Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1117/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dö vlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi və vergi borcunun silinməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(107)-69/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********197863 nömrəli qərarına əsasən, iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlanılması aparılmış və yoxlamanın nəticəsi xx.xx.2020-ci il tarixli ******** **99451 saylı aktla rəsmiləşdirilmişdir.
2. Həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********140836 saylı qərar ilə 2017-ci ilin mənfəət vergisi üzrə 5335,75 manat, 2018-ci ilin mənfəət vergisi üzrə 22810,19 manat, 2019-cu ilin mənfəət vergisi üzrə 30281,84 manat, 2019-cu ilin ƏDV üzrə 34743,71 manat, 2018-2019-cu illərin torpaq vergisi üzrə cəmi 8,0 manat əlavə vergi hesablanmış və ümumilikdə 53263,97 manat maliyyə sanksiyası tətbiq edilmiş, həmçinin yoxlama ilə 1929,33 manat verginin artıq hesablandığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbini n dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********0337500 nömrəli qərarının ləğv edilməsi və hesablanmış 91250,16 manat vergi və 53263,97 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 141514,14 manat məbləğində borcun silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qanuni əsas olmadan növbədənkənar vergi yoxlaması aparmış, yoxlamanı 4 dəfə dayandırmış və əlavə vergi yoxlaması tədbirləri keçirmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək, işin hallarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən vergi bəyannamələrində göstərilən məlumatlar düzgün olmamışdır. Belə ki, vergi ödəyicisinin ümumi xərclərini birbaşa müəyyən etmə k mümkün olmadığı üçün şərti rentabellik norması əsasında mənfəət vergisi hesablanmışdır.
6. Bundan əlavə, yoxlamanın əhatə etdiyi dövrün ayrı-ayrı hesabat aylarında (dekabr 2019-cu il istisna olmaqla) büdcəyə ödənilməli ƏDV-nin 11711,89 manat azaldılması və 14957,74 manat artıq hesablaması müəyyən edilmişdir. Əlavə olaraq, 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********199366 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərarına əsasən, xx.xx.2020-ci il tarixində vergi ödəyicisnə məxsus İsmayıllı şəhəri, Qələbə küçəsi ünvanında yerləşən tikiniti materiallarının satışı mağazasında inventarizasiya keçirilmiş və inventarizasiya aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin sahibliyində olan malların Dövlət Vergi Xidmətin in baza məlumatları, forma-2-lərə sərf edilmiş mal-material sərfiyyatı ilə bağlı mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********601300 nömrəli mütəxəssis rəyi və xx.xx.2020-ci il tarixli İnventarizasiya aktının qarşılıqlı təhlili və müqayisəsi nəticəsində vergi ödəyicisin sahibliyində olan 224,06 ton sementin və 142,66 kub metr taxtanın aşkar olunmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, vergitutma məqsədləri üçün malların qiyməti tərəflərin əməliyyatda təsbit etdikləri qiymət qəbul edilərək orta aylıq satış qiyməti müəyyən edilmişdir. Belə ki, sementin 1 tonunun satış qiymətinin 127,06 manat, taxtanın 1 kub metrinin satış qiymətinin 282,39 manat olduğu müəyyən edilmişdir. Beləliklə, 28469,06 (224,06 x 127,06) manat dəyərində sement və 40286,10 (142,66 x 282,39) manat dəyərində taxtanın, ümumilikdə 68755,16 manat dəyərinə malın dövriyyədə göstərilmədiyi aşkar edilmişdir. Forma-2-lərə sərf edilmiş mal-material sərfiyyatı ilə bağlı mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********601300 nömrəli mütəxəssis rəyinin vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018 və 2019-cu illər üzrə mənfəət vergisi bəyannaməsin vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə 1 nömrəli əlavəsinin 1.3.2 bəndinin malların silinməsi bəndi ilə qarşılıqlı müqayisəsi nəticəsində 2018-ci il üzrə 68568,05 ( 187060,42-118492,37) manat, 2019-cu il üzrə 116058,87 (352950,00-236891,13) manat, ümumilikdə 184626,92 manat dəyərində malmaterialın uçotdan silindiyi aşkar edilmişdir. Beləliklə, yekun ola raq vergi ödəyicisinin uçotda göstərilməyən dövriyyəsini müəyyən etmək üçün uçotda göstərilməyən 68755,16 manat və uçotda artıq göstərilərək silinmiş 184626,92 manat mal-materialın cəmindən, yəni 253382,08 manatdan vergi ödəyicinin yoxlanılan dövründə və inventarizasiya keçirilən tarixədək olan dövr ərzində göstərdiyi pərakəndə satış dövriyyəsindən, yoxlama dövrünün əvvəli ilə inventarizasiyanın aparılıdığı tarixə qədər olan dövr üzrə alış və satış nəzərə alınaraq 51527,53 manat çıxılmışdır. Nəticədə dövriyyədə göstərilməyən 201854,55 manatlıq dövriyyə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən SVY ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə, yəni, 2019-cu il dekabr ayı üzrə ƏDV bəyannaməsinə bərpa olunmuşdur. Həmçinin, 2019-cu il dekabr ƏDV bəyannaməsində büdcəyə çatacaq 273,60 manat ƏDV məbləğinin artıq hesablandığı aşkar edilmişdir. Nəticədə büdcəyə çatacaq vergi məbləğinin 36060,22 ((201854,55*18%)-273,60) manat az hesablandığı müəyyən olunmuşdur.
7. Vergi ödəyicisinin yoxlanılan dövrdə istifadəsində 100 kv.metr torpaq sahəsi olmasına baxmayaraq 2017, 2018 və 2019-cu illər üzrə torpaq vergisi hesablanmamış və vergi hesabatı təqdim edilməmiş, yoxlama ilə vergi ödəyicisinə 2018-ci və 2019-cu illər üzrə 8,0 manat vergi hesablanmışdır.
8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-cii il tarixli 2-1(116)-385/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 9. xx.xx.2021-ci il tarixli 9/6931 nömrəli ekspert rəyinə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə do ̈vlət büdcəsinə az hesablanmış mənfəət vergisi və ƏDV müəyyən olunmamış, tədqiqatla yalnız müəssisə üzrə 2018-ci və 2019-cu illərdə 8,00 manat məbləğində torpaq vergisinin az hesablanması müəyən edilmişdir.
10. Cavabdehin vəsatəti əsasında Şəki İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərardadı ilə əlavə ekspertiza təyin edilmişdir. xx.xx.2022-ci il tarixli 9/4532 nömrəli ekspert rəyinə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış mənfəət vergisi və ƏDV müəyyən olunmamış və müəssisə tərəfindən hər hansı məbləğin uçotda göstərilməməsi halları müəyyən edilməmişdir.
11. Şəki İnzibati Məhkəməsinin (hakim V.Musayev) 2-1(116)-28/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin xx.xx.2020-ci il tarixli **********0337500 nömrəli qərarı, hesablanmış 141.506,14 manat vergi məbləği və maliyyə sanksiyası hissəsində ləğv edilmiş, iddiaçıya hesablanmış 141.506,14 manat vergi məbləği və maliyyə sanksiyasının silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə (8.00 manat məbləğində torpaq vergisi) hissəsində təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qərarla iddiaçıya hesablanmış vergi məbləğlərinin düzgün hesablanmaması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6931 nömrəli və xx.xx.2022-ci il tarixli 9/4532 nömrəli ekspert rəyləri ilə sübuta yetirilir. Bundan əlavə, cavabdeh orqan iddiaçı barəsində mübahisələndirilən qərarı qəbul e dərkən Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərini nəzərə almamış, səyyar vergi yoxlaması zamanı nə əlaqəli məlumatlardan, nə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə olunmadan hesablama aparmışdır. Odur ki, iddiaçı xx.xx.2020-ci il tarixli **********0337500 nömrəli qərarın ləğvini tələb etməkdə haqlı olmuşdur. Lakin istinad olunan ekspert rəylərində müəssisə üzrə 2018-ci və 2019-cu illərdə 8,00 manat məbləğində torpaq vergisinin az hesablanması müəyyən edildiyindən, qeyd olunan məbləğlə bağlı hissədə iddia tələbi əsassızdır.
13. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməs ində icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 18 yanvar 2023-cü il tarixli, 21(107)-69/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-28/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını işin hallarında, iddia tələbinə qarş ı yazılı etirazda göstərilənlər təşkil edir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, məhkəmə kollegiyası Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini yanlış təfsir edərək düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, vergi yoxlaması məhz Vergi Məcəlləsində göstərilən məlumatlar əsasında aparılmışdır. Həmçinin, Vergi Məcəlləsinin 67-ci maddəsində hər hansı bir ardıcıllıq şərti nəzərdə tutulmamışdır, çünki normada “hüququ var” ifadəsi işlənmişdir, bu isə seçimin vergi orqanının ixtiyarına verilməsi anlamına gəlir.
18. Bundan əlavə, məhkəmənin istinad etdiyi ekpert rəyləri mötəbər hesab edilə bilməz. Belə ki, səyyar yoxlama zamanı forma-2-lər, mənfəət vergisi bəyannaməsi, inventarizasiya aktı, mütəxəssis rəyiinin qarşılıqlı təhlili nəticəsində malın dövriyyədə göstərilmədiyi və mal-materi alın uçotdan silindiyi aşkar edilmişdir. Lakin ekspert inventarizasiya aktına münasibət bildirmədən rəy vermişdir. Ekspert rəyində müəssisənin təqdim etdiyi bəyannamə məlumatları köçürülmüş, hər hansı tədqiqat aparılmamışdır. Qeyd olunan rəydə aydın olmayan məsələlərlə bağlı cavabdehin vəsatətinə əsasən əlavə ekspertiza təyin edilmiş, lakin ekspert tərəfindən qarşısında qoyulan suallar cavablandırılmamış qalmışdır. Həmçinin, ekspert rəyində qeyd edilən “mütəxəssis tərəfindən görülmüş işlərin keyfiyyəti və vaxt göstəricilərinin nəzərə alınmaması səyyar vergi yoxlaması zamanı müəssisəyə əlavə vergilərin hesablanmasına səbəb olmuşdur” dəlili tamamilə əsassızdır. Belə ki, müəssisənin vergidən yayınmasının müəyyən edilməsində qeyd olunan məsələlərin heç bir rolu olmamış, ekspert isə belə bir dəlil irəli sürsə də, onun əsaslandırmasını verməmiş, niyə belə nəticəyə gəldiyini sübut edə bilməmişdir. Əlavə olaraq, iddiaçının vergidən yayınma faktına görə xx.xx.2021-ci il tarixli Q2100429 nömrəli qərarla CM-nin 213.1-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. İstintaqda alınmış Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021- ci il tarixli ekspert rəyi ilə hesablamalar öz təsdiqini tapsa da, eyni ekspertiza qurumu inzibati məhkəmə işinə baxılan zaman tamamilə fərqli rəy verməklə ciddi ziddiyyətlərə yol açmışdır. Həmçinin, ekspert rəyinin mötəbər olmaması həm də onunla təsdiqlənir ki, ekspert tərəfindən hüquqi məsələlərə qiymət verilmişdir.
19. Bundan əlavə, aşağı instansiya məhkəmələri yalnış olaraq **********0337500 nömrəli qərarı ləğv etmişdir. Halbuki, həmin qərarın vergi öd əyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarla heç bir bağlılığı yoxdur. Belə ki, vergilərin hesablanması ilə bağlı məsuliyyət qərarı olan yekun inzibati aktın nömrəsi **********140836-dır. Belə ki, müvafiq qərarın ləğvi ilə iddiaçı arzuladığı məqsədə çatmayacaq, vergilərin hesablanması ilə bağlı **********140836 nömrəli qərar qüvvədə qalacaq.
20. Əlavə olaraq, məhkəmə qərarında istinad edilən vergi məbləği 141506,14 manat göstərilsə də, inzibati orqan tərəfindən hesablanan vergi və maliyyə sanksiyasının məbləği 144.514,13 manatdır. Məhkəmə qərarlarında göstərilən 3.000,00 manatdan çox kənarlaşmanın səbəbi məlum deyil, həmçinin nəticə hissəsində göstərilən “iddia tələbi qalan hissədə (8,00 manat məbləğində torpaq vergisi) təmin edilmir ” cümləsi özlüyündə məhdud xarakter daşıyır. Belə ki, qərarın nəticə hissəsində həm əsas məbləğ (8,00 manat), həm də əsas məbləğə münasibətdə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyası (4,00 manat) istisna edilməli idi. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-69/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qərarınının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Vergi Məcəlləsi Maddə 67.1 Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağ a icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini... əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Maddə 67.14. bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəali yyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: Maddə 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 23. “İnzibati icraat haqqında” Qanun Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvə yə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
24. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəb ul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin üzərinə düşən vəzifələri yerinə yetirməyərək, heç bir araşdırma aparmadan qərar qəbul etdiyini bildirmişdir. Məhkəmənin hüquqi mövqeyinə bu şəkildə qiymət verən cavabdeh tərəfindən nəzərə alınmalıdır ki, ilk növbədə cavabdeh özü obyektiv və hərtərəfli araşdırma prinsipinə tabedir.
31. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə əsasən, inzibati orqan, o cümlədən də cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırma ğa borcludur. İnzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
32. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda və həm də hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxs in hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərar ın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Növbədənkənar səyyar vergi yoxlaması barədə qərarın əsaslandırılması
33. İddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi inzibati aktın əsasında növbədənkənar səyyar vergi yoxlamasının nəticələri dayanır.
34. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanu nun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə, inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.
35. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birin i qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməy ə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur.
36. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadığından inzibati akt hesab edilmir və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməz. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması kimi qəbul edilməlidir.
37. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhru m etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.
38. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda müəyyən konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində nö vbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
39. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü madd ələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.
40. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulm uş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
41. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
42. İPM-nin 14.1-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun müddəaları baxımından, cavabdeh inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı və hətta ondan öncə, inzibati orqan ilk növbədə hüquq normalarının tələblərinə cavab verən düzgün inzibati icraat başladığını və apardığını sübuta yetirməlidir. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən düzgün inzibati icraat başlanılmadığı sübuta yetirildiyindən, həmin icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz sayılmalıdır. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınması
43. Keçirilən səyyar vergi yoxlaması zamanı xx.xx.2020-ci il tarixli qərarla əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmış, lakin iş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid mə lumat reyestri”ndən Çıxarışa əsasən sözügedən qərar qeydiyyatdan keçməmişdir.
44. Oxşar işlər üzrə məhkəmənin icraatında olan işlərdə vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı olması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların Reyestrə daxil edilməli olması barədə imperativ norma yoxdur.
45. Məhkəmə kollegiyası bu mövqe ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir. 46. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən, o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.
47. Vergi qanunvericiliyinin müddəalarına əsasən, vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfinbdən Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər.
48. Əlavə vergi yoxlamasının tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar verg i yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır.
49. Vergi orqanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmadığını qeyd etsə də, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır. Mənfəət vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinin pozulması
50. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh yoxlama zamanı iddiaçının ümumi xərclərini birbaşa müəyyən etməyin mümkün olmamasına istinadən Vergi Məcəlləsinin 67.14-cü maddəsinə və 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəəti müəyyənləşdirərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi bütün imkanlardan istifadə etməs inə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma aparmamışdır.
51. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən, birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi hesablaması qanuni sayıla bilməz.
52. Beləliklə, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi baxımından qanunsuz əlverişsiz inzibati aktdır. Belə olan halda isə kas satorun ekspert rəyinin mötəbər olmaması ilə bağlı dəlillərinə və işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli araşdırılmamasına dair dəlillərinə qiymət verilməsinə zərurət yoxdur.
53. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası kassatorun digər dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
54. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçı tərəfindən faktiki mübahisələndirilən və aşağı instansiya məhkəmələrində məhkəmə araşdırmasının predmetini təşkil edən qərarın nömrəsi **********140836-dır. Texniki səhv olaraq iddia ərizəsində və birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində qərarın nömrəsi “**********0337500” kimi göstərilmişdir. Məhkəmə kollegiyası bu qəbildən olan texniki səhvin apellyasiya instansiyası məhkəməsinin qərar ının ləğvi üçün əsas hesab etmir, o səbəbdən ki, aşağı instansiya məhkəmələri **********140836 nömrəli qərarın hüquqi qiymətləndirməsini aparmışlar. Odur ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarın nömrəsi **********140836 kimi qəbul edilməlidir.
55. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin “inzibati orqan tərəfindən mübahisələndirilən qərarla hesablanan vergi və maliyyə sanksiyasının məbləğinin cəmi 144.514,13 manat olmasına baxmayaraq, məhkəmə qərarında qərarın hesablanmış 141.506,14 manat hissəsində silinməsi”nə dair dəlili ilə əlaqədar qeyd edir ki, iddiaçı həm iddia tələbində, həm də iddia tələbinin dəqiqləşdirilməsində 141.514,14 manat məbləğində vergi öhdəliyinin silinməsini xahiş etm iş, birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir (141.506,14 manat). İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddiaçı tələbində 141.506,14 manat məbləğində vergi öhdəliyinin silinməsini xahiş etdiyindən, məhkəmənin iş üzrə gəldiyi nəticə İPM-in 52-ci maddəsinə uyğundur. Həmçinin, iddiaçı da birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməmişdir.
56. Məhkəmə kollegiyası cavabdehin “iddia tələbi 8,00 manat məbləğində torpaq vergisi hissəsində rədd edilsə də, əsas məbləğə münasibətdə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, tətbiq edilən maliyyə sanksiyasının (4,00 manat) ləğv edilməməsinin qanunsuz olması” ilə bağlı aşağıdakıları qeyd edir.
57. Məhkəmə kollegiyası razılaşır ki, formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyə əsasən, səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş məsuliyyət qərarı ilə hesablanmış əsas vergi məbləği qanuni hesab edildikdə, ona müvafiq hesablanmış maliyyə sanksiyası da qanunidir, və ya əksinə, əsas vergi məbləği qanunsuz hesab edildikdə, ona müvafiq hesablanmış maliyyə sanksiyası da qanunsuzdur. Hazırkı iş üzrə işə baxan aşağı instansiya məhkəmələri iddia tələbini 8,00 manat məbləğində torpaq vergisinin hesablanması hissəsində rədd etsələr də, ona müvafiq maliyyə sanksiyasını ləğv etmişlər. Bununla bağlı qeyd edilməlidir ki, mübahisələndirilən inzibati akt yuxarıda qeyd olunan əsaslara görə (növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsassız olması, əlavə vergi yoxlaması təd birlərinin reyestrdə qeydə alınmaması) ümumilikdə qanunsuz olduğundan, başqa sözlə, əslində iddia tam təmin edilməli olduğundan (hərçənd ki, həm iddiaçı qərarı qismən mübahisələndirmiş, həm də aşağı instansiya məhkəmələri iddianı qismən təmin etmişlər), cavabdehin qeyd edilən dəlilinin haqlı hesab edilməsi üçün əsas yoxdur. Başqa sözlə, 8,00 manat məbləğində torpaq vergisinə münasibətdə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyasının (4,00 manat) ləğv edilməsi düzgün olmuşdur.
58. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Cavabdehin iş üzrə qismən ləğv edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qəra rının nömrəsi **********140836 kimi oxunmaqla, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(107)-69/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.