Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1115/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, ümumi stajın hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966 təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-857/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 22 mart 2020-ci il tarixli məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
2. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunan Azərbaycan Respubli kası Dövlət Neft Şirkəti Baş Geofizika İdarəsi “Xəzərdənizneftgeofizika” Tresti tərəfindən iddiaçıya dair açılmış xx.xx.1994-cü il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasının 2-3-cü səhifələrində əmək fəaliyyətinə başlanılan dövrə qədər yalnız təhsil və hərbi xidmət dövrünün olduğu qeyd edilmişdir. Lakin 15 sentyabr 1987-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasının 42-45-ci səhifələrində iddiaçının xx.xx.1984-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində 1 nömrəli Zar Ət-Südçülük sovxozunda işlədiyi qeyd edilmişdir. Eyni zamanda, aparılmış qeydlər müxtəlif məsul şəxslər tərəfindən doldurulmasına baxmayaraq eyni imzayla təsdiq edilmişdir. Göründüyü kimi əmək kitabçalarının arasındakı uyğunsuzluqlar onlardakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Qeyd olunanlar ı nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü il tarixdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda fəhlə vəzifəsinə təyin edilmiş, daha sonra hərbi xidmətə getməsi ilə əlaqədar xx.xx.1984-cü ildə həmin vəzifədən azad edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, yəni xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək yenidən Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda fəhlə vəzifəsində işləmişdir. Baxmayaraq ki, İddiaçı yuxarıda qeyd edilən vəzifədə işləmişdir, cavabdeh əmək kitabçasının 42-45-ci səhifəsində aparılan qeydlər həmin sovxozun kadrlar üzrə mütəxəssisi tərəfindən doldurulsa da, cavabdeh eyni imzalarla təsdiq edilmədiyini əsas gətirərək həmin stajı nəzərə almamışdır. Həmin zaman Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozun direktotu Şirin Abdullayev, müavini isə Zərbalı Alməmmədov olmuşdur. Hər iki şəxsin səlahiyyətli rəhbər vəzifəli şəxs olması bu imzanı atmanın legitimliyini şübhə altına almamalıdır. Bununla belə, əmək kitabçası 15 sentyabr 1987-ci il tarixində doldurulmuşdur ki, o zaman 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunu n direktoru Zərbalı Alməmmədov təyin olunmuşdur. 07 avqust 1989-cu il tarixində iddiaçı ərizəsinə əsasən (ali məktəbə daxil olduğu üçün) işdən azad olunmuşdur. Həmin vaxt isə 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunun direktoru Əli Şükürov olmuşdur. Bundan başqa, İddiaçı 1989-cu il tarixdə ali məktəbə sənədlərini təqdim edən zaman əmək kitabçasından çıxarışı da təqdim etmişdir. Həmin çıxarışda olan qeydlərlə İddiaçı əmək kitabçasındakı qeydlər arasında heç bir fərq yoxdur. Yəni, iddiaçının əmək kitabçasında heç bir şübhəli vəziyyət yoxdur. Eyni zamanda, həmin dövrdə iddiaçı ilə birlikdə işləmiş şəxslər də məhkəmədə ərizədə qeyd edilənləri təsdiq edə bilərlər.
5. Cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair etirazda qeyd edilmişdir ki, iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına qeydlərin mötəbərliyi şübhə doğurduğundan onun xx.xx.1984-xx.xx.1984-ci illərdə və xx.xx.1987- xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi mümkün olmadığından və iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Belə ki, İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984-cü il tarixli 1 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar ƏtSüd-Tütünçülük sovxozunda işə daxil olmuş, xx.xx.1984-cü ildə tarixli 192 nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün həmin sovxozda işdən azad olunmuş, xx.xx.1987-ci il tarixli, 174 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işə daxil olmuş, xx.xx.1989-cu il tarixli 30 nömrəli əmrlə həmin sovxozda işdən azad olunmuşdur. xx.xx.1989-xx.xx.1994-cü il tarixləri arasında M.Əzizbəyov adına Azərbaycan neft-X2kəşfiyyat fakültəsində oxumuşdur. Göründüyü kimi işə daxil olma və işdən azad olma qeydlərində əmrlərin tarixləri və nömrələri arasında uyğunsuzluq diqqət çəkir. Belə ki, iddiaçının xx.xx.1984-cü il tarixli 1 nömrəli əmrlə işə daxil olması, lakin 2 ay sonra xx.xx.1984-cü ildə tarixli 192 nömrəli əmrlə işdən azad olunması, həmçinin onun xx.xx.1987-ci il tarixində 174 nömrəli əmrlə işə daxil olması və xx.xx.1989-cu il tarixində 30 nömrəli əmrlə işdən azad olması həmin qeydlərin mötəbərliyini şübhə altına alır. Əmək kitabçası ilə bağlı digər diqqətəlayiq məsələ onun xx.xx.1987-ci il tarixdə açılması ilə bağlıdır. Belə ki, əmək kitabçasında qeydlərdən də göründüyü kimi iddiaçı əmək fəaliyyətinə xx.xx.1984-cü il tarixdə başlamışdır. Bu halda onun adına əmək kitabçasının məhz xx.xx.1987-ci il tarixdə açılması və həmin sovxozda işlədiyi 3 il müddətində kitabçanın hansı səbəbdən açılmaması sual doğurur. Həmçinin iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozuna işə daxil olma və işdən azad olma qeydləri direktor Ş.Abdullayev, xx.xx.1987-ci il tarixdə həmin sovxoza isə daxil olma qeydi direktor Z.Alməmmədov tərəfindən imzalansa da, Z.Alməmmədov ilə Ş.Abdullavevin imzasının eyniliyi diqqət çəkir. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984-xx.xx.1984-cü illərdə və xx.xx.1987-xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işləmişdir. Halbuki, iddiaçıya məxsus olan digər İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1994-cü il tarixli 57-K saylı əmrlə “Xəzərdənizneftgeofizika” trestinə işə daxil olmuş və işə daxil olanadək əmək stajına malik olmamışdır. Əmək kitabçasında yalnız onun xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Sovet ordusu sıralarında hərbi xidmət keçməsi və xx.xx.1989-xx.xx.1994-cü il tarixləri arasında M.Əzizbəvov adına Azərbaycan neft-kimya institunda təhsil alması ilə bağlı qeydlər mövcuddur. İddiaçıya məxsus l/İT-l ******* nömrəli əmək kitabçasındakı pozuntulara və MT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlər nəzərdən keçirildikdə, İTİ ******* nömrəli əmək kitabçasındakı qeydlərin mötəbər olmaması iddiaçının xx.xx.1984xx.xx.1984-cü illərdə və xx.xx.1987-xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar ƏtSüd-Tütünçülük sovxozunda işləmədiyini deməyə əsas verir. Odur ki, iddiaçının xx.xx.1984-xx.xx.1984-cü illərdə və xx.xx.1987-xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işlədiyini iddia etdiyi illər sosial sığorta stajı kimi nəzərə alına bilməz. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Xəzərdənizneftgeofizika” trestində güzəştli iş stajı 11 il 3 ay 22 gün, xx.xx.1984- cü il tarixdən xx.xx.1986-cı il tarixədək (2 il 9 gün) Sovet ordusu sıralarında hərbi xidmət keçdiyi dövr və xx.xx.1989-xx.xx.1994-cü il tarixləri (4 il 11 ay 22 gün) arasında M.Əzizbəyov adına Azərbaycan neft-kimya institunda təhsil aldığı dövr nəzərə alıns a, onun ümumilikdə sosial siğorta stajı 18 il 3 ay 22 gün təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3047/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan (xx.xx.2018-ci il tarixdən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı 10 ildən, ümumi iş stajı 21 ildən çox olduğu üçün onun 52 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə etirazını onunla əsaslandırır ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az olması, İT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərin mötəbər olmaması, eyni zamanda aparılmış qeydlərin müxtəlif məsul şəxslər tərəfindən doldurulmasına baxmayaraq eyni imzayla təsdiq edilməsi, əmək kitabçasındakı qeydlərin arasındakı uyğunsuzluqlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməyə imkan verməmişdir. Halbuki, iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərsizliyi məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Belə olan halda cavabdehin etirazında göstərilmiş dəlillər əsas sız şübhələr əsasında qurulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İş materiallarından göründüyü kimi, 2019-cu ildə cavabdehin şübhə altına aldığı əmək kitabçasından (müvafiq illərə dair) çıxarış iddiaçı tərəfindən 1989-cu ildə əyani təhsil aldığı təhsil müəssisəsinə təqdim edilmiş və həmin sənəd o vaxtdan arxivdə saxlanılmışdır.
8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayətinə qarşı təqdim etdiyi etirazında cavabdehin mübahisələndirdiyi xx.xx.1984-xx.xx.1984-cü illərdə və xx.xx.1987-xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işləməsinin təsdiqi ilə bağlı əlavə olaraq göstərmişdir ki, 1981-ci ildə o zamankı dövrün tələblərinə uyğun olaraq komsomola daxil olmuş, 1984-cü ildə isə orta məktəbi bitirdikdən sonra M. Əzizbəyov adına X5 X4 qiyabi şöbəsinə daxil olmuşdur. Məlum olduğu kimi, keçmiş SSRİ qanunlarına görə hər bir qiyabi təhsil alan işçi mütləq əmək fəaliyyəti ilə məşğul olmalı idi, əks halda institutdan xaric olunurdu. Ona görə də, yaşadığı ərazidə Zar Ət-SüdTütünçülük sovxozunda işə girmişdir. İşlədiyi müddətdə isə komsomol üzvü olduğu üçün mütəmadi olaraq üzvlük haqqı ödəmişdir. 1984-19 86-cı illərdə hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra isə iş yerinə qayıdaraq əmək fəaliyyətini davam etdirmişdir. 1987-88-ci illərdə birinci kursda təhsilini davam etdirmişdir. 1989-cu ildə Zar Ət-Süd-Tütünçülük sovxozunda əmək fəaliyyətini davam etdirmiş, əmək fəaliyyəti dövründə daim komsomola üzvlük haqqı ödəmişdir. Daha sonra 1989-cu ildə Azərbaycan Neft və X2-kəşfiyyat fakultəsinə “Geofiziki axtarış və kəşfiyyat üsulları” ixtisası üzrə əyani şöbəyə daxil olmuş və 1994-cü ildə əyani şöbəni bitirmişdir. İddiaçı qeyd edilən halların təsdiqi kimi məhkəməyə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilən arxiv arayışını, ali təhsil haqqında sənədini və komsomol biletini təqdim etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-857/2023 nömrəli, 1 6 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3047/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qərarı ləğv olunmuş, iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1994-cü il tarixə kimi əmək stajına malik olmaması bir daha təsdiq edilir. Belə ki, iddiaçıya məxsus HT-İ ******* nömrəli əmək kitabçasında çoxsaylı pozuntular mövcuddur. Bununla yanaşı, həmin əmək kitabçasının mötəbər olmaması ilə bağlı digər bir fakt iş materiallarında olan iddiaçıya məxsus digər - MT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunmuşdur. Belə ki, iddiaçıya məxsus olan digər əmək kitabçası - MT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1994-cü il tarixli 57-K saylı əmrlə “Xəzərdənizneftgeofizika" trestinə işə daxil olmuş və işə daxil olanadək əmək stajına malik olmamışdır. Həmin əmək kitabçasında yalnız iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Sovet ordusu sıralarında hərbi xidmət keçməsi və xx.xx.1989-xx.xx.1994-cü il tarixləri arasında M.Əzizbəyov adına Azərbaycan neft-kimya institunda təhsil alması ilə bağlı qeydlər mövcuddur. Göründüyü kimi, iddiaçıya məxsus MT-İ ******* nömrəli (15 sentyabr 1987-ci il tarixdə doldurulduğu qeyd edilmişdir) əmək kitabçasında pozuntular, həmçinin əmək kitabçaları arasında, həmçinin iddiaçıya məxsus MT-İ ******* nömrəli (15 sentyabr 1987-ci il tarixdə doldurulduğu qeyd edilmişdir) əmək kitabçası ilə həmin kitabçadan çıxarışda (i/v 100) ziddiyyət və uyğunsuzluqlar mövcuddur, həmin ziddiyyətlərin və uyğunsuzluqlar isə digər iş materiallarına əsasən aradan qaldırılması mümkün deyildir. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Xəzərdənizneftgeofizika” trestində güzəştli şərtlərlə iş stajı 11 il 3 ay 22 gün, xx.xx.1984cü il tarixdən xx.xx.1986-cı il tarixədək 2 il 9 gün Sovet Ordusu sıralarında hərbi xidmət keçdiyi dövr və xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixlərədək 4 il 11 ay 22 gün M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitunda təhsil aldığı dövrlər nəzərə alınarsa, onun ümumilikdə sosial sığorta stajı 18 il 3 ay 22 gün təşkil edir. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 13 dekabr 2022-ci il tarixl i arxiv arayışına münasibət bildirərək qeyd etmişdir ki, arayışdan görünür ki, X1 1984-cü ildə X4 qiyabi şöbəsinin İ kursuna qəbul olunmuş, 1984-cü ildə qiyabi şöbənin İ kursundandan həqiqi hərbi xidmətə çağrılmış, 1986-cı ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra qiyabi şöbənin İ kursuna bərpa olunmuş, 1989-cu ildə öz xahişi ilə qiyabi şöbədən xaric edilmişdir. Lakin nə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda, nə də “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda qiyabi təhsil müddətinin iş stajına hesablanması nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 02 avqust 2022-ci il tarixli, 01-949 nömrəli arxiv arayışına münasibətdə isə bildirmişdir ki, arxiv arayışına əsasən təqdim edilən əmək kitabç asından çıxarışın hər hansı müəssisənin (təşkilatın və s.) möhürü ilə təsdiqləndiyi müəyyən olunmur.
12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsi, bu mümkün olmadıqda isə işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının xx.xx.2018-ci il tarixədək, yəni 52 yaşı tamam olan günədək ümumi əmək stajı xx.xx.1984-cü il tarixdən başlayaraq 27 il 10 ay 7 gündür. O cümlədən onun 21 il 1 ay 1 günü 2006-cı ilin yanvar ayının 1-dək olan əmək stajıdır. Həmin 21 il 1 ay 1 günün zərərli işlərdə olan hissəsi 11 il 3 ay 22 gündür. Bakı Apellya siya Məhkəməsi qanunsuz olaraq iddiaçının 2 il 9 ay 12 gün Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük Sovxozunda olan əmək stajını nəzərə almamışdır.
14. Əmək kitabçasında qeyd edilən şübhəli və ziddiyyətli məqamlar hələ iddiaçı tərəfindən 1989-cu il tarixdə ali təhsil müəssisəsinə təqdim etdiyi əmək kitabçasından çıxarışla aradan qaldırılmışdır. Əmək kitabçasının əsli ilə əmək kitabçasından 1989-cu il tarixdə ali təhsil müəssisəsinə təqdim edilən çıxarışda olan tarixlərdəki və nömrədəki uyğunsuzluqlar texniki uyğunsuzluqlardır. Texniki uyğunsuzluq nəzərə alınsa belə, universitetin arxivində saxlanılan əmək kitabçasından çıxarışdakı məlumatlar əsasında iddiaçının əmək stajı yenə də 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən, zərərli işlər hissəsi isə 10 ildən çoxdur.
15. Apellyasiya m əhkəməsi qeyd etmişdir ki, ali təhsil müəssisəsinə təqdim edilmiş əmək kitabçasından çıxarışda hər hansı bir müəssisənin möhürü olması görümür. Bununla bağlı nəzərə alınmalıdır ki, 1989-cu ildən bu günə 30 ildən çox vaxt keçib. Bu müddət ərzində möhürün yazılarının aşınması təbii prosesdir. Lakin həmin sənədə diqqət etdikdə möhür tam görünür. Eyni zamanda, həmin sənədin möhürü ilə bağlı hər hansı bir ziddiyyət var idisə belə, məhkəmə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etməli idi.
16. İddiaçı kassasiya şikayətinə əlavə kimi təqdim etdiyi ərizəsində həmçinin göstərmişdir ki, onun tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş komsomol biletində göstərilənlər də məhkəmə tərəfindən tədqiq edilməmiş və qiymətləndirilməmişdir. Belə ki, onun 1985-ci ilin oktyabr ayından 1989-cu ili n avqust ayınadək komsomola ödədiyi üzvlük haqqının məbləği aldığı əmək haqqına uyğun hesablanıb və ödənilib. Yəni, komsomol biletində göstərilənlər də onun işlədiyini təsdiq edir. Lakin apellyasiya məhkəməsi bunları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh eyni dəlillərə istinadən kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüv vədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir....
19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədlə ri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” 11000000 - X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 11000000 -
1. Qazma... 1100000b - b) Rəhbərlər və mütəxəssislər 1100000b—17541 - quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki part iyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları... 21. “İnzibati icraat haqqında” Qanun Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
22. İnzibati Prosessual Məcəllə (İPM) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin ə saslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA NİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq nor malarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
26. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti də İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddia tələbinin təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
27. Belə ki, hazırkı işin hallarına əsasən müəyyən olu nur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin mötəbərliyi şübhə doğurduğundan onun xx.xx.1984-xx.xx.1984-ci illərdə və xx.xx.1987- xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işlədiyi illərin sosial siğorta stajına daxil edilməsini mümkün saymamış və iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az olması əsası ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında imtina etmişdir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbini təmin etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni qərar qəbul olunmaqla iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi y ekun qərar qəbul edərkən cavabdehin dəlillərinin doğruluğunu təsdiqləmiş, iddiaçıya məxsus əmək kitabçalarındakı qeydlərin mötəbərliyini qəbul etməmiş, əmək kitabçalarında ziddiyyət və uyğunsuzluqların olduğu qənaətinə gəlmiş, nəticə etibarilə, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan ümumi staja malik olmadığını bildirmişdir.
28. Məlum olduğu kimi, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi və müvafiq siyahı üzrə 10 ildən çox xüsusi staja malik olması faktı təsdiq edilməlidir. Cavabdeh iddiaçının xüsusi stajının mövcudluğunu qəbul edir. Həmin hal, həmçinin iş materialları ilə də təsdiq olunur. İş üzrə mübahisələndirilən ha l iddiaçının tələb olunan 20 illik ümumi iş stajına malik olubolmadığı ilə bağlıdır.
29. Məhkəmə kollegiyası isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezump siyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.
30. Bu mənada, iddiaçının ümumi və xüsusi iş stajı barədə məlumatlar onun əmək kitabçasında, ali təhsil haqqında sənədində, SOCAR Geofizika və Geologiya İdarəsi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş arxiv arayışlarında, eləcə də iddiaçının hərbi xidmətdə olmasına dair hərbi biletdə təsdiq edilmişdir. Cavabdeh sözügedən sənədlərin mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, əmək kitabçasındakı müvafiq qeydlərin həqiqiliyinin ciddi şübhə doğurduğuna dair cavabdeh tərəfindən bildirilənlər əsaslı görünmür. Nəzərə alınmalıdır ki, məhkəmənin yalnız cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri x idməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Müvafiq olaraq cavabdeh istinad etdiyi şübhənin əsaslılığına dair sübutlar təqdim etməlidir. Lakin hazırkı işdə bu, baş verməmişdir.
31. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, cavabdeh orqanın imtinasının əsas dəlillərini təşkil edən - iddiaçıya məxsus əmək kitabçasında işə daxil olma və işdən azad olma qeydlərində əmrlərin tarixləri və nömrələri arasında uyğunsuzluğun olması, işə daxil olma və işdən azad olma qeydlərinin fərqli şəxslər tərəfindən imzalansa da, imzaların eyniliyinin diqqət çəkməsi, həmçinin iddiaçının əmək fəaliyyətinə xx.xx.1984-cü il tarixdə başladığı halda onun adına əmək kitabçasının məhz xx.xx.1987-ci ildə açılması halları iddiaçının təqsiri nəticəsində baş verməmişdir, eləcə də onun həmin dövrlərdə işləməsi f aktını istisna etmir, iddiaçının fəliyyətinin olmadığını nəticəsini doğurmur.
32. Kollegiya hesab edir ki, iddiaçının xx.xx.1984-xx.xx.1984-cü illərdə və xx.xx.1987-xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işləməsi faktı işdəki sübutlarla öz təsdiqini tapdığından həmin dövr onun ümumi əmək stajına daxil edilməlidir. Apellyasiya məhkəməsi bununla bağlı iddia ərizəsində və apellyasiya şikayətinə etirazda göstərilən dəlilləri işdəki sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli arayışda iddiaçının M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna qəbul üçün təqdim etdiyi İT1534492 nömrəli əmək kitabçasından çıxarışın institut un arxivində saxlanıldığı bildirilmişdir. Arxivdə saxlanılan əmək kitabçasından həmin çıxarışda iddiaçının xx.xx.1984-xx.xx.1984-cü illərdə və xx.xx.1987-xx.xx.1989-cu illərdə əmək fəaliyyəti ilə məşğul olduğu öz təsdiqini tapmışdır. Nəzərə almaq lazımdır ki, Universitetin arxivindən verilmiş çıxarışda göstərilən dövrlərlə əmək kitabçasındakı dövrlər üst-üstə düşür. Belə olan halda, işə qəbul barədə əmrlərin tarixləri və nömrələri arasındakı uyğunsuzluq həlledici deyildir. Həlledici olan əmək fəaliyyətinin göstərildiyi yerlərin, tutulan vəzifənin və əmək fəaliyyəti dövrlərinin uyğunluğudur. Bu hallarla bağlı olaraq isə əmək kitabçası ilə Universitetdə təqdim olunmuş arayışda uyğunsuzluq halı yoxdur. Bundan başqa, iddiaçı tərəfindən bildirilən SSRi dövründə komsomol təşkilatına üzvlüklə bağ lı əmək haqqından faizlər kimi tutulan ödəmələr, eləcə də qiyabi təhsil alanların bir qayda olaraq əmək fəaliyyəti ilə məşğul olduğuna dair dəlillər də iş materialları ilə təsdiq olunur və iddiaçının mübahisələndirilən dövrdə əmək fəaliyyəti ilə məşğul olduğunun dolayısı ilə təsdiq edir. Nəhayət, onu da nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər də iddiaçının həmin dövrdə işlədiyini təsdiq etmişlər.
33. Beləliklə, iddiaçının xx.xx.1984-xx.xx.1984-cü illərdə və xx.xx.1987xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işlədiyi dövr onun ümumi sığorta stajına daxil edilməlidir. Bu halda isə 20 illik ümumi iş stajına malik olması şərti ödənilmiş olur. Ona görə də, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti t əmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin olunmalı, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-857/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 52 yaşdan (xx.x x.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar qətidir.