Məhkəmə qərarları › İş №2-1(102)-1117/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1117/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1117/2021 30.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 3-cü qrup əlil hərbi qulluqçu kimi əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial M üdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 7 oktyabr tarixli, 2-1(103)-1092/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2003-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən həqiqi hərbi xidmətdən “xəstəliyə görə” ehtiyata buraxılmışdır. Ona 2003-cü il 6 noyabr tarixindən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSE-01 nömrəli, 059494 nömrəli arayışı ilə İddiaçı 25.07.2005-ci il tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq 3-cü qrup əlillik dərəcəsi verilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xətai 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 nömrəli, 372683 nömrəli arayışa əsasən iddiaçıya 13.07.2007-ci il tarixdən müddətsiz, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq 3-cü qrup əlillik dərəcəsi verilmişdir.

4. Bundan sonra iddiaçı ərizə ilə 2016-cı ildə cavabdehə müraciət edərək onun pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan ərizəyə cavab olaraq 08.04.2016-cı il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən yaşa görə əmək pensiyası təy in edilmiş və 01.02.2016-cı il tarixdən vəzifə maaşı – 570.00 manat, rütbə maaşı – 134.00 manat, xidmət illərinə görə - 30 faiz əlavə - 211,20 manat, ixtisas dərəcəsinə görə - 15 faiz əlavə 85.00 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası – 64.00 manat olmaqla cəmi təminat xərcliyi 1064.70 manat təşkil edir. Ona həmin təminat xərcliyinin 31 xidmət ilinə uyğun olaraq 88 faizi, yəni 936.94 manat məbləğində pensiya düzgün hesablanaraq aprel ayından ödəniləcəkdir

5. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 25.01.2019-cu il tarixli ərizədə iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı müraciətinə əsasən “Müharibə veteranı” habelə, 3-cü qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə bağlı əlil olmasına dair məlumatlar da qeyd edilməklə barəsində tərtib edilmiş 8 yanvar 2019-cu il tarixli “məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Bu səbəbdən iddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “V” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyasının 150 faizi məbləğində əlavənin təyin olunması və 25.07.2005-ci il tarixdən hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20.02.2019-cu il tarixli məktubda qeyd edilir ki, iddiaçının 01.01.2006-cı il tarixədək qü vvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna istinad edərək qeyd etdiyi əlavələr 01.01,2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7-cı maddəsində əks olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: 1) əmək pensiyasının sığorta hissəsinə əlavələr; 2) qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Əmək pensiyasının sığorta hissəsinə əlavələri nəzərdə tutan “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinin qulluq stajına görə əlavələri alan şəxslərə şamil edilməsi mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 22 fevral 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin olunması və 25.07.2005-ci il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdən “xəstəliyə görə” maddəsi ilə ehtiyata buraxılmışdır. Ona həmin vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilmiş və o, hal-hazırda həmin pensiyanı almaqda davam edir. 2004-cü ildə ona səbəb əlaqəsi “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə göstərilmiş 2ci dərəcəli, 25.07.2005- ci ildən isə 3-cü dərəcəli əlillik qrupu təyin edilmişdir. 2007-ci il tarixdən isə 3- cü dərəcəli əlillik qrupu ona müddətsiz olaraq təyin edilmişdir.31 dekabr 2005-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçul arın pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” bəndinə və 01 yanvar 2006-cı il tarixdən bu günədək qüvvədə olan “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununun 11.2.1 maddəsinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış yara, kontuziya və ya zədə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirilməklə bağlı xəstəlik nəticəsində əlil olan hərbi qulluqçular müharibə əlilləri hesab olunurlar.31 dekabr 2005-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqç uların pensiyalarının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavə hesablanır. 2016-cı ildən başlayaraq o, dəfələrlə cavabdehə ərizə ilə müraciət edərək 2003-cü ildə ehtiyata buraxılarkən qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarım bəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü dərəcəli əlillik qrupu olan hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavə hesablanmasını xahiş etsə də ona həmişə imtina cavabı verilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və onun müraciətinə əsasən onun müharibə veteranı və 3-cü qrup (daha sonra isə 2-ci qrup) hərbi xidmət v əzifələrini yerinə yetirməklə bağlı əlil olmasına dair məlumatlar da qeyd edilməklə barəsində tərtib edilmiş yeni “Məlumat vərəqəsi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Lakin, bundan sonra da, cavabdeh ona 20.02.2019-cu il tarixli məktubla imtina cavabı vermişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1) 2-1(81)-1559/2019 saylı 4 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-c ü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin edilməsi və 25.07.2005-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iddiaçı 2003-cü il tarixdə ehtiyata buraxıldığından, ona 25 iyul 2005-ci il tarixdə 3-cü qrup əlillik dərəcəsi təyin edildiyindən, bununla da iddiaçının “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” yarımbəndində nəzərdə tutulmuş pensiya hüququ “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə artıq yaranmış olduğundan iddia əsaslıdır.

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X2məruzəçi, X3 və X5) 1 noyabr 2019-cu il tarixli 2-1(103)-2274/2019 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2019- cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına tərtib edilmiş “məlumat vərəqi”ndə iddia tələbinə dair hər hansı bir yenilənmiş məlumat öz əksini tapmamışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məh kəməsindəki birinci icraat

15. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2020-ci il 2 noyabr tarixli 2-1(102)379/2020 nömrəli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2274/2019 saylı, 1 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının barəsində tərtib edilmiş məlumat vərəqələrindən görünür ki, pensiya təyin edilərkən pensiyaya əlavələr adlanan 27-ci bölmədə müharibə əlili olduğuna görə (maddə 15v) yarımbölmənin qarşısında manatla hər hansı məbləğ yazılmamışdır, həmin yarımbölmədə manatla yazılmalı olan yerlər boş saxlanılmışdır. Bu o deməkdir ki, “Hərbi qulluqçuların pensiya təmi natı haqqında” Qanunun 15-ci maddəsinin “v” yarımbəndində nəzərdə tutulan əlavə iddiaçıya hesablanmamışdır. İddiaçının “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” yarımbəndində nəzərdə tutulan müharibə əlilləri və iştirakçıları sırasından olan xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu olması işdə olan sənədlərlə də təsdiq olunur. Lakin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun qüvvədə olduğu müddət üçün iddiaçıya Qanunun 15-ci maddəsinin “v” yarımbəndində nəzərdə tutulan əlavənin hesablanıb iddiaçıya ödənilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 7 oktyabr tarixli 2-1(103)-1092/2020 nömrəli qəra rına əsasən (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Valeh Ağayev və Aida Hüseyn) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1559/2019 saylı 4 iyun 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Məhkəmə qərarı cavabdehə 2021-ci il 7 aprel tarixində təqdim edilmişdir.

20. Cavabdeh 2021-ci il 29 aprel kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 7 oktyabr tarixli 2-1(103)-1092/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ E TİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

21. İş üzrə Ali Məhkəmənin qərarında aydın şəkildə qeyd edilmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” yarımbəndində nəzərdə tutulan əlavə yalnız “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu müddət üçün hesablanıb ödənilə bilər. Buna baxmayaraq, məhkəmə tərəfindən Ali Məhkəmənin məcburi göstərişinə əməl olunmamış və həmin əlavənin 2005ci il 25 iyul tarixindən başlayaraq indiki dövrə qədər hesablanıb ödənilməsi qərara alınmışdır. Halbuki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun 2007-ci il 30 noyabr tarixindən qüvvədən düşdüyündən əlavələrin hesablanması “Əmək pensiyaları haqqında” Qanuna müvafiq olaraq həyata k eçirilir.

22. Məhkəmə fərqin 2005-ci il 25 iyul tarixindən hesablanması barədə qərar qəbul etməklə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçının hazırkı işin əsasını təşkil edən yenidən hesablanma məsələsi ilə bağlı müraciəti 2017-ci il 1 iyul tarixindən sonra olduğundan ona yalnız müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün fərq ödənilə bilərdi (həmin üç ildə də artıq istinad etdiyi qanun qüvvədə olmadığından iddia o hissədə də təmin edilə bilməzdi).

23. Bundan başqa, Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslə rin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün DSMF-yə göndərilir. Göründüyü kimi, cavabdeh orqan məlumat vərəqəsində olmayan hansısa əlavəni hesablamağa səlahiyyətli deyil. İddiaçı ilə bağlı əvvəllər göndərilmiş məlumat vərəqələrində “Pensiyaya əlavələr” hissəsində “müharibə əlili olduğuna görə (maddə 15v)” hissəsinin qarşısında “x” yazılmış, yəni həmin əlavənin iddiaçıya ödənilməsi nəzərdə tutulmamışdır.

24. Beləliklə, hətta iddiaçının pensiyası səhv hesablanıbsa belə, burada pensiya hesablayan orqanın, yəni cavabdehin heç bir təqsiri olmamışdır. Buna görə də, hətta “Əmək pensiyaları haqqında” Qanunu deyil, “Hərbi qulluqçuların pensiya təminatı haqq ında” Qanunu rəhbər tutsa idi belə, məhkəmə ən çoxu 12 ay üçün fərqin ödənilməsi barədə qərar qəbul edə bilərdi. Çünki, həmin Qanunun 49-cu maddəsinə əsasən pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Yəni, müddət məhdudiyyətinin qoyulmaması yalnız pensiya təyin edən orqanın təqsirinin olduğu hallara aiddir. Belə bir təqsirin olmadığı hallar üçün isə Qanun yalnız 12 ay üçün fərq ödənilməsini nəzərdə tutur. Əgər iddiaçı hesab edirsə ki, ona yanlış məlumat vərəqəsinin göndərilməsi nəticəsində zərərə məruz qalıb, həmin zərərin əvəzinin ödənilməsi ilə bağlı məlumat vərəqəsini verən orqana müraciət edə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qa rşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

27. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2-ci maddəsinə əs asən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3-cü maddəsinə əsasən hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4-cü maddəsinə əsasən hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ vardır.

29. Həmin Qanunun 9.8-ci bəndinin tələbinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilə n işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

30. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər. 32. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun (2007-ci ildə qüvvədən düşmüşdür) 15-ci maddəsinə görə xidmət illərinə görə hərbi qulluqçuların pensiyaları (o cümlədən minimum məbləğdə hesablanmış pensiyalar) üzərinə aşağıdakı əlavələr hesablanır: v) müharibə əlillərinə və iştirakçılarına: İ qrup əlillərə—yaşa görə minimum pensiyanın 300 faizi məbləğində, İİ qrup əlillərə—yaşa görə minimum pensiyanın 250 faizi məbləğində, İİİ qrup əlillərə—yaşa görə minimum pensiyanın 150 faizi məbləğində;

33. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi id diaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

34. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi v ə əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Hazırkı qərarın 21-ci bəndində göstərilən kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan “əmək pensiyaları haqqında” Qanunun hazırkı qərarın 29-cu bəndində qeyd olunan tələbləri baxmından, məhkəmə kollegiyası iddiaçının 25.07.2005-ci il tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olara q 3-cü qrup əlil və 2003-cü ildən xidmət illərinə görə pensiyaçı olduğunu nəzərə alaraq hesab edir ki, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək qüvvədə olan maddi hüquq normaları, yəni “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun hazırkı qərarın 32-ci bəndində göstərilən normaları tətbiq olunmalıdır. Odur ki, bununla bağlı kassatorun dəlilləri əsassızdır.

39. Hazırkı qərarın 22-ci bəndində göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırkı qərarın 31-ci bəndində göstərilən hüquqi mövqeyindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 01.07.2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

40. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 3-cü qrup əlil kimi pensiya hüququ 2005-ci ildə yaranmış, iddiaçı bundan sonra cavabdeh orqana pensiyanın yenidən hesablanması üçün dəfələrlə müraciət etmişdir. Yəni, cavabdeh orqanın iddiaçının müraciətindən yazılı imtinası 2019-cu ildə olsa da, iddiaçı 2017-ci ilədək cavabdehə dəfələrlə müraciət etmişdir.

41. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları 01.07.2017-ci il tarixindən sonra pensiya təyin edilməsi üçün müraciət etmiş şəxslərə aid olduğundan, id diaçının isə pensiyanın yenidən hesablanması üçün ilkin müraciəti 01.07.2017-ci il tarixinədək olduğundan sözügedən norma iddiaçıya şamil edilə bilməz və bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı, kassatorun dəlilləri isə əsassızdır.

42. Hazırkı qərarın 23-cü bəndində göstərilən kassasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 2019-cu il 10 yanvar tarixli məktubu ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının “Müharibə veteranı”, habelə 3-cü qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə bağlı əlil olmasına dair məlumatlar da qeyd edilməklə tərəflərindən tərtib edilmiş 55710 nömrəli, 2019-cu il 8 yanvar tarixli “Məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir.

43. Cavabdeh özü də kassasiya şikayətində 2019-cu ildə təqdim edilmiş “Məlumat vərəqi”ndə “3-cü qrup əlil” qeydinin olmasını etiraf etmişdir. Odur ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, kassatorun bu dəlili də əsassızdır.

44. Göründüyü kimi, iddiaçıya 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin edilməsi üçün əsaslar mövcud olsa da, cavabdeh bundan imtina etmiş, bununla da iddiaçının pensiya hüquqlarının pozulmasına səbəb olmuşdur.

45. Kassator hazırkı qərarın 24-cü b əndində qeyd olunan dəlilində iddiaçının pensiyasının səhv hesablanmasında cavabdeh orqanın təqsirinin olmadığını qeyd etsə də, yuxarıda qeyd olunanlardan göründüyü kimi, kassatorun bu dəlili də əsassızdır.

46. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcu dluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 7 oktyabr tarixli 21(103)-1092/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar