Məhkəmə qərarları › İş №2-1(102)-1116/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1116/2020

17.06.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1116/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar söz: kompensasiyanın ödənilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı, üçüncü şəxsin vəkili, üçüncü şəxsin nümayəndəsi iştirakı ilə, İddiaçı Iddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(103)-1685/2019 nömrəli qərarından üçüncü şəxs və cavabdeh tərəfindən verilm iş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 17.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Iddiaçı, vət. X1 ilə 24.03.2004-cü il tarixində bağladığı Xx-xx seriyalı, ***** nömrəli müqaviləyə əsasən, sonuncuya məxsus, ümumi sahəsi 415,89 kv.m., əsas sahəsi 281,73 kv.m., köməkçi sahəsi 134,16 kv.m. olan Ünvan ünvanda yerləşən istirahət mərkəzini 400.000.000 manata almış, həmin qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi iddiaçının adına hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 30.04.2004-cü il tarixində qeydiyyat aparılaraq iddiaçıya Xxx seriyalı, **** nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçıya məxsus istirahət mərkəzi 2016-cı ildə Xətai rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bundan sonra, iddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən ona dəymiş olan 4.160.600 manat məbləğində maddi zərərin və mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində, ümumilikdə 4.210.600 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən ona məxsus qeyri-yaşayış obyektinin söküləcəyi barədə qabaqcadan heç bir xəbərdarlıq edilməmiş, həmçinin cavabdeh orqan iddiaçıya dəymiş ziyanı ödəyəcəyinə, sökülmüş obyektin əvəzinə ona rayon ərazisində başqa yer verəiləcəyini vəd etsə də, nə ona dəyən ziyan ödənilmiş, nə də başqa yer verilmişdir. Cavab deh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Ünvan yerləşən Gənclik parkı ərazisində Xx xx Fondunun təşəbbüsü ilə layihə əsasında yeni meşə-parkın salınması nəzərdə tutulmuşdur. Bununla əlaqədar ərazidə mövcud olan bir çox obyektlər sökülüb sahələri təmizlənmişdir. Bu obyektlər sırasında iddiaçıya məxsus istirahət mərkəzi də sökülərək ləğv edilmişdir. İddiaçı müraciət edərək sökülmüş qeyri-yaşayış sahəsinin əvəzi kimi Xx xx binanın yanında bir bloklu çoxmərtəbəli yaşayış binasının tikintisi üçün yer ayrılmasını xahiş etdiyindən Xətai rayon İcra Hakimiyyətinin başçısı Xx-*** saylı məktubla Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli, 2-1(82)-59/2018 nömrəli qərarı ilə iddia qismən təmin edi lmiş, Ünvan ünvanında yerləşən 415,39 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı qeyri-yaşayış sahəsinin hər bir kvadrat metri 2179 manatdan hesablanmaqla, cəmi 906.224,31 manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli, 2-1(82)-59/2018 nömrəli qərarından iddiaçı, cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.10.2018-ci il tarixli, 2-1(103)-1887/2018 saylı qərarına əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli, 2-1(82)-59/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak cavabdeh tərəfindən söküld üyündən ona maddi ziyan dəymişdir və bu səbəbdən həmin obyektin hər kv.metri 2179 manatdan hesablanmaqla 906.224,31 manat məbləğində kompensasiya ödənilməsi iddiaçının mülkiyyət maraqlarını qanunla təmin etmiş olar. İddiaçı vurulmuş mənəvi zərərin hansı şəraitdə və necə yarandığını, həmin zərərləri hansı halları nəzərə alaraq hesabladığını məhkəmə qaydasında əsaslandıra bilmədiyindən məhkəmə iddianı həmin hissədə təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.10.2018-ci il tarixli, 2-1(103)-1887/2018 saylı qərarından cavabdeh və üçüncü şəxs kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli, 2-1(102)-427/2019 nömrəli qərarına əsasən, cavabdehin kassasiya şikayəti tam, üçüncü ş əxsin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.10.2018-ci il tarixli, 2-1(103)-1887/2018 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi üçüncü şəxsin dəlillərinə münasibət bildirməyərək əlavə ekspertiza keçirilməsi məsələsini müzakirə etməmiş, həmçinin Bakı şəhər İcra Hakimiyyətinə müraciətin nəticəsini, tərəflərin bu istiqamətdə gördüyü tədbirləri, habelə kompensasiyanın natura formasında ödənilmə imkanlarını ətraflı araşdırmamışdır. Baxmayaraq ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması” haqqında Qanunun 65-ci maddəsinə əsasən, kompensasiya itirilmiş torpaqla (yaşayış sahəsi ilə) müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına (istifadə imkanına) malik olan torpaq sahəsi (yaşayış sahəsi) formasında ödənilə bilər. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(103)-1685/2019 nömrəli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli, 21(82)-59/2018 saylı qərarı kompensasiyanın tutulması hissəsində dəyişdirilmiş, iddiaçı Iddiaçı xüsusi mülkiyyətində olmuş Ünvan ünvanında yerləşən 415,89 kv.m. qeyriyaşayış sahəsinin sökülməsinə görə (əsas əmlaklarda daxil) 901.700 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(103)-1685/2019 nömrəli qərarından üçüncü şəxs və cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətlərinin dəlilləri: Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, o cümlədən məhkəmə tərəfindən kompensasiyanın müəyyən edilməsində qanunvericiliyin tələbləri nəzərə alınmamış və nəticədə kompensasiya məbləği şişirdilmələrə yol verilməklə müəyyən edilmişdir. Belə ki, id diaçı sözügedən obyekti 2004-cü ildə 400.000.000 manata (yəni 80.000 AZN-ə) alsa da, məhkəmənin müəyyən etdiyi kompensasiya əmlakın iddiaçı tərəfindən alış qiymətindən 11 dəfə artıqdır. Həmçinin, qiymətləndirmə zamanı qeyd olunan tikilinin ötən müddət ərzində amortizasıyaya uğraması faktı da nəzərə alınmamışdır. Beləliklə, kompensasiya məbləği nə real bazar qiymətlərinə, nə də məhkəmə təcrübəsinə uyğun deyildir. Kassator, Mülki Prosessual Məcəllənin 386, 418.1-ci, İnzibati Prosessual Məcəllənin 12, 94.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(103)-1685/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillə rinə görə apellyasiya instansiya məhkəməsi əsassız olaraq sübutları qiymətləndirərkən belə nəticəyə gəlmişdir ki, iş üzrə cavabdeh orqan iddiaçıya məxsus daşınmaz əmlakın söküntüsünü apararkən bunu dövlət ehtiyacı məqsədləri üçün etməmişdir. Məhkəmə qeyd olunan faktın hansı sübutlarla təsdiq olunmasını təhlil etməmişdir. Kassator, “İnzibati icraat haqqında” Qanunun 21.2, 24.1, 28.1, 45.1, 61-ci, İnzibatiProsessual Məcəllənin 96-cı maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(103)-1685/2019 nömrəli qərarının ləğv edilərək işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı Iddiaçı məhkəmə iclasında vəkilsiz təmsil olunduğundan izah atı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(103)-1685/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin mübahisələndirilməyən hallarına görə ümumi sahəsi 415,89 kv.m., əsas sahəsi 281,73 kv.m., köməkçi sahəsi 134,16 kv.m. olan Ünvan ünvanda yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan istirahət mərkəzi cavabdeh tərəfindən sökülmüşdür. İddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində ona dəymiş olan 4.160.600 manat məbləğində maddi zərərin və 50.000 manat m əbləğində mənəvi zərərin, ümumilikdə 4.210.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan öz dəlillərində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün söküldüyünü bildirsə də, işə aşağı instansiya məhkəmələrində baxılarkən cavabdehin dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Eləcə də, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsinin söküntüsü ilə bağlı müvafiq inzibati orqanın qərarının olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə sorğu göndərilmiş, lakin Nazirlikdə bununla bağlı məlumat olmadığı müəyyən olunmuşdur. Halbuki, “Torpaqların dövlət ehtiyacları üçün alınması” Az ərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pa y (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi il ə alınır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hi ssəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən, mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən, mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Göründüyü kimi, torpaqların dövlət ehtiyacları üçün alınması əsasları qanunvericiliklə dəqiq müəyyən ed ilmiş, işə apellyasiya instansiya məhkəməsində baxılarkən isə göstərilən normaların tələbləri baxımından cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsini əsassız olaraq sökdüyü öz təsdiqini tapmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazl ığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 sa ylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Kassasiya şikayətlərinin dəlillərində kompensasiya məbləğinin düzgün müəyyən edilmədiyi bildirilsə də, məhkəmə kollegiyası bu dəlili əsassız hesab edərək qeyd edir ki, işə apellyasiya instansiya məhkəməsində baxılarkən ekspertiza təyin edilmiş, **/**-**/xx-**xx saylı, 24.10.2019-cu il tarixli ekspert rəyinə əsasən, mübahisəli əmlakın ümumi bazar dəyəri 2016-cı il üçün qeyri-yaşayış binasının dəyəri 796.700 manat, avadanlıqların dəyəri 105.000 manat olmaqla ümumi bazar dəyəri 901.700 manat, 2019-cu il üçün qeyri-yaşayış binasının dəyəri 792.200 manat, avadanlıqların dəyəri 92.300 manat olmaqla, ümumi bazar dəyəri 884.500 manat müəyyən edilmişdir. Ekspert rəyinin mötəbərliyini şübhə altına ala n sübutlar olmadığından apellyasiya instansiya məhkəməsi haqlı olaraq həmin rəyi işdə olan digər sübutlarla yanaşı, mötəbər sübut kimi qiymətləndirmiş və iddiaçıya məxsus olmuş, sökülmüş qeyri-yaşayış sahəsinin əvəzlənməsi ilə bağlı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə 21.12.2016-cı ildə müraciət edildiyi üçün iş üzrə verilmiş ekspert rəyinin 2016-cı il üçün qeyri-yaşayış binasının dəyəri ümumi bazar dəyəri kimi 901.700 manat müəyyən etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “N.A. və digərlərinin Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsi vurğulayır ki, “Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüquqi qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdı r. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Belə yanaşma yalnız mülkiyyətə müvafiq kompensasiyanın ödənilməsi ilə məhdudlaşdırılmamalıdır. Əgər söhbət mülkiyyətin geri alınması, özgəninkiləşdirilməsindən gedirsə, həm də tərəflərin özlərinin davranışları, dövlətin tətbiq etdiyi vasitələrin real, adekvat, ədalətli olub-olmaması, əmlakdan məhrum olan mülkiyyətçinin sonrakı məhrumiyyətləri və sair hallar nəzərə alınmalıdır”. Avropa Məhkəməsinin göstərilən mövqeyini rəhbər tutaraq və sökülən obyektin kommersiya məqsədi ilə istismar olunma sını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunan kompensasiya məbləği ədalətli olmuşdur. Bundan başqa, işə apellyasiya instansiya məhkəməsində baxılarkən kompensasiyanın natura formasında ödənilmə imkanları araşdırılmış, cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, torpaq qanunvericiliyinin tələbinə görə Baı şəhəri Xətai rayon İcra Hakimiyyətinin torpaqayırma səlahiyyəti olmadığı üçün 21.12.2016cı il tarixli, Xx saylı məktubla Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunsa da, müraciətin müsbət nəticəsi barədə məlumat daxil olmamışdır. Ona görə də, keçən müddət ərzində iddiaçıya kompensasiyanın natura formasında ödənilməsi mümkün olmamışdır. Həmçinin, iddiaçı mənəvi zərərin hansı şəraitdə və necə yarandığını, zərə rin miqdarının hansı qaydada hesablandığını əsaslandıra bilmədiyindən iddia həmin hissədə əsassızdır və məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini həmin hissədə də haqlı hesab edir. Azərbacan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qan uni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(103)-1685/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar