Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-112/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarış və planölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı qızının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyy ata alınması və müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələblinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 30 sentyabr tarixli, 2-1(107)-376/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Balakən bələdiyyəsinin 2002-ci il 11 oktyabr tarixli, 10 saylı protokol qərarına əsasən Balakən şəhəri, Yeni yaşayış massivindən satılmış 0.055 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 8 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmiş dir ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair bələdiyyənin qərarının əsli, alğı-satqı aktı, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2021-ci il 11 mart tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “0,055 ha torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanması, həmin torpaq sahəsinə və onun üzərində inşa edilmiş yaşayış evinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoy ulmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri X4 Balakən bələdiyyəsinin 2002-ci il 11 oktyabr tarixli, 10 saylı protokol qərarına əsasən Balakən şəhəri, Yeni yaşayış massivindən satılmış 0.055 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 24 iyun tarixli, 2-1(116)-694/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2020-ci ilin iyul ayında vəfat etmiş əri X6 ilə 1996-cı ildə qeyri-rəsmi ailə həyatı qurmuşlar, daha sonra 2014-cü ilin dekabr ayında rəsmi nikah bağlayaraq rəsmiləşdirmişlər. 1996-cı ildə qeyri-rəsmi ailə qurduqları zaman kirayədə yaşamış, ev və torpaq sahəsi yox idi. 1997-ci ildə iddiaçının indi yaşadığı və ev tikdiyi 0.055 ha torpaq sahəsini X8 adlı şəxsdən sənədsiz almışlar. C.Məmmədov onlara demiş ki, torpaq onun oğlunun adınadır, o da hal-hazırda Rusiyada həbsdədir. Həbsdən çıxmağa az vaxtı qalmaqdadır. O gələn kimi torpağın alğı-satqısını rəsmiləşdirəcəkdir. Yaşamaqları üçün fərdi yaşayış evləri olmadığı üçün iddiaçının əri və iddiaçı dərhal aldıqları torpaq sahəsində 1997-ci ildə yaşayış evi tikmişlər. 2000-ci ildə bələdiyyələr yarandıqdan sonra torpaq sahəsinin vergisini Balakən bələdiyyəsinə ödəmişlər. Sonradan Balakən bələdiyyəsindən iddiaçının evinə gələrək bildirmişlər ki, torpaq sahəsi sənədsizdir, buna baxmayaraq orada ev tikilmişdir. İddiaçı isə bildirmişdir ki, torpaq sahəsini hal-hazırda həbsxanada olan Məmmədov Rəşidin atası Məmmədov Cahangirdən almışdır. Bələdiyyə işçiləri iddiaçı və onun ailə üzvlərinə bildirmişdirlər ki, X7 adına torpaq yoxdur. Bu səbəblə də torpaq sahəsini bələdiyyə ilə alğı-satqı qaydasında əldə etməlidirlər. Bundan sonra, torpaq sahəsi bələdiyyənin 2002-ci il 11 oktyabr tarixli, 10 saylı protokol qərarı ilə iddiaçının mərhum ərinə satılmış, müvafiq sxem tərtib edilmiş və alğı-satqı hərəkətləri edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin sxematik planı hazırlanmışdır. İddiaçı mərhum əri X2 bələdiyyədən əldə etdiyi 0.055 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməs ini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 2020-ci il 8 sentyabr tarixli imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair bələdiyyənin qərarının əsli, alğı-satqı aktı, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qeydiyyata alınması nəzərdə tutulmuş torpaq sahəsinə dair 2007-ci il 29 noyabr tarixədək mövcud olmuş qanunvericil iyin tələblərinə uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alğı-satqı aktı, 2007-ci il 29 noyabr tarixdən sonra isə hərrac protokolu və ya hərracın nəticələrinə uyğun olaraq notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi və daşınmaz əmlakın qeydiyyatı üçün nəzərdə tutulan dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizəyə əlavə olunmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 20 may tarixli, 2-1(84)50/2015 nömrəli qərarına əsasən ləğv edilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən 0,06 ha torpaq sahəsinin kateqoriyası - yaşayış məntəqələrinin torpaqları və məqsədli istifadə növü - həyətyanıdır. Tələbdə qeyd olunan fərdi yaşayış evi ilə bağlı aparılan araşdırma zamanı məlumat aşkar edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiy i nəticə:
8. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 24 iyun tarixli, 2-1(116)-694/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçının mərhum əri X4 Balakən bələdiyyəsinin 2002-ci il 11 oktyabr tarixli, 10 saylı protokol qərarına əsasən Balakən şəhəri, Yeni yaşayış massivindən satılmış 0.055 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnun qeydiyyata alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum əri ilə müxtəlif şəxslər arasında mübahisəli torpaq sahəsinə dair mülki mübahisələr olmuş, axır nəticədə onun mərhum ərinin xeyrinə qərarlar qəbul olunmuşdur. Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2015-ci il 20 may tarixli, 2-1(84)-50/2015 nömrəli qərarı ilə X7 adına verilmiş A seriyalı 351464 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, 2012-ci il 18 avqust tarixli hüquqların dövlət qeydiyyatı haqqında MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Həmin işlər üzrə aparılan araşdırmalar zamanı da mübahisəli torpaq sahəsinin iddiaçının mərhum əri tərəfindən bələdiyyədən alınması təsdiqini tapmış, torpaq sahəsinin yeri məlum olmuşdur. Cavabdehin torpaq sahəsinin yerinin müəyyənləşdirilməsinə imkan verən sənədlərin təqdim olunmaması barədə dəlili ona görə əsassızdır ki, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2015-ci il 20 may tarixli, 2-1(84)-50/2015 nömrəli qərarı ilə X7 adına verilmiş A seriyalı 351464 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, 2012-ci il 18 avqust tarixli hüquqların dövlət qeydiyyatı haqqında MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış məhz iddiaçının bələdiyyədən aldığı torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə ləğv edilmişdir. Həmin çıxarış və plan-ölçü sənədinin əsasında torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi isə sadə texniki məsələdir. Həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsinə dair bələdiyyə tərəfindən sxem tərtib edilmiş və torpaq şöbəsi tərəfindən təsdiqlənmişdir. Alğı-satqı aktının olmaması barədə hissədə isə məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlərdən və məhkəmə qərarlarından müəyyən olunur ki, iddiaçının mərhum əri torpaq sahəsini almış və dəyərini ödəmişdir. əgər alğı-satqı aktı olmasa idi pulun ödənilməsi də mümkün olmazdı. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi alğı-satqı müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Belə ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparılmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, müvafiq orqanların rəyləri alınır, kollegial qərar qəbul olunur. Alğısatqı müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlik və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alğı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. Beləliklə iddia təmin edilməlidir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 30 sentyabr tarixli, 2-1(107)-376/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2021-c i il 24 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə kollegiyası "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1ci maddəsinə istinad etməklə göstərmişdir ki, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alğı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. Bununla yanaşı, məhkəmə kollegiyası həm də “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd olunan maddədə göstərilən qəbul olunmuş aktlar anlayışını geniş təfsir etməklə bələdiyyə qərarları kimi qəbul etməklə yanlış qərar qəbul etmişdir. Halbuki, məhkəmənin istinad etdiyi qanun və əsasnamədə söhbət alğı-satqı aktından, habelə alğı-satqı müqaviləsindən gedir. Deməli, məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.1-cı maddəsini düzgün təfsir etməmişdir. Həmçinin məhkəmə kollegiyası qərarda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqq ında” Qanunun 6.2-ci maddəsinə istinad etmiş, lakin yuxarıda göstərildiyi kimi bələdiyyə aktları dedikdə yalnız bələdiyyə qərarını mövcud olmasını əsas götürmüş, qanunun tələblərinə əsasən bələdiyyə, qərarı ilə bərabər tərəflər arasında bağlanmış müqavilənin olması tələbini nəzərə almamış, ancaq qərarla kifayətlənmiş, bununla da maddi hüquq normasının pozuntusuna yol vermişdir. 15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.5-ci maddəsinə (2008-ci il 12 dekabr tarixədək qüvvədə olan redaksiyası) və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən (2008-ci il 12 dekabr tarixədək qüvvədə olan redaksiyası) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı i lə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Məhkəmə kollegiyası məhkəmə qərarında bu maddi hüquq normalarına münasibət bildirməmiş, nəzərə almamışdır ki, hazırkı iş üzrə X1 0.055 ha torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi olmadan Balakən Bələdiyyəsi tərəfindən 2002-ci il 11 oktyabr tarixli, 10 saylı qərarına əsasən ayrılmışdır. Bununla da, torpağın ayrılması qaydaları pozulmuşdur.
16. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqq ında” Əsasnamənin 17-ci maddəsinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göstərilən halda isə Balakən bələdiyyəsi tərəfindən həmin vaxt mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə X3 müraciəti göndərilməmişdir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müdd ətində bələdiyyəyə göndərir. Göstərilən halda isə həmin vaxt mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən sadalanan sənədlər Balakən bələdiyyəsinə göndərilməmişdir (həmin sənədlərin təqdim olunmasına dair sübutlar təqdim edilməmişdir).
17. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında’ Əsasnamənin 22-ci maddəsinə əsasən (2008-ci il 12 dekabr tarixədək qüvvədə olan redaksiyası) bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göstərilən halda isə Balakən bələdiyyəsi həmin vaxt mövcud olmuş Dövlə t Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsindən sənədlər daxil olmadan torpaq sahəsinin satılması barədə qərar qəbul etmişdir. Əlavə olaraq, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü maddəsinə əsasən (2008-ci il 12 dekabr tarixədək qüvvədə olan redaksiyası) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. Göstərilən halda isə X1 torpaq sahəsinin sərhədləri yerdə(naturada) yerquluşu qaydasında müəyyən edilməmişdir.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi, Balakən bələdiyyəsi tərəfindən ancaq qərar verilmiş, Torpaq Məcəlləsinin tələbləri yerinə yetirilməyərək tərəflər arasında müqavilə bağlanmamışdır. Məhkəmə kollegiyası Torpaq Məcəlləsinin tələblərinə əsasən bələdiyyə qərarı ilə bərabər tərəflər arasında bağlanmış müqavilənin olması tələbini nəzərə almamış, ancaq qərarın mövcud olması ilə kifayətlənmişdir, bununla da maddi hüquq normasının pozuntusuna yol vermişdir. Həmçinin hazırkı iş Balakən bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə bağlı olduğundan və həmin torpaq sahəsinə dair tərəflər arasında müvafiq alğı-satqı aktı və müqav iləsi olmadığı üçün İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin tələblərinə əsasən həmin bələdiyyənin 3-cü şəxs kimi cəlb edilməsi vacibdir. Cəlb edilmədiyi təqdirdə həmin məhkəmə qərarının gələcəkdə bələdiyyə tərəfindən mübahisələndirilməsinə səbəb olacaqdır. Buna görə də hesab edilməlidir ki, məhkəmə kollegiyası göstərilən prosessual normasının tələblərini pozuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifad əsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
21. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə - İPM): Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati müb ahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur.
26. Cavabdehin şikayətinin əs as dəlili ondan ibarətdir ki, məhkəmə kollegiyası "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə istinad etməklə göstərmişdir ki, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alğı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. Bununla yanaşı, məhkəmə kollegiyası həm də “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd olunan maddədə göstərilən qəbul olunmuş aktlar anlayışını geniş təfsir etməklə bələdiyyə qərarları kimi qəbul etməklə yanlış qərar qəbul etmişdir. Halbuki, məhkəmənin istinad etdiyi qanun və əsasnamədə söhbət a lğı-satqı aktından, habelə alğı-satqı müqaviləsindən gedir.
27. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində dövlət qeydiyyatının əsası kimi bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt dedikdə, inzibati aktlar – qərarlar, sərəncamlar və s. nəzərdə tutulur.
28. Şikayətin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2016-cı il 4 oktyabr qərarında aşa ğıdakılar təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudla şdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini n olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.... “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.”
30. Beləliklə, “Daşınmaz əmlakın d övlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş şərt iddiaçı tərəfindən ödənildiyindən, onun İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 30 sentyabr tarixli, 2-1(107)-376/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.