Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1116/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamış kassasiya şikayəti, müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respubl ikasının Prezidenti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı “Mədəniyyət Naziri təyin olunmağı və elan edilməsi barəsində və başqa iş taparsa və ya Millət Vəkili olarsa bu işinə qadağa qoyulmadan müddətsiz təyin olunmağı və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2-1(103)-4196/2024 nömrəli və 13 dekabr 2024-cü il tarixli 2-1(103)-4196/2024 nömrəli qərardadlarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2-1(112)-12755/2024 nömrəli qərardadı ilə (hakim E.Abdullayeva) iddia mümkün sayılmamışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2-1(103)-4196/2024 nömrəli qərardadı ilə (hakimlər X.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Səmədov və K.Əkbərov) Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 2-1(112)-12755/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina verilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2024-cü il tarixli 2-1(103)-4196/2024 nömrəli qərardadı ilə (hakimlər X.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Səmədov və E.Əliyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2-1(103)-4196/2024 nömrəli qərardadından kassasiya şi kayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir.
4. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2-1(103)-4196/2024 nömrəli və 13 dekabr 2024cü il tarixli 2-1(103)-4196/2024 nömrəli qərardadların ləğv edilməsini və vəkil təyin olunaraq işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
5. İnzibati Prosessual Məcəllə (İPM): 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə si ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilə r. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilə n məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 90.3. bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü ə saslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
6. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 407.3. şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Belə ki, prosessual qanunvericiliyin yuxarıda göstərilmiş normalarının tələblərindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı İPM-də nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya in stansiyası məhkəməsi vasitəsi ilə verilir.
9. İş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2024-cü il tarixli 2-1(103)-4196/2024 nömrəli qərardadı iddiaçının elektron kabinetinə 19 dekabr 2024-cü il tarixdə yerləşdirilmiş və müvafiq olaraq 10 günlük kassasiya şikayəti vermə müddətinin axımı həmin tarixdən başlanılmış, iddiaçı tərəfindən kassasiya şikayəti isə 07 yanvar 2025-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra poçta təqdim olmuşdur.
10. Beləliklə, qanunvericilikdə məhkəmə qərardadından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2-1(103)-4196/2024 nömrəli qərardadına münasibətdə isə kollegiya qeyd edir ki, məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə iddiaçının ərizəsi təmin edilməmişdir.
12. İnzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 67.1ci, 407.3-cü və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət o lunmaqla verildiyi hallarda icraata qəbul edilir.
13. Belə olan halda isə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti yenə də vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətinin mümkün sayılmaması hazırkı halda, onun İnzibati Prosessual Məcəllənin 96.3-cü maddəsində təsbit edilmiş dinlənilmə hüququnun pozuntusunu yaratmır. Dinlənilmə hüququ məhkəmədən mübahisə tərəflərinə öz mövqelərini bildirmək, sübutları və dəlilləri təqdim etmək üçün imkan və şərait yaradılmasını, tərəflərlə işin hallarının həqiqi müzakirəsinin aparılmasını tələb edir. Belə ki, məhkəmənin tərəfin dinlənilmə hüququnu təmin etmək vəzifəsi, ilk növbədə, baxılmaqda olan iddia və ya şikayət barədə tərəfləri məlumatlandırmaqdan ibarətdir. Dinlənilmə hüququnun tam təmin edilməsi üçün məzmunla bağlı tələblərə də riayət olunmalıdır. Belə ki, məhkəmə yalnız baxılmaqda olan iş və ya şikayət barədə məlumat verməklə kifayətlənməməli, həm də məlumat vermək vəzifəsini elə qaydada icra etməlidir ki, tərəflər mübahisə və ya şikayətlə bağlı işin faktiki və hüquqi vəziyyəti barədə dolğun məlumat əldə etmək imkanına malik olsunlar. Tərəflər yalnız bu qaydada məlumata malik olduqları təqdirdə, iddiaya, etiraza və ya şikayətə dair məzmun baxımından öz mövqelərini ətraflı və məhkəmənin gözlədiyi şəkildə ifadə edə, eləcə də öz dəlillərini və sübutlarını lazımi qaydada təqdim edə bilərlər. Məhkəmə dinlənilmə hüququ ilə bağlı vəzifələrini məhkəmə iclasında işin faktiki və hüquqi vəziyy ətini proses iştirakçıları ilə müzakirə etməklə icra edə biləcəyi kimi, tərəflərə ünvanlandığı məhkəmə bildirişləri, sərəncamlar və digər yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
15. Bu mənada, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah” tərəflərə rəsmi qaydada təqdim olunmuş və həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ətraflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda, baş verə biləcək hüquqi nəticələr, o cümlədən şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
16. Qeyd edilməlidir ki, həmin izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmış dır. Belə məlumatın göndərildiyi kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri, xüsusən də şikayətə dair formal tələblərə əməl olunması ilə bağlı tələblər nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
17. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti hər iki qərardada münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş formal tələblərə əməl edilmədiyindən verildiyinə görə kassasiya mümkün sayılmamalı, kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
18. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2-1(103)-4196/2024 nömrəli və 13 dekabr 2024-cü il tarixli 2-1(103)-4196/2024 nömrəli qərardadlarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.