Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1119/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: məhkəmənin icra vərəqəsi üzrə icra icraatına xitam verilməsi barədə qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reye stri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə itirlmiş mərzlərin bərpası tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-480/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair itirilmiş mərzlərin bərpası barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İcra sənədi üzrə tələbkar İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2017ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-696/2019 nömrəli (sədrlik edən hakim X.İmanov) qərardadı ilə icra sənədi üzrə tələbkar İddiaçı şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1inz(103)-297/2014 saylı icra sənədi üzrə çıxarılmış, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx xxxx 2017-ci il tarixli qərarının ləğv edilməsi, birinci instansiya mə hkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1inz(103)-297/2014 saylı icra vərəqəsi bağ torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədlərinə və məhkəmənin icra sənədinə müvafiq olaraq icra edilməsi üçün yenidən Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan cavabdeh şikayət verərək birinci instansiya məhkəməsinin 2-1(82)-696/2013 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1inz(103)297/2014 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəm əsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-480/2020 nömrəli (hakimlər V.Həsənov sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qərardadı ilə şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-696/2013 saylı qərardadının borclu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-297/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarı İdarə tərəfindən xx xxxx 2017-ci il tarixdə tam icra olunaraq iddiaçi İddiaçı iştirakı ilə sözügedən torpaq sah əsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və torpaq sahəsinin sərhədləri və 1396 saylı bağ sahəsinə aid mərz nişanlarının naturada yeri dəqiq şəkildə təyin olunaraq göstərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2-1inz(103)-297/2014 saylı qərarı İdarə tərəfindən tam icra edilərək koordinatlar hazırlanmış və akt tərtib olunaraq Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə və tələbkar İddiaçı təqdim olunmuşdur. Lakin qeyd olunan hallar qanunsuz olaraq nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə ki, məhkəmə müvafiq qərardadda bağ sahəsinin sərhədlərinin yerdə müəyyən edilərək mərz nişanlarının bərpa edilmədiyini qeyd etsə də, lakin bunu əsaslandır a bilməmişdir. Həmçinin, apelyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərardadında (7-ci səhifə, 8-ci abzas) İdarənin şikayətinin təmin edilməməsinin əsası kimi «tələbkar İddiaçı ona təklif olunmuş torpaq sahəsini qəbul etmədiyini və ona məxsus torpaq sahəsinin guya faktiki olaraq dənizə yaxın yerdə yerləşdiyi qeyd etməsı» göstərilmişdir. Bununla əlaqədar olaraq bildirir ki, tələbkar ona məxsus torpaq sahəsinin harada yerləşdiyini bilsəydi «bağ sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilərək mərz nişanlarının bərpası» tələbi ilə məhkəməyə müraciət etməzdi. Bundan başqa, tələbkara sərhədləri və 1396 saylı bağ sahəsinə aid mərz nişanlarının naturada yeri dəqiq şəkildə təyin olunaraq koordinatları hazırlanmış və yeri naturada göstərilmiş müvafiq torpaq sahəsinin sərhədləri və koordinatları İdarənin arxiv sənədləri və elektron kadastr baza məlumatlarına əsasən İdarənin mütəxəssisləri tərəfindən dəqiqliklə müəyyən edilmişdir. Bu səbəbdən də, tələbkar İddiaçı ona təklif olunmuş torpaq sahəsini qəbul etməməsi və ona məxsus torpaq sahəsinin guya faktiki olaraq dənizə yaxın yerdə yerləşməsi ilə bağlı iddiaları tamamilə əsassızdır və heç bir sənədə və sübuta əsaslanmır. Qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə instansiyalarının İdarənin mütəxəssislərinin qanunvericiliyin tələblərinə, texniki tələblərə, arxiv sənədlərinə və elektron kadastr baza məlumatlarına əsasən hazırlanmış rəyinə, tərtib etdiyi sənədlərə deyil, tələbkarın heç bir hüquqi əsası olmayan tələbinə üstünlük verməsi qanunvericiliyin tələblərinə ziddir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabde h kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-480/2020 saylı qərardadının ləğv edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2inz(82)-696/2013 nömrəli qərardadının ləğv edilməklə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2-1inz(103)-297/2014 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbu l edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)480/2020 saylı qərardadının ləğv edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2inz(82)-696/2013 nömrəli qərardadının ləğv edilməklə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2-1inz(103)-297/2014 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmə nin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-480/2020 saylı qərardadla, şikayətin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-696/2013 saylı qərardadının borclu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə münasibətdə dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 62.3, 116.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 15.2, 15.3-cü maddələrinə, «İcra məmurları haqqında» Qanunun 7, 10-cu maddələrinə, «İcra haqqında» Qanunun 20.2, 20.3, 20.4, 20.6-cı maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətindəki dəlillərlə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, xx xxxxxx 2017-ci il tarixli məktubla 2 saylı Bakı İnzibati iqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2in(82)-696/2013 saylı qərarı və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-297/14 saylı, xx xxxxxx 2014cü il tarixli qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İcra sənədi üzrə tələbkar İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx xxxx 2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-696/2013 saylı qərardadı ilə icra sənədi üzrə tələbkar İddiaçı şikayəti təmin edilmiş, 2 saylı Bakı inzibati İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2-1inz(103)-297/2014 saylı icra sənədi üzrə çıxarılmış, Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəs inin «icra sənədi üzrə icraata xitam verilməsi barədə» xx xxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, 2 saylı Bakı inzibati İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2-1inz(103)-297/2014 saylı icra vərəqəsi bağ torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədlərinə və məhkəmənin icra sənədinə müvafiq olaraq icra edilməsi üçün yenidən Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti faktiki olaraq yeganə dəlildən ibarətdir ki, həmin kasasiya şikayətində cavabdeh yazır ki, «Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli, 2-1inz(103)-297/2014 saylı qərarı İdarə tərəfindən tam icra edilərək koordinatlar hazırlanmış və akt tərtib olunaraq Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə və tələbkar İddiaçı təqdim olunmuşdur. Lakin qeyd olunan hallar qanunsuz olaraq nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə ki, məhkəmə müvafiq qərardadda bağ sahəsinin sərhədlərinin yerdə müəyyən edilərək mərz nişanlarının bərpa edilmədiyini qeyd etsə də, lakin bunu əsaslandıra bilməmişdir». Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki göstərdiyi bu yeganə dəlili əsassızdır. Belə ki, məhkəmə kollegiyası xatırlatmağı lazım bilir ki, İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə həll edilərkən İnzibati Prosessual Məcəllənin 68.1, 68.2-ci maddələrinin tələblərinə tam şəkildə riayət edilmişdir. İlk öncə qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edirkən prosessual və hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı halla rda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İc ra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə görə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlan ılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.4-cü maddəsinə müvafiq olaraq icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin ic ra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilmiş prosessual və maddi hüquq normalarını tətbiq edən apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, borclu icra sənədinin icra olunduğunu, bununla bağlı akt tərtib edildiyini, koordinatların hazırlandığını göstərsə də, lakin İddiaçı isə ona təklif olunmuş torpaq sahəsini qəbul etmədiyini qeyd etmişdir, yəni, tələbkar başa çatmayan icra sənədinin icrasını tələb edir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, icra icraatı sonadək icra olması mübahisəlidir, icranın başa çatmasını təsdiq edən mötəbər və digər sübutlarla təsdiqlənən sübut mövcud deyildir. Borclu tərəf icranın başa çatması əsas kimi y alnız tələbkar tərəfindən imzalanmayan akta istinad edir. Tələbkar isə aktda göstərilən torpaq sahəsinin ona aid torpaq sahəsi olmadığını göstərərək imzalamaqdan imtina etməsini göstərir. İcra icraatına xitam verilərkən məhz həmin akta istinad olunmuş olsa da, təklif olunan torpaq sahəsinin tələbkara aidliyi yoxlanılmamışdır. Bu halda isə icra sənədinin icrasının başa çatması ilə bağlı nəticəyə gəlmək mümkünsüzdür. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Mə cəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)480/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1119/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1119/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver