Məhkəmə qərarları › İş №2-1(102)-1113/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1113/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1113/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin əvvəlki qanunun tələblərinə uyğun olaraq yenidən hesablanması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək ha qqına uyğun müəyyən edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)589/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.xxx-ci il təvəllüdlüdür, 1961-ci il tarixdən 2009-cu ilə qədər müxtəlif müəssisələrdə və vəzifələrdə işləmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya 1 avqust 2002-ci il tarixdə 57 yaşı tamam olduqda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. 2008 və 2009-cü illər üzrə əmək haqqının aylar üzrə məbləği nəzərə alınmaqla yenidən hesablan ma həyata keçirilmiş, son olaraq isə 17.01.2020-ci il tarixli qərarla əmək pensiyası yenidən hesablanmış, 01.01.2020-ci il tarixindən əmək pensiyasının məbləği 433.79 manata çatdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 12 fevral 2020-ci il tarixdə cаvаbdеhə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1 may 2002-ci tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqı na uyğun müəyyən edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 25 mart 1961-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 14 iyul 1993-cü il tarixinədək istehsalatın müxtəlif sahələrində çalışmış, 14 iyul 1993-cü il tarixdən 01 sentyabr 2006-cı il tarixinədək “Bulla-Dəniz” NQÇİdə elektrikqaz qaynaqçısı vəzifəsinə və 01 sentyabr 2006-cı il tarixdən 02 may 2009-cu il tarixinədək “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərə yaşa görə əmək pensiyası ona 57 yaşı tamam olduğu 1 may 2002-ci il tarixdən təyin olunmuş dur. Lakin aylıq pensiya haqqının məbləğində sonrakı artımlar həmin qanunun tələblərinə müvafiq surətdə nəzərə alınmamışdır. Onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququn yarandığı vaxtdan, yəni ona pensiya təyin edildikdən sonrakı dövrdə çalışdığı peşələrdə çalışan işçilərin orta aylıq əmək haqlarındakı artımlar barədə məlumat əldə edilməsi məqsədilə “Azneft” İB-nə müraciətinə cavab olaraq verilmiş 7 oktyabr tarixli arayışda sonuncu illər üzrə artımlar öz əksini tapmışdır. Hamin arayışa əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan digər işçilərin, yəni “elektrik qaz qaynaqçı”larının orta aylıq əmək haqqı 2015-ci ildə 902,85 manat, 2016-cı ildə 1054,02 manat, 2017-ci ildə 1042,48 manat, 2018-ci ildə isə 1099,04 manat təşkil etmişdir. İd diaçıya 1 may 2002-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləği “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 90%-i miqdarında müəyyən edilmişdir. Hazırda aylıq pensiya haqqı 403 manat təşkil edir. Bu isə sözügedən qanunun tələblərinə uyğun deyildir.

4. Cavabdeh iddiaya dair etirazında qeyd etmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən güzəştli şərlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 22.05.2009-cu il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyası yenidən hesablanaraq 278,07 manata çatdırılmışdır. Həmin qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası 01.01.2020-ci il tarixdən etibarən 505,80 manat müəyyən edilərək idarə tərəfindən müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, cavabdeh tərəfindən verilən güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında qərar qanunauyğun və əsaslı hesab edilməlidir.

5. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-3254/2020 saylı iş) 15 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı pensiya hüququnu “Vətəndaşla rın pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu müddət ərzində qazanmış olsa da, həmin Qanun 01.01.2006-ci il tarixədək qüvvədə olmuş, 01.01.2006-cı il tarixindən “Əmək pensiyaları haqqında” Qanunu qüvvəyə minmiş, bu Qanunda əmək pensiyasının yenidən hesablanması qaydalarını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Belə olan halda, təyin edilmiş əmək pensiyasının hazırki halda yenidən hesablanmasının əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən həyata keçirilməməsi barədə cavabdeh inzibati orqanın hərəkəti qanunazidd olmamışdır.

7. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X3məruzəçi, X2 və X6, 2-1(103)-589/2021 saylı iş) 16 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 15.09.2020-ci il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul olunmaqla, iddia təmin edilərək 1 may 2002-ci tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsi cavabdehə həvalə edilmişdir.

9. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialları əsasında iddiaçının pensiya hüququnun 2002-ci il tarixdə yaranmas ı müəyyən edilir. Həmin dövrün qanunvericiliyinə uyğun olaraq pensiyanın məbləği orta aylıq əmək haqqının 90 faizi miqdarında müəyyən edilmişdir. 22.05.2009-cu il tarixində əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması əsassız olmuşdur. İddiaçı işlədiyi zaman əmək haqqı almış və aldığı əmək haqqından sosial sığorta haqqı ödəmişdir. Ona görə də iddiaçının əmək pensiyası pensiyaya çıxdığı zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq orta aylıq əmək haqqının 90 faizi miqdarında müəyyən edilməklə, ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilməlidir.

10. Cavabdeh 14 aprel 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkünsüz say ılması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

11. Apelyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tələblərini kobud pozaraq iddiaçıya faktiki olaraq həmin maddəni tətbiq etmişdir. (İddiaçının işlədiyi peşələr həmin Qanunun 20-ci maddəsində qeyd edilməmişdir) 12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3cü bəndində göstərilir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”.

13. Həmin Qərarının 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”.

14. İş materialından göründüyü kimi, iddiaçıya 1 may 2002 -ci ildən DSMF-nun Bakı şəhəri Qaradağ rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin iddiaçı işləməyə davam etmişdir. 22.05.2009-cu il tarixdə o işləməyən əmək pensiyaçı kateqoriyasına keçdiyinə görə ona, bu zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 37.3,1 və 26-cı maddələrinin həmin vaxt qüvvədə olan mətinlərinə uyğun olaraq yenidən hesablanaraq 278,07 manata çatdırılmışdır.

15. Qanunun 29-maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artıq tələbinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası 01.01.2020-ci il tarixdən etibarən 505.80 manat müəy yən edilərək cavabdeh tərəfindən iddiaçının əmək kart hesabına köçürülür. 16. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, “bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.” Qanunun 9.8-ci maddəsi ilə əlaqədar ən önəmli məqam - “...pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir” müddəasıdır.

17. Göründüyü kimi, maddə yalnız yaşa və staja dair tələbləri əhatə edir. Maddənin əvvəlində mövcud qanunvericiliyə görə güzəştli pensiya hüququ verən işlər və müvafiq olaraq yaş və staj t ələbləri qeyd olunmuşdur. Əgər “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək şəxs güzəştli pensiya hüququ verən yerdə qanunvericiliklə müəyyən edilmiş tam staja yiyələnmişdirsə, ona nisbətdə pensiya yaşı və tələb olunan staj əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən müəyyən edilir. Bu maddə heç bir halda pensiya məbləğinə, onun hesablanma və ya yenidən hesablanma qaydasına əvvəl mövcud olmuş qanunvericiliyin tətbiqini nəzərdə tutmur.

18. Apelyasiya instansiyası məhkəməsi yuxanda qeyd edilən qanunun müddəalarını nəzərə almayaraq, kobud pozuntuya yol vermişdir.

19. Apelyasiya instansiyası məhkəməsi qərarında heç bir Qanuna istinad etmədən, sadəcə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1,1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair” Qərarına istinad etmişdir.

20. Məhkəmə həmin qərarının nəticəvi hissəsinə fikir verməmişdir. Belə ki, həmin Qərarın nəticəvi (qərar) hissəsinin 3-cü bəndində göstərilmişdir: 3. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

21. İddiaçının işlədiyi peşələr ilə eyni adlı peşələrdə hal-hazırda işləyən şəxslərin aldıqları əmək haqlarını iddiaçı heç vaxt almamış, onlardan heç vaxt sosial sığorta ödənişləri etməmişdir.

22. Həmçinin, məhkəmə “Əmək pensiyaları haqqın da” Qanunun 1.0.5-ci maddəsinə istinad etsə də, qeyd edilən maddənin iddiaçıya münasibətdə tətbiq edilməsi' qanunsuzdur, belə ki, iddiaçının işlədiyi sahənin və peşənin hərbi qulluqçulara heç bir aidiyyəti yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etdi.

25. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 26. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

17. Yaşa görə pensiyaların məbləği Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək ha qqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Qaçqın və məcburi köçkünlərin yaşa görə pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onların işlədikləri sahələr üzrə təsdiq olunan orta aylıq əmək haqqına görə hesablanır. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a » bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. (-). Maddə

71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: (-). Maddə

72. Orta aylıq əmək haqqının müəyyən edilməsi Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. (-). Maddə

89. Pensiyaların məbləğinin gəlirin yüksəlməsi ilə əlaqədar artırılması Pensiyaların məbləği respublikada orta aylıq əmək haqqının yüksəlməsi il ə əlaqədar olaraq müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qanunvericilikdə müəyyən edilmiş qaydada artırılır. (-).

27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.1. S übutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şik ayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi m ahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

28. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət q əbul oluna bilən hesab edilir.

29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

31. İddiaçı xx.xx.xxx-ci il tarixdə anadan olmuş, 1 avqust 2002-ci il tarixdə 57 yaşında yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. 2008 və 2009-cü illər üzrə əmək haqqının aylar üzrə məbləği nəzərə alınmaqla yenidən hesablanma həyata keçirilmiş, son olaraq isə 17.01.2020-ci il tarixli qərarla əm ək pensiyası yenidən hesablanmış, 01.01.2020-ci il tarixindən əmək pensiyasının məbləği 433.79 manata çatdırılmışdır.

32. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı pensiya hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olduğu müddət ərzində qazanmış olsa da, həmin Qanun 01.01.2006-ci il tarixədək qüvvədə olmuş, 01.01.2006-cı il tarixidən “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minmiş, bu Qanunda əmək pensiyasının yenidən hesablanması qaydalarını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Belə olan halda, təyin edilmiş əmək pensiyasının hazırkı halda yenidən hesablanmasının əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən həyata keçirilməməsi barədə cavabdeh inzibati orqanın hərəkəti qanunazidd olmamışdır.

33. Apelyasiya instansiy ası məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya hüququnun yarandığı 2002-ci ilin qanunvericiliyinə uyğun olaraq pensiyanın məbləği orta aylıq əmək haqqının 90 faizi miqdarında müəyyən edilmişdir. 22.05.2009-cu il tarixdə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması əsassız olmuşdur. İddiaçı işlədiyi zaman əmək haqqı almış və aldığı əmək haqqından sosial sığorta haqqı ödəmişdir. Ona görə də iddiaçının əmək pensiyası pensiyaya çıxdığı zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq orta aylıq əmək haqqının 90 faizi miqdarında müəyyən edilməklə, ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilməlidir.

34. Kasasiya şikayətinin dəlilinə görə iddiaçının iddia tələb i ilə dəqiqləşdirilmiş iddia tələbi fərqli olmuş, iddiaçı iddia ərizəsinə dəqiqləşdirmədə verilən tələblə əvvəllər cavabdehə müraciət etməmişdir. İddiaçıya pensiya təyin edilən və yenidən hesablanan zaman qanunvericiliyin tələblərinə əməl olunmuşdur.

35. Kasasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

36. İddiaçı məhkəməyə qədər cavabdehə müraciət etdiyi 3 dekabr 2019-cu il tarixli ərizəsində “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanunu ilə 1 may 2002-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin həmin qanunun tələblərinə uyğun olaraq yenidən hesablanaraq müəyyən edilməsini xahiş etmişdir (səh.17).

37. İddiaçı 10 fevral 2020-ci il tarixli iddia əri zəsində də həmin tələblə birinci instansiya məhkəməsinə müraciət etmişdir (səh.2).

38. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 15 sentyabr 2020-ci il tarixli ərizəsində 1 may 2002-ci tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. İddiaçı məhkəməyə qədər cavabdehə müraciət etdiyi 3 dekabr 2019-cu il tarixli ərizəsində təyin edilmiş pensiyanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsini bildirməmişdir.

40. Apelyasiya məhkəməsi iddia tələbinin bu hissəsi ilə bağlı iddia tələbinin hədlərini müəyyən edən İPM-in 52-ci maddəsinə uyğun araşdırma aparmamış, iddiaçının əvvəllər belə tələblə cavabdehə müraciəti olub-olmamasını müəyyən etməmişdir.

41. İddiaçı cavabdehə müraciətində və məhkəməyə təqdim etdiyi iddia ərizəsində 2002-ci ildə pensiya təyin olunarkən həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun ayrı-ayrı maddələrinə istinad edərək həmin maddələrin tələblərinin pozulmasını bildirmişdir.

42. Apelyasiya instansiyası məhkəməsi 2002-ci ildə iddiaçıya güzəştli şərtlə pensiya təyin edilən zaman iddiaçının istinad etdiyi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yuxarıda sadalanan normalarına, o cümlədən pensiya təyinatının əmək haqqı əsasında hesablanmasına cavabdeh tərəfindən əməl edilib-edilməməsi ilə bağlı araşdırma aparmamışdır.

43. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunaraq iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, şikayət qismən təmin olunmalıdır.

44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutara q Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-589/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar