Məhkəmə qərarları › İş №2-1(102)-1114/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1114/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1114/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı (xx.xx.1981-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar R espublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2023-cü il tarixli, 21(108)-3/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı N aprel N016-cı il tarixdən 04 aprel N016-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində 1-ci və N-ci ordu korpusunun müdafiə zolağında Füzuli və Ağdam istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.N0NN-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentya br 1995-ci il tarixli, N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 8-ci yarımbəndinə uyğun olaraq 1N may 1994-cü il tarixdən sonra “müharibə veteranı” adı yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Naxçıvan Muxtar Respublik asının İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.N019-cu il tarixədək hərbi xidmətdə olmuş, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N019-cu il tarixli, 0414 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda “N016-ci il aprel” müharibəsinin iştirakçısı olmuş və həmin dövrdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissədə həqiqi hərbi xidmət də olmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları İdarəsinin rəisi, Raket və Artilleriya Qoşunları Komandanının xx.xx.N016-cı il tarixli, 016 nömrəli əmrinə əsasən, aprel ayının 1-dən aprel ayının 5-dək 1-ci və N-ci ordu korpuslarının müdafiə zolağında Füzuli, Ağdam və Tərtər rayonlarında, N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir. Döyüş əməliyyatlarında iştirak etməsi N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri ilə və kadrlar idarəsi üzrə şəxsi işin 9-cu səhifəsinin “Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibələrdə iştirakı, güzəştli imtiyaz yolu ilə təqaüd hesablanmağa ixtiyar verən hərbi xidmət” hissəsindəki müvafiq qeydlərlə təsdiqlənir. Həmçinin ehtiyatda olan zabitin hərbi biletinin 9-cu səhifəsində müharibədə iştirakı barədə müvafiq qeyd aparılmışdır. Bu şəxsi işə tikilmiş N nömrəli hərbi hissənin xx.xx.N019-cu il tarixli, 1464 qeydiyyat nömrəli arayışında və N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 17/N75 qeydiyyat nömrəli məktubunda da öz əksini tapmışdır. Bundan əlavə, “Hərbi qulluqçuların statusu haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin N-ci bəndində vurğulandığı kimi, “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır” müddəasına görə pul təminatı ilə də təmin edilmişdir. İddiaçı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə cavabdehə müraciət etmişdir. Laki n cavabdehin xx.xx.N0NN-ci il tarixli, 4/3N871 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 8-ci yarımbəndinə əsasən ona “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Halbuki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin və “Müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, N16 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0N1-ci il tarixli, 4N0 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilmiş “Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş” ifadəsində “N016-ci il 0N-04 Aprel döyüşü” də öz hüquqi qiymətini tapmışdır. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarını düzgün şərh etməməklə, Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanını və Azə rbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını kobudcasına pozmuşdur.

6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı N016-cı ildə aprel döyüşləri zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Lakin iddiaçı tərəfindən 1N may 1994-cü il tarixdən sonra döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddiaçının döyüş tapşırıqlarını yerinə yetirərkən xəsarət (yaralanma, travma, kontuziya) alması barədə hər hansı məlumat olmadığına görə, qanunvericilikdə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi istisna edilmişdir. Göstərilənlərə əsasən, cavabdeh iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən əsaslı və qanuni olaraq imtina etmişdir.

7. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin (hakim Səxavət Novruzov) 21 oktyabr 2022-ci il tarixli, 2-1(122)-108/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından aydın olur ki, iddiaçı N nömrəli hərbi hissənin tərkibində N aprel N016-cı il tarixdən 04 aprel N016-cı il tarixədək 1-ci və N-ci ordu korpusunun müdafiə zolağında, Füzuli və Ağdam istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmiş, “Hərbi xidmətkeçmə ha qqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Məhkəmə cavabdeh tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilərkən döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almamasının əsas göstərilməsi Azərbaycan Respublikası Konstitusiyasının N5-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Həmçinin məhkəmə qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli, N16 nömrəli Qərarına Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr N0N1-ci il tarixli, 4N0 nömrəli Qərarı ilə dəyişiklik edilmişdir. Həmin qərarla “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əlavə edilmiş 10cu abzasa əsasən, Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adının verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən yeni norma eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normaya münasibətdə daha yüksək hüq uqi qüvvəyə malik olduğundan, yuxarıda istinad olunan qanunvericilik norması iddiaçıya şamil olunmalıdır. Məhkəmə iddiaçının xx.xx.1994-cü il tarixdən sonra döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı, ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməməsi ilə bağlı cavabdehin etirazında irəli sürülən arqumentə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan göstərilən hala əsasən iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etməkdə haqsız olmuşdur.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Əli Allahverdiyev /sədrlik edən və məruzəçi/, Yusifəli Qurbanov və Mehman Allahverdiyev) 30 yanvar 2023-cü il tarixli, 2-1(108)-3/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlillə ri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriy ası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N m ay tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş a rayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarını n N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət k eçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə is ə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd.

1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N- ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi his sələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfin dən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiy a şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edi lməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

22. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi N nömrəli hərbi hissənin tərkibində N aprel N016-cı il tarixdən 04 aprel N016-cı il tarixədək 1-ci və N-ci ordu korpusunun müdafiə zolağında, Füzuli və Ağdam istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. B u zaman iddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr N0N1-ci il tarixli, 4N0 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə istinad edir.

23. İşin tərəflər arasında mübahisə edilməyən hallarına əsasən, iddiaçı N aprel N016-cı il tarixdən 04 aprel N016-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində 1-ci və N-ci ordu korpusunun müdafiə zolağında Füzuli və Ağdam istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir.

24. Mübahisəyə baxan məhkəmələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr N0N1-ci il tarixli, 4N0 nömrəli Qərarı ilə bu qərarın 16-cı bəndində istinad olunan Əsasnamədə edilmiş dəyişikliyə, yəni “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə “müharibə veteranı” adının verilməsi ilə bağlı yeni normaya əsaslanaraq, həmin tənzimləmədə döyüş əməliyyatları zamanı xəsarət alma şərtinin təsbit edilmədiyini və iddiaçının N aprel N016-cı il tarixdən 04 aprel N016-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində 1-ci və N-ci ordu korpusunun müdafiə zolağında Füzuli və Ağdam istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirakı faktının təsdiq olunduğunu nəzərə alaraq iddianı təmin etmişlər.

25. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının istinad etdiyi, işə baxan məhkəmələrin isə iddianın təmin olunmasının hüquqi əsası kimi tətbiq etdiyi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əlavə edilmiş həmin normada (1-ci hissəsinin 10-cu abzasında) qanunverici tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək yalnız Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində deyil, həm də Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanlar ın tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular da nəzərdə tutulur. Yəni həmin norma Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində N7 sentyabr N0N0-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara deyil, N0N0-ci ilin sentyabrın N7-dən noyabrın 10-dək olan dövrdə döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara şamil olunur və bu anlamda təfsir edilməlidir.

26. Həmin təfsir baxımından iddiaçı N nömrəli hərbi hissənin tərkibində 1-ci və N-ci ordu korpusunun müdafiə zolağında Füzuli və Ağdam istiqamətlərində gedən döyüş əməliyyatlarında N aprel N016-cı il tarixdən 04 aprel N016-cı il tarixədək iştirak etdiyindən, istinad olunan norma ona münasib ətdə tətbiq oluna bilməz.

27. Ali Məhkəmənin analoji iş üzrə 16 may N0N3-cü il tarixli, N-1(10N)-10N6/N0N3 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “iddiaçı xx.xx.N016 - xx.xx.N016cı il tarixləri arasında düşmənin təxribat xarakterli qəfil hücumunun qarşısının alınması ilə bağlı aparılan döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin icrası ilə bağlı ona verilmiş tapşırıqları icra etdiyi zaman heç bir xəsarət (yaralanma, travma, kontuziya) almadığından, beləliklə də yuxarıda qeyd edilən Əsasnamədə nəzərdə tutulmuş dispozisiya şərtləri tam ödənilmədiyindən, ona “Müharibə veteranın” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır”.

28. Məhkəmə kollegiyası həmçinin q eyd edir ki, iddiaçıya münasibətdə bu qərarın 16-cı bəndində istinad olunan Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci abzasının “1N may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmətlə bağlı” müddəası tətbiq oluna bilərdi. Lakin həmin müddəaya görə, 1N may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara “müharibə veteranı” adı verilir. Başqa sözlə, 1N may 1994-cü il tarixdən N7 sentyabr N0N0-ci il tarixədək olan dövrdə döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “müharibə veteranı” adının verilməsi üçün onlar ın sadəcə olaraq döyüş əməliyyatlarında iştirak etməsi yetərli deyil, bu zaman həm də həmin şəxslərin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması şərtinin mövcudluğu da tələb olunur.

29. İddiaçının isə hərbi xidmət dövründə döyüş əməliyyatlarında iştirakı zamanı xəsarət alması iş üzrə materiallarla təsdiq olunmur və işin tərəflər arasında mübahisə edilməyən hallarına aiddir.

30. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona “müharibə veteranı” adının verilməsini tələb etməkdə haqlı sayıla bilməz. Bu baxımdan iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir.

31. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayə ti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2023-cü il tarixli, 2-1(108)-3/2023 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul olunur. İddia təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar