Məhkəmə qərarları › İş №2-1(102)-1116/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1116/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1116/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış kassasiya şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən 2265 saylı bağ evinin hasarının daxilində olan 648 kv.m torpaq sahəsinin açıq torpaq hərracı və ya müsabiqə keçirilmədən, Sumqayıt şəhərində həyətyanı torpaq sahələrin in 0.1 hektarı üçün müəyyənləşdirilmiş normativ qiymətə uyğun İddiaçı satılması vəzifəsinin cavabdeh Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2-1(105)-266/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Sumqayıt İnzibati məhkəməsinə müraciət edərək, Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt şəhəri, Corat bağları massivində yerləşən mülkiyyətində olan 2265 saylı bağ torpaq sahəsinin hasarının daxilində olan, faktiki istifadə etdiyi 648 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsindən imtina edilməsinin qanunsuz sayılması və həmin torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdeh Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(118)-2217/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim C.Məmmədov).

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti və eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizə təqdim edərək, buraxılmış müddətin bərpa olunmasını və şikayətin təmin olunmasını xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2-1(105)-266/2022 nömrəli qərardadı ilə (hakimlər H.Ç.Babayeva-sədrlik edən və məruzəçi, F.Ə.Məmmədov və Z.T.Məmmədov) apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş pros essual müddətin bərpası barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilmişdir.

5. Cavabdeh apellyasiya məhkəməsinin həmin qərardadından kassasiya şikayəti vermiş və qərardadın ləğv olunmasını xahiş etmişdir. Lakin kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmamış və imzalanmamışdır.

6. Bu baxımdan iş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir.

7. Məhkəmə kassasiya şikayətinin mümkünlüyünə baxmağı və qərar qəbul etməyi mümkün saymışdır. ƏSASLANDİRMA

8. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. İPM-in 96.2-ci maddəsinin tələbinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, k assasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, habelə kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş tələblərə və müddətlərə riayət olunmaqla verilməsi, İPM-in 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun şəkildə verilməsi başa düşülür.

10. İPM-in 90.3-cü maddəsində nəzərdə tutulmuş göndərici normaya əsasən, həmin məcəllənin müvafiq fəslində başqa qayda müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MPM-in (bundan sonra mətndə - MPM) kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq edilir.

11. Kassasiya şikayətinin forma və məzmununa dair MPM-in 67.1-ci və 407-ci maddələrində nəzərdə tutulmuş şərtlər də kassasiyan ın mümkünlüyü əsaslarına aiddir.

12. İPM-in müddəalarına zidd olmayan MPM-in 67.1-ci maddəsinin tələbinə görə, kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.

13. Qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunmadığı və imzalanmadığı müəyyən olunmuşdur. Qeyd edilən hal kassasiya şikayətinin mümkün sayılmaması əsaslarına aiddir və şikayətin mümkün sayılmamasını şərtləndirir.

14. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra, məhkəmə kollegiyası İPM-in 96.3-cü maddəsinə əsasən cavabdehin dinlənilmə hüququnu təmin etmək məqsədilə işi kassasiya şikayətinin mümkünlüyünə baxılması üçün təyin etmiş, həmçinin məhkəmənin yardım etmə vəzifələrini müəyyən edən İPM-in 13-cü və 95-ci maddələrinin tələbinə əsasən, mövcud çatışmazlıqlar konkret qeyd edilməklə ona rəsmi bildiriş göndərilmiş, eyni zamanda ona həmin çatışmazlıqların aradan qaldırılması, yəni məhkəməyə vəkil tərəfindən tərtib olunmuş və imzalanmış kassasiya şikayətinin göndərilməsi təklif olunmuş və bunun üçün ağlabatan müddət təyin olunmuşdur. Həmçinin qeyd edilən çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri cavabdehə izah edilərək bunun iddianın mümkün sayılmamasına səbəb olacağı bildirilmişdir.

15. Buna baxmayaraq, iddiaçı qeyd olunan çatışmazlıqları aradan qaldırmamış, vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şika yətini məhkəməyə təqdim etməmişdir.

16. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunmadığını, imzalanmadığını və həmin çatışmazlıqların məhkəmənin müəyyən etdiyi müddətdə cavabdeh tərəfindən aradan qaldırılmadığını nəzərə alaraq kassasiya mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir.

17. İPM-in 96.3-cü maddəsinə görə, kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

18. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

19. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Ka ssasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar