Məhkəmə qərarları › İş №2-1(102)-112/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-112/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-112/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: (kassasiya mümkünsüz, vəkilsiz verildiyi üçün) GİRİŞ HİSSƏ: Hakim Bədəlov Kəmaləddin Nurəddin oğlu, Səfərova Mətanət İsa qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cinayət törətmiş məsul şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2370/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən ve rilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə xx xxxxxx 2020-ci il tarixdə, Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhərində Qarabağ və Çernobıl əlilləri üçün binanın tikintisini həyata keçirən zaman cinayət törətmiş məsul şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması haqqında hökm çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-3206/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərardadı ilə (hakim:.E.Q.Məmmədov) iddia mümkün sayılmamışdır. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bak ı Apelyasiya Məhkəməsinin 2-1(103)-2370/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-3206/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda şikayət verərək, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2370/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilərək əlillər üçün nəzərdə tutulmuş binanın tikintisi zamanı yeyintiyə yol vermiş məmurların məsuliyyətə cəlb olunmaları ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən imzalanmamış və tərtib olunmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Bununla əlaqədar iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması xx xxxxxx 2020-ci il tarixinə təyin edilmiş, bu barədə ona müvafiq məhkəmə bildirişi göndərilməklə həmin tarixədək yuxarıda qeyd olunan çatışmamazlığın aradan qaldırılması təklif olunmuşdur. İddiaçı kassasiya şikayətinin vəkilsiz verilməsinə baxmayaraq şikayətin mümkün sayılmasını xahiş etdi. Azərbaycan Respublikasının İPM-nin 90.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə görə, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. (maddə 67.1, 407.3, 407.4) Azərbaycan Respublikasının İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçının hazırkı şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2370/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar