Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1119/2021 22.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.02.2021-ci il tarixli, 2-1(103)-454/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş, 1996-2007-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qulluq keçmişdir və ona 2004-cü ildə kiçik ədliyyə müşaviri rütbəsi verilmişdir. İddiaçının ərizəsinə əsasən 11.09.2007-ci il tarixində onun ədliyyə orqanlarında qulluq keçməsinə x itam verilmiş, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur.
2. İddiaçı ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi 10 ildən çox qulluq stajı olduğundan ona qulluq illərinə görə yaşa görə pensiyaya əlavələr təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh 27.02.2020-ci il tarixli məktubla imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.29.1 və 20.29.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyası həmin vəzifədə 15 il və ya daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi iş stajı 15 ildən az olduğu üçün ona g östərilən maddələrin tələblərinə uyğun əmək pensiyasının hesablanması mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona (iddiaçıya) ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (İddiaçı) əmək fəaliyyətinə 1976-cı ildən başlamışdır. 16 sentyabr 1976-cı il tarixdə Mirbəşir şəhərində yerləşən “Azə rkəndtikinti” Trestinin 47 nömrəli İdarəsinə 115 saylı əmrlə makinaçı vəzifəsinə qəbul edilmiş və 15 dekabr 1976-cı il tarixdə 165 nömrəli əmrlə öz xahişinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. 20 dekabr 1976-cı il tarixdən 16 oktyabr 1981-ci il tarixədək Mirbəşir Baş Kolxozlararası Tikinti İdarəsində makinaçı, 13 may 1982-ci il tarixdən 23 avqust 1982-ci il tarixədək Bakı şəhəri “Qız Qalası” Muzeyində muzey işçisi vəzifələrində çalışmışdır. 28 avqust 1982-ci il tarixdə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinin əyani şöbəsinə qəbul olmuş və 4 avqust 1984-cü il tarixdə öz xahişi ilə həmin fakültənin qiyabi şöbəsinə keçirilmişdir. 16 oktyabr 1984-cü il tarixdən 22 iyul 1985-ci il tarixədək Mirbəşir şəhər 18 nömrəli Yol Tikinti İdarəsində hüquqşünas, 4 may 1985-ci il tarixdən 30 mart 1987-ci il tarixədək Mirbəşir şəhər X4 hüquqşünas, 27 mart 1989-cu il tarixdən 14 avqust 1989-cu il tarixədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Trikotaj Fabirikində hüquqşünas, 19 aprel 1991-ci il tarixdən 1 sentyabr 1992-ci il tarixədək Yüngül Sənaye Nazirliyi 2 nömrəli Ayaqqabı Fabrikində hüquq məsləhətçisi, 1 sentyabr 1992-ci il tarixdən 2 oktyabr 1995-ci il tarixədək həmin Fabrikdə 2-ci dərəcəli hüquq məsələhətçisi vəzifələrində işləmişdir. 14 noyabr 1996-cı il tarixli 242 t/h nömrəli əmrlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X3 Qrupu”na mütəxəssis vəzifəsinə təyin edilmiş, 3 oktyabr 1997-ci il tarixli 300 ş/h nömrəli əmrlə həmin Qrupun aparıcı mütəxəssisi vəzifəsinə, 8 iyun 1998-ci il tarixli 93ş/h nömrəli əmrlə isə Nazirliyin Normativ hüquqi aktların hüquq i ekspertizası, uçotu və qeydiyyatı idarəsinə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. 22 fevral 2005-ci il tarixli 8-T nömrəli əmrlə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar müvafiq uyğunlaşdırma ilə əlaqədar baş mütəxəssis vəzifəsi baş məsləhətçi vəzifəsi adlandırılmışdır. 4 oktyabr 2006- cı il tarixli 287-K nömrəli əmrlə Ədliyyə Nazirliyinin yeni strukturunun təsdiq edilməsi barədə 4 oktyabr 2006-cı il tarixli 17-T nömrəli əmrin icrası ilə bağlı «Ədliyyə orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsini, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi haqqında Əsasnamə»nin 16.5-ci bəndini rəhbər tutaraq, ixtisar edilmiş idarələrin işçiləri müvəqqəti olaraq tutduqları vəzifədən azad edilmişlər və idarələr bir ləşərək baş idarə statusuna yüksəlmişlər. Yeni idarələr təşkil edilərkən o (iddiaçı) da digər işçilər kimi 27 dekabr 2006cı il tarixli 404-k nömrəli əmrlə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin İnformasiya şöbəsində baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. 11 sentyabr 2007-ci il tarixdə isə, ərizəsinə əsasən onun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. O, 1996 - 2007-ci illərdə ədliyyə orqanlarında çalışmışdır. Ona Ədliyyə Nazirliyi tərəfindən 2004-cü ildə kiçik ədliyyə müşaviri rütbəsi verilmişdir. O, ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi ona əmək pensiyasının təyin olunması ilə bağı DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.29.1 və 20.29.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyası həmin vəzifədə 15 il və ya daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası əsassız və qanunsuz olmuşdur.
6. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubu ilə eyni məzmunlu etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5340/2020 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ədliyyə orqanlarında xüsusi rütbələr nəzər də tutulan vəzifələrdə 15 il iş stajı toplanmadığından, eləcə də vaxtilə həmin vəzifələrdə 5 il qulluq etmiş şəxs kimi 2017-ci ilin 1 iyul tarixinədək müvafiq yaş həddinə çatmadığından (59 yaşı tamam olmuşdur), ona ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının təyin olunması qanunazidd sayıla bilməz.
9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.02.2021-ci il tarixli, 21(103)-454/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibat i Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5340/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının pensiya hüququ 2019-cu il tarixdə yarandığından həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq olunmalıdır. Pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbinə uyğun olaraq isə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il iş stajı toplanmadığından cavabdehin ona ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuşdur.
12. Məhkəmə qərarı iddiaçıya 09.04.2021-ci il tarixində təqdim edilmişdir.
13. İddiaçı həmin qərardan 23.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 18.02.2021-ci il tarixli, 2-1(103)454/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci ilin 1 iyul tarixində edilmiş dəyişiklikdən öncə qadınlara pensiya təyin edilmə yaşı 57 olmuşdur. İddiaçının isə həmin tarixədək artıq 59 yaşı tamam olduğundan və onun ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi 10 ildən çox qulluq stajı olduğundan onun pensiya hüququ yaranmışdır. Belə ki, 2017-ci ilin 1 iyul tarixində edilmiş dəyişiklikdən öncə Qanunun 20.19.3-cü maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajının “10 ildən yuxarı” olması həmin pensiyanın təyin edilməsi üçün kifayət edirdi.
15. Göründüyü kimi, iddiaçının hüququ “Əmək pensiyaları haqqında” Qanuna 2017ci ilin 1 iyul tarixində edilmiş dəyişiklikdən öncə yarandığından ona həmin dövrə aid olan qanunvericilik müddəaları tətbiq edilməli idi. Lakin məhkəmə, o cümlədən cavabdeh bu hissədə ciddi səhvə yol vermiş və nəticədə qanunsuz qərar qəbul etməklə mövcud qanunvericilik müddəalarını tətbiq etmiş və iddiaçıya ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi ona əmək pensiyasının təyin olunmasından imtina etmişdir. b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinin hazırkı mətninə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta sta jından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
20. Həmin maddənin mətninə 10.03.2017-ci il tarixli 543-VQD nömrəli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunla (2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir) dəyişiklik edilmişdir.
21. Qeyd edilən maddənin 2017-ci il iyulun 1-dək qüvvədə olan mətni isə aşağıdakı kimi olmuşdur: “62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır”.
22. Həmin Qanunun 20.19-cu maddəsinin 207-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.19.3. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 10 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə—orta 55 aylıq əmək haqqının faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, l akin əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.
23. Qeyd olunan 20.19.3-cü maddə 10.03.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla ləğv edilmiş, 20.19.1 və 20.19.2-ci maddələr isə aşağıdakı redaksiyada verilmişdir: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
24. Həmin Qanunun 20.1.14-ci maddəsinə əsasən xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya İ dərəcə əlilliyi müəyyən edilmiş ədliyyə işçilərinə (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir.
25. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudlu ğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlillərində iddiaçı 2017-ci il iyulun 1-dək qüvvədə olan normalara əsasən həmin tarixə pensiya hüququ yaranmasına istinad etdiyindən məhkəmə kollegiyası hazırkı qərarın 19-24-cü bəndlərində göstərilən normaların təhlilini zəruri hesab edir.
31. Həmin normalardan göründüyü kimi, qanunvericiliyin 2017-ci il iyulun 1-dək qüvvədə olan normalarına əsasən iddiaçının həmin vaxtdan pensiyaya çıxması üçün 60 yaşı tamam olmalı, həmçinin azı 10 il ədliyyə qulluqçusu kimi xidmət etməli idi. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçının ədliyyə qulluqçusu kimi 10 ildən artıq stajı olsa da, pensiya təyin edilməsi üçün tələb edilən yaş həddinə çatmamışdır.
32. Belə ki, iddiaçı 2017-ci ildə qadınların pensiyaya çıxması üçün yaş həddinin 57 yaş olmasına istinad etsə də, qeyd edilən normaların məzmunundan göründüyü kimi, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Belə olan halda, 2017-ci ilin iyul ayına qadınların pensiyaya ç ıxmaq üçün yaş həddi 57 yox, 60 yaş olduğu məlum olur.
33. İddiaçının xx.xx.1958-ci doğulduğu nəzərə alınarsa, xx.xx.2017-ci il tarixinə onun 58 yaşı olub. Göründüyü kimi, həmin tarixdə iddiaçı pensiya təyin edilməsi üçün tələb edilən yaş həddinə çatmamışdır. Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan 20.19.3-cü maddəsinin ona şamil edilməli olduğunu qeyd etsə də, həmin tarixdə iddiaçı tələb edilən yaş həddinə çatmadığından sözügedən maddənin ona şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Odur ki, iddiaçının kassasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır.
34. İddiaçının kassasiya şikayətinin hazırkı qərarın 15-ci bəndində göstərilən dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlardan görün düyü kimi, məhz əvvəllər qüvvədə olmuş qanunvericilik əsas götürüldükdə iddiaçıya ədliyyə qulluqçusu kimi pensiya təyin edilə bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Beləliklə, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin oluna bilməz.
35. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.02.2021-ci il tarixli, 21(103)-454/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.