Məhkəmə qərarları › İş №2-1(102)-1115/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1115/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1115/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 27 noyabr tarixli 2-1(103)-3625/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 99,75 kv.m, yaşayış sahəsi 53,35 kv.m olan, 3 otaqlı, 68 saylı mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-116/2020 nömrəli, xx.xx.2020-ci i l tarixli qərarı ilə iddia təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanına dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanına dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi iddia tələbinə dair inzibati məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2-1(112)-116/2020 nömrəli (İddiaçı cavabdeh Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 4 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 99,75 kv.m, yaşayış sahəsi 53,35 kv.m olan, 3 otaqlı, 68 saylı mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə) qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin 3(üç) otaqlı olmaqla faktiki ümumi sahəsinin 95.6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İPM-nin 1.1-ci madd əsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iddiaçının Birinci Qarabağ müharibəsi iştirakçı olduğunu nəzərə almamışdır, iddiaçının yeganə ya şayış yeri olan mənzilinin dövlət reyestrində qeydiyyatı onun və ailə üzvləri üçün mühümdür.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4481/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırda ünvan 2 ünvanına dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, iş materiallarından görünür ki, iddiaçı daha əvvəl bu tələblə məhkəməyə müraciət etmiş, məhkəmə isə iddianı təmin etməmişdir.

7. Göründüyü kimi, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-116/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir və həmin qərar qanuni q üvvəyə minmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddiaya daha əvvəl baxılmaqla yekun qiymət verildiyindən artıq eyni tərəflər arasında eyni iddia tələbinə eyni əsas üzrə yenidən baxılması mümkün hesab edilə bilməz

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiya məhkəməsində icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 27 noyabr tarixli 2-1(103)-3625/2024 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)4481/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkə məsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsini mümkün hesab edilərək mahiyyəti üzrə baxılması üçün işin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 31 a, mənzil 29a dair və Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 31a, mənzil 35ə dair qonşularına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxar ış verilmişdir. Belə olan halda, iddiaçının adına da müvafiq çıxarışın verilməsindən imtina edilməsi əsassızdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. S übutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu ha llarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyas iya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən prosessual hüquq normalarını düzgün tətbi q etməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

18. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

19. İşin hallarından müəyyən edilir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət inin 1 saylı ünvan 1 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 99,75 kv.m, yaşayış sahəsi 53,35 kv.m olan, 3 otaqlı, 68 saylı mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış qərarı ilə iddia təmin edilməmişdir. Bundan sonra iddiaçı eyni tələblə xx.xx.2023-cü il tarixdə yenidən həmin məhkəməyə müraciət etmiş, lakin iddia tələbi mümkün hesab edilməmişdir.

20. İddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüquqlarının yaranmasını Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 130 saylı, xx.xx.2012-ci il tarixli “M üharibə əlilləri, Şəhid ailələri, Çernobl hadisələri əlilləri və 20 Yanvar hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” Sərancamı ilə əlaqələndirir.

21. İş materiallarına əlavə edilmiş həmin Sərəncamdan çıxarışda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 5 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə 08 noyabr 2010-cu il tarixli, 11/7143 saylı əmrlə yaradılmış komissiyanın qərarlarına əsasən Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış müharibə əlilləri, şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərin bölhü siyahısı və yuxarıda qeyd olunan qərarlardan çıxarışları nəzərə a laraq:

1. Aşağıda adları çəkilən Qarabağ müharibəsi əlilləri, Şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri, BVM-si əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərə dair onlarla kirayə müqaviləsi bağlansın. - İddiaçı, ailə tərkibi 6 nəfər, Əsəd Əhmədov küçəsi, ev 31a, mənzil 68, -3 otaq, ümumi sahəsi 99,75 kvm., yaşayış sahəsi 53,35 kvm. - İddiaçı mənzil növbəsindən çıxarılsın.

2. Sərəncamda adları qeyd olunan vətəndaşlara verilmiş mənzillərin müvafiq qaydada sənədləşdirilməsi ərazi üzrə 19 saylı MKİS-nə tapşırılsın.

22. Kollegiya iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipi pozulmuş, lazımı qaydada məhkəmə icraatı aparılmamışdır.

23. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 12.1-ci madd əsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş iddianın mümkün sayılmaması ilə bağlı qərardadı qüvvədə saxlayaraq qeyd etmişdir ki, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-116/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir və həmin qərar qanuni qüvvəyə minmişdir. Hazırkı iddiaya daha əvvəl baxılmaqla yekun qiymət verildiyindən artıq eyni tərəflər arasında eyni iddia tələbinə eyni əsas üzrə yenidən baxılması mümkün hesab edilə bilməz.

25. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə daha əvvəllər məhkəməyə müraciət etdiyi və həmin mübahisənin tərəflərinin eyni olması işin müəyyən edilmiş hallarına əsasən aydın olsa da, iddianın faktiki əsaslarının eyni olubolmaması ilə bağlı aşağı instansiya məhkəmələri tərəfindən hər hansı araşdırma aparılmamış, işin faktiki hallarına qiymət verilməmişdir.

26. Belə ki, iddiaçının apelyasiya baxışı zamanı məhkəmə iclasında verdiyi izahatından, həmçinin kassasiya şikayətindəki dəlillərindən aydın olur ki, iddiaçı mübahisəli mənzilə dair çıxarışın verilməsi tələbi ilə ilk dəfə məhkəməyə müraciət etdiyi zaman iddiaçı ilə eyni binada yaşayan digər mənzil sahiblərinə də cavabdeh tərəfindən çıxarış ver ilməmişdir. Lakin sonradan cavabdeh tərəfindən həmin binada yaşayan 20-dən artıq nəfərin mülkiyyət hüquqları qeydiyyata alınmış, ona münasibətdə isə fərqli yanaşma tətbiq olunmuşdur.

27. Eyni zamanda kassasiya şikayətinə əlavə edilmiş ********** nömrəli, xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışlardan da müəyyən edilir ki, həqiqətən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 31A ünvanındakı müxtəlif mənzillər vətəndaşların adına özəlləşdirilmişdir.

28. Kollegiya qeyd edir ki, məhkəmələr tərəfindən qeyd olunan hallara qiymət verilməmiş, hazırkı iddianın və əvvəlki iddianın faktiki əsasları arasında fərqlərin mövcud olub-olmaması araşdırılmamışdır.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiyası məhkəmələri işin hallarına düzgün qiymət vermədən iddia nın mümkünsüzlüyü nəticəsinə gəlmişlər.

30. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 27 noyabr tarixli 2-1(103)-3625/2024 saylı qərarı ləğv edilir. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar