Məhkəmə qərarları › İş №2-1(102)-1118/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1118/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1118/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyini, 52 yaş, 1 nömrəli Siyahı, xlorun çəkilib vurulması ilə məşğul olan kompressor qurğuların maşinistləri giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respu blikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “iş illəri, hərbi xidmət və təhsil müddəti sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-405/2021 saylı, 10 fevral 2021ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 7 may 1966-cı il tarixdə Sumqayıt şəhərində doğulmuşdur.

2. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı DSMF Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Cavabdeh 11 fevral 2019-cu il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarına (1 nömrəli siyahı üzrə) istinad olunaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 20 il sosial sığorta stajının qarşılığında 19 il 8 ay 12 gün sığorta stajının olduğu, həmçinin əmək kitabçasında qeyd edilən 19 aprel 1991- ci il tarixdən 29 iyun 1996-cı il tarixədək, 3 dekabr 1992-ci il tarixdən 30 dekabr 1992-ci il tarixədək, 4 yanvar 1993-cü il tarixdən 21 iyun 1993-cü il tarixədək, 21 iyun 1993-cü il tarixdən 29 iyul 1993-cü il tarixədək, 2 avqust 1993-cü il tarixdən 29 noyabr 1993-cü il tarixədək, 1 dekabr 1993-cü il tarixdən 29 mart 1994-cü il tarixədək olan dövrlər üzrə sığorta stajının yoxlanılması mümkün olmadığından, həmin illərin sığorta stajına daxil edilməsinin və bununla da güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının qanuna zidd olduğu bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 5 mart 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Mə hkəməsinə müraciət edərək, onun 19 aprel 1991-ci il tarixdən 29 iyun 1996-cı il tarixədək, 3 dekabr 1992-ci il tarixdən 30 dekabr 1992-ci il tarixədək, 4 yanvar 1993-cü il tarixdən 21 iyun 1993-cü il tarixədək, 21 iyun 1993-cü il tarixdən 29 iyul 1993-cü il tarixədək, 2 avqust 1993-cü il tarixdən 29 noyabr 1993-cü il tarixədək, 1 dekabr 1993-cü il tarixdən 29 mart 1994-cü il tarixədək olan dövrlər üzrə işlədiyi, 1 sentyabr 1981-ci il tarixdən 17 iyul 1984-cü ilə tarixədək Sumqayıt şəhərindəki 7 saylı texniki peşə məktəbində və 1986-1989-cu illərdə Sumqayıt Politexnikumunda təhsil aldığı müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və 52 yaşdan, yəni 7 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçirilmiş müddət üçün alınmamış əmək p ensiyası məbləğinin hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin imtinası qanunsuzdur. İddiaçı cavabdehin həmin illərin sığorta stajının yoxlanmasının mümkün olmaması dəlili ilə razılaşmır. Belə ki, həmin illər üzrə işləməsi ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Əmək kitabçası isə, şəxsə əmək pensiyası təyin edilməsi üçün əsasdır. Bundan başqa, o, 1 sentyabr 1981-ci il tarixdən 17 iyul 1984cü il tarixədək Sumqayıt şəhərindəki 7 saylı Texniki Peşə Məktəbində əyani şöbədə təhsil almışdır. 1984-cü ildə Sumqayıt Politexnik Texnikumuna qəbul olmuş, 1984 – 1986-cı illərdə hərbi xidmət keçmiş, hərbi xidmətdən sonra 1986 – 1989- cu illərdə həmin texnikumda təhsilini davam etdirmişdir. Cavabdeh həmin təhsil illərini sığorta stajına daxil etməmişdir. O, 10 iyul 1995-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək “Azərkimya” X2Polietilen Zavodunun etilen qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti işləmiş və hazırda da həmin vəzifədə işləyir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər ümumi və zərərli iş stajı toplamışdır. Beləliklə, onun əmək pensiyası hüququ 52 yaşdan yaranır.

5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzi bati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

6. İş Sumqayıt İnzibati Məhkəməsinin icraatına qaytarıldıqdan sonra cavabdeh DSMF Sumqayıt şəhər şöbəsi DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz olunaraq 21 fevral 2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-4401/2020 saylı iş) 4 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək 19 aprel 1991-ci il tarixdən 29 iyun 1996-cı il tarixədək, 3 dekabr 1992-ci il tarixdən 30 dekabr 1992-ci il tarixədək, 4 yanvar 1993-cü il tarixdən 21 iyun 1993-cü il tarixədək, 21 iyun 1993-cü il tarixdən 29 iyul 1993-cü il tarixədək, 2 avqust 1993- cü il tarixdən 29 noyabr 1993-cü il tarixədək, 1 dekabr 1993-cü il tarixdən 29 mart 1994-cü il tarixədək olan dövrlər üzrə işlədiyi, 1981 – 1984-cü illərdə texniki peşə məktəbində və 1986 – 1989-cu illərdə texnikumda təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməklə iddiaçıya 52 yaşdan, yəni 7 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən iste hsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” hazırkı iddiaçının 1 yanvar 2006-cı il tarixədək 10 ildən çox işlədiyi “kompressor qurğu maşinisti” peşəsi 1071200a—13775 kodu ilə nəzərdə tutulmuşdur. İddiaçının 1981 – 1984-cü illərdə texniki peşə məktəbində, 1986 – 1989-cu illərdə Sumqayıt Politexnik Texnikumunda təhsil dövrü və 1984 – 1986-cı illərdə hərbi xidmət müddəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən ümumi iş stajına daxildir. Bu səbəbdən, inzibati orqanın imtinasındakı “20 il ümumi iş stajının toplanmaması” dəlili ilə məhkəmə razılaşmamışdır. İnzibati orqan imtinasında həmin halları əsas gətirm əklə ərizəçinin (iddiaçının) qaldırdığı məsələnin həllindən imtina olunması “İnzibati icraat haqqında” Qanunun 15, 19, 24.1, 24.2, 58.1-ci maddələrinin tələblərinə ziddir. Belə olan halda, iddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X4-məruzəçi, X5 və X9, 2-1(103)-405/2021 saylı iş) 10 fevral 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlanmışdır.

11. Cavabdeh 1 aprel 2021-ci il tarixdə qərarın surətini almış, 30 aprel 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

12. İddiaçının əmək kitabçasından görünür ki, o, 30.07.1984-cü ildən əmək fəaliyyətinə başlayıb, 10.07.1995-ci ildən 1 yanvar 2006-cı ilədək (10 il 05 ay 21 gün) “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun etilenin qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti peşəsində çalışmışdır.

13. Məhkəmə hesab edib ki, iddiaçının çalışdığı peşə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və gö stəricilərin 1 nömrəli Siyahısı”nın 1071200a-—13775 kodu ilə nəzərdə tutulub. Halbuki həmin kod altında nəzərdə tutulan peşə: “xlorun çəkib-vurulması ilə məşğul olan kompressor qurğularının maşinistləri” adlanmaqdadır.

14. Digər tərəfdən, həmin peşə 10712000 kodu altında nəzərdə tutulmuş “Ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması” adlanan 10-cu alt-bölməyə aiddir. Sözügedən 10-cu alt-bölmə isə, “Metallurgiya istehsalatı (əlvan metallar)” adlanan 7-ci Bölməyə daxildir.

15. Göründüyü kimi, iddiaçının çalışdığı sahənin metallurgiya ilə əlaqəsi olmadığı aşkardır. Deməli, Məhkəmə həmin bölməyə istinad edə bilməzdi. Dolayısı ilə, məhkəmənin iddiaçının peşəsinin adı çəkilən 1 saylı Siyahıda nəzərdə tutulduğuna dair gəldiyi nəticə qanuni əsaslı deyildir. b) Kassasiya şikayətinə qar şı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etdi.

18. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çal ışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. “Əmək pe nsiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlə rdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 yun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 21. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ça lışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli ş ərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

22. İnzibati Prosessual Məcəllə: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi (-). 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçıl arının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma h issəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) də yişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

23. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sa yılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

26. İddiaçı ayrı-ayrı iş təhsil və hərbi xidmət dövrü daxil olmaqla 52 yaşdan, yəni 7 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını cavabdehdən xahiş etmişdir.

27. Cavabdeh imtina və etirazını onunla əsaslandırmışdı r ki, 1 yanvar 2006-cı ilədək iddiaçının qanunda nəzərdə tutulan 20 il ümumi stajı olmamışdır.

28. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı 1 yanvar 2006-cı ilədək 20 il sığorta stajına malik olmuşdur.

29. Cavabdeh müvafiq olaraq apelyasiya və kasasiya şikayətində iddiaçının ümumi stajı ilə bağlı mübahisə açmamış, 10 il güzəştli stajının olmadığını bildirmişdir.

30. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

31. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər iddiaçının 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 3) 01.01.2006-cı ilə qədər iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması.

32. Cavabdeh hesab edir ki, 1 yanvar 2006-cı ilə qədər iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün hüquq verən iş stajı olmamışdır.

33. İddiaçının təhsil, hərbi xidmət və əmək kitabçasında iş dövrü nəzərə alınarsa onun 1 yanvar 2006-cı ilədək 20 ildən az olmayan sığorta stajına malik olması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

34. Lakin apelyasiya məhkəməsi iddiaçının güzəştli stajı olmaması barədə apelyasiya şikayətinin dəlillərini kifayət qədər araşdırıb hüquqi qiymət verməmişdir.

35. İddiaçının əmək kitabçasında Sumqayıt etilen-polietilen zavodunda kompressor qurğu maşinisti peşəsində işlədiyi qeyd edilmişdir (səh. 21).

36. İş yerindən verilmiş 8 iyun 2018-ci il tarixli arayışda iddiaçının etilen-polietilen zavodunda etilenin qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti işlədiyi, göstərilən peşənin 1 saylı siyahıda Vİİİ bölmənin 1-ci bəndində 1080A010 şifrinə əsasən neft karbohidrogenləri güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verdiyi göstərilmişdir.

37. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda iddiaçının 1 yanvar 2006-cı il tarixədək 10 ildən çox işlədiyi “kompressor qurğu maşinisti” peşəsi 1071200a—13775 kodu ilə nəzərdə tutulmuşdur.

38. İş yerinin arayışında “Kimya istehsalatı” adlanan Vİİİ böl mədə A. yarımbölmədə 1-ci bənddə karbohidrogen adı qeyd edilən 1080A010 koduna, apelyasiya instansiyası məhkəməsi “Metallurgiya istehsalatı (əlvan metallar) adlanan Vİİ bölmədə “xlorun çəkib-vurulması ilə məşğul olan kompressor qurğuların maşinistləri” peşəsinə istinad etmişdir.

39. Apelyasiya məhkəməsi iddiaçının peşəsinin iş yerindən verilən arayışda qeyd edilən peşədən fərqli peşədə işləməsini qərarında əsaslandırmamışdır. İddiaçının əmək kitabçasında peşəsi göstərilən etilen-polietilen zavodunda kompressor qurğu maşinistinin Siyahıda istinad etdiyi xlorun çəkib-vurulması ilə məşğul olan kompressor qurğuların maşinistləri peşəsi ilə eyni olması barədə araşdırma aparmamış, iş yerinə sorğu etməmişdir.

40. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, apelyasiya instansiya məhkəməsində işə baxılarkən iddiaçının işlədiyi müəssisənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısında nəzərdə tutulan sahəyə, işlədiyi peşənin Siyahıdakı peşələrə uyğun olması barədə araşdırma aparılmamışdır.

41. İşə təkrar baxan apelyasiya instansiya məhkəməsi iddiaçının müvafiq illərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİ və Vİİİ Bölməsində nəzərdə tutulan vəzifələrə uyğun olub-olmadığını müəyyən etməli, nəticədən as ılı olaraq qanuni qərar qəbul etməlidir.

42. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.

43. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

44. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsi ndə təmin oluna bilməz.

45. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-405/2021 saylı, 10 fevral 2021-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar