Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1114/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidmət illərinin yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1969-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “xidmət illərinin yenidən hesablanması və məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Döv lət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2022-ci il tarixli, 21(105)-80/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə müraciət edərək, xidmət illərinin yenidən hesablanmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli, K/1226/4/F-2697 nömrəli imtina məktubu ilə bildirmişdir ki, mövcud arxiv şəxsi iş məlumatına əsasən, iddiaçının xidmət illəri yenidən hesablanmış və xx.xx.2001-ci ildə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı tarixə təqvim lə 19 il, 08 ay, 01 gün təşkil etmişdir. Həmçinin, cavabdeh qeyd etmişdir ki, iddiaçının arxiv şəxsi işində xx.xx.1993-cü ildə MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətə qəbul edilərkən xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamından deyil, Silahlı Qüvvələrin ehtiyatından həqiqi hərbi xidmətə qəbul edilməyi barədə müvafiq qeydiyyatlar aparılmışdır. Əlavə olaraq, məlumatların dəqiqləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə müraciət olunmuş və daxil olmuş sorğuda barəsində əlavə məlumatların, həmçinin, xidmət etdiyi N və N nömrəli hərbi hissə komandirlərinin əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı qeyd edilmişdir. Bununla yanaşı cavabdeh qeyd etmişdir ki, iddiaçı 1993-cü ilin iyun-sentyabr ay larında olan xidməti barədə məlumatları əldə edərək Dövlət Sərhəd Xidmətinə təqdim edəcəyi təqdirdə əlavə olaraq müraciətinə baxılması mümkün olacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xidmət illərinin yenidən hesablanması və məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1986-90-cı illərdə X2 hərbi tank komandirləri məktəbində təhsil almış, 1990- 93-cü illərdə keçmiş Türkmə nistan SSRİ-nin, 1993-2001-ci illərdə Azərbaycan Respublikası MTN-nin Sərhəd Qoşunlarında (indiki Dövlət Sərhəd Xidmətində) həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2001-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən pensiya təminatı üçün müraciətinə verilən imtina cavabında hissə komandirinin əmrindən çıxarışa əsasən, təqvimlə 14 il 04 ay 07 gün, güzəştli 04 il 11 ay 21 gün, cəmi 19 il 03 ay 28 gün xidmət illəri hesablanmışdır. Məhkəməyəqədər pretenziya qaydasında cavablardan görünür ki, cavabdeh 2001-ci ildə cəmi xidmət illərinin 19 il 3 ay 24 gün, 2020-ci ildə 19 il 8 ay 01 gün, 2021-ci ildə isə 19 il 6 ay 29 gün olduğu qənaətinə gələrək məlumat vərəqəsini tərtib edib DSMF-yə göndərməmişdir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bu məqsədlə pensiya hesablanması üçün məlumat vərəqinin təqdim olunmasını cavabdehdən xahiş etsə də, güman olunur ki, o, həmin hesablamalara əsaslanmaqla bundan imtina etmişdir. İkinci cavaba əlavə olunan arayışda “xx.xx.2001-ci il tarixə cəmi xidmət illəri 19 il 06 ay 29 gün” göstərilmişdir. Göründüyü kimi, iki ay ərzində cavablarda xidmət illəri fərqli göstərilmiş, sonuncu cavabda isə 01 ay 02 gün də “azaldılmış”dır. Cavabdehin cavabında (həmçinin xidmət etdiyi N və N nömrəli hərbi hissə komandirlərinin əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı qeyd edilmişdir) qeyd olunan dövrlə bağlı müvafiq sübutların toplanmasında köməklik göstərilməsinə qaldıqda, Ali Məhkəmə Kollegiyasının 14 aprel 2015-ci il tarixli 2- 1(102)453/15 №-li iş üzrə Qərarında qeyd edildiyi kimi, “Digər tərəfdən, pensiyanın yenidən hesablanması ilə bağlı iddiaçıya müvafiq sübutların toplanmasında köməklik göstərilməsi və bununla bağlı müvafiq məlumatların digər inzibati orqanlardan əldə edilməsi “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə görə cavabdehin inzibati orqan kimi müəyyən edilən vəzifəsidir”. Sonuncu cavaba əlavə olunan arayış tədqiq olunsa müəyyən olunar ki, aşağıdakı dövrlər pensiya təminatı məqsədilə xidmət illərinə hesablanmalıdır.1) xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək qeyd olunan dövr (03 ay 08 gün), özü də güzəştli şərtlərlə; 2) xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr (01 ay 20 gün); 3) xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrün güzəşti (17 günün imtiyazı = 8 gün); 4) Ehtiyata buraxıldığı 2001-ci təqvim ilinə görə istifadə etmədiyi növbəti məzuniyyət müvafiq əmrlərlə sübut olunmasa, cavabdeh inzibati orqanın qanunsuzluğu ucbatından baş verdiyindən, həmin dövrlər də hesablanıb DSMF-yə göndərilməlidir.
4. Cavabdeh məhkəməyə iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçı xx.xx.1993-cü il tarixdə Silahlı Qüvvələrin ehtiyatından keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında həqiqi hər bi xidmətə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “d” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı xx.xx.1998-ci il tarixdə yenidən Silahlı Qüvvələrin ehtiyatından həqiqi hərbi xidmətə qəbul edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 339.2, 341.2.3 və 311.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə görə xx.xx.2001-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. İddiaçının təqvimi və güzəştli xidmət illəri onun şəxsi iş materiallarına əsasən ümumilikdə 19 il, 06 ay, 29 gün olaraq aşağıdakı qaydada hesab lanmışdır: Təqvimi xidmət müddəti 1) xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək Ali hərbi məktəbdə kursant - 04 il, 01 ay, 01 gün. 2) xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək Türkmənistan SSRİ SQ-də həqiqi hərbi xidmət - 02 il, 09 ay, 03 gün. 3) xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət - 04 il, 03 ay, 06 gün. 4) xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət - 03 il, 02 ay, 08 gün. Qeyd: cəmi 14 il, 03 ay, 18 gün. Güzəştli xidmət müddəti 5) xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək Türkmənistan SSRİ SQ-də həqiqi hərbi xidmət müddətində xidmətin bir günü gün yarım hesablanmaqla -01 il, 04 ay, 08 gün. 6) xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək MTN Sərhəd Qoşunlarında həqiqi hərbi xidmət müddətində xidmətin bir gü nü iki gün hesablanmaqla - 03 il, 07 ay, 14 gün. 7) xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək MTN X1 Sərhəd Dəstəsinin sərhəd zastavasında xidmətin bir günü gün yarım hesablanmaqla - 3 ay, 19 gün. Qeyd: cəmi 05 il, 03 ay, 11 gün.
5. Sumqayıt İnzibati Məhkəməsinin 6 iyul 2021-ci il tarixli, 2-1(118)-911/2021 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2004-cü ilədək qüvvədə olan redaksiyasına istinad edərək hesab etmişdir ki, iddiaçnın güzəştli xidmət müddəti hesablansa da, onun pensiyaya çıxması üçün tələb olunan 20 illik müddət tamamlanmadığından, tələbinin təmin olunması mümkün deyildir. İddiaçının 1993-cü ilin iyun ayından sentyabr ayına kimi Silah lı Qüvvələrdə ehtiyatda olması məhkəmədə öz təsdiqini tapmamışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b.apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2022-ci il tarixli, 2-1(105)-80/2022 nömrəli qərarı ilə (hakimlər: Rəşadət Ağayev - sədrlik edən və məruzəçi, İlqar Dəmirov və Hökümə Babayeva) apellyasiya şikayəti təmin edilməmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Sumqayıt Apell yasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi İPM-in 12.1 və 82-ci maddələrinin tələblərini pozaraq iddiaçının 8 sentyabr 1993-cü il tarixdə yazdığı raportu iş üzrə sübut kimi qəbul etmişdir. Halbuki, belə müraciət aşağıdakı səbəblərə görə Silahlı Qüvvələrin ehtiyatından xidmətə qəbul kimi dəyərləndirilə bilməzdi. Raport - hərbi xidmətçinin öz böyüyünə verdiyi şifahi və ya yazılı məlumat, xəbər olduğundan, ehtiyatdan xidmətə qəbul üçün iddiaçı tərəfindən müraciət forması kimi istifadə oluna bilməzdi. Başqa söz lə, raport xidmətdaxili müraciət forması olduğundan, bu formada müraciət edən də artıq xidmətdə olan şəxs sayılır. Bundan əlavə, qeyd olunanlar 1993-cü ildə birinci Qarabağ müharibəsinə təsadüf etdiyindən müharibə dövrünün qanun və qaydaları da iddiaçının Silahlı Qüvvələrin ehtiyatından xidmətə götürülməsini istisna edir. 12. 2011-ci ilədək qüvvədə olan “Hərbi xidmət haqqında” AR Qanununun 14-cü maddəsinə görə isə “hərbi vəzifəlilər üçün hərbi xidmətin başlanğıcı hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdüyü gündür.” Həmin dövrün bu Qanununun tələbinə görə isə məhkəmə iddiaçının ehtiyatdan xidmətə qəbul olunması faktını həmin vaxt onun qeydiyyatda olduğu Lerik RHK-na uçota götürülüb-çıxması qeydlərinə dair şəxsi iş materiallarında məlumatlar olsaydı, buna uy ğun olaraq sübut edə bilərdi. Bununla da xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək dövrün xidmət illərinə əlavə olunması üçün “İnzibati icraat haqqında” Qanunun 24.1, 24.2 və 24.4-cü, İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 82-ci maddələrinin tələbləri təmin olunmadığından iddiaçının xidmətə qəbul olunması barədə raportla yazdığı müraciət iş üzrə sübut hesab edilə bilməzdi. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək xidmət dövrünün də cavabdeh tərəfindən xidmət illərinə əlavə olunmamasında səhvlərə yol vermişdir. Belə ki, mübahisə olunan qərarın 36-cı bəndinə görə, iddiaçı 27 dekabr 1997-ci ildə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış, 15 yanvar 1998-ci ildən isə yenidən xidmətə qəbul edilmişdirsə də, bunun əksinə, qərarın 34-cü bəndində xidmət illərinin hesablanması arasında fasilə həmin tarixlər arasında olmalı idi. Lakin həmin fasilənin xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək göstərilməsi cavabdehin özünün təqdim etdiyi bu sübuta münasibətdə ziddiyyət təşkil etsə də, məhkəmə buna münasibət bildirməmişdir. Burada fasilə cavabdehin hesabladığı kimi 1 ay 20 gün deyil, 18 gün göstərilməli idi. Lakin məhkəmə cavabdehin bu səhvinə, eləcə də yaranmış fasilənin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasının həmin dövrün qanunvericiliyinə uyğun gəlməməsinə hər hansı münasibət bildirməmişdi. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərb aycan Respublikası Qanunu. (2004-cü ilədək olan redaksiyada) Maddə
12. Xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək güzəştli xidmət müddəti ilə birlikdə 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular.....
15. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn ink işafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmi ş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxar ı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesa b olunur.
21. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 22. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2004-cü ilədək qüvvədə olan redaksiyasında xidmətdən buraxılanadək güzəştli xidmət müddəti ilə birlikdə 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların pensiya hüququ yaranırdı.
23. Lakin işin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçının hərbi xidmətdə olma müddətinin imtiyazlı hesablama ilə belə 20 ildən az təşkil etmiş, bu səbəbdən də yuxarıda qeyd olunan normanın dispozisiya şərti ödənilməmişdir.
24. Beləliklə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin üzərinə iddia olunan hazırkı məzmunda öhdəlik qoyula bilm əz.
25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı bir sübutu təqd im etməmişdir.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2022-ci il tarixli, 2-1(105)-80/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.