7000 manat ödəniş olunmuşdur.

36. Növbəti ödəniş xx.xx.2017-ci il tarixədək aparılmadığından və həmin tarixədək 48080,91 manat borc olduğundan, faizlərin hesablanması davam etmiş, xx.xx.2017-ci il tarixdə 20000 manat ödəniş aparılanadək, artıq faiz borcu 5687,9 manat təşkil etmişdir. Əsas vergi borcu i sə 28080,91 manat olmaqla növbəti ödəmə müddəti başlayanadək olduğu kimi qalmış və faizlərin hesablanması davam etmişdir. 37. 20.07.2017-ci il tarixdə növbəti 29615,55 məbləğin və 11025,07 manat hesablamanın ödəmə müddəti başa çatdığından, borc məbləği 68779,63 manat təşkil etmiş, 35000 manat məbləğində ödəniş isə ödəmə müddəti başa çatdıqdan 38 gün sonra, yəni xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir. Ödənişdən sonra iddiaçının 33870,38 manat məbləğində vergi borcu qaldığı üçün faizlərin hesablanması davam etmiş və aparılan qismən ödənişlərlə xx.xx.2017-ci il tarixədək vergi borcu məbləği 28628,68 manat olmaqla faizlərin hesablanması davam etmiş və 1 gün müddətinə əsas vergi borcu 0 olduğundan faizlərin hesablanması dayanmışdır.

38. Lakin xx.xx.2017-ci il tarixdə növbəti dövr üzrə 29 615,55 manat və 11025,07 manat məbləğində hesablamanın ödəmə müddəti başa çatdığından, faizlərin hesablanması yenidən davam etmiş, xx.xx.2018-ci il tarixdə növbəti 29615,55 manat və 11025,07 manat məbləğində hesablamanın ödəmə müddəti başa çatdığından borc məbləği 81611,31 manat məbləğə çatmışdır. Bundan sonra, 29615,55 manat ödəniş aparılmış, borc məbləği 63085,93 manat qalmış, faizlərin hesablanması davam etmiş, xx.xx.2018-ci il tarixdə növbəti 29615,55 manat və 11025,07 manat məbləğində hesablamanın ödəmə müddəti başa çatdığından borc məbləği 103907,86 manat həddə çatmışdır.

39. İddiaçı xx.xx.2018-ci il tarixdə 29615,55 manat ödəniş etmiş, borc məbləği 74292,31 manat qalmış və növbəti ödəmə müddətinədək qeyd olunan borc məbləğinə faizlərin hesablanması davam etmişdir. Analoji qaydada nö vbəti ödəmə müddətinədək faizlərin hesablanması aparılmış və xx.xx.2018-ci il tarixdə növbəti 29615,55 manat və 11025,07 manat məbləğində hesablamanın ödəmə müddəti başa çatdığından, borc məbləği 115243,86 manat təşkil etmiş, xx.xx.2018-ci ildə 29615,55 manat ödəniş edildikdən sonra borc məbləği 85628,31 manat qalmış, xx.xx.2019-cu il tarixdə 29800 manat məbləğində ödəniş olunmuş və borc məbləği 56080,31 manat qalmışdır.

40. Bütün bu müddətlər aralığında faizlərin hesablanması davam etdirilmiş və faiz borcu 36977,72 manat həddə çatmışdır. xx.xx.2019-cu il tarixdə növbəti 29615,55 manat və 11025,07 manat məbləğində hesablamanın ödəmə müddəti başa çatdığından borc məbləği 96765,03 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə növbəti 29615,55 manat və 11025,07 manat məbləğində hesablamanın öd əmə müddəti başa çatdığından borc məbləği 137481,94 manat həddə çatmış, həmin tarixə faiz borcu isə 46314,26 manat təşkil etmişdir.

41. Bundan sonra xx.xx.2018-ci il tarixdə 29615,55 manat məbləğində ödəniş olunmuş, vergi borcu məbləği 107866,39 manat qalmış və faizlərin hesablanması davam etmişdir.

42. İddiaçı xx.xx.2019-cu il tarixdə 3500,26 manat ödəniş aparmış, bundan sonra 104446,13 manat məbləğində borc xx.xx.2020-ci il tarixədək qalmış və faizlər hesablanaraq 76804,05 manat həddə çatmışdır. 43. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən 105000 manat məbləğində ödəniş aparılmış, əsas vergi borcu sıfırlanmış və faizlərin hesablanması dayandırılmışdır. Bundan sonra, xx.xx.2020-ci il tarixdə sərəncamla iddiaçının hesabından 9900 manat məbləğində ödəniş aparılmış və əsas vergi borcu o lmadığından, həmin məbləğ faizlərdən silinmiş, ödənişdən sonra faiz borcu 66798,51 manat təşkil etmişdir.

44. Göründüyü kimi, iş üzrə keçirilmiş ekspertiza zamanı yuxarıda qeyd olunan gecikmələr nəzərə alınmadan faizlərin hesablanmasına səthi münasibət bildirilmişdir.

45. İşə təkrar baxan məhkəmə iddiaçının faiz borcunu, o cümlədən azaldılmasını tələb etdiyi faiz borcunu işin 30-35-ci vərəqlərində olan şəxsi hesab vərəqəsindəki hesablamalar nəzərə alınmaqla müəyyən etməlidir.

46. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilmə məlidir.

48. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

49. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması h üququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-50 6/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar