Məhkəmə qərarları › İş №2-1(102)-1117/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1117/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1117/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüququn qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 29.06.2022 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2022-ci il tarixli, 2-1(105)-64/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 18 saylı protokoluna (qərarına) əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon və Corat qəsəbəsi arasında, “Novruz” ərazisində yerləşən 1,74 ha torpaq sahəsi və 16-cı mikrorayon ərazisində yerləşən 0,42 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Sumqayıt Superfosfat zavoduna ayrılmışdır.

2. Sumqayıt Superfosfat zavodu tərəfindən təsdiq edilmiş “Novruz” qəsəbəsində mənzil alan işçilərin siyahısında 11-ci nömrə altında Əliyev Ramiz Nəci oğlunun adı qarşısında 23 saylı evin 2 saylı mənzili və 0,03 ha qeyd edilmişdir. 3. 25 avqust 1993-cü il tarixli müqavilə ilə Sumqayıt Superfosfat zavodunun 11 avqust 1993-cü il tarixdə qəbul etdiyi 546 nömrəli əmr-qərarına əsasən, Sumqayıt şəhəri, Novruz qəsəbəsində 300 kv m torpaq sahəsində yerləşən iki otaqdan ibarət mənzil Əliyev Ramiz Nəci oğluna bağışlanılmışdır. 4. xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Əliyev Ramiz Nəci oğlu mənzili iddiaçıya satmış, iddiaçının həmin mənzilə mülkiyyət hüququ DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunmuşdur.

5. İddiaçı faktiki istifadəsində olan 0.03 ha torpaq sahəsinin 0.013 ha hissəsini özəlləşdirmək məqsədi ilə cavabdeh orqana ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli, **********63 nömrəli imtina məktubu ilə bildirmişdir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ərizəyə əlavə olunmamışdır.

6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)169/2019 nömrəli qərarı ilə iddiaçının həmin cavabdehə qarşı 0.013 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeyd alınması barədə tələbi təmin edilmiş, məhkəmə qərarı cavabdeh tərəfindən icra olunaraq iddiaçının adına – 0.013 ha torpaq sahəsi də daxil olmaqla vahid əmlak kimi “fərdi yaşayış evinə” dair çıxarış verilmişdir.

7. İddiaçı qalan 0.017 ha torpaq sahəsini özəlləşdirmək məqsədi ilə 11.9.2020-ci il tarixdə cavabdeh orqana ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli, **********63 nömrəli imtina məktubu ilə bildirmişdir ki, 0.013 ha torpaq sahəsi üzərində hüququn qeydiyyatı məhkəmə qərarı əsasında aparılmış, lakin 0.017 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilinin yerləşdiyi 0,017 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki hal-hazırda mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilini 2014-cü ildə Əliyev Ramiz Nəci oğlundan alm ışdır. Ramiz Əliyev Sumqayıt Superfosfat zavodunun işçisi olmuş və mənzil həmin müəssisə tərəfindən ona verilmişdir. 2 saylı mənzil birmərtəbəli binada yerləşir, mənzil 78,8 kv.m ümumi sahəyə malik olub, 0,03 ha torpaq sahəsi üzərində yerləşir. 23 saylı evin 2-ci mənzilinin 0,03 ha torpaq sahəsi üzərində yerləşməsini Novruz qəsəbəsində mənzil alan işçilərin siyahısı, qanuni qüvvəsini almış Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2- 1(085)169/2019 saylı qərarı təsdiq edir. Arxiv arayışına görə Sumqayıt Superfosfat zavoduna mənzil tikintisi üçün “Novruz” qəsəbəsində 1,74 ha torpaq sahəsi ayrılmış və ayrılan torpaq sahəsinin 0,03 ha. hissəsi 2 saylı mənzilin ərazisi hesab edilmişdir. O, Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 0,013 ha. torpaq sahəsi üzərində m ülkiyyət hüququnun təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(85)-169/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və adına xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Lakin ona məxsus 2 saylı fərdi yaşayış evi 0,03 ha. torpaq sahəsində yerləşir. Texniki səhv səbəbindən iddia tələbi 0,013 ha. torpaq sahəsinə dair verilmişdir. ünvan 2-nin yerləşdiyi torpaq sahəsinin qalan hissəsinə, yəni 0,017 ha. hissəsinə görə Dövlət Reyestrindən çıxarışın verilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh özünün 23 sentyabr 2020-ci il tarixli, **********63 saylı məktubu ilə xahişi təmin etməmişdir.

10. Cavabdeh təşkilat iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2-1(085)-169/2019 saylı qərarı əsasında Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilin yerləşdiyi 0,013 ha. torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun qeydiyyatı aparılmış, lakin qalan 0,017 ha. torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd idarəyə təqdim edilməmişdir. 0,017 ha. torpaq sahəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin birini təqdim etdikdən sonra müraciətinə qanunamüvafiq qaydada baxılacağı iddiaçıya bildirilmiş və bu barədə ona 23 sentyabr 2020-ci il tarixli **********63 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır.

11. Sumq ayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-382/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim L. Mirzəyeva).

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin bununla bağlı imtinası əsassız olmuşdur. Belə ki, arxiv arayışında əksini tapmış səlahiyyətli orqan tərəfindən verilmiş torpaq qeydi iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.

13. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-64/2022 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Zahid Məmmədov və Fuad Məmmədov ) qər arı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-382/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, mübahisəsi gedən torpaq sahəsinin müayinə edilməsinə dair məhkəmənin tapşırığına əsasən, cavabdeh tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli **********52 saylı məktubdan görünür ki, X1 faktiki istifadəsində olan, ünvan 1 ünvanında olan həyətyanı torpaq sahəsinin mövcud texniki vəziyyətini yerində dəqiqləşdirmək məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisi tərəfindən xx.xx.2022-ci il tarixində texniki baxış keçirilmişdir. Mü təxəssisin müayinə aktına əsasən torpaq sahəsinə texniki baxış zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi hər tərəfdən mişar daşı ilə hasarlanmış, üzərində bir ədəd tikinti altı sahəsi 91.0 kv.m olan 1 mərtəbəli **********34-10301 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış fərdi yaşayış evi,1 ədəd tikinti altı sahəsi 39.2 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi,1 ədəd tikinti altı sahəsi 18.0 kv.m olan həyət tikilisi inşa olunmuşdur, bir tərəfdən yol ilə digər üç tərəfdən qonşularla əhatəlidir. Torpaq sahəsi faktiki vəziyyətdə 0.034 ha təşkil edir. Yerüstü kommunikasiya xətləri keçmir. Torpaq sahəsindən təyinatı üzrə istifadə edilir.

16. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qəra r qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X1 adına daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi yox, mənzil kimi qeydiyyata alınmışdır. Lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmayıb. Çünki göstərilən ünvanda fərdi yaşayış evinin tikintisi üçün səlahiyyətli orqan tərəfindən torpaq sahəsinin ayrılması haqqında qərar mövcud deyil. Belə olan halda hazırda mübahisələndirilən qərarı çıxarmış birinci instansiya məhkəməsinin nəyə əsaslanaraq iddianın təmin etməsi barədə qərar çıxarması aydın deyil. Qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını həyata keçirən cavabdeh İdarə bir xidmət orqanıd ır və qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə ərizəçinin sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü İdarə tərəfindən araşdırılır. Lakin göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birinin mövcud olmasını təsdiq edən sənəd (sənədlər) ərizəyə əlavə edilmədiyindən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorun an maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

23. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadını n ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

25. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, mübahisəli mənzil daşınmaz əmlak X1 adına daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi yox, mənzil kimi qeydiyyata alınmışdır. Lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmayıb. Çünki göstərilən ünvanda fərdi yaşayış evinin tikintisi üçün səlahiyyətli orqan tərəfindən torpaq sahəsinin ayrılması haq qında qərar mövcud deyil. Belə olan halda hazırda mübahisələndirilən qərarı çıxarmış birinci instansiya məhkəməsinin nəyə əsaslanaraq iddianın təmin etməsi barədə qərar çıxarması aydın deyil.

26. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.6-cı bəndinə əsasən, fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərə aiddir.

27. Yuxarıda qeyd olunduğu kimi, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 18 saylı protokoluna (qərarına) əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon və Corat qəsəbəsi arasında, “Novruz” ərazisində yerləşən 1,74 ha torpaq sahəsi və 16-cı mikrorayon ərazisində yerləşən 0,42 ha. torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Sumqayıt Superfosfat zavoduna ayrılmışdır. Sumqayıt Superfosfat zavodu tərəfindən təsdiq edilmiş “Novruz” qəsəbəsində mənzil alan işçilərin Siyahısında 11-ci nömrə altında 23 saylı evin 2 saylı mənzili və 0,03 ha qeyd edilmişdir.

28. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, əvvəlki məhkəmə qərarının icrası ilə bağlı iddiaçının adına 0.013 ha torpaq sahəsinə dair çıxarış verilmiş, həmin çıxarışda iddiaçıya məxsus tikili mənzil deyil, həyətyanı torpaq sahəsi ilə birgə vahid əmlak kimi “fərdi yaşayış evi” göstərilmişdir.

29. Apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2022-ci il tarixli, 2-1(105)-64/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar