Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1115/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü; prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1968-ci il də anadan olub; FİN-xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-0464, KOD 30207078 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 42 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-282/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “JN-0464, KOD 30207078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 42 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın veril məsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. iddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, keçmiş Xaçmaz rayonu Qaradağbuduq bələdiyyəsinin (indiki Xaçmaz rayonu Hülövlü bələdiyyəsinin) xx.xx.2004cü il tarixli 8 saylı qərarı ilə mülkiyyətinə satılmış 42 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən JN-0464, Kod 30207078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsindən maneəsiz istifadə edir. Torpaq sahəsində taxıl əkir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən verilmiş JN-0464, Kod 30207078 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında dövlət reyestrində n çıxarış alınmasından ötrü DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarədən ona rəsmi məktubla bildirilib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və dövlət aktının qeydiyyat kitabında öz əksini tapmadığından və həmin torpaq sahəsi guya kənd təsərrüfatlı olduğundan müraciətinin təmin olunmasından imtina edildi.
3. İddiaçı ilkin hüquqmüəyyənedici sənədlərin əsillərinin (torpaqayırma sənədləri qərar, rəy, alqı-satqı aktı) və “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının əslini təqdim etməyinə baxmayaraq onun mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina etmişlər. İddiaçı 2004-ci ildə bələdiyyəyə müraciət edərək torpaq sahəsini almış, Torpaqayırma sənədləri bələdiyyə və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində tərtib olunaraq mülkiyyətinə dair dövlət aktı verilmişdir. Hazırda isə həmin sənədin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin elektron bazada və qeydiyyat kitabında olmaması onun təqsiri deyil. cavabdehin etirazları:
4. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda qeyd edilmişdir ki, sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, JN- 464 KOD 30207078 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət aktlarının qeydiyyatı kitablarında öz əksini tapmamışdır. Bundan əlavə, JN-464 KOD 30207078 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ”nda göstərilən koordinatlara əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsinə aid olduğu müəyyən olunmuşdur. Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2 bəndinə əsasən hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2. maddəsinə əsasən, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlartarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiy yətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqları əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
5. Sumqayıt İnzibati Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli, 2-1(118)-993/2021 nömrəli (hakim C.B.Məmmədov) qərarı ilə iddia təmin edilməmişdir.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Apellyasiya instansiyası məhkəməsinin icraat iştirakç ılarına göndərdiyi məhkəmə bildirişində birinci instansiya məhkəməsinin qərarının iddiaçıya 24 dekabr 2021-ci il tarixdə təqdim edildiyini, lakin həmin qərardan apellyasiya şikayətinin 3 fevral 2022-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra verildiyi iddiaçının diqqətinə çatdırılmışdır.
8. İddiaçı ərizə ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpasını xahiş etmiş, müddətin ötürülməsinin səbəbi kimi qrip xəstəliyinə yoluxduğunu və ev şəraitində müalicə aldığını göstərmişdir..
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 2-1(105)-282/2022 nömrəli (hakimlər Z.T.Məmmədov- sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və F.Ə.Məmmədov) qərardadı ilə birinci instansiya məhkəməsinin 8 dekabr 2021-ci il tarixli qəra rından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə təmin edilməmiş, apellyasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəf müddətin ötürülməsini iddiaçının və nümayəndənin xəstəliyi ilə əsaslandırsa da, ərizəyə əlavə edilmiş həkimlə olan yazışmalar iddiaçının nümayəndəsinin və vəkilinin həqiqətən xəstə olmasını, yaxud da xəstəliyin apellyasiya şikayəti verilməsinə maneə təşkil edə biləcək həddə olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Kollegiya qeyd edir ki, şəxsin bütün xəstəlikləri deyil, yalnız şikayət vermək imkanını aradan qaldıran, onun prosessual hərəkətləri yerinə yetirməsinə real maneə törədə bil ən xəstəlikləri buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsi müzakirə edilərkən üzürlü səbəb hesab edilə bilər. Ona görə də, iddiaçının təqdim etdiyi sənədlər apellyasiya şikayətinin vaxtında verilməsinə maneə ola bilən hal və müddətin üzürlü səbəblərdən ötürülməsi nəticəsinə gəlmək üçün əsas hesab edilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında verilmiş suala cavab olaraq iddiaçının nümayəndəsi və vəkili yanvar ayında bir neçə başqa iş üzrə məhkəmə iclaslarında iştirak etdiyini də bildirmiş, habelə iddiaçının özünün həmin dövrdə xəstə olmasına dair hər-hansı sübut təqdim etməmişdir.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunması və işin yenidən b axılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərardad qanunsuz və ədalətsizdir. Belə ki, hüquqlarının müdafiəsi üçün notarial qaydada vəkilinə etibarnamə vermişdir. Yəni iddiaçının adından bütün hərəkətləri o etməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(118)-993/2021 saylı qərarından apellyasiya şikayəti yaza bilmədiyi üçün vəkilinə həvalə etmişdir. Əslində qərar vəkilinə çatdığı gündən 30 gün ərzində verilmişdir. Lakin ona vəkilindən tez çatdığı üçün və o da xəstə olduğu üçün vəkilinə çatdıra bilməmişdir. Bundan başqa müəyyən oldu ki, dekabr 2021- ci il və yanvar 2022-ci il tarixlərdə vəkili də ağır omikron virusu xəstəsi olmuş və 3 kurs müalicə almışdır. Vəkilin həmin müddətdə ev şəraitində müalicə alması barədə həkimlə whatsapp sosial şəbəkə vasitəsilə yazışmalarını və rentgen analizinin cavablarını məhkəməyə sübut kimi təqdim etsə də məhkəmə tərəfindən həmin sübutlara əsaslı qiymət verilməmişdir. Bütün medianın və tibbin bildirdiyi kimi, omikron simptomu hansısa analizlə müəyyən olunmur və ancaq əlamətlərlə müəyyən olunurdu. Digər aylara münasibətdə dekabr 2021 və yanvar 2022-ci il tarixdə yoluxma halları çox olmuşdur. Məhkəmənin vəkilin 2022-ci ilin yanvar ayında məhkəmələrə çıxmasını etiraf etməsi halı təhrif olunmuşdur. Belə ki, vəkil dekabr 2021-ci il tarixdə bir neçə işə çıxdığını bildirmişdir. Mübahisələndirdiyi qərardad on a rəsmi qaydada 07 aprel 2022-ci il tarixdə çatmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam və düzgün araşdırılmamış, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmişdir. Bu da qərarın ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 19.
15. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
20. İşdən göründüyü kimi, iddiaçı mübahisələndirilən qərarın surətini 24 dekabr 2021-ci il t arixdə qəbul etmişdir. Apellyasiya şikayəti isə 03 fevral 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya şikayətinin 03 fevral 2022-ci il tarixindən əvvəl poçt və ya rabitə orqanlarına təhvil verilməsi barədə işdə heç bir sübut yoxdur və iddiaçı da bu barədə hər hansı bir dəlil irəli sürmür.
21. Prosessual müddətin bərpasına dair ərizənin və şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəf həmin müddətdə kəskin qrip olduğu üçün və ev şəraitində müalicə aldığı üçün gecikdirmiş və yanvar ayı ərzində yeni növ qripin yayılması daha çox idi və hamının ev şəraitində müalicə aldığını bildirmişdir. Qeyd edilən məsələ ilə bağlı apellyasiya instansiyası öz qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı tərəf müddətin ötürülməsini i ddiaçının və nümayəndənin xəstəliyi ilə əsaslandırsa da, ərizəyə əlavə edilmiş həkimlə olan yazışmalar iddiaçının nümayəndəsinin və vəkilinin həqiqətən xəstə olmasını, yaxud da xəstəliyin apellyasiya şikayəti verilməsinə mane təşkil edə biləcək həddə olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, bütün xəstəliklər deyil, yalnız şikayət vermək imkanını aradan qaldıran, şəxsin prosessual hərəkətləri yerinə yetirməsinə real maneə törədə bilən xəstəlikləri buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsi müzakirə edilərkən üzürlü səbəb hesab edilə bilər. Ona görə də, iddiaçının təqdim etdiyi sənədlər apellyasiya şikayətinin vaxtında verilməsinə maneə ola bilən hal və müddətin üzürlü səbəblərdən ötürülməsi nəticəsinə gəlmək üçün əsas hesab edilə bilməz. Bundan əl avə, məhkəmə kollegiyasının iclasında verilmiş suala cavab olaraq iddiaçının nümayəndəsi və vəkili yanvar ayında bir neçə başqa iş üzrə məhkəmə iclaslarında iştirak etdiyini də bildirmiş, habelə iddiaçının özünün həmin dövrdə xəstə olmasına dair hər-hansı sübut təqdim etməmişdir.
22. Beləliklə, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsində iddiaçı təqsirsiz olmamışdır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qənaəti və əsaslandırması ilə razılaşır və şikayətin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 2-1(105)-282/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.