Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1113/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla, son haqq-hesabın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1987-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ödənilən son haqq-hesabın vəzifə maaşına ödənilən ə lavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-277/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 7 avqust 2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq baş idarəsinin məhkəmə işlərinin təşkili idarəsinin cavabdeh qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüquqşünası vəzifəsinə təyin edilmişdir.
2. İddiaçının əmək müqaviləsinə 1 iyul 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə ”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir.
3. Həmin əmrə əsasən son haqq-hesabın aparılmasının təmin olunması tapşırılmış və iddiaçıya son haqq-hesab 6 avqust 2020-ci il tarixdə ödənilmişdir.
4. İddiaçı son haqq-hesabın az ödənildiyini hesab edərək son haqq-hesabın hesablanması, hesablama zamanı nəzərə alınan və nəzərə alınmayan ödənişlər barədə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək 9 sentyabr 2020-ci il tarixli məktubla bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə haqqında” xx.xx.2020-ci il tarixli **********634300 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Ə sasnamə’’nin 75-ci maddəsinin 1-ci bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 1 iyul 2020-ci il tarixindən xitam verilərək iddiaçı tutduğu vəzifədən azad edilmiş və əmrin tələblərinə uyğun olaraq, onunla son haqq-hesab aparılmışdır. Son 2 (iki) il müddətində hesablanan və ödənilən aylıq əmək haqqı və ona əlavələr barədə arayış cədvəl formasında məktuba qoşma kimi əlavə olunaraq iddiaçıya təqdim edilmişdir. Əmək Məcəlləsinin 140-cı maddəsinin 4-cü hissəsinə əsasən məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi (son haqq hesab) ödənilərkən də tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqq ının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə Qərar”a əsasən, faktiki işlənmiş vaxt üzrə tarif (vəzifə) maaşı, müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (qulluq stajına, xidmət illərinə, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.), eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar son haqq-hesabın hesablanması zamanı nəzərə alınır. Həmin Əsasn amənin 12-ci maddəsinə əsasən, dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikası Vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin verilməsi Qaydası”nın 2.7-ci bəndinə əsasən, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablaması zamanı nəzərə alınmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ödənilən son haqq-hesabın vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq baş idarəsinin Məhkəmə işlərinin təşkili idarəsinin cavabdeh qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüquqşünası kimi könüllü işdən azad olunma ərizəsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 iyun 2020-ci il tarixli, **********634300 nömrəli əmri ilə 1 iyul 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Həmin əmrlə Maliyyə baş idarəsinə onunla son haqq-hesabın aparılmasının təmin olunması tapşırılmış və son haqq-hesab ona 6 avqust 2020-ci il tarixdə ödənilmişdir. Lakin ödənilmiş son haqq-hesab əmək qanunvericiliyinin tələbləri pozulmaqla hesablanmışdır. Belə ki, son-haqq hesabın hesablanması zamanı yalnız tutduğu vəzifə üzrə vəzifə maaşı nəzərə alınmış, lakin hər ay əmək haqqına ödənilmiş həvəsləndirici xarakter daşıyan daimi əlavələr ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki, hər ay əvvəlki ayın nəticələrinə görə kollektiv mükafatlandırma şəklində müvafiq əmr qəbul edilirdi və cavabdeh tərəfindən bütün əməkdaşlara təxminən vəzifə maaşının 2,5 mislində əlavələr ödənilirdi. Qeyd olunan əlavələr isə artıq uzun müddət sistematik şəkildə hər ay üçün heç bir səbəbdən asılı olmayaraq daimi olaraq ödənilirdi. Məhz bu səbəbdən o, onun son haqq-hesabının hesablanması qaydası barədə məlumat əldə etmək üçün cavabdehə 13 avqust 2020-ci il tarixli məktubla müraciət etmişdir, sonuncu isə təqdim etdiyi 9 sentyabr 2020-ci il tarixli **********723700 nömrəli cavab məktubunda qeyd olunan normalara istinad etməklə son haqq-hesabın hesablanması zamanı vergi əməkdaşlarına kollektiv mükafatlandırma şəklində əmək haqlarına ödənilən əlavələrin nəzərə alınmalı olduğunu etiraf etmiş, lakin eyni zamanda sözügedən Əsasnamənin 12-ci maddəsinə əsaslanaraq dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlərin nəzərdə tutulduğunu göstərmişdir. Halbuki, qeyd olunan Əsasnam ənin 12-ci maddəsinin ona hesablanan son haqq-hesaba heç bir aidiyyəti yoxdur. Həmin normada il ərzində hər bir dövlət qulluqçunun mükafatlandırılması üçün maksimal vəsaitin həddi müəyyən edilmişdir ki, onun məsələsi isə mükafatın verilməsi ilə bağlı deyil, son haqq-hesabın düzgün hesablanaraq ödənilməsi ilə bağlıdır. Son haqq-hesabın ödənilməsi ilə bağlı dövlət büdcəsində isə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Eyni zamanda, cavabdeh orqan cavab məktubunda vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 2.7-ci bəndinə istinad edərək büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqın ın hesablanması zamanı nəzərə alınmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilmiş və həmin Qaydaların 3.1.2-ci yarımbəndinə görə büdcədənkənar vəsaitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsinin xərclənmə istiqamətlərindən biri kimi işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi müəyyən edilmişdir. Onun vəzifə maaşına əlavələr isə kollektiv mükafatlandırma şəklində ver ildiyindən və daimi xarakter daşıdığından qeyd olunan Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin” Siyahısında orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilməlidir. Belə olan halda isə Nazirlər Kabinetin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı üstün hüquqi qüvvəyə malik olduğu və “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın ümumiyyətlə Azərbaycan Respublikasının X3 Reyestrinə daxil edilmədiyi (normativ hüquqi akt statusuna malik olmadığı) üçün Nazirlər Kabinetin sözügedən qərarının tələbləri rəhbər tutulmaqla ona ödənilən son haqq-hesab zamanı vəzifə maaşına verilən əlavəl ər də nəzərə alınmalı idi.
8. Cavabdehin iddiaya dair yazılı etirazının dəlilləri imtina məktubunun əsasları ilə eynidir.
9. Bakı İnzibati Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4635/2021 nömrəli qərarı (hakim P.A.Hüseynov) ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli **********739700 nömrəli əmri ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmişdir və bu Qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydanın 2.7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmişdir və bununla da əmək haqqına əlavələrin verilməsi üçün konkret şərtlər müəyyən edilmişdir ki, məhz həmin əlavələrin də verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğun olmalıdır. Həmin Qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır.
11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli, 2-1(103)-753/2022 nömrəli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4635/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(102)-1089/2022 nömrəli qərarı (hakimlər: N.İ.Rəsulbəyova /məruzəçi/, İ. K.Hüseynov və K.N.Bədəlov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli, 2-1(103)753/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında istinad etdiyi Azərbaycan Respublikası vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” X3 reyestrində qeydiyyatdan keçməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hazırda qüvvədə olmayan normalara istinad etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bundan başq a, apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərinə heç bir münasibət bildirməmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-277/2023 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və Ş.A.Məmmədova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4635/2021 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya işdən azad olunması ilə əlaqədar ödənilən son haqq-hesabının vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla, yenidən hesablanaraq yaranmış fərqin ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiyası məh kəməsinin göstərişlərinə uyğun olaraq araşdırma aparmış və qeyd etmişdir ki, iddiaçının 1 iyul 2020ci il tarixdə işdən azad edilənə qədər, ona vəzifə maaşına ödənilən əlavələri aldığı işin mübahisələndirilməyən hallarını təşkil edir. Qanunvericiliklə əmək haqqına daxil edilən ödənclərlə bağlı tələblərdən göründüyü kimi, əmək haqqı anlayışı vəzifə maaşı və ona ödənilən mükafat, sair əlavələrdən ibarətdir. Lakin cavabdeh qanunvericiliyin tələbləri nəzərə almamış, Azərbaycan Respublikası vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”na istinad etsə də, həmin “Qayda” X3 reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdeh hazırda qüvvədə olmayan normalara istinad etməkl ə, iddiaçıya son haqq-hesab ödənilərkən onun vəzifə maaşına ödənilən əlavələri nəzərə almaması qanunvericiliyin tələblərinə zidd olmuş, işə baxan birinci instansiya məhkəməsi də məhz cavabdehlə razlaşaraq, həmin hüquqi qüvvəsi olmayan “Qayda”nı mübahisəli hüquq münasibətlərinə tətbiq edərək iddianı rədd etməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin müvafiq qərarına istinad etsə də, iddiaçıya ödənilmiş vəzifə maaşına əlavələrin statusu, vergi orqanlarının əməkdaşlarına ödənilən b elə əlavələrin hesablanma və ödənilmə qaydalarının qanunvericiliyin hansı normaları ilə tənzimlənməsini müəyyən etmə vəzifəsini icra etməmişdir. Məhkəmə hazırkı mübahisənin həlli ilə bağlı Əmək Məcəlləsinin 157-ci maddəsinə istinad edə bilməzdi, ilk növbədə ona görə ki, vergi orqanı büdcədən maliyyələşdirilən dövlət qurumu olduğundan onun əməkdaşlarının əməyinin ödənilməsi sistemi, növləri ayrıca müəyyən edilmişdir; onlara verilən əlavələr həmin maddənin 5-ci hissəsində verilən anlayışdan fərqli olaraq əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi deyil, vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi daşıyır. Apellyasiya instansiyası məhkəməsi vergi orqanı əməkdaşlarının hüquqi statusunu tənzimləyən hüquqi aktları araşdırmamış və aşağıda qeyd olunanları nəzərə almamışdır: dövlət qulluqçularının hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər; bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqlarının bütünlüklə əhatə olunub-olunmaması; Əmək Məcəlləsində nəzərdə tutulmuş müvafiq normalarının iddiaçıya münasibətdə tətbiq edilməli olub-olmamasını. Bu isə maddi normanın yanlış tətbiq edilməsinə gətirib çıxarmışdır.
21. Apellyasiya məhkəməsi eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinə istinad etməklə hazırkı iş üzrə tətbiqinə yol verilməyən daha bir maddi hüquq norması əsasında qərar qəbul etmişdir. Həmin normanın tətbiq edilməsinə yol verməyən əsaslar isə aşağıdakılardır: vergi orqanlarında xidmətin dövlət qulluğunun xüsusi növü olması; vergi orqanının əməkdaşlarına, o cümlədən iddiaçıya verilən əlavələrin dövlət büdcəsindən deyil, büdcədənkənar fond hesabına verilməsi; vergi orqanının əməkdaşlarına verilən əlavələrin aylıq vəzifə maaşının 3 misli həcmində olmaması və onların məbləğinin hər ay üzrə icrası birdəfəlik xarakter daşıyan vergi orqanının rəhbərinin əmri əsasında müəyyən edilməsi. Məhkəmə isə bu xüsusatları nəzərə almamış və iddiaçıya verilən əlavələrin həcminin, hesablanma və ödənilmə qaydalarının istinad etdiyi normaya uyğun olubolmadığını ta m araşdırmamışdır.
22. Azərbaycan Respublikası vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Başqa sözlə, həmin qaydalar vergi orqanlarında daxili-təşkilati məsələlərin tənzimlənməsinə yönəldiyindən və onların tətbiqi üçüncü şəxslər üçün hər hansı hüquqi nəticə yaratmadığından X3 reyestrində qeydiyyata alınmasına zərurət yaranmamışdır.
23. Eyni zamanda, əmək haqqına əlavələr kompensasiya xarakteri daşımır, daimi hesab olunmur, zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qu lluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə nəzərdə tutulmur. Bu əlavələr vergi orqanları tərəfindən dövlət büdcəsində nəzərdə tutulan proqnoz göstəricilərinin icrası ilə bilavasitə bağlıdır. Başqa sözlə, proqnoz gəstəricilərin icrası mümkün olmadıqda belə əlavələrin verilməsi dayandırıla da bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-277/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təs diq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”:
2. Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 26. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə
1. X1 istifadə olunan əsas anlayışlar 1.0. X1 istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin d övlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;... Maddə
78. Hüquqi aktların Azərbaycan Respublikasının X3 Reyestrinə daxil edilməsi qaydası 78.1. Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X3 Reyestrinə (bundan sonra – X3 Reyestri) daxil edilməlidir. 78.2. Hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən X3 Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir. 78.3. X3 Reyestrinə daxil edilmək məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında təqdim edilir. 78.4. X3 Reyestrinə daxil edilmiş hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir. 78.5. X3 Reyestrinə daxil edilməsi məqsədi ilə təqdim edilən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə olunur.... Maddə
85. Normativ hüquqi aktların qüvvəyə minməsi 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2. X2 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X 3 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.... 27. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisa s dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı;... Maddə
2. Qanunu n tətbiq dairəsi... 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir.... Maddə
22. Dövlət məvacibi 22.1. Dövlət məvacibinin məb ləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir....
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin Geniş Siyahısı”: Nəzərə alınan ödənişlər: faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı; müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar **, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərma nı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar;...
29. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular...
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.... Maddə
139. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.
2. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblə r 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qə bul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyas ı məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin müvafiq qərarına istinad etsə də, iddiaçıya ödənilmiş vəzifə maaşına əlavələrin statusu, vergi orqanlarının əməkdaşlarına ödənilən belə əlavələrin hesablanma və ödənilmə qaydalarının qanunvericiliyin hansı normaları ilə tənzimlənməsini müəyyən etmə vəzifəsini icra etməmiş, vergi orqanlarında xidmətin dövlət qulluğunun xüsusi növü olmasına baxmayaraq dövlət qulluğu haqqında qanunvericilik normalarına istinad etmişdir.
36. Kassator hesab edir ki, iddiaçının aldığı əlavələr büdcədənkənar vəsaitlər hesabına ödənildiyind ən və bunu tənzimləyən xüsusi norma – Azərbaycan Respublikası vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” mövcud olduğundan apellyasiya məhkəməsinin gəlmiş olduğu nəticə əsassızdır. Qeyd edilən Qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir, başqa sözlə, həmin qaydalar vergi orqanlarında daxili-təşkilati məsələlərin tənzimlənməsinə yönəldiyindən və onların tətbiqi üçüncü şəxslər üçün hər hansı hüquqi nəticə yaratmadığından X3 reyestrində qeydiyyata alınmasına zərurət yaranmamışdır.
37. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının 12 iy un 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 38. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.2-ci maddəsinə əsasən xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə dövlət qulluğunun xüsusi növü hesab olunur.
39. Həmin Qanunun 1.1.3-cü maddəsində isə dövlət qulluqçusunun anlayışı verilmiş və göstə rilmişdir ki, dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir.
40. Dövlət orqanı isə Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələ şdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır (1.1.4cü maddə). 41. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir.
42. Beləliklə, yuxarıda qeyd edilən normaların həm ayrı-ayrılıqda, həm də vəhdət halında hazırkı işə tətbiqinin mümkünlüyünü araşdırdıqda müəyyən edilir ki, iddiaçı vergi orqanının keçmiş əməkdaşı olmaqla dövlət qulluğunun xüsusi növündə çalışmışdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Vergi orqanında işlədiyi müddət ərzində iddiaçının fəaliyyəti “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” və “Dövlət qulluğu haqqında” Qanunun müddəaları ilə tənzimlənmişdir.
43. Cavabdehin də istinad etdiyi və hazırkı işə tətbiqi mübahisə doğurmayan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin tələbinə görə vergi orqanlarında xidmət haqqında qanunvericiliyə hazırkı qərarın 25-ci bəndində sadalanan digər normalarla yanaşı “Dövlət qulluğu haqqında” Qanun və verg i orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları daxildir.
44. Azərbaycan Respublikası vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” X3 reyestrində qeydiyyata alınmadığından normativ hüquqi akt statusuna malik olmamışdır.
45. Ona görə də, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin yuxarıda qeyd edilən tələbi baxımından “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın hazırkı işə tətbiqinə dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
46. Bundan başqa, nəzərə alınmalıdır ki, dövlət vergi orqanlarında xidmət dövlət qulluğunun xüsusi növüdür və dövlət qul luğunun ümumi prinsipləri həmin xidmətdə (xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədə) də tətbiq olunmalıdır. Bununla bağlı hazırkı qərarın 25 və 27-ci bəndlərində qeyd edilən normalarda həmin xüsusatlar öz əksini tapmışdır. 47. “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.
48. Bundan başqa, hazırkı qərarın 28-ci bəndində qeyd edilən normaya əsasən də müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafat landırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə daxildir.
49. Eləcə də, məhkəmə kollegiyası hesab edir ki, son haqq-hesabın və yaxud istifadə edilməmiş məzuniyyət günlərinin hesablanması ilə bağlı “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə hər hansı norma nəzərdə tutulmadığından Əmək Məcəlləsinin 139.2-ci maddəsinə istinad etməkdə apellyasiya instansiya məhkəməsi haqlı olmuşdur.
50. Belə olan halda, kassasiya şikayətinin düzgün maddi hüquq normasına istinad edilməməsi və Ali Məhkəmənin qərarında qoyulan göstərişlərin yerinə yetirilməməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(103)-277/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.