Məhkəmə qərarları › İş №2-1(102)-1114/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1114/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1114/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslim oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” tələbinə da ir iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-474/2021 saylı, 4 mart 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. N saylı hərbi hissənin qərargah rəisi tərəfindən verilmiş N.01.2003-cü il tarixli arayışa əsasən iddiaçı həqiqətən iyun ayının 6-dan avqust ayının N-i N2-ci ilədək Xocalı divizionunda xidmət etmişdir.

2. Xocalı Rayon İcra Hakimiyyətinin başçısının 11.08.2016-cı il tarixli arayışına əsasən iddiaçı həqiqətən 1989-cu ildən N1-ci ilin oktyabr ayına qədər Xocalı şəhər “Özünümüdafiə” dəstəsinin tərkibində torpaqlarının müdafiəsi uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Əsas: Adlı siyahı sıra № 1.

3. Səfərbərlik və Hərbi X idmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi tərəfindən verilmiş 04.07.2019-cu il tarixli arayışa əsasən 1952-ci il təvəllüdlü, Xocalı şəhər sakini iddiaçı həqiqətən torpaqlarının azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak edib. Xocalı rayon İcra Hakimiyyəti başçısının 11.08.2016-cı il tarixli, 52 saylı arayışına əsasən 1989-cu ildən N1-ci ilədək Xocalı rayon “özünümüdafiə” dəstəsinin tərkibində döyüşlərdə iştirak edib. Məhkəmə qətnaməsi ilə N1-ci ildən N2-ci ilədək erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilib. 18.11.2005-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində hərbi qeydiyyatdadır. Ehtiyatda olmanın son yaş həddinə çatdığına görə hərbi qeydiyyatdan çıxarılmışdır.

4. Ba kı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3679/2019 saylı, 16.05.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı N1-N2-ci illərdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmişdir. Cavabdehin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanladığı 08.04.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçının 06.06.N2-ci il tarixdən N avqust N2-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi və döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsinə etiraz edilmir.

5. X3 notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən Xocalı şəhərindən məcburi köçkün, hal-hazırda Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış, 01.01.1953-cü il təvəllüd lü X4 bu ifadəsi ilə təsdiq etmişdir ki, həqiqətən də N2-ci il iyul ayının 28-də Ağdam rayonunun Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərin birində yaxınlığında partlayan mərmi nəticəsində onlarla birlikdə olan xx.xx.1952-ci il təvəllüdlü iddiaçı başından qəlpə yarası almış və onun tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 18.12.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiya”nın 13.12.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədl ər geri qaytarılır. N nömrəli hərbi hissədə xidməti barədə arxiv sənədlərində heç bir məlumat olmadığına və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16.05.2019-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir.

7. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 16.04.2020-ci il tarixli, HP 01/557 №-li məktubundan görünür ki, iddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı 8 iyun 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mür aciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1952-ci ildə Xocalı rayonunun Balluca kəndində anadan olmuşdur. Xocalı şəhəri erməni işğalçıları tərəfindən işğal edilənə kimi orada yaşamışdır. N1-ci ildə Xocalıda yaradılmış özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşlərdə aktiv iştirak etmişdir. 26 fevral N2-ci ildə Xocalı işğal edildikdən sonra isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində (sonradan N saylı hərbi hissə) N iyun N2-ci ildən N avqust N2-ci ilə qədər döyüşlərdə iştirak etmişdir. X1 N4-cü ildə Füzuli şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub və Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən ona 09.02.N9-cu ildə vəsiqə verilmişdir. Lakin sonradan vəsiqələr dəyişdirilərkən ona vəsiqə verilməmişdir. 2019-cu ilin əvvəlində N1-N2-ci illərdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsi faktının müəyyən olunmasına dair ərizə ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-3679/2019 saylı, 16.05.2019-cu il tarixli qətnaməsi ilə onun ərizəsi təmin edilmiş, N1-N2-ci illərdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmək faktı müəyyən edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə 24.06.2019-cu il tarixdə qanunu qüvvəyə minmişdir. Daha sonra qətnamə icra olunmaq üçün 5 iyul 2019-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Ancaq sözügedən qətnamə uzun müddət icra olunmamış, yalnız çoxsaylı dövlət orqanlarına çoxsaylı şikayətlərindən sonra 4 dekabr 2019-cu ildə qətnamə və ona əlavə edilmiş sənədlər icra olunması və ona “Müharibə Veteranı” adı və vəsiqəsi verilmək üçün Cavabdehnə göndərilmişdir. Şəxsi Heyət Baş İdarəsinin 18.12.2019-cu il tarixli cavab məktubu ilə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş, üzərində N saylı hərbi hissə N nömrəli arayışda İddiaçı iyun ayının 6-dan avqust ayının N-i N2- ci ilədək Xocalı divizionunda xidmət etmişdir. Qeyd edilən bu arayışın həqiqəti əks etdirməsi şübhə altına alınır və ar ayışda “iyun ayının 6-dan avqust ayının N-i N2-ci ilədək Xocalı divizionunda xidmət etdiyi qeyd edilmişdir.” sözlərinin yazılması konkret olaraq onun hansı ildən xidmətə başlaması və hərbi hissənin tərkibində hansı hərbi rütbədə, eləcə də hansı vəzifədə xidmət keçməsi haqqında məlumatlar müəyyən edilməmişdir. Bu halda iddiaçının təqdim etdiyi və arxiv sənədlərində onun həmin illərdə hərbi qulluqçu olaraq xidmət keçməsi haqqında məlumatlar təsdiq edilmir. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin 2(001)3679/2019 nömrəli 16.05.2019-cu il tarixli qətnaməsində iddiaçının N1-N2-ci illərdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmə faktı müəyyən edilsə də, onun hərbi qulluqçu statusu müəyyən edilməmişdir. Bu səbəblərə görə Binəqədi Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında cavabdeh in nümayəndəsi tərəfindən iddiaçının N1-N2-ci illərdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə baxıldığı zaman onun hərbi xidmət keçməsi əsas götürülməklə və şəxsin hərbi hissəyə daxil olması, eləcə də hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması haqqında təsdiqedici rəsmi məlumatların aşkarlanmadığı önə çıxarılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim X6, 2-1(112)-4953/2020 saylı iş) 16 o ktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının xidmətini nə zaman başa vurması və onun hansı əsaslarla ordudan tərxis olunması ilə bağlı məlumat olmadığından, onun hərbi xidmətini başa vurmasının həqiqiliyi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi, eləcə də qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz.

13. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnziba ti kollegiyası (hakimlər X14-məruzəçi, X9 və X7, 2-1(103)-474/2021 saylı iş) 4 mart 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

15. İddiaçı 26 aprel 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

16. Şikayətdə işin hallarına istinad edilərək qeyd edilmişdir ki, inzibati mübahisə üzrə toplanmış sənədlər iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı faktını tamamilə təsdiq edir.

17. Məhkəmənin qanuni qüvv əyə minmiş qətnaməsinə əsasən iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı faktı tanınıb. Həmin qətnamədən maraqlı şəxs nəinki apelyasiya şikayəti verib, hətta əksinə iddiaçının döyüş əməliyyatlarında iştirakı faktının müəyyən edilməsinə etiraz etmədiyini bildirib. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi 08.04.2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirib ki, “ərizəçi İddiaçı 06.06.N2-ci il tarixdən N.08.N2-ci il tarixədək N saylı hərbi hissənin tərkibində xidmət keçməsi və döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsinə etiraz etmir".

18. Göründüyü kimi, digər sübutları bir kənara qoysaq belə, iddiaçının erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirakı faktı məhkəmənin qanuni q üvvəyə minmiş qətnaməsi ilə tanınıb. Ancaq, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin ardınca Binəqədi rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli qətnaməsini şübhə altına alıb ki, bu da hüquqi müəyyənlik prinsipinin kobud şəkildə pozulmasıdır.

19. Şikayətin maddi hüquqi əsası kimi "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il N sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

22. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 23. 25 dekabr N1-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbay can Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 24. “Veteranlar haqqında” Qanun: Maddə

3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. uğrunda döyüş

25. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il N sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, dö yüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid məti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğru nda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədə n, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifə sinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

27. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İddiaçının iddiasının əsaslarına görə Xocalı rayonunun Balluca kəndində anadan olmuşdur. Xocalı şəhəri erməni işğalçıları tərəfindən işğal edilənə kimi orada yaşamış, N1-ci ildə Xocalıda yaradılmış özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşlərdə aktiv iştirak etmişdir. 26 fevral N2-ci ildə Xocalı işğal edildikdən sonra isə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində (sonradan N saylı hərbi hissə) N iyun N2-ci ildən N avqust N2-ci ilə qədər döyüşlərdə iştirak etmişdir. Binəqədi rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli qətnaməsi ilə onun ərizəsi təmin edilmiş, N1-N2-ci illərdə erməni işğalçılar ına qarşı gedən döyüşlərdə iştirak etmək faktı müəyyən edilmişdir.

31. Cavabdehin dəlillərinə görə iddiaçının Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə, o cümlədən 708 (N saylı) saylı hərbi hissənin tərkibində N iyun N2-ci ildən N avqust N2-ci ilə qədər döyüşlərdə iştirak etməsinə dair hər hansı sübut mövcud olmamışdır.

32. İddianın əsasları ilə kasasiya şikayətinin əsasları eyni olmuşdur.

33. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

34. İddiaçının 708 (N saylı) saylı hərbi hissənin tərkibində N iyun N2-ci ildən N avqust N2-ci ilə qədər döyüşlərdə iştirak etməsi işdə olan hər hansı mötəbər sübutla təsdiq olunmur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12 -dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçul ara müvafiq orqan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.

36. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır.

37. İddiaçı Əsasnamədə hərbi hissədə hərbi xidməti ilə bağlı qeyd edilən sənədlərdən hər hansı birini təqdim edə bilməmiş, hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrlə rdən çıxarışlar mövcud olmamışdır.

38. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il N sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələ rdə xidmət etməsi şərtdir.

39. İşdəki sənədlərə görə iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə xidmət etməsi yuxarıda qeyd edilən Əsasnamədə sadalanan sübutlara təsdiq olunmamışdır. 40. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hərbi qulluqçu statusu əldə etməsi və bu statusu itirməsi sübuta yetməmişdir.

41. İddiaçı şikayətində döyüşlərdə iştirakını təsdiq edən Binəqədi rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli qətnaməsinə istinad etmişdir.

42. Məhkəmə kollegiyası vurğulayır ki, veteran adı və vəsiqəsinin verilməsinə dair Əsasnamədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə istinad olunmamışdır.

43. Odur ki, cavabdehə qarşı iddianı rədd etməklə apelyasiya məhkəmə sinin gəldiyi nəticə əsaslı olmuşdur.

44. İddiaçı Xocalı şəhər özünümüdafiə dəstəsinin tərkibində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirmişdir.

45. Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əsasında cavabdeh tərəfindən deyil, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.

46. İddiaçıya izah edilir ki, Azərbaycan Re spublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il N sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsini təsdiq edən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahını (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməklə veteran vəsiqəsi almaq üçün müraciət edə bilər.

47. Cavabdeh Müdaf iə Nazirliyinə münasibətdə iddianın rədd olunması hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

48. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-474/2021 saylı, 4 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar