Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-112/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təhsil və hərbi xidmət müddətin prokurorluq orqanlarında xidmət illərinə aid edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabde h Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı Baş Prokurorluğuna işə qəbul edilənədək mövcud 9 il 8 ay 7 gün əmək stajının prokurorluqda güzəştli şərtlərlə 9 il əmək stajına daxil edilməsi və ümumilikdə 18 il 08 ay 7 gün iş stajı olan prokurorluq işçi kimi 2016-ci ildən pensiya hüququnun yaranması nəzərə alınmaqla pensiyanın həmin tarixdən hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qоyulmаsı tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALL ARİ
1. İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur.
2. O, xx.xx.1976-ci ildən xx.xx.1978-cı ilə qədər hərbi xidmətdə olmuş, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikası Prokurorluğunda Baş prokuror yanında DQMV üzrə Prokurorluğun, DİN və DTK-nın vahid istintaq əməliyyat qrupuna 5 il müddətinə xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Baş Prokurorluğun ümumi nəzarət idarəsinin həddi buluğa çatmayanlar haqqında qanunların icrasına nəzarət şöbəsinin prokuroru vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Arbitraj işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru vəzifəsində, Tovuz rayon prokurorunun köməkçisi vəzifəsində çalışmışdır. (ИТ-İ seriyalı, ******* n ömrəli əmək kitabçası).
3. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-4140/2015 saylı, xx xxxxxxx 2015ci il tarixli qətnaməsi ilə iddiaçının xx xxxxx 1991-ci ildən xx xxxxx 1993-cü ilə kimi Qarabağ uğrunda döyüş zonalarında erməni qəsbkarları ilə döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir.
4. İddiaçıya 2016-ci ildən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
5. İddiaçı prokurorluq orqanının əməkdaşı kimi ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx xxxxxx 2020-ci il tarixli, **********4 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.1-ci maddəsinə əsasən, prokurorluq orqanlarında azı 35 il qulluq stajı olan prokurorluq işçil ərinin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 20.8.1-ci, 20.8.2-ci maddələrinə əsasən, prokurorluq orqanının əməkdaşı kimi əmək pensiyası prokurorluq orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, ona prokurorluq orqanının əməkdaşı kimi əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2016-cı ildən prokurorluq işçisi kimi pensiya hüququnun yaranmasını və həmin tarixdən pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilm əsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Baş Prokurorluğa işə qəbul edilənədək mövcud 9 il 8 ay 7 gün əmək stajının prokurorluqda güzəştli şərtlərlə 9 il əmək stajına daxil edilməsi və ümumilikdə 18 il 08 ay 7 gün iş stajı olan prokurorluq işçi kimi 2016-cı il tarixdən pensiya hüququnun yaranmasını nəzərə alaraq, pensiyanın həmin tarixdən hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qоyulmаsı barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2016-ci ildən 2-ci qrup əlilliyə görə əmək pensiyası alır. 40 ilə yaxın ümumi iş stajının 4 il 3 ayını Baş Prokurorluqda xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində olmuşdur. Azərbaycan Respublik ası Baş prokurorunun xx xxxxx 1991-ci il 14 nömrəli əmrinə əsasən, Baş prokurorluq tərəfindən “Vahid istintaq əməliyyat” qrupu yaradılmışdır. Həmin qrupun tərkibi Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət olmuşdur. O, prokurorluqda işlədiyi dövrlərdə, yəni 1991-ci ildən 1994-cü ilin noyabr ayınadək həmin qrupun üzvü kimi xüsusilə mühüm işlər üzrə müstəntiq xidməti vəzifəsini həyata keçirmək üçün Dağlıq Qarabağda müharibə bölgələrinə göndərilmişdir. Qarabağda müxtəlif döyüş bölgələrində Xocalı, Xankəndi, Kəhricahan, Şuşa və Laçın rayonlarında gedən döyüşlərdə iştirak edərək xidməti vəzifəni həyata keçirmişdir. 1994-cü ilin noyabr ayında Tovuz rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edilmişdir. 1995-ci-ci ilin iyul ayında Baş pr okurorun əmrinə əsasən vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı Bakı şəhəri Nizami rayon məhkəməsinin qətnaməsi ilə təsdiq edilmiş və ona Qarabağ veteranı statusu verilmişdir. Həmin vaxtlarda Azərbaycan Respublikasının Hərbi Prokurorluğu yarandığından o, prokurorluğun hərbi qulluqçusu statusu ilə döyüş bölgələrində xidməti vəzifəsini həyata keçirmişdir. Hərbi qulluqçuların statusu və qulluq keçmə haqqında qanunvericiliyə əsasən, döyüş bölgələrində və müharibə zonalarında işləyən hərbi qulluqçularin bir iş günü üç iş günü hesablanır. Həmin vaxtlarda ona Baş Prokurorluq tərəfindən ödənilən əmək haqqı vəzifə maaşının iki qat həcmində olmuşdur. Pensiya hüququ 2016-ci ildə yarandığı üçün prokurorluqda əmək stajı 12 il 09 ay olduğund an prokurorluq işçisi kimi əmək pensiyası hüququ yaranmışdır. Bundan başqa, Rusiya Federasiyası Ali Peşə Təhsilinin Federal Dövlət Təhsil Müəssisəsi Tomsk Milli Tədqiqat Universitetində 6 il təhsil müddəti, “Qazanxana” kooperativində 1 il 04 ay hüquqşünas, X3 zavodunda 04 ay 7 gün hüquqşünas vəzifəsində işlədiyi müddəti, 2 il hərbi xidmətdə olduğu müddəti prokurorluqda olan iş stajına daxil edilməlidir. 2016-ci ilin əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən 5 il prokurorluq orqanlarında əmək stajı olan şəxslərin prokurorluq işçisi kimi pensiya hüququ vardır. O, cavabdehə müraciət edərək əmək pensiyasının prokurorluq işçisi kimi 2016-ci il tarixdən yarandığını nəzərə alaraq yenidən hesablanması və bu günədək hesablanaraq birdəfəyə ödənilməsini xahiş etmişdir. Lakin cavab deh xx xxxxxx 2020-ci il tarixdə əsassız olaraq imtina cavabı vermişdir.
9. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3666/2020 nömrəli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Rusiya Federasiya Ali Peşə Təhsilinin Federal Dövlət Təhsil Müəssisəsi Tomsk Milli Tədqiqat Universitetində 6 il təhsil müddətinin, “Qazanxana” kooperativində 1 il 04 ay hüquqşünas vəzifəsində işlədiyi müddətin, X3 zavodunda 04 ay 7 gün hüquqşünas vəzifəsində işlədiyi müddətin, 2 il hərbi xidmətdə olduğu müddətin prokurorluqda olan iş stajına əlavə edilməsi qanunun tələblərinə uyğun deyildir. Belə ki, sadalanan iş illəri, təhsil müddəti və hərbi xidmətdə olduğu müddət yalnız ümumi iş stajının bir hissəsidir və iddiaç ının prokurorluq orqanlarında xidmət illərinə aid edilə bilməz.
11. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və A.Ə.Hüseyn) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3666/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassas iya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, prokurorluq orqanlarında işə qəbul edilənədək onun Rusiya Federasiya Ali Peşə Təhsilinin Federal Dövlət Təhsil Müəssisəsi Tomsk Milli Tədqiqat Universitetində 6 il təhsil aldığı, “Qazanxana” kooperativində 1 il 04 ay, X3 zavodunda 04 ay 7 gün hüquqşünas vəzifəsində işlədiyi müddət, həmçinin 2 il hərbi xidmətdə olduğu müddət prokurorluqda olan iş stajına daxil edilməlidir. b) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər.
18. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (əvvəlki redaksiya) 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) ya şa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri;... 20. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: (əvvəlki redaksiya) 32.4 Yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. 32.5. Prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfındən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. 21. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı Qərarı
22. R.Cəfərovun iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikas ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2012-ci il tarixli qərarı
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə m əlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış v ə şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1991-ci ildən xx.xx.1995-ci il tarixədək prokurorluq işçisi kimi əmək fəliyyəti ilə məşğul olmuşdur..
28. İddiaçı iddia ə rizəsində olduğu kimi, kassasiya şikayətində də prokurorluq orqanlarında işə qəbul olunanadək mövcud 9 il 8 ay 7 gün əmək stajının prokurorluqda güzəştli şərtlərlə 9 il əmək stajına daxil edilməklə, ümumilikdə 18 il 08 ay 7 gün iş stajı olan prokurorluq işçisi kimi əmək stajı nəzərə alınmaqla, prokurorluq işçi kimi 2016-ci ildən yaşa görə əmək pensiyası hüququ yarandığını iddia edir.
29. Məhkəmə kollegiyası kassasiya şikayətində mübahisə edilən dəlillərlə razılaşmayaraq bildirir ki, prokurorluq işçilərinin əmək pensiyası əldə etməsinin qaydası bu qərarın 19-21-ci bəndlərində göstərilən normalarla müəyyən edilmişdir. Həmin normalardan aydın olur ki, prokurorluq işçisi kimi yaşa görə pensiya ən azı 60 yaşı tamam olmuş şəxslərə 25 il və daha çox ümumi iş stajı olduqda və bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etdikdə və ya prokurorluq orqanlarında azı 25 il qulluq stajı olan şəxslərə təyin edilir.
30. Lakin iş materiallarında iddiaçının qanunvericilikdə müəyyən edilmiş stajının olduğu müəyyən edilmir.
31. Bundan əlavə, iddiaçının Rusiya Federasiya Ali Peşə Təhsilinin Federal Dövlət Təhsil Müəssisəsi Tomsk Milli Tədqiqat Universitetində 6 il təhsil aldığı müddətin, “Qazanxana” kooperativində 1 il 04 ay hüquqşünas, X3 zavodunda 04 ay 7 gün hüquqşünas vəzifəsində işlədiyi müddətin, həmçinin 2 il hərbi xidmətdə olduğu müddətin prokurorluqda olan iş stajına əlavə edilməsi ilə bağlı dəlillərini də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, qeyd edilən illər ümumi iş stajına daxildir və prokurorluq orqanlarında qulluq illərinə hesablana bilməz. 32. “R. Cəfərovun iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2012-ci il tarixli qərarı”nda qeyd edilmişdir: “Prokurorluq orqanlarında qulluq anlayışının aydınlaşdırılması üçün “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə nəzər yetirilməlidir. Belə ki, həmin müddəaya görə, prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquqmühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilmə si, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir.”
33. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarından konkret hansı sahələrdə olan xidmət illərinin prokurorluqda xidmət illərinə daxil edilməsi göstərilmişdir və bunlara da təhsil müddəti, hərbi xidmət müddəti daxil edilməmişdir.
34. Apelyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək prokurorluq orqanlarında işlədiyi müddətin güzəştli qaydada onun xidmət illərinə daxil edilməsi ilə bağlı qeyd etmişdir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdə n artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı Qərarının “b” yarımbəndinin 12-ci abzasında qeyd olunmuşdur ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidm ətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılır. Lakin iddiaçının tələb etdiyi illər ərzində döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qərarı olmamışdır.
35. Məhkəmə kollegiyası iddiaçının xx xxxxx 1991-ci ildən xx xxxxx 1993-cü ilə kimi Qarabağ uğrunda döyüş zonalarında hərbi döyüşlərdə iştirak etməsi faktı ilə bağlı onun prokurorluq orqanlarında xidmət etdiyi ümumi 4 il 3 ay müddətin güzəştli şərtlərlə hesablanması üçün əsas olmaması barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
36. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.