Məhkəmə qərarları › İş №2-1(102)-1116/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1116/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1116/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı, pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması’’ tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3143/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2005-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilərək ödənilir.

2. İddiaçının xx.xx.2021-ci il tarixli müraciəti əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin edildiyi tarixdən sonra 6 il və daha çox işlədiyi üçün onun xx.xx.2007-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2961,44 manat pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının məbləği xx. xx.2021-ci il tarixində yenidən hesablanmışdır.

3. Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş məlumata əsasən, iddiaçıya 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları hesablanmış, lakin ödənilməmişdir.

4. İddiaçı 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022-ci il tarixədək olan dövrlər daxil edilməklə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh qeyd edilən dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini əsas gətirərək iddiaçının müraciətinin təmin olunması ndan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022-ci il tarixədək dövrlər daxil edilməklə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən fərdi şəxsi hesabında topl anmış pensiya kapitalının hesablanıb əmək pensiyasının üzərinə əlavə edilməsini xahiş etmişdir. Lakin xx.xx.2023cü il tarixində DSMF-dən aldığı SMS-də bildirilmişdir ki, qeyd edilmiş dövr üzrə pensiya kapitalı pensiya altsistemində əks olunmadığı üçün xahişi rədd edilir. İddiaçı xx.xx.2023-cü il tarixində cavabdehə müraciət edərək fərdi şəxsi hesabında əks olunmayan dövrlərin araşdırılmasını, ehtiyac olarsa, sığortaedənlə əlaqə saxlanılmasını, məsələnin həll edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli hesabat xarakterli cavabında xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabının sığorta hissəsində əks olunub-olunmaması haqqında DSMF-nin Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu göndərildiyi bildirilm işdir. İddiaçı xx.xx.2023-cü il tarixində yenidən cavabdehə əməkhaqları haqqında arayışları (2017-ci il – 2021-ci il (yanvar-may) – 11714 manat və 2021-ci il (may-dekabr); 2022-ci il (yanvarsentyabr) və son haqq hesab – 7075,73 manat: cəmi 18789,73 manat) təqdim edərək, fərdi şəxsi hesabında MDSS haqlarının əks olunmasına köməklik göstərilməsini xahiş etmişdir. DSMF-nin Fərdi uçota nəzarət və sosial sığorta departamentinin xx.xx.2023-cü il tarixli cavab məktubunda iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Mənzil Kommunal Təsərrüfatı Birliyinə yönəldilmişdir. Halbuki sadaladığı məsələləri araşdırmaq, sorğular göndərmək, fərdi uçota nəzarət etmək, sosial sığortanı təmin etmək cavabdehin vəzifə borcudur. Əgər sığortaedən sığortaolunanın əməkhaqqından tutduğu məbləği tam ö dəməyibsə, o təşkilatı audit etmək cavabdehin vəzifə borcudur. Belə ki, iddiaçının 2022-ci il (yanvar-sentyabr) əməkhaqqı hər ay 326,56 manat olub, ancaq maaş kartına 286 manat köçürülüb. Hər ay əməkhaqqından tutulan 41 manat hara gedib? Sosial sığortaya.

7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən xx.xx.2005-ci il tarixdə çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir və xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsi tətbiq edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçıya pensiya təyin edildiyi tarixdən sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2961,44 manat pensiya kapitalı nəzərə alınmaqla pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən 300,91 manat müəyyən edilmişdir. Ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilmə ilə əlaqədar pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 311,14 manata çatdırılmışdır. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən əmək pensiyaların tərkibinə daxil edildiyindən, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 327,80 manat müəyyən edilib. Həmçinin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tari xdən 375,99 manata çatdırılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sığorta (Hesabat)” altsistemində sığortaedən Mənzil Kommunal Təsərrüfatı Birliyi (SUN: **********1) tərəfindən təqdim edilmiş 2006-2016-cı illər, 2017-2022-ci illərin l-İV rübləri üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”a və “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar”a əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən tam məbləğdə ödənilmədiyi üçün fərdi şəxsi hesabında az məbləğdə əks olunmuşdur. “Sosial sığorta haqqında” Qanunun 14.6-cı maddəsinə əsasən, sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyəti dövründə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsi olduğundan iddiaçıya sığortaedən Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciət etməsi tövsiyə olunur. Eyni zamanda, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun 10.2.1-1-ci maddəsinə əsasən, sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları sığortaolunanların hesablanmış məcburi dövlət sosial sığorta haqlarına münasibətdə proporsional qaydada bölüşdürülməlidir. Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli, 421 nömrəli Fərmanı ilə tə sdiq edilmiş “Sosial sığorta haqqında” Qanunda dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Ləman Musayeva) 22 iyun 2023-cü il tarixli, 2-1(112)-8007/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 20 17-ci il tarixdən dekabr 2022-ci il tarixədək dövrlər də daxil edilməklə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı faktiki olaraq 2006-2022-ci illərdə aldığı əməkhaqqı əsasında pensiyasının yenidən hesablanmasını arzulayır. İddiaçıya 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları hesablanmış, lakin ödənilməmişdir. “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilənə qədər (xx.xx.2019-cu il tarixədək) məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə, həmçinin məcburi dövlət so sial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirdi. Bu səbəbdən də iddiaçı pensiyaçı kimi, onun müraciət etməli olduğu qurum cavabdeh olduğu təqdirdə, cavabdeh qurumun ona Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli, 421 nömrəli Fərmanına istinad edərək imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyi iddiaçının ödədiyi məcburi sosial sığorta haqlarını onun müvafiq fərdi hesabına köçürməmişdir. Bu hal işə əlavə edilmiş sənədlərlə təsdiq olunmaqla, həmçinin 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi tərəfindən də etiraf edilmişdir. Lakin məcburi sosial sığorta haqlarının ödənil məsinə nəzarət iddiaçının vəzifəsi deyil və buna görə də cavabdehlik daşımır. Odur ki, məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Sabit Bəhrəmzadə) 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3143/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq həmçinin qeyd edilmişdir ki, cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə nəzarət funksiyası həyata keçirilərək 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə “Məcburi dövlət sosial sığorta haqlarının və ona tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə dair bildiriş”lər ünvanlanmış, həmçinin həmin haqların ödənilməsinin təmin edilməsi məqsədilə 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı məhkəmələrdə iddial ar qaldırılmışdır. 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyindən yaranmış borcun tutulmasına dair 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən məhkəmə aktları qəbul edilmişdir. Lakin hal-hazıradək həmin məbləğlər ödənilməmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.6. fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; Maddə 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir s ığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; Maddə 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada); Maddə 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gün dən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. 17. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən mü vafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; Maddə 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; Maddə 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; Maddə

9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); müvafiq icra ha kimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə t utulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada) uçotunu aparmaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq (xx.xx.2020-ci il tarix dən qüvvədə olan redaksiyada); məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 9-1.1 Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə

10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publ ik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sosial sığorta hadisəsi baş verdikdə sığorta ödəmələrini vaxtında və müəyyənləşdirilmiş qaydada sığorta olunanlara vermək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1-ci m addəsində göstərilən fiziki şəxslər istisna olmaqla (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada), sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək (xx.xx.2019cu il tarixdən qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada)) sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada); qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə

11. Sığortaolunanların hüquq və vəzifələri Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. Sığortaolunanların vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmaq (xx.xx.2019cu il tarixədək qüvvədə olan redaksiyada); sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. Maddə

18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir; məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarını müəyyən edir (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); qanunvericiliklə müəyyən olunmuş qaydada kameral və səyyar yoxlamalar aparır (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada) məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikd ə müəyyən olunmuş qaydada dayandırır (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sığortaedən tərəfindən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilən işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortasına cəlb edir (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilmə si istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada) ); qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); Əsasnaməsində müəyyən edilmiş digər fəaliyyətlə məşğul olur. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiya da). Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının 2.1-ci bəndinə əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Həmin Fərmanının 2.4-cü bəndinə əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında və ikinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali M əhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılı r. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmı ş və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şik ayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

23. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017ci il tarixdən dekabr 2022-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları hesablanmış, lakin ödənilməmişdir. Belə ki, həmin dövrlər üzrə iddiaçının işəgötürəni 1 saylı MənzilKom munal Təsərrüfatı Birliyi iddiaçının əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarını onun müvafiq fərdi hesabına köçürməmişdir. Bu hal işə əlavə edilmiş sənədlərlə təsdiq olunmaqla, həmçinin 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi tərəfindən də etiraf edilmişdir.

24. Mübahisəyə dair hazırkı işdə iddiaçının tələbi 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022-ci il tarixədək olan dövrlər üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanmasına yönəlmişdir.

25. Qeyd edilən dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabına köçürülmədiyindən və bu səbəbdən həmin dövrlər üzrə onun fərdi hesabının sığorta hissəsində pensiya kapita lı qeydə alınmadığından, iddiaçının əslində hüquqi marağı və məqsədi 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən dekabr 2022-ci il tarixədək olan dövrlər üzrə əməkhaqqından tutulmuş məcburi sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarətdir.

26. Cavabdeh isə qeyd edilən dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyinə istinadən iddiaçının müraciətinin təmin olunmasından imtina edir.

27. Bu qərarın 16-cı bəndində istinad edilən normaya əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

28. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı münasibətlər “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Həmin Qanuna əsasən, sosial sığorta münasibətlərinin iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Belə ki, sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sı ğorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. “Sosial sığorta haqqında” Qanunla hər üç subyektin hüquq və vəzifələri müəyyən edilmişdir.

29. Hazırkı mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, 2006-cı il tarixdən avqust 2013-cü il tarixədək, aprel 2017-ci il tarixdən deka br 2022-ci il tarixədək olan dövrlər üzrə iddiaçıya, yəni sığortaolunana münasibətdə onun işəgötürəni, yəni sığortaedən 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları sığortaçıya, yəni cavabdehə köçürülməmiş və bunun üzərindən onun fərdi hesabında qeydə alınmamışdır. İşə baxan məhkəmələr, “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilənə qədər (xx.xx.2019-cu il tarixədək) məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə nəzarətin həyata keçirilməsinin iddiaçının deyil, cavabdehin tabe olduğu qurumun, yəni sığortaçının vəzifəsi olduğuna istinadən iddianın təmin edilməsi qənaətinə gəlmişlər.

30. Məhkəmə kolle giyası ilk növbədə qeyd edir ki, yuxarıda istinad olunan normalara (“Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına) görə, cavabdeh məcburi dövlət sosial sığortası sahəsində idarəetməni, eləcə də məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarəti həyata keçirir. Həmin səlahiyyətlər çərçivəsində sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir. Məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, cavabdeh sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, sığortaedənin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır, eləcə də ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün məhkəmədə iddia qaldırır.

31. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh tərəfindən nəzarət funksiyası çərçivəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsi və ya bunun üçün müvafiq tədbirlərin görülməməsi, yuxarıda istinad olunan normaların birgə təhlili baxımından onun məsuliyyət sferasına aid olan və həmin normalarda təsbit olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi və buna görə məsuliyyət daşıması anlamında təfsir olunmalıdır. Lakin cavabdehin qeyd olunan məsuliyyəti (yəni məcburi dövlət sosial sığorta haqqının ödə nilməsinin təmin edilməməsinə və ya bunun üçün müvafiq tədbirlərin görülməməsinə görə daşıdığı məsuliyyət) sığortaedən tərəfindən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının sığortaçıya ödənilmiş sayılması nəticəsini və şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmamış məcburi dövlət sosial sığorta haqqının pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması öhdəliyini yaradan (yaranmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz. Belə ki, istinad olunan normalar sığortaçını yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin etmək üçün həmin normalarda təsbit olunmuş müvafiq tədbirlərin görülməsinə yönəlik səlahiyyətlərlə təchiz edir və bu mənada onun məsuliyyət sferası həmin tədbirlərin həyata keçirilməsi ilə məhdudlaşır.

32. İstinad olunan normalar baxımından nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının müraciəti əsasında cavabdehin onun əmək pensiyasını yenidən hesablamaq öhdəliyi, sığortaedən tərəfindən iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrləri üzrə məcburi dövlət sosial sığorta haqlarının ən azından sığortaçıya, yəni cavabdehə ödənildiyi təqdirdə yaranır. Hazırkı işin hallarından sığortaedən tərəfindən iddiaçıya münasibətdə iddia olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının cavabdehə ümumiyyətlə köçürülmədiyi, nəticə etibarı ilə iddiaçının fərdi hesabında da qeydə alınmadığı müəyyən olunur.

33. Bu zaman həm də nəzərə alınmalıdır ki, cavabdehin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı məsuliyyəti, iddiaçının sığortaedəninin, yəni 1 saylı Mənzil-Kommun al Təsərrüfatı Birliyinin, eləcə də iddiaçının, yəni sığortaolunanın da məsuliyyətini istisna etmir. Belə ki, bu qərarın 17-ci bəndində istinad edilən normalara görə, sığortaedən qanunla müəyyən edilmiş sosial sığorta ödəmələrini vaxtında sığortaçıya ödəmək öhdəliyi daşıyır. Həmin normalara əsasən, iddiaçı da sosial sığorta ödəmələrinin vaxtında ödənilməsini tələb etmək hüququna malikdir.

34. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan sığortaedənin öz öhdəliyinə əməl etmədiyi, iddiaçının isə ona tanınmış imkandan yararlanmadığı görünür. Həmçinin iş üzrə materiallardan görünür ki, sığortaçı nəzarət funksiyası çərçivəsində iddiaçının işəgötürəninə, yəni sığortaedən 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun ödənil məsinin təmin olunması məqsədilə məhkəmələrdə iddialar qaldırmış və həmin iddiaların təmin olunması barədə məhkəmə aktları qəbul edilmiş, lakin həmin məhkəmə aktları icra olunmamışdır.

35. Məhkəmə kollegiyası hüquqi müdafiə imkanları ilə bağlı iddiaçıya izah edir ki, iddiaçı yalnız mübahisəli dövrlər üzrə ona münasibətdə məcburi dövlət sosial sığorta haqlarının sığortaçıya köçürülməsinə nail olduqdan sonra hazırkı tələblə cavabdehə yenidən müraciət etmək, müraciəti cavabdeh tərəfindən təmin olunmadığı təqdirdə, yenidən həmin orqana qarşı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər.

36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayılmalıdır.

37. Nəticə etibarı ilə, ka ssasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3143/2023 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar