Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1115/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar sözlər: güzəştli şərtlərlə 52 yaşdan pensiya təyin olunması, əmək stajı Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin olunması” tələbinə dai r iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)450/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1963-cü ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər 306 saylı uşaq baxçasında dayə, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə qədər 446 saylı tikinti trestində fəhlə, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilə qədər Bakı Soyuducu zavodunda fəhlə, xx.xx.1987-ci ildən xx.xx.1994-cü ilə qədər 1 saylı Təmir Tikinti İdarəsində makinaçı, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər 9 saylı Təmir Tikinti İdar əsində rəngsaz, xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilə qədər Yasamal rayonu 1 saylı Təmir Tikinti İdarəsində yenə rəngsaz vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya **********2 saylı, xx xxxx 2019-cu il tarixli məktubla cavab verərək, ümumi iş stajının 20 ildən az olduğunu və bu səbəbdən ona pensiya təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra, yəni xx.xx.2019-cu il tarixdə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, işlədiyi illərin sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərə əmək pens iyası təyin edilməsi və xx.xx.2015-ci il tarixdən yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilədək və xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» bölməsində göstərilən təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə məşğul olan rəngsaz vəzifəsində işləmişdir. 2006-cı ilin yanvar ayınadək ümumi və xüsusi iş stajını toplamış qadınların 52 yaşından pensiya almaq hüququ vardır. Cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Cavabdehin etirazları: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiya təyin etməkdən imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4517/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilərək, İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni xx xxxxxx 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləği fərqinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, təsdiq olunmuş sənədlərlə iddiaçının xx.xx.2006-cı il tarixə 20 il 11 ay 10 gün üm umi və 12 il 7 ay 21 gün güzəştli iş stajı olduğu müəyyən edilir. DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Əmək kitabçasında olan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı ilə qədər işlədiyi iş yerləri dövlət mü əssisələri olmuşdur. Azərbaycan Respublikası ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən xx.xx.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından aydın olur ki, iddiaçı 20 il ümumi iş stajını toplamışdır. Cavabdeh öz imtinasında iddiaçının güzəştli iş stajını mübahisələndirməmişdir. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-450/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər V.M.Ağayev (sədrlik edən v ə məruzəçi), A.B.Nuriyeva və S.S.Seyidova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmış, əlavə olaraq göstərmişdir ki, iş materiallarına əsasən iddiaçı 20 il ümumi iş stajını toplamışdır. Cavabdeh inzibati orqan öz imtinasında iddiaçının güzəştli iş stajını mübahisələndirməmişdir. İddiaçının işlədiyi «rəngsaz» vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının “Ümumi peşələr” bölməsinin 23200000-13450 təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğundur. Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrin ə ünvanladığı xx.xx.2007-ci il tarixli xx/xx-3402 №-li “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının tətbiq edilməsi barədə” məktubundan görünür ki, Siyahının 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan işləri hansı müəssisə və təşkilatlarda yerinə yetirməsindən asılı olmayaraq, həmin işlərdə çalışanlar güzəştli pensiya hüququ qazanırlar. Qərarın surəti cavabdehə xx.xx.2020-ci ildə çatdırılmış və cavabdehin nümayəndəsi xx.xx.2020-ci ildə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdı r, qərar qanunsuz və əsassızdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının işləmiş olduğu «rəngsaz» peşəsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş siyahıda mövcuddur. Halbuki, siyahıda yalnız «təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar» (23200000-13450) vəzifəsi mövcuddur. İddiaçının isə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməsi heç bir şəkildə sübut edilməmiş, iş materiallarında öz təsdiqini tapmamışdır. Məhkəmənin mövqeyindən belə çıxır ki, 23200000-13450 kodu altında bütün rəngsazlar nəzərdə tutulur və onların işinin təhlükəlilik dərəcəsinin heç bir fərqi yoxdur. «"Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa n övünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiy asının iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçı tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda gös tərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş materialları yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı onun xx.xx.2006-cı il tarixədək 20 il sosial sığorta stajına malik olduğunu, bu dövrün 10 ilinin güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu iddia edir və bu əsasla ona pensiya təyin olunmasını xahiş edir. İddiaçının bu tələbinin hüquqi əsaslarını təşkil edən «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında deyilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə tə yin edilir. Apelyasiya instansiyası məhkəməsi də sadalanan normaların təhlili əsasında haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin təmin olunması üçün işin hallarının aşağıdakı dispozisiya şərtlərinə uyğun olması zəruridir: iddiaçının xx.xx.2017-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; xx.xx.2017-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması; xx.xx.2017-ci ilə qədər 52 yaşının tamam olması. Bu şərtlərin mövcudluğu araşdırılarkən görünür ki, inzibati orqan iddiaçıya xx xxxx 2019-cu il tarixli məktubunda iddiaçının ümumi iş stajının 20 ildən az olduğunu bildirmiş və bu əsasla pensiya təyin etməkdən imtina etmişdir. Halbuki, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun yuxarıda göstərilən əmək fəaliyyəti əksini tapmışdır və bu dövr xx.xx.2006-cı il tarixədək t oplam 20 ildən çoxdur. Cavabdeh bu dövrə aid əmək stajını (və ya onun müəyyən hissəsini) məhz nəyə görə qəbul etmədiyini konkret olaraq əsaslandırmamışdır. Buna baxmayaraq məhkəmələr həmin dövrün staj kimi qəbul edilməsinin mümkünlüyünü araşdırmış və əmək kitabçasında göstərilən dövrü sosial sığorta stajı kimi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə qanuni və əsaslıdır. Çünki «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrl ərin məcmusudur. İddiaçının xx.xx.2006-cı ilədək olan stajı qazandığı dövrdə, yəni 1992-ci ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını subut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yəni iddiaçının əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi xx.xx.2006-cı ilədək dövrdə əmək stajını təsdiq edən ə sas hüquqi sənəd - əmək kitabçası olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın bu norması, hazırki işin stajla bağlı hissəsinin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına istinad olunmasına imkan verir. Bundan başqa, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün əsas sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsd iq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqları nın nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir. Bu halda əmək kitabçasında əksini tapmış əmək stajını inzibati orqanın qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədləri n və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 16.1-ci maddəsində deyilir ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (adı çəkilən Qanunun 11.1, 12.2 və 13.2-ci maddələri). İddiaçının təqdim etdiyi əmək kitabçasında əksini tapmış məlumatların həqiqətə uyğun olmaması inzibati orqan tərəfindən sübut olunmamışdır. Ona görə də həmin əmək kitabçası mötəbər sübut kimi qəbul olunmalıdır, məhkəmə kollegiyasının gəldiyi nəticə də buna uyğundur. Lakin kollegiya hesab edir ki, apelyasiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun belə hüquq verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təs diq edilmiş 2 №-li Siyahında göstərilmiş işlərdə çalışması barədə nəticəyə gələrkən işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər 9 saylı Təmir Tikinti İdarəsində rəngsaz, xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilə qədər Yasamal rayonu 1 saylı Təmir Tikinti İdarəsində rəngsaz, xx.xx.2006-cı ildən xx.xx.2009cu ilə qədər «xxxx» MMC-də rəngsaz vəzifəsində işlədiyi əksini tapmışdır. Həmin işlərin 2 saylı Siyahıda göstərilən işlərlə tutuşdurulduqda görünür ki, Siyahıda rəngsaz peşəsinin adı bir neçə yerdə çəkilir. Bu halda işin düzgün həlli üçün iddiaçının rəngsaz peşəsinin Siyahıda göstərilən məhz hansına uyğun gəldiyi müəyyən olunmalıdır. 2 saylı Siyahıda «Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər» bölməsinə aid rəngsazlar (2290100a - 13450), «Dəniz və çay donanması» bölməsinə aid doklarda gəmilərin rənglənilməsi və sıyrılması ilə məşğul olan rəngsazlar (23003030 13450), «Ümumi peşələr» bölməsində isə, təhlükəliliyi 3‐cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar (23200000 - 13450) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi müəyyən edilmişdir. İşə baxmış məhkəmələr iddiaçının gördüyü işin Siyahının «Ümumi peşələr» bölməsində təhlükəliliyi 3‐cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar (23200000 - 13450) peşəsinə uyğun olduğu qənaətinə gəlmişdir. Lakin işin halları bu nəticəyə gəlməyə əsas verən dərəcədə aydınlaşdırılmamışdır. Çünki iddiaçının 9 sayl ı Təmir Tikinti İdarəsində, 1 saylı Təmir Tikinti İdarəsində və «xxxx» MMC-də rəngsaz işləyərkən təhlükəliliyi 3‐cü sinifdən aşağı olmayan zərərli maddələr tətbiq etməklə işləməsi barədə sübut yoxdur. xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən bu cür arayış da təqdim olunmamışdır. Məhkəmə kollegiyası xatırladır ki, Siyahılara bütün peşələr deyil, əmək şəraiti f iziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlar, peşə və vəzifələr daxil edilmişdir. Rəngsaz peşəsi üzrə də məhz bu cür amillər əsasında təsnifat aparılmışdır və dəniz və çay donanmasına aid doklarda gəmilərin rənglənilməsi və sıyrılması ilə məşğul olan rəngsazlar (23003030 13450), təhlükəliliyi 3‐cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi müəyyən edilmişdir. Ona görə də işçinin gördüyü işlərin həmin işlərlə dəqiq uyğunluğu (üst-üstə düşməsi) müəyyən olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi, iddiaçının rəngsaz işləyərkən təhlükəliliyi 3‐cü sinifdən aşağı olmayan zərərli maddəl ər tətbiq etməklə işləyib işləmədəyini müəyyən etmək üçün öz təşəbbüsü ilə əlavə araşdırma aparmalı və nəticəsindən asılı olaraq qərar çıxartmalı idi. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Beləliklə, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən işin hallarını tam araşdırmamışdır. Kassasiya şikayətində qərarın ləğv olunması ilə yanaşı, yeni qərar çıxarılmaqla iddianın təmin olunması xahiş edilmişdir. Lakin iddianın təmin edilməsi üçün işin faktiki hallarının araşdırılmasına ehtiyac vardır. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, iş materialları yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Təkrar apelyasiya baxışı zamanı sözügedən məsələ üzrə hərtərəfli a raşdırmanın aparılması təmin edilməli, mübahisə ilə bağlı işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi təmin olunmalı, iddiaçının işlədiyi peşələr və bu zaman yerinə yetirdiyi əmək funksiyasının xarakteri nəzərə alınmaqla onun güzəştli şərtlə əmək pensiyası hüququna malik olub-olmadığına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya i nstansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-450/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş materialları təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1115/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1115/2020
24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver