Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1117/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhər Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mənzilin yenidən qurulmasına dair eskiz layihəsinin məktub əsasında razılaşdırılmasının qanunsuz olması, layihənin razılaşdırılmasına dair məktubun ləğv edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhər Cavabdeh1nə (xxx və Azərbaycan Respublikası Cavabdeh2 üçüncü şəxslər olmaqla) qarşı layihənin razılaşdırılmasına dair tərtib edilmiş sənədlərin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-120/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından üçüncü şəxs xxx tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdeh1nə və maraqlı şəxs xxx na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh1 ilə maraqlı şəxs xxx arasında layihənin razılaşdırılmasına dair tərtib edilmiş sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı sonra ərizə təqdim edərək, iddia ərizəsində texnik i səhv olaraq 3-cü şəxs xxx nu maraqlı şəxs kimi qeyd etdiyini, buna görə də xxx nun 3-cü şəxs kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmiş və məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Cavabdeh2 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Cavabdeh1 ilə üçüncü şəxs xxx arasında layihənin razılaşdırılmasına dair tərtib edilmiş 3/10-Q-56-151 saylı, xx.xx.2017-ci il tarixli məktubun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Cavabdeh1 ilə xxx danışıqlara girərək sonuncu tərəfind ən cavabdehə təqdim edilmiş layihənin razılaşdırılması prosesi getmişdir. Bu barədə cavabdeh tərəfindən xxx a xx.xx.2017-ci il tarixli 3/10-Q-56-151 saylı məktub verilmişdir. xxx cavabdeh tərəfindən ona verilmiş məktubu əlində əsas götürərək tərtib etdiyi layihə əsasında tikinti işlərinə başlamışdır. O, özünə məxsus olan ünvan 1 ünvanında rekonstruktiv işlər aparmaq əvəzində mənzilin 2-ci mərtəbəsində mənzilin sahəsindən 3 dəfə geniş mənzil inşa etməyə başlamışdır. Divarları bitişik olduğundan və iddiaçıya məxsus olan mənzilin pəncərələri həmin divarda olduğundan pəncərələrin tamamilə bağlanması təhlükəsi yaranmışdır. xxx 2-ci mərtəbəni qaldırdığı halda iddiaçıya məxsus mənzilin bütün pəncərələri bağlanır, mənzil işıqdan, havadan, görüntüdən tamamilə məhrum olur. Layihə razılaşdırılması ti kintiyə sərəncam vermək deyildir. Tikintiyə sərəncam vermək səlahiyyətləri rayon icra hakimiyyətinə verilmədiyindən onlar layihə razılaşdırılmasını tikintiyə sərəncam kimi qiymətləndirirlər. İddiaçı hesab edir ki, cavabdehlə xxx arasında layihə razılaşdırılması ünvan 2 ünvanına şamil edilə bilməz. Çünki, həmin mənzilin 2-ci mərtəbəsi tikilərsə, yalnız ona məxsus mənzilin deyil, eyni zamanda qonşu mənzillərin də dəniz görüntüsü, işığı və havası tamamilə bağlana bilər. Bu hal təyin edilmiş məhkəmə ekspertizası ilə də öz təsdiqini tapmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-369/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia təmin edilərək, Bakı şəhəri Cavabdeh1 ilə üçüncü şəxs xxx arasında layihənin razılaşdırılmasına dair tərtib edilmiş 3 /10-Q-56-151 saylı, xx.xx.2017-ci il tarixli məktubun ləğv edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh öz səlahiyyətlərindən düzgün istifadə etməmişdir. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs xxx tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-120/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-369/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətləri təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan üçüncü şəxs xxx kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-120/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iddia tələblərindən kənara çıxaraq qərarında inzibati aktla mənzilində rekonstruksiya və yenidənqurma işlərinin aparılması nəzərdə tutulduğuna, təqdim edilmiş eskiz layihəsinin məlumatlandırma icraatı qaydasında memarlıq planlaşdırma həlli layihəsinin razılaşdırılmasının qanunla nəzərdə tutulmadığına, mülkiyyətində yalnız fərdi yaşayış evi olduğuna, evin yerləşd iyi torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olmadığına və ya buna dair torpaqayırma sənədi verilmədiyinə istinad edir. Halbuki, iddiaçının Cavabdeh1nə qarşı qaldırdığı iddianın əsası cavabdehlə razılaşdırılmış layihə ilə ona məxsus evin üstündə ikinci mərtəbənin inşa edilməsi nəticəsində ona məxsus evin bütün pəncərələrin bağlanması təhlükəsi yaranacağını, mənzilin işıqdan, havadan və görüntüdən məhrum qalacağını göstərməsi olmuşdur. Buna baxmayaraq, məhkəmənin qaldırılmış iddianın mahiyyətinə əhəmiyyət vermədən öz təşəbbüsü ilə gəldiyi bu nəticə AR MM-nin 135.10-cu maddəsinin və AR “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsinin tələblərinə ziddir. Daha sonra qeyd edilir ki, istinad edilmiş maddi hüquq normaların tələbləri ilə müəyyən olunur ki, üçüncü şəxsin mülkiyyətində o lan evin yerləşdiyi torpaq sahəsi evin ayrılmaz hissəsi olduğundan evin mülkiyyətçisinin mülkiyyətində hesab edilir və cavabdehin bununla bağlı verdiyi eskiz layihəsinin razılaşdırılmasına dair məktub icra hakimiyyəti tərəfindən verilmiş inzibati akt hesab olunur. Belə olduğu halda, apelyasiya instansiyası məhkəməsinin üçüncü şəxsin şəxsi mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olmadığına və ya buna dair torpaqayırma sənədi verilmədiyinə, o cümlədən inzibati aktla evdə rekonstruksiya və yenidənqurma işlərinin aparılmasının nəzərdə tutulduğuna, təqdim edilmiş eskiz layihəsinin məlumatlandırma icraatı qaydasında memarlıq planlaşdırma həlli layihəsinin razılaşdırılmasının qanunla nəzərdə tutulmadığına istinad etməsi kimi nəticəsi məhkəmənin iddianın təmin edilmə sində birbaşa maraqlı olmasına dəlalət edir. Şikayət müəllifi həmçinin qeyd edir ki, mübahisə edilən qərarın qeyri-qanuniliyi onunla sübuta yetirilir ki, apelyasiya instansiyası məhkəməsi məlum qərarı qəbul edərkən iddiaçının mübahisə edilən sərəncamla bağlı tərəf olmamasına, həmin sərəncamın ləğv edilməsinə dair yalnız tərəflərin tələb irəli sürmək hüququna malik olmasına, maraqlı tərəfin müraciəti əsasında mübahisə edilən sərəncam və ya həmin sərəncamla bağlı məktubun etibarsız hesab olunması barədə tələb irəli sürmək hüququna malik olmasına əhəmiyyət vermədən Bakı şəhəri Cavabdeh1 ilə üçüncü şəxs arasında layihənin razılaşdırılmasına dair tərtib edilmiş 3/10-Q- 56-151 saylı, xx.xx.2017-ci il tarixli məktubun ləğv edilməsinə dair gəldiyi nəticə əsassız və qanunsuz hesab edilməlidir. İş m ateriallarından görünür ki, iddiaçı iddianın əsası olaraq Bakı şəhəri Cavabdeh1 ilə 3/10-Q-56-151 saylı, xx.xx.2017-ci il tarixli akt əsasında razılaşdırılmış layihə ilə üçüncü şəxsə məxsus evin üstündə ikinci mərtəbənin inşa edilməsi nəticəsində ona məxsus evin bütün pəncərələrin bağlanması təhlükəsi yaranacağını, mənzilinin işıqdan, havadan, görüntüdən məhrum qalacağını göstərmiş olsa da, apelyasiya instansiya məhkəməsi iddianın əsası olan qeyd edilmiş halların ümumiyyətlə araşdırılmamasına, qərarında həmin hallarla bağlı iş üzrə verilmiş ekspert rəyinə istinad etsə də, rəydə müəyyən edilmiş əsaslara əhəmiyyət və düzgün hüquqi qiymət verilməməsinə, iddiaçının cavabdehə qarşı qaldırdığı iddianın AR "İnzibati icraat haqqında" Qanunun 65.1-ci maddəsinin tələblərinə uyğun təmin edilməsinin mümkün olub-olmadığına da diqqət yetirməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, məhkəmə icraatının iştirakçılarına təqdim edilmiş bildirişdə onların məhkəmə iclasına gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İl kin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dö vlət reyestrindən Çıxarışdan görünür ki, xxx evin y/s 69.4 kv.metr, ü/s 101.9 kv.metr olan 3 otağıxx.xx.2012-ci il tarixdə mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 43.7 kv.metr olan 5 saylı mənzili xx.xx.2014-cü il tarixdə xxx un adına xüsusi mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla qeydə alınmışdır. xxx a məxsus ünvan 4 ünvanına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü i l tarixdə tərtib edilmiş **********68-05101-093002 reyestr nömrəli texniki pasportdan görünür ki, mənzilin ümumi sahəsi 43.7 kv.metr təşkil edir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS tərəfindən verilmiş 2/549 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, xxx 2006-cı ildən (xxx qeydiyyatdadır. Həmin ev MKTB-nin balansındadır, 1 mərtəbəli həyət tipli evdir, bina evi deyil. Cavabdeh1 Başçısının xxx a ünvanlanmış 3/10-Q-56-151 saylı, xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli, seriya RX ******* saylı çıxarışa əsasən, ünvan 6 ünvanda yaşayış evinin yenidən qurulmasına da ir məlumatlandırma icraatı qaydasında təqdim etdiyi memarlıq-planlaşdırma həlli layihəsinə (“xxxx” MMC, lisenziya №İN/L267/2017) baxıb onu razılaşdırmışlar. “xxxx” MMC tərəfindən tərtib edilmiş ünvan 3, mənzil 5 ünvanında yerləşən xxx a məxsus mənzilin eskiz layihəsi Bakı şəhəri Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixdə razılaşdırılmışdır. Cavabdeh1 Başçısının Aparatı tərəfindən Səbail Rayon Məhkəməsinə 8/10-269 saylı, xx xxxx 2018-ci il tarixli məktub ünvannayaraq bildirilmişdir ki, xxx un Cavabdeh1nə ərizə ilə müraciətinə əsasən, mülkiyyətində olan Bayıl qəsəbəsi, F.Əbdülrəhmanov küçəsi, ev 9, mənzil 5 ünvanında istismara yararsız olan mənzilində rekonstruktiv və yenidənqurma işlərinin aparılması üçün təqdim edilmiş eskiz layihəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında memarlıq planlaşdırma həlli layihəsi razılaşdırılmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması dövründə məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)-4568/2018 saylı qərardadına əsasən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə (ekspertlərinə) həvalə edilmiş və iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında X6 Xidmətindən mütəxəssis cəlb olunmaqla, ekspertin (ekspertlərin) qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. X4 məxsus ünvan 6 ünvanında yaşayış evinin yenidən qurulmasına dair məlumatlandırma icraatı qaydasında razılaşdırılmış mema rlıq-planlaşdırma həlli layihəsinə uyğun tikiləcək tikili ilə İddiaçı məxsus yaşayış evi arasında ara məsafəsi tikinti vəşəhərsalma normalarına, “Dövlət şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normalarının 1 saylı məcburi əlavəsinin yanğına qarşı tələblərinə cavab verir, ya yox?
2. Nəzərə alaraq ki, X3 mülkiyyətində olan evin ümumi sahəsi 43.7 kv.metrdir, razılaşdırılmış memarlıqplanlaşdırma həlli layihəsində göstərilən ölçülər X3 mülkiyyətində olan evin ümumi sahəsindən kənara çıxırmı, çıxırsa hansı ölçüdə?
3. Layihəsi razılaşdırılmış tikili başa çatdıqdan sonra İddiaçı məxsus mənzilə hər hansı məhdudiyyət (işığın düşməsi, görüntü, havalanması və sairlə bağlı) yaradırmı?
4. İddiaçı məxsus evin texniki pasport undakı pəncərə yerləri həmin evin pəncərələrinin faktiki yerinə və ölçülərinə uyğundurmu? Həmin qərardadın icrası ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, xx/xx02813 saylı məktubundan görünür ki, xidmətin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, F.Əbdürrəhmanov küçəsindəki tədqiq edilən fərdi yaşayış evlərinə tərəflərin iştirakı ilə birlikdə baxış keçirilmişdir. Keçirilmiş baxışdan və təqdim olunmuş sənədlərin araşdırılmasından məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evləri arasında yanğına qarşı ara məsafələrinə riayət edilməmiş və 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Dövlət Tikinti Normalarının 1 nömrəli məcburi əlavəsinin 6-cı bəndinin tələbləri pozulmuşdur. Həmin Qərardadın icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 1673 saylı, xx xxxx 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1-ci sual üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2019-cu il tarixli, xx/xx-02813 saylı arayışına əsasən, xxx küçəsindəki tədqiq edilən fərdi yaşayış evləri arasında yanğına qarşı ara məsafələrinə riayət edilmədiyi və 2.6-1 “Şəhər, qəsəbə, və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Dövlət Tikinti normalarının 1 nömrəli məcburi əlavəsinin 6-cı bəndinin tələblərinin pozulduğu göstərilmişdir. Bununla əlaqədar qeyd olunur ki, Azərbaycan Respublikası Cavabdeh2 Kollegiyasının xx xxx 2019-cu il tarixli 02 N-li qərarına əsasən, «AzDTN 2.6.-1. Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması haqqında» Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 2001-ci il 12 oktyabr tarixli 5 nömrəli Kollegiya qərarında dəyişiklik edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cavabdeh2 Kollegiyası Komitənin Əsasnaməsinin 17-ci bəndini rəhbər tutaraq qərara almışdır ki, «AzDTN 2.6.-1. Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nda aşağıdakı dəyişiklər edilsin: «4.13-cü bənd. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə zidd olduğu üçün qüvvədən düşmüş hesab edilsin. Əlavə 1 «Yanğın əleyhinə tələblər»in 1-ci hissəsində «yaşayış» sözündən sonra «Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş fərdi yaşayış evləri istisna olmaqla» sözləri əlavə edilsin.». Yuxarıda göstərilənləri nəzərə aldıqda, “AzDTN 2.6-1 Dövlət Şəhərsalma Norma və Qaydaları “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Dövlət Tikinti normalarında və 1 saylı məcburi əlavəsinin yanğına qarşı tələblərində fərdi yaşayış evləri arasında yanğına qarşı məsafə nəzərdə tutulmadığı müəyyən edilir. 2-ci sual üzrə: X3 mülkiyyətində olan yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli texniki pasporta əsasən, həmin evin bir mərtəbəli olmaqla 5 tikilidə n ibarət olduğu və ümumi sahəsinin 43.7 kv.metr təşkil etdiyi göstərilmişdir. Texniki pasportun məlumatları ilə həmin yaşayış evinə dair tərtib edilmiş eskiz layihəsinin məlumatları müqayisə edilərkən, eskiz layihəsində əlavə olaraq 1-ci mərtəbədə sahəsi 8.55 kv.metr dəhliz və 9.0 kv.metr otaq, 2-ci mərtəbədə isə sahəsi 21.24 kv.metr, 12.0 kv.metr, 12.0 kv.metr, 18.0 kv.metr, 11.22 kv.metr olan yaşayış otaqları və yardımçı tikililər inşa olunması nəzərdə tutulduğu müəyyən edilmişdir. 3-cü sual üzrə: Tədqiq olunan 5 saylı mənzilin eskiz layihəsinə əsasən, yan divarlar boyunca hündürlüyü 6.2 metr nəzərdə tutulduğunu, 48 saylı evin iddiaçılara məxsus mənzillərinin otaqlarından 5 saylı mənzilə tərəf 3 ədəd pəncərə açıldığını, eləcə də iddiaçılara məxsus yaşayış evinin divarı ilə cavabdeh tərəf indən inşa olunması nəzərdə tutulan tikili arasındakı məsafənin 1.0 metrə qədər təşkil etdiyini nəzərə alaraq, həmin tikili inşa edildiyi halda, 48 saylı ünvanda yerləşən mənzillərin 3 ədəd pəncərəsinin qarşısının müəyyən dərəcədə tutulacağı müəyyən olunur. Lakin həmin tikilinin 48 saylı mənzillərə işığın düşməsi, görüntü, havalanması və sair ilə bağlı nə qədər məhdudiyyət yaratması (sanitar texniki normalara uyğun olması) tikinti ekspertinin səlahiyyətinə aid olmayıb, həmin tikili inşa edildikdən sonra müvafiq təşkilatlar tərəfindən xüsusi ölçmə aparatları vasitəsilə araşdırmalar aparılmaqla müəyyən oluna bilər. 4-cü sual üzrə: Tədqiq olunan 48 saylı ünvanda yerləşən mənzillərə dair tərtib edilmiş texniki pasportda İddiaçı məxsus evdə 23 saylı otağın 5 saylı mənzilə tərəf baxan hissəsində 2 pəncərə və 9 saylı otağın küçə tərəfə baxan hissəsində 1 ədəd pəncərə nəzərdə tutulduğu göstərilmişdir. Baxış zamanı həmin evdə 23 saylı otağın 5 saylı mənzilə baxan hissəsində 2 ədəd, 9 saylı otağın 5 saylı mənzilə tərəf baxan hissəsində əlavə 1 pəncərə, eləcə də həmin otağın küçə tərəfə baxan hissəsində 1 ədəd pəncərə olduğu və 9 saylı otaqdan 5 saylı mənzilə tərəf olan pəncərənin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Lakin pəncərələrin ölçüləri və divarlardan hansı məsafədə yerləşməsi barədə məlumat texniki pasportda əks olunmadığından, həmin pəncərələrin ölçülərinin və yerinin texniki pasporta uyğun olub-olmamasını (9 saylı otağın 5 saylı mənzilə tərəf olan pəncərəsi istisna olmaqla) müəyyən etmək mümkünolmadı. İddia tələbi Cavabdeh1 ilə xxx arasında layihənin razılaş dırılmasına dair tərtib edilmiş sənədlərin ləğv edilməsi ilə bağlı olduğundan həmin razılaşdırmanın verilməsinə əsas olan sənədlər məhkəmə tərəfindən araşdırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən sorğu əsasında məlumatlandırma icraatı qaydasında cavabdeh tərəfindən aparılmış inzibati icraat materiallarının (əraziyə baxış keçirilib aparılacaq tikintinin digər şəxslərin hüquqlarının pozulması halının olub-olmamasının müəyyən edilməsi, aparılacaq tikintinin - tikinti norma və qaydalarına uyğunluğunu təsdiq edən sənədlər və s.) məhkəməyə göndərilməsi xahiş edilmişdir. Sorğuya cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 3/10-1216 saylı, xx.xx.2018-ci il tarixli məktubda ünvan 11 ünvanının xxx nun mülkiyyətində olduğu nəzərə alınaraq mülkiyyətçinin sözügedən yaşayış evinin yenidən qurulmasına dair məlumatlandırma icraatı qaydasında təqdim etdiyi memarlıq-planlaşdırma həlli layihəsinə baxılıb Cavabdeh1 3/10-Q-56-151 saylı, xx.xx.2017-ci il tarixli məktubu ilə razılaşdıraraq təsdiq edildiyi göstərilmişdir. Məktuba qoşma olaraq mənzilin mülkiyyət sənədi, texniki pasportu, təsdiq edilmiş eskiz layihə və razılaşdırma məktubu əlavə edilmişdir. Göründüyü kimi, Cavabdeh1 xxx na ünvanlandığı 3/10-Q-56-151 saylı, xx.xx.2017-ci il tarixli məktubu ilə sonuncunun mülkiyyətində olan yaşayış evinin yenidən qurulmasına dair məlumatlandırma icraatı qaydasında təqdim etdiyi memarlıq-planlaşdırma həlli layihəsinə (“xxxx” MMC, lisenziya №İN/L-267/2017) baxıb onu razılaşdırmışdır. Lakin daha sonra Səbail Rayon Məhkəməsinin icraatında tərəflər arasında olan yuxarıda qeyd olunan mülki mübahisəyə baxılan zaman Cavabdeh1 məhkəməyə 8/10-269 saylı, xx xxxx 2018-ci il tarixli məktub ünvanlayaraq xxx nun ərizəsinə əsasən mülkiyyətində olan Bayıl qəsəbəsi, F.Əbdülrəhmanov küçəsi, ev 9, mənzil 5 ünvanında istismara yararsız olan mənzilində rekonstruktiv və yenidənqurma işlərinin aparılması üçün təqdim edilmiş eskiz layihəsini Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında memarlıq planlaşdırma həlli layihəsi razılaşdırıldığını göstərmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mənzildə rekonstruktiv və yenidənqurma işlərinin aparılması üçün təqdim edilmiş eskiz layihəsinin məlumatlandırma icraatı qaydasında memarlıq planlaşdırma həlli layihəsinin razılaşdırıl ması qanunda nəzərdə tutulmamışdır. Belə ki, mənzilində rekonstruktiv və yenidənqurma işlərinin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, məlumatlandırma icraatı isə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən aparılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımqalarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraa tı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həminiradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericliyin tələblərinə əsasən məlumatlandırma icraatı həyata keçirilməsi üçün ilkin olaraq torpaq sahəsinin mülkiyyətində, icarəsində və ya istifadədə olmasını təsdiq edən sənədin surətinin müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi zəruridir. Şikayətdə qeyd edilir ki, evin mənzil kimi qeydiyyata alınmasına baxmayaraq, fərdi yaş ayış evi olduğunu, lakin evin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüququnun olmadığını və buna dair torpaqayırma sənədinin olmadığını bildirmişdir. Həmçinin, iş materialları əsasında evin yerləşdiyi torpaq sahəsinə dair üçüncü şəxsin adına hər hansı sənədin olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs tərəfindən məlumatlandırma icraatı qaydasında tikintisinə icazə verilmiş evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə, icarədə və ya istifadədə olmasını təsdiq edən hər hansı sənəd cavabdehə təqdim edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən torpaq sahəsinin mülkiyyətində, icarəsində və ya istifadədə olmasını təsdiq edən sənəd təqdim edilmədən məlumatlandırma icraatı qaydasında təqdim edilmiş eskiz layihəsi təsdiq edilərək, evin istismara yarasız vəzi yyətdə olmasını göstərərək, yenidən qurulması adı altında ölçülərinin dəyişdirilməsinə və ikinci mərtəbənin inşasına razılıq verilmişdir. Həmçinin, tərəflərin iştirakı ilə birinci instansiya məhkəməsində keçirilmiş baxış zamanı üçüncü şəxsə məxsus evin istismara yarasız vəziyyətdə olmadığı, hazırda həmin evdə yaşayışın olduğu müəyyən edilmişdir. Cavabdeh qeyd olunan razılıq məktubunda evin yenidən qurulması ilə bağlıməlumatlandırma icraatı qaydasında təqdim edilən memarlıq-planlaşdırma həlli layihəsinə baxılıb, razılaşdırılaraq təsdiq edildiyini göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, evin yenidən qurulması ilə bağlı razılıq verilməsinə məlumatlandırma icraatı qaydasında baxıla bilməz. Məlumatlandırma icraatı yalnız yuxarıda göstərilən tələblərə uyğun olan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılmasının həyata keçirilməsinin əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada b irdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitartexniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyiş dirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin) quraşdırılması, əvəz edilməsi və yerinin d əyişdirilməsindən ibarətdir. Göründüyü kimi, qanunvericilik yenidən qurulma adı altında 2-ci mərtəbədə tikintiyə icazə verilməsini istisna edir. Lakin Cavabdeh1 isə məlumatlandırma icraatı qaydasında yaşayış sahəsinin yenidən qurulması adı altında evdə əlavə tikililərin aparılmasına və ikinci mərtəbənin inşa edilməsinə dair qanunsuz akt qəbul etmişdir. İş üzrə təyin edilmiş ekspertizanın rəyinə əsasən, X3 mülkiyyətində olan yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli texniki pasporta əsasən, həmin evin bir mərtəbəli olmaqla 5 tikilidən ibarət olduğu və ümumi sahəsi 43.7 kv.metr təşkil etdiyi göstərilmişdir. Texniki pasportun məlumatları ilə həmin yaşayış evinə dair tərtib edilmiş eskiz layihəsinin məlumatları müqayisə edilərkən, eskiz layihəsində əlavə olaraq 1-ci mərtəbədə sahəsi 8.55 kv.metr dəhliz və 9.0 kv.metr otaq, 2-ci mərtəbədə isə sahəsi 21.24 kv.metr, 12.0 kv.metr, 12.0 kv.metr, 18.0 kv.metr, 11.22 kv.metr olan yaşayış otaqları və yardımçı tikililər inşa olunması nəzərdə tutulduğu müəyyən edilmişdir. Üçüncü şəxs X3 mülkiyyətində olan evin ümumi sahəsi 43.7 kv.metr olsa da, razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsində göstərilən ölçülər həmin sahədən kənara çıxır və həmçinin, həmin layihə üzrə ikinci mərtəbənin inşası da nəzərdə tutulmuşdur. Evdə əlavə tikililərin aparılması və ikinci mərtəbənin əlavə edilməsi mənzilin yenidən qurulması şərtlərinə uyğun deyildir və buna dair razılaşdırılmış eskiz layihə qanunvericiliyin tələblərinə ziddir. Həmçinin qanunvericiliyin tələblərindən də göründüyü kimi, yaşayış sahəsinin yenidən qurulması tiki nti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırı lması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Həmçinin, yenidən qurulma işləri aparılması ilə bağlı təqdim edilmiş eskiz layihəsinin məktub əsasında razılaşdırılması deyil, bununla bağlı müvafiq qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Hazırki halda üçüncü şəxs tərəfindən layihə əsasında görüləcək işlər mənzilin yenidən qurulması ilə bağlı olmadığından, məhkəmələr əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən səlahiyyətlərindən düzgün istifadə edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəm ə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Ape lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-120/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.