Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1112/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliklə bağlı məlumatın sistemə daxil edilməsi, müddəti başa çatmış ikinci dərəcə əlilliyin müddətsiz müəyyən edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz əlillik kimi qiymətləndirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(103)3165/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının ilkin olaraq xx.xx.2008-ci il tarixdə bir il müddətinə ikinci dərəcə əlilliyi müəyyən edilmiş, növbəti qiymətləndirmələr nəticəsində xx.xx.2016-cı il tarixədək hər dəfə bir il müddətinə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək ona ikinci dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçı 2008-2016-cı illər üzrə bütün əlillik təyinatlarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminə daxil edilməsi, əlilliy inin müddətsiz əlillik kimi qiymətləndirilməsi barədə cavabdehə müraciət etmişdir.
3. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan qiymətləndirilir. Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminə ona dair göndəriş daxil olmamışdır. Bununla əlaqədar səhiyyə müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, iddiaçının əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2008-2016-cı illər üzrə bütün əlillik təyinatlarının Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminə daxil edilməsi və əlilliyin müddətsiz əlillik kimi qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onun əsaslandırılmışdır ki, iddiaçı ümumi xəstəliyə (diaqnoz: “ÜİX, gərginlik stenokardiyası İİİ f.s. Hipertoniya xəstəliyi İİ dərəcə, tez-tez krizlərlə. İnfarktdan sonrakı kardioskleroz”) görə 2008-ci ildən başlayaraq 2016-cı ilə qədə r hər il tibbi sosial ekspert komissiyasında müayinədən keçmiş və ona hər dəfə bir il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə, ümumilikdə isə 13 il fasiləsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12. 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2 bəndində göstərilir ki, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Ona görə də, iddiaçının əlilliyi müddətsiz müəyyən edilməli və əlilliyə görə əmək pensiyası da heç bir fasiləyə yol verilmədən davamlı olaraq ödənilməli idi. Lakin cavabdeh tərəfindən qeyd edilən normanın tələbi pozularaq iddiaçıya 13 il fasiləsiz ikinci dərəcə ə lillik təyin olunduqdan sonra əlilliyinə qanunsuz olaraq müddət qoyulmuş və sonda isə həmin müddətin bitməsi bəhanə gətirilərək əlilliyə görə əmək pensiyasının ödənilməsi xx.xx.2021-ci ildən qanunsuz və əsassız olaraq dayandırılmışdır. İddiaçının əldə etdiyi məlumata görə əlillik təyinatları, o cümlədən müddətsiz əlilliyin müəyyən edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsistemi tərəfindən avtomatlaşdırılmış qaydada həyata keçirilir. Ona görə də, iddiaçının bütün əlillik təyinatları “Əlillik” altsisteminə daxil edilsə idi, fasiləsiz ikinci dərəcə əlillik müddəti 10 ildən də çox olduğuna görə “Əlillik” altsistemi onun əlilliyini mütləq müddətsiz müəyyən edəcəkdi. Amma iddiaçı şəxsi kabine tinə daxil olaraq görür ki, “Əlillik” altsistemində onun əlillik təyinatlarının yalnız dördü vardır və bu təyinatlar üzrə ümumi əlillik müddəti 8 il edir. 2009-2013 illərdəki əlillik təyinatları isə əlillik altsistemində yoxdur və bu təyinatlar üzrə əlillik müddəti isə 5 ildir. İddiaçıya aydın olur ki, bütün bunlar düşünülmüş şəkildə qəsdən edilmişdir. Yəni “Əlillik” altsistemi tərəfindən iddiaçıya avtomatlaşdırılmış qaydada müddətsiz əlillik təyinatı aparılmasının qarşısını almaq üçün əlillik təyinatlarının bir hissəsi yuxarıda göstərdiyi qaydada ya əvvəlcədən altsistemə daxil edilməmiş, ya da sonradan altsistemdən silinmişdir. Nəticədə, iddiaçının altsistemdə düzgün olmayaraq on ildən az fasiləsiz ikinci dərəcə əlillik müddəti qalmış və elə bu səbəbdən də, altsistem əlilliyi müddətsiz mü əyyən etməmişdir. Odur ki, baş vermiş saxtakarlığın və qanunsuzluğun aradan qaldırılması, habelə pozulmuş hüququnun bərpa edilməsi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək bütün əlillik təyinatlarının “Əlillik” altsisteminə daxil edilməsini və ikinci dərəcə əlilliyinin müddətsiz əlillik kimi qiymətləndirilməsini tələb etmişdir. Lakin cavabdeh onun bu qanuni tələbini də təmin etməkdən imtina edərək səhiyyə müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi barədə ona yanlış cavab məktubu göndərmişdir. Qeyd etdiyi normada 10 il fasiləsiz ikinci dərəcə əlillik təyin edildikdən sonra əlilliyin müddətsiz müəyyən edilməsi üçün yenidən müayinə-müalicə və göndəri şin rəsmiləşdirilməsi tələb olunmur. Göründüyü kimi, cavabdehin iddiaçının əlilliyini müddətsiz əlillik kimi qiymətləndirməkdən imtina etməsi və ondan müayinə-müalicə ilə bağlı adına göndəriş rəsmiləşdirilməsini tələb etməsi tamamilə qanunsuz və əsassızdır.
6. Cavabdeh iddiaya qarşı etirazında iddianı qəbul etməmiş, qanunsuz və əsassız olduğunu qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 02 may 2023-cü il tarixli, 2-1(112)-3794/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcə əlilliyin tibb komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmal ı olduğunu bildirir. İddiaçının istinad etdiyi normanın məzmununa əsasən ikinci dərəcə əlilliyin müddətsiz müəyyən olunması üçün əlilliyin mövcudluğu labüddür. Belə ki, norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. Lakin iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək ümumi xəstəlik səbəbi ilə Forma 88 arayışı əsasında ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı 2021-ci il tarixdə (əlilliyi) tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunmamış, sağlamlıq vəziyyəti müəyyən olunmamışdır. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtl ər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi Əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3165/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya 5 il ikinci dərəcə əlillik müddəti təyin e dilərkən növbəti qiymətləndirmə (müayinə) tarixi xx.xx.2021-ci il tarixə müəyyən edilmişdir. Deməli, növbəti aprel ayının 1-dək o, əlilliyi olan şəxs statusunda hesab edilir, sonrakı gündən etibarən isə artıq əlilliyi olmayan şəxs vəziyyətini alır. Qaydanın qeyd olunan tələblərindən isə göründüyü kimi, iddiaçının növbəti əlilliyi müəyyən edildiyi halda yalnız, 10 ildən çox ikinci dərəcə əlillik müddəti nəzərə alınmaqla ona müddətsiz əlillik təyin edilə bilər. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı, onun 13 il əlillik müddətinin “Əlillik” altsistemində təsbit olunmaqla, ona müddətsiz ikinci dərəcə əlillik təyin edilməsini tələb etməkdə haqlı hesab oluna bilməz (Onu da qeyd etmək lazımdır ki, məhkəmələr tərəfindən müvafiq yardım göstərmək məqsədilə iddiaçıda əlillik təyin edilməsin ə imkan verən xəstəliyinin mövcudluğunun müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilsə də, iddiaçı ekspertiza tədqiqatına əyani müayinə üçün getməmiş, müvafiq qərardad icra olunmadan geri qaytarılmışdır).
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 16. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlar ının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarı lması yolu ilə müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
17. Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan R espublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert ko missiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixl ərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
19. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” 1.1. “Azərbaycan Respu blikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra – MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir: 2.1.4. “Sosial ödənişlər” altsistemi; 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; 2.1.8. “Pensiya” altsistemi; 2.2. MEİS-in strukturuna aşağıdakı reyestrlər daxildir: 2.2.2. “Əlilliyi olan şəxslərin” reyestri; 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmi n funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; 2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin t ələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə müba hisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Hazırkı iş üzrə iddiaçının tələbi 2008-2016-cı illər üzrə əlillik təyinatla rına dair məlumatların “Əlillik” altsisteminə daxil edilməsinə, əlilliyinin müddətsiz əlillik kimi qiymətləndirilməsinə yönəlsə də, əslində onun hüquqi marağı və məqsədi xx.xx.2021-ci il tarixdə müddəti başa çatmış ikinci dərəcə əlilliyinin tibb müəssisəsinin göndərişi olmadan və əlillik vəziyyəti qiymətləndirilmədən müddətsiz müəyyən olunmasına nail olmaqdan ibarətdir.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçının xx.xx.2021-ci il tarixdə müddəti başa çatmış ikinci dərəcə əlilliyinin tibb müəssisəsinin göndərişi olmadan və əlillik vəziyyəti qiymətləndirilmədən müddətsiz müəyyən olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi s übutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərar Ali Məhkəmənin analoji işlərə dair yeni hüquqi mövqeyinə uyğundur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx. xx.2022-ci il tarixli, 2-1(102)-912/2022 nömrəli qərarı).
30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
31. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3165/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.