Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1114/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döv lət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(106)187/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuş, 1983-cü və 1985-ci illərdə Salyan rayonunun Yenikənd kəndində Bəşirabad kolxozunda (1 il 1 ay 7 gün) işləmiş, xx.xx.1986cı il tarixdən xx.xx.1988-ci il tarixədək (2 il 21 gün) hərbi xidmətdə olmuş, xx.xx.1988-ci ildən xx.xx.1989-cu il tarixədək “Qırx-Çıraq” arxe oloji qazıntısında fəhlə işləmiş (1 il 7 ay), xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək texniki peşə məktəbində təhsil almışdır (5 ay 26 gün), xx.xx.1990-cı il tarixdən hazıradək N.Nərimanov adına NQÇİ-də və “BullaDəniz” NQÇİ-də operator vəzifəsində işləyir.
2. İddiaçıya məxsus əmək kitabçasında (səhifə 3) onun N.Nərimanov adına NQÇİdə və “Bulla-Dəniz” NQÇİ-də işə daxil olanadək xx.xx.1988 - xx.xx.1989-cu illərdə iş stajının olması barədə qeydlər yazılmışdır.
3. Azneft İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2021-ci il tarixli güzəştli arayışından görünür ki, iddiaçı xx.xx.1990-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N.Nərimanov adına 3 saylı NQSC-də neft və qazçıxarma üzrə operator peşəsində işləmişdir (əmr 29/k xx.xx.1993-cü il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş bu ixtisas 1100000a -15824 bəndinə əsasən güzəştli sayılır. İddiaçının güzəştli stajı ixtisasına əsasən 2 il 11 ay 21 gün təşkil edir. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" NQÇİnin 1 saylı NQSC-də neft və qazçıxarma üzrə operator peşəsində işləmişdir (əmr 02/k xx.xx.1993-cü il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş bu ixtisas 1100000a -15824 bəndinə əsasən güzəştli sayılır. İddiaçının güzəştli stajı ixtisasına əsasən 12 il 08 ay 22 gün təşkil edir.
4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixə tələb olunan 20 il ümumi iş stajına malik deyildir. Belə ki, həmin tarixədək onun ümumi iş stajı 18 il 18 gün təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçının tələbi hazırkı qərarın 1-4-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
7. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair məktubunda qeyd olunanlar təşkil edir.
8. Şirvan İnzibati Məhkəməsi nin (hakim: F.N.Abbasov) 02 fevral 2023-cü il tarixli, 21(120)-421/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçıya “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi dövrdə onunla birlikdə işləmiş şəxslərin müvafiq sübutlarla (əmək kitabçası və s.) məhkəməyə dəvət olunması təklif edilsə də, o, həmin şəxslərin “Qırx-Çıraq” arxeoloji qazıntısında işləməyi təsdiq edən nəinki əmək kitabçasına, heç arayışa belə malik olmadıqlarını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının xx.xx.1988-ci ildən xx.xx.1989-cu il tarixədək, yəni 1 il 7 ay “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işləməsi barədə Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli 5-29-24 nömrəli arayışını n bu faktı təsdiq edən mötəbər sübut kimi qəbul olunmasını mümkün hesab etməmişdir. Digər tərəfdən, iddiaçıya məxsus xx.xx.1990-cı il tarixli, B 496801 nömrəli diplomun surətinə əsasən, onun xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək, yəni 5 ay 26 gün Salyan 76 nömrəli texniki peşə məktəbində təhsil aldığı qeyd edilsə də, onun adına tərtib edilmiş xx.xx.1990cı il tarixli əmək kitabçasına əsasən, o, xx.xx.1990-cı il tarixdən, yəni təhsilinin başa çatmasına 2 ay 18 gün qalmış N.Nərimanov adına NQÇİ-də operator vəzifəsinə işə qəbul olunmuşdur. Məhkəmə təhsil müddətinin 2 ay 18 gününün əmək fəaliyyəti dövrü ilə üstüstə düşməsini nəzərə alaraq, həmin müddətin iddiaçının ümumi iş stajından çıxılmasını məqsədəuyğun hesab etmişdir. Beləliklə, məhkəmə iclasında təqdim etdiyi əmək kitabças ına, diplomun, hərbi biletin surətinə, arxiv arayışına və Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışına əsasən xx.xx.2006cı il tarixədək müəyyən olunan 20 il 11 ay 15 gün sığorta stajından “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi iddia edilən 1 il 7 ay, habelə təhsil illərinin əmək fəaliyyəti dövrü ilə üst-üstə düşən 2 ay 18 gün müddətləri nəzərə alınmadan iddiaçının xx.xx.2006-cı il tarixə ümumi iş stajının 19 il 1 ay 27 gün təşkil etdiyi təsdiq olunur. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixə ümumi iş stajının 19 il 1 ay 27 gün təşkil etdiyi müəyyən olunmuş və beləliklə də, yuxarıda istinad etdiyi qanunvericilik aktlarının tələbləri iddiaçıya münasibətdə ödənilməmişdir. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən, yəni 52 yaşından güzəştli şərtlərlə pensiya təyinatından imtina edilərkən cavabdeh tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.F.Həsənov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və S.İ.Mayılov) 31 oktyabr 2023-cü il tarixli, 2-1(106)-187/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2-1(120)-421/2023 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya hüququnun yarandığı 02 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı 02 fevral 1968-ci il təvəllüdlüdür və onun 02 fevral 2020-ci ildə 52 yaşı tamam olmuşdur. Onun 52 yaşına uyğun tələb olunan 20 ildən artıq ümumi iş stajı və 10 ildən artıq güzəştli iş stajı vardır. İddiaçının təqdim etdiyi əmək kitabçasına, diplomun, hərbi biletin surətinə, arxiv arayışına və Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq sığorta stajı vardır. İddiaçının xx.xx.1990-cü ildən xx.xx.1993-cü ilə kimi N.Nərimanov adına 3 saylı NQSC-də neft və qazçıxarma üzrə operator, xx.xx.1993-cü ildən xx.xx.2006 -cı ilə kimi "xxxx" NQÇİnin 1 saylı NQSC-də neft və qazçıxarma üzrə operator peşəsində əmək fəaliyyəti Azneft İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2021-ci il tarixli güzəştli arayışına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda (1100000a15824 bəndinə və 1100000a-15824 bəndinə uyğun) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur və onun xx.xx.2006-cı il tarixədək 14 il 08 ay 13 gün güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajının olduğu qeyd edilir. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, iddiaçının pensiya hüququ verən yaş həddinə çatması, həmçinin pensiya təyin edilməsi üçün kifayət edən güzəştli iş stajına malik olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Mübahisə iddiaçının xx.xx.2006-cı il tarixinə kimi tələb olunan 20 il ümumi sığorta stajına nisbətdə 18 il 18 gün sığorta stajının olması barədədir. Yəni, cavabdeh inzibati orqan imtina məktubunda və etiraz ərizələrində imtinanın səbəblərini tam açıqlamasa da, iddiaçının Azərbaycan Respublikası Dövlət Arxivi Salyan filialının 24 avqust 2021-ci il tarixli 438 nömrəli arxiv arayışında göstərilən “1983 və 1985-ci illərdə “Bəşirabad” kolxozunda və 15 may 1988-ci il tari xdən 15 dekabr 1989-cu il tarixə qədər “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi illəri sığorta stajı kimi qəbul etmir. İş materiallarında olan Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışından görünür ki, İddiaçı 15 may 1988-ci ildən 15 dekabr 1989-cu il tarixədək 1 il 7 ay “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işləmişdir. İş materiallarında olan, iddiaçının adına tərtib edilmiş xx.xx.1990-cı il tarixli əmək kitabçasının üçüncü səhifəsində N.Nərimanov adına NQÇİ-də və “Bulla-Dəniz” NQÇİ-də işə daxil olana qədər iddiaçının xx.xx.1988 -xx.xx.1989-cu illərdə iş stajının olması barədə qeydlər yazılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın qəbul etmədiyi (mübahisələndirdiyi) iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixə qədər “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi müddət ona məxsus əmək kitabçasında göstərilmişdir. Həmin əmək kitabçasında qeyd edilmişdir ki, N.Nərimanov adına NQÇİ-də və “Bulla-Dəniz” NQÇİ-də işə daxil olana qədər iddiaçının xx.xx.1988xx.xx.1989-cu illərdə iş stajı olmuşdur. Həmçinin, iş materiallarında olan Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1989-cu il tarixədək 1 il 7 ay “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işləmişdir. Eyni zamanda, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında xx.xx.1988-ci ildən xx.xx.1989-cu il tarixədək “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyini və bu dövrlər ərzində əmək haqqı aldığını bildirmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1988-ci ildən xx.xx.1989-cu il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Başqa sözlə, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1988-ci ildən xx.xx.1989-cu il tarixədək olan iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. Cavabdehin kassasiya şikayətinin əsasını iddiaçının müraciətindən imtinada, etirazda və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyi nə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2022- ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşüb): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... Maddə 67.1. Mülkiyyət və təsərrü fatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 67. 3 “v”. İş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Şiyahısı: 1100000a-15824 bəndinə və 1100000a-15824 bəndi.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə p roses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin t əmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti v axtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələ lərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları il ə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əvvəla onu qeyd edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək 20 il ümumi və 10 il güzəştli iş stajı mövcud olmalıdır.
28. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1990-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N.Nərimanov adına 3 saylı NQSC-də neft və qazçıxarma üzrə operator, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" NQÇİ-nin 1 saylı NQSC-də neft və qazçıxarma üzrə operator işləməsi cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməməklə, iddiaçıya məxsus əmək kitabçası və Azneft İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2021-ci il tarixli güzəştli arayışı ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 19-cu bəndində istinad edilən Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahıya uyğun olaraq, habelə iddiaçıya iş yerindən verilmiş güzəştli arayış da nəzərə alınmaqla, qeyd olunan illər (14 il 8 ay 13 gün) iddiaçının həm ümumi, həm də güzəştli iş stajına daxil edilməlidir ki, bu halda da iddiaçı güzəştli iş stajı ilə bağlı qanunvericiliklə tələb olunan şərti ödəmiş olur.
29. İddiaçının tələb olunan 20 il ümumi iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı 1983-cü və 1985-ci illərdə Salyan rayonunun Yenikənd kəndində Bəşirabad kolxozunda (1 il 1 ay 7 gün) işləmiş, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək (2 il 21 gün) hərbi xidmətdə olmuş, xx.xx.1988-ci ildən xx.xx.1989-cu il tarixədək “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işləmiş (1 il 7 ay), xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək texniki peşə məktəbində təhsil almış (5 ay 26 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək N.N ərimanov adına NQÇİ-də və “Bulla-Dəniz” NQÇİ-də operator vəzifəsində işləmişdir.
30. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən, iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi dövrün iddiaçının ümumi iş stajına daxil edilməli olub-olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışından görünür ki, İddiaçı 15 may 1988-ci ildən 15 dekabr 1989-cu il tarixədək 1 il 7 ay “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işləmişdir.
31. Həmçinin, iddiaçının adına tərtib edilmiş xx.xx.1990-cı il tarixli əmək kitabçasının üçüncü səhifəsində N.Nərimanov adına NQÇİ-də və “Bulla-Dəniz” NQÇİ-də işə daxil olana qədə r iddiaçının xx.xx.1988-xx.xx.1989-cu illərdə iş stajının olması barədə qeydlər yazılmışdır.
32. İddiaçının qeyd olunan dövrdə işləməsi əmək kitabçasında müvafiq qeydiyyat aparılmaqla öz təsdiqini tapdığından, qanunvericiliyin tələbinə əsasən həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilməlidir.
33. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının və yaxud Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktik i halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud hər hansı səbəbdən saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Cavabdehin inzibati orqanın istinad etdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu hal müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşd ırılması nəticəsini doğurmamalıdır. Odur ki, iddiaçının təqdim etdiyi əmək kitabçası, Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışı iddiaçının “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi dövrlə bağlı sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edilməlidir.
34. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlı qeyd edir ki, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə m üəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır.
35. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur.
36. Göründüyü kimi, iddiaçının 1983 və 1985-ci illərdə “Bəşirabad” kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir və Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının 24 avqust 2021-ci il tarixli 438 nömrəli arxiv arayışı mötəbər sübut kimi qəbul edilməlidir.
37. Beləliklə, iddiaçının 52 yaşı xx.xx.2020-ci il tarixdə tamam olduğundan və o, xx.xx.2006-cı il tarixədək qanunvericiliklə tələb olunan 20 il ümumi, 10 il güzəştli iş stajına malik olduğundan, 52 yaşı tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
38. İddiaçıya təyin edilmiş pensiyanın ödənişi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana 03 mart 2022-ci il tarixdə ərizə ilə müraciət etdiyindən, 52 yaşı isə xx.xx.2020-ci il tarixdə tamam olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən təyin edilməli və ödənilməlidir.
39. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehi n kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(106)-187/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.