Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1114/2020 14.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MTK-nın cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: Vergi münasibətləri ilə bağlı mübahisələr, müvəqqəti xarakterli müdafiə tədbiri) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi borcu barəsində hesabatın qəbul edilməsi və əsassız hesablanmış faizlərin silinməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-379/2020 saylı qərardadından cavabdeh tərəfind ən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MTK cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiaçının mansard mərtəbəsinin tikintisi üçün Vergi Məcəlləsinin tələbinə uyğun BTFSV üzrə faktiki olaraq sonradan yaranan 49.914,22 manat məbləğdə vergi borcu barədə hesabatın cavabdeh tərəfindən qəbul edilməsi, 49.914,22 manat əsassız hesablanmış faizlərin silinməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə də təqdim edərək, “xxxx” ASC-də olan hesablarının üzərinə əsassız qoyulmuş xx.xx.2019-cu il tarixli ******** **1A nömrəli və “xxxx” ASC-də xidmət olunan hesabların üzərinə eyni qaydada qoyulmuş xx.xx.2019-cu il tarixli **********6A nömrəli sərəncamların iddia üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər icrasının dayandırılması və həmin dövr ərzində digər sərəncamların qoyulmasının qadağan edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-4155/2019 nömrəli (sədrlik edən hakim Z.Tağıyev) qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, müvəqqəti xarakterli müdafiə tədbiri kimi sərəncamın dayandırılması barədə qərardadınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyas iya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-379/20 nömrəli (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərardadı ilə birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, İddiaçı MTK-nın müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsi, İddiaçı MTK-nın «xxxx» ASC-də və «xxxx» ASC-də olan hesablarının üzərinə qoyulmuş xx xxxxxxx 2019-cu il tarixli **********1A nömrəli və xx xxxxxxx 2019-cu il tarixli **********6A nömrəli sərəncamların icrasının iddia üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər dayandırılması, həmin dövrdə digər sərəncamların qoyulmasının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,cavabdeh tərəfindən apelyasiya şikayətinə təqdim edilmiş etirazda da qeyd edildiyi kimi müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsinin birinci əsasının vergi orqanı ilə vergi ödəyicisi arasında yaranan mübahisələr zamanı olması mümkün deyildir. Çünki iddia ərizəsi uğurlu olduğu halda, vergi orqanının sərəncamı ilə alınmış və ya dondurulmuş vəsaitlər Vergi Məcəlləsinin 87-ci maddəsinə müvafiq olaraq, iddiaçının artıq ödəməsi kimi tanınır. Bu maddənin tələbinə görə vergi ödəyicisi artiq ödənilmiş vergi və digər vəsaitlərinin sonrakı öhdəlikləri üzrə ödəmələrin hesabına aid olunmasını və yaxud 45 gün müddətində geri qaytar ılmasını tələb edə bilər. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları» da təsdiq edilmişdir. Həmçinin bildirilir ki, məhkəmə qərardadın qəbul edilməsi zamanı cavabdehin mənafeyini ümumiyyətlə nəzərə almayaraq, qanunvericiliklə vergi orqanına verilmiş hüquqlardan istifadə edilməsini məhdudlaşdırmışdır. Halbuki, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli v ə ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməli atları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququna malikdir. Həmin Məcəllənin 65.2.2-ci maddəsinə əsasən vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. Bundan başqa, Vergi Məcəlləsinin 16.1.1 1.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-379/2020 saylı qərardadının ləğv edilməsi və idd iaçının müvəqqəti xarakterli müdafiə barədə ərizəsinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bu səbəbdən şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə yazılı icraat qaydasında baxılmışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-379/2020 saylı qərardadla, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-4155/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, İddiaçı MTK-nın müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsi, İddiaçı M TK-nın «xxxx» ASC-də və «xxxx» ASC-də olan hesablarının üzərinə qoyulmuş xx xxxxxxx 2019-cu il tarixli **********1A nömrəli və xx xxxxxxx 2019-cu il tarixli **********6A nömrəli sərəncamların icrasının iddia üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər dayandırılması, həmin dövrdə digər sərəncamların qoyulmasının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 41.2, 43.1, 43.1.1, 43.1.2, 43.2, 68.1, 80.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-379/2020 saylı qərardadla və həmin qərardaddan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadında istinad etdiyi prosessual hüquq normalarının nəzərdən keçirilməsi zəruridir. Belə ki, İnzibati Prosessual Məcəllənin: 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlər lə dayandırılması barədə də qərardad qəbul edə bilər; 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi; 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Həmçinin apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzib ati Prosessual Məcəlləsinin 44cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxx 2015-ci il tarixli Qərarına əsaslanmışdır ki, həmin qərarda qeyd olunmuşdur ki, «Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir». Eyni zamanda apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 68.1 və 80.1-ci maddələrinə əsaslanmışdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (İnzibati Prosessual Məcəllənin 80.3-cü maddəsi). Həmin Məcəllənin 80.1-ci maddəsinə görə isə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Yuxarıda göstərilmiş prosessual hüquq normalarına istinad edən apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, «İddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin tələbi onun barəsində qəbul olunmuş sərəncamların icrasının dayandırılması və yeni sərəncamların qəbul edilməsinin qadağan edilməsi olduğundan, məhkəmə kollegiyası hesab edir ki, ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. İşin hallarının ilkin araşdırılması isə iddianın böyük ehtimalla uğurlu olmayacağı barəd ə məhkəmə kollegiyasında hər hansı qənaət formalaşdırmır. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur». Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi «işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir» qənaətinə gəlsə də, bu qənaətinə gəlməsinin səbəblərini, yəni, işin konkret hər hansı bir faktiki və hüquqi hallarını ümumiyyətlə göstərməmiş və nəticə etibarı ilə öz qənaətini əsaslandırmamışdır ki, bu da, apelyasiya instansiyası məhkəməsinin özünün də tətbiq etdiyi İnzibati Prosessual Məcəllənin 68.1 və 80.1-ci maddələrinə ziddir. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi sözügedən məsələni həll edərkən Vergi Məcəlləsinin 16, 65, 87-ci maddələrinin tələblərini də nəzərə almamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-379/2020 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsin ə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1114/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1114/2020
14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver