Məhkəmə qərarları › İş №2-1(102)-1115/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1115/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1115/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsinə görə köçürülmə xərci daxil olmaqla kompensasiyanın verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslim oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Bakı şəhəri Cavabdeh vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi, bundan sonra üçüncü şəxs) “Bakı şəhəri, Yasam al rayonu, Akademik A.Qarayev küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus 17.3 kv.metr sahə üçün nəzərdə tutulan kompensasiyanın və mənəvi zərərin ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-487/2021 saylı, 18 fevral 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 208,3 kv.metr olan fərdi yaşayış evinin 1/12 hissəsi iddiaçının adına 09.08.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 5821 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarın təsirinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əla vələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. 3. 3 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 208,3 kv.metr yaşayış sahəsi 105,9 kv.metr yardımçı sahəsi 102,4 kv.metr olan, 8 otaqlı fərdi yaşayış sahəsi evinin paylı mülkiyyət üzrə ona məxsus 1/12 hissəsini 37.272 manata cavabdehə satmışdır.

4. Qiymətləndirmə hesabatından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarına əsasən ünvan 2 ünvanında yerləşən X4, İddiaçı Əliyulla oğluna məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqi l qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən, həmin əmlakın 2018-ci ilin iyun ayına olan bazar dəyəri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla) 37272 manat məbləğində müəyyən edilmişdir. 5. "xxxx" MMC tərəfindən verilmiş 15 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşmiş (hazırda sökülmüş halda) fərdi yaşayış evinin iddiaçıya məxsus 1/12 hissəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti:

1. Fərdi yaşayış evinin bazar qiyməti: 438 000 manat,

2. İddiaçıya məxsus 1/12 hissəsinin bazar qiyməti 36.500 manat təşkil edir.

6. İddiaçının etibarnamə üzrə nümayəndəsi tərəfindən cavabdehə ünvanlanmış ərizədən görünür ki, iddiaçı mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla ona məxsus 1/12 hissəyə münasibətdə 17,3 kv.metr sahə üçün kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməsi iş materialları ilə müəyyən olunmur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 25 noyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə paylı mülkiyyət hüququ üzr ə ona məxsus 17.3 kv.metr sahə üçün nəzərdə tutulan 38.170 manat kompensasiyanın və 20000 manat mənəvi zərərin dövlət hesabından iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla həmin evin 1/12 hissəsi iddiaçıya məxsusdur. Yaşayış evinin ümumi sahəsi 208,3 kv.metrdir. Paylara uyğun bölgü zamanı ona 17,35 kv.metr sahə düşür. Həmin ərazidə yaşayış sahəsinin 1 kv.metrinin dəyəri 2200 manatdır. Hazırda həmin ərazi cavabdeh tərəfindən sökülmüş, digər payçılara kompensasiya verilmiş, lakin ona heç bir kompensasiya ödənilməmiş, ümumiyyətlə söküntü aparılmamışdan əvvəl xəbərdarlıq edilməmiş, razılığı alınmamışdır. Mülkiyyətçi kimi Azərbaycan R espublikası Konstitusiyası ilə təsbit edilmiş hüquqları pozulmuşdur. Qanunsuz olaraq mülkiyyətindən məhrum edilmişdir. Söküntü barədə məlumatı ona bacısı Elmira Məmmədova vermişdir. Həmin vaxta qədər onun söküntü ilə bağlı məlumatı olmamış, belə ki, o, həmin ünvanda yaşamamışdır. Məlumatı olan kimi cavabdeh tərəfindən təşkil edilmiş komissiyaya müraciət etmiş, lakin cavabdeh tərəfindən həmin ərazidə yaşamaması əsas gətirilərək imtina edilmiş, kompensasiya ödənilməmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmçinin digər mülkiyyətçi X6 30 kv.metrə yaxın sahə üçün ona ödənilmiş kompensasiya məbləği ilə bağlı ona qarşı iddia qaldırması da məsləhət görülmüşdür. Lakin o, başqa bir mülkiyyətçi, vətəndaşa qarşı deyil, söküntünü həyata keçirmiş cavabdehə qarşı iddia qaldırmasının əsa slı olduğunu hesab edir. Mülkiyyətə sahib olmaq ilə bağlı heç bir məhdudiyyət yoxdur. Hər bir vətəndaş bir neçə daşınmaz əmlaka sahib ola bilər. Mülkiyyətçi olaraq hər bir evdə və ya mənzildə yaşamaq kimi məcburi öhdəlik nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən söküntü aparılmış evdə yaşamadığı səbəbi ilə kompensasiya ödənilməməsi tam əsassız və qanuna ziddir.

9. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, etirazda göstərmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən əmlakın ümumi sahəsi 208.3 kv.metrdir. Həmin çıxarışda mülkiyyətin 1/12 hissəsi İddiaçı Əliyulla oğluna, 1/12 hissəsi isə X2 məxsusdur. cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələb lərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən İddiaçı Əliyulla oğluna və X2 məxsus əmlaka yerində baxış keçirilən zaman həmin əmlakın faktiki əsas və köməkçi sahəsi 14,56 kv.metr, digər sahəsi 33,16 kv.metr müəyyən edilmişdir. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2017-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclərin ödənilməsi üçün veri lən 1000 manatla birlikdə 37.272 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq təşkil edilmiş, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən əmlaka yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçı həmin ünvanda yaşamamışdır. Buna görə də iddiaçı və X1 mülkiyyətində olan çıxarışda göstərilən sahələri və eyni zamanda sahələrin faktiki ölçülərini nəzərə alaraq ümumilikdə 47.72 kv.metr sahəyə görə 37.272 manat kompensasiya məbləği müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan 03.08.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən əmlakın 1/12 hissəsinə görə X4 ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanıla raq ona 37.272 manat kompensasiya ödənilmişdir. Alqı-satqı müqaviləsi notarial qaydada bağlanarkən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışı əsas götürülmüşdür. Beləliklə də mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən alqı-satqı müqaviləsində X2 məxsus 1/12 hissə qeyd edilmişdir. Lakin “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə” Hesabatla müəyyən edilmiş iddiaçıya və X2 məxsus faktiki sahə üçün alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununa uyğun həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə görə dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yal nız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 246.1-ci maddəsində qeyd olunub ki, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektləri n tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 52.2.3-cü maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin təsdiq olunması üçün verilir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim X12, 2-1(112)-659/2020 saylı iş) 6 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə paylı mülkiyyət hüququ üzrə ona məxsus 17.3 kv.metr sahə üçün hər kv.metri 1500 manatdan hesablanmaqla (17,3 kv.metr x 1500 manat) ümumilikdə 25.950 manat kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, fərdi yaşayış evinin digər mülkiyyətçisi X4 ilə alqı-satqı müqaviləsi onun mülkiyyətində olan 1/12 pay hissəsinə dair bağlanmışdır. Həmin fərdi yaşayış evi üzərində iddiaçının 1/12 hissədə paylı mülkiyyət hüququ ayrıca qeydiyyata alınmışdır və buna dair mülkiyyətçiyə bu günədək kompensasiya ödənilməmişdir. Bununla bağlı paylı mülkiyyətin digər mülkiyyətçilərinə kompensasiya ödənilsə də, lakin iddiaçının söküntü aparılmış evdə yaşamadığı səbəbi ilə ona kompensasiya ödənilməsindən imtina edilmişdir. İddiaçının həmin ünvanda yaşamadığı əsası ilə ona bu günədək kompensasiya ödənilməməsi barədə cavabdehin hər əkətləri qanunsuz olmuşdur. Belə ki, digər mülkiyyətçilər kimi iddiaçının da mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Cavabdehin mülki hüquqi pozuntuya yol verməsi nəticəsində iddiaçının əmlakına zərər dəymiş, cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçı əmlakından məhrum olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli olan kompensasiya məbləğini müəyyən edərkən artıq analoji mübahisələr üzrə təşəkkül tapmış məhkəmə təcrübəsinə istinad edilməsinin tərəflərin mənafelərinə uyğun və ədalətli olacağı qənaətinə gəlmişdir. Qeyd olunan işlər üzrə Cavabdeh qaldırdığı iddialarında həmin ərazi üzrə mülkiyyətçilərə ödənilməli olan kompensasiya məbləğinin yaşayış sahəsinin hər kv. metri üçün 1500 manat məbləğində ödənilməli olmasını əsaslandırmış və həmin ərazidə söküntü işləri aparılacaq mülkiyyətçilərə yaşayış sahəsinin hər kv.metri üçün 1500 manatdan bütün kompensasiya növləri nəzərə alınmaqla, habelə 20% əlavə olunmaqla ödənilməsi müəyyən edilmiş və buna dair çoxsaylı qərarlar qəbul edilərək, artıq məhkəmə presedent formalaşmışdır.

12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X19-məruzəçi, X13 və X9, 2-1(103)-487/2021 saylı iş) 18 fevral 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instan siya məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

14. Cavabdeh 9 aprel 2021-ci il tarixdə qərarın surətini almış, 28 aprel 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

15. Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında yerləşən İddiaçı Əliyulla oğluna və X2 məxsus əmlaka ye rində baxış keçirilən zaman aşağıda qeyd olunan sahələr müəyyən edilmişdir: 9,43 kv.m otaq; 4,74 kv.m mətbəx; 0,39 kv.m ayaqyolu; 1,76 kv.m dəmir pilləkən; 0,50 açıq eyvan; 6,85 kv.m damı uçmuş otaq; 24,05 kv.m damı yarı uçuq otaq. (ümumi - 47,72 kv.m) 16. ünvan 5 ünvana dair tərtib edilmiş “Qiymətləndirilmə Cədvəli”ndən də görünür ki 03.08.2018-ci il tarixli alqı-satqı Müqaviləsində göstərilən kompensasiya məbləği “Qiymətləndirilmə Cədvəli”ndə qeyd edilmiş kompensasiya məbləği ilə eynidir (32 272 manat). Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onu n digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

17. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, İPM-in 12-ci, 58.7-ci, 68.2-ci maddələrinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinin pozuntusuna yol verərək qərar qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

21. Mülki Məcəllə: Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkil məsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, h əmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 23. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əld ə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Maddə 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 24. “Torpaqların d övlət ehtiyacları üçün alınması haqqında” Qanunun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə 51 saylı 16 fevral 2018-ci il tarixli qərar qəbul etmişdir. Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. 25. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X7rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir. Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9A52, 1982). Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalаrsa”, ədalətli tarazlıq pozulmuş olur. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etdi ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-c i maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoy ulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).

26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məh kəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hall arda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məh kəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

27. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilən hissəsində apelyasiya in stansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının tələblərinə qismən əməl edilməmişdir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal rayonu ərazisində ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan cavabdeh müəyyən edilmişdir.

31. Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində yerləşən tikililərin cavabdeh tərəfindən mülkiyyətçilərə kompensasiya ödənilməklə sökülməsi qərara alınmışdır. Həmin küçədə 21 saylı ünvanda ümumi sahəsi 208,3 kv.metrdən ibarət fərdi yaşayış evi 9 nəfərin paylı mülkiyyətində olmaqla 1/12 hissəsi iddiaçının mülkiyyət ində olmuşdur.

32. İddiaçı mülkiyyətində olan 1/12 hissənin 17,35 kv.m-dən ibarət olmasını bildirib həmin sahəyə görə kompensasiya ödənilməsini xahiş etmişdir.

33. Cavabdehin şikayətinin dəlillərinə görə 21 saylı ünvanda yerləşən əmlakın ümumi sahəsi 208.3 kv.metrdir. Həmin çıxarışda mülkiyyətin 1/12 hissəsi İddiaçı Əliyulla oğluna, 1/12 hissəsi isə X2 məxsusdur. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən İddiaçı Əliyulla oğluna və X2 məxsus əmlaka yerində baxış keçirilən zaman həmin əmlakın faktiki əsas və köməkçi sahəsi 14,56 kv.metr, digər sahəsi 33,16 kv.metr müəyyən edilmişdir. Müstəqil qiymətləndirici “Azər Expert" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üç ün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2017-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclərin ödənilməsi üçün verilən 1000 (bir min) manatla birlikdə 37.272 manat məbləğində qiymətləndirilmişdir. 03.08.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə əmlakın 1/12 hissəsinə görə X4 ilə alqı-satqı müqaviləsi bağlanılaraq ona 37.272 manat məbləğində kompensasiya ödənilmişdir, alqı-satqı müqaviləsində X2 məxsus 1/12 hissə qeyd edilmişdir. Lakin “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə” Hesabatla müəyyən edilmiş İddiaçı Əliyulla oğluna və X2 məxsus faktiki sahə üçün alqı-satqı müqaviləsi bağlanmışdır.

34. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiya sı aşağıdakıları qeyd edir.

35. Sökülməsi nəzərdə tutulan (sökülən) Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi 21 saylı mənzilin ümumi sahəsi 208,3 kv.metrdən ibarət fərdi yaşayış evi 9 nəfərin paylı mülkiyyətində olmaqla 1/12 hissəsi iddiaçının mülkiyyətində olmuşdur.

36. Mənzilin sökülməsi ilə bağlı mülkiyyətçilərə kompensasiya daşınmaz əmlakın dövlət reyestrində qeyd edilən paylara münasibətdə deyil, mülkiyyətçilərin faktiki paylarına münasibətdə yaşayış və qeyri-yaşayış sahələri ayrı-ayrılıqda qiymətləndirilməklə ödənilməsi nəzərdə tutulmuşdur.

37. Qiymətləndirmə hesabatından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarına əsasən ünvan 2 ünvanında yerləşən X4, İddiaçı Əliyulla oğluna məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən, həmin əmlakın 2018-ci ilin iyun ayına olan bazar dəyəri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla) 37.272 manat məbləğində müəyyən edilmişdir.

38. Qiymətləndirmə hesabatında E.Ə.Məmmədovanın faktiki yaşayış sahəsi ilə iddiaçının sahəsi birlikdə 37.272 manat qiymətləndirilmişdir.

39. Hesabatda bir otağın yararlı, digər iki otağın damı uçmuş və yarı uçmuş vəziyyətdə olması, qeyri-yaşayış, yardımçı sahələr 20% və digər əlavə lər nəzərə alınması qeyd edilmiş, hər bir sahə və qiyməti ayrıca göstərilmişdir.

40. İddiaçıya aid sahənin qiyməti də nəzərə alınmaqla cəmi 37.272 manat məbləğ cavabdehin E.Ə.Məmmədova ilə 3 avqust 2018-ci il tarixli notariat qaydada bağladığı alqı-satqı müqaviləsinə əsasən E.Ə.Məmmədovaya ödənilmişdir.

41. Cavabdeh iddiaçıya aid yaşayış sahəsinin dəyərinin E.Ə.Məmmədovaya ödənilməsini hər hansı mötəbər dəlillə əsaslandırmamışdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin əldə etdiyi qiymətləndirmə hesabatında həm iddiaçının, həm də E.Ə.Məmmədovanın faktiki sahələri və məbləği birlikdə hesablandığından, E.Ə.Məmmədovanın və iddiaçının hər birinin sahəsi barədə heç bir sübut mövcud olmadığından, hesabatda qeyd edilən 37.272 manatın yarısı məbləğində iddiaçının faktiki yaşayış sahəsin ə görə kompensasiya ödənilə bilər.

43. Apelyasiya instansiyası məhkəməsi iddiaçının faktiki yaşayış sahəsini, həmin sahənin bazar qiymətini müəyyən etmədən, həm yaşayış, həm də qeyri-yaşayış və köməkçi sahələrin hamısının bir kvadrat metrinin 1.500 manatdan hesablanması barədə gəldiyi nəticəni əsaslandırmamış, Yasamal rayonunda, Sovetski adlanan ərazidə yaşayış, qeyri-yaşayış və köməkçi sahələrin bazar qiymətinin ayrı-ayılıqda qiymətləndirmə aparılması barədə ümumi məhkəmə təcrübəsini nəzərə almamışdır.

44. Odur ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehdən alınıb iddiaçıya ödənilməli kompensasiyanın məbləği (37.272 manat:2) 18.636 manat müəyyən edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalı, şikayət qalan hissədə təmin edilməməlidir.

45. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-487/2021 saylı, 18 fevral 2021-ci il tarixli qərarı dəyişdirilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh İddiaçı ödəməli olduğu kompensasiyanın məbləği 18.636 (on səkkiz min altı yüz otuz altı) manat müəyyən edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar