Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-112/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «imtinanın qanunsuz sayılması, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 avqust 2022-ci il tarixli 2-1(103)2507/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyində müxtəlif vəzifələrdə, 1994-2000-ci illərdə isə Azərbaycan Respublikası Baş X1 İşlər İdarəsində “aparıcı mühəndis” vəzifəsində işləmişdir.
2. İddiaçıya məxsus 041581 nömrəli “Pensiyaçının uçot vərəqi”nə əsasən, ona DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı xx.xx.2016-cı il tarixdə DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə ərizə ilə müraciət edərək, ona təyin edilmiş yaşa görə pensiya növündən dövlət qulluqçusu pensiyasına keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
4. DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin xx.xx.2016-cı il tarixli “Pensiya miqdarının dəyişdirilməsi haqqında” sərəncamına əsasən, iddiaçıya xx.xx.2016cı il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
5. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021ci il tarixli, **********8 nömrəli qərarı ilə iddia çının pensiyası yenidən hesablanmış və 841,56 manat müəyyən edilmişdir. Qərarda xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixə iddiaçıya 31848,94 manat pensiyanın artıq ödənildiyi qeyd edilmişdir.
6. İddiaçı pensiya məbləğinin 30 aprel 2021-ci il tarixdən azaldılması ilə bağlı cavabdehə müraciət etmişdir.
7. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********0 nömrəli imtina məktubunda göstərilmişdir ki, DSMF Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, 1 yanvar 2017-ci il tarixdə iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 210 manat, rütbə maaşı 30 manat, qulluq stajına görə əlavəsi (vaxtilə qulluq keçdiyi vəzifə üzrə ümumi orta aylıq əmək haqqı hesablanarkən əsas götürülən dövr (xx.xx.1996-xx.xx.2000-ci il) ərzindəki müvafiq qulluq stajına uyğun olaraq 5 ildən çox qulluq müddəti olan 21 ay üçün 24,00 manat, 5 ildən az qulluq müddəti olan 39 ay üçün isə 21 manat hesablanmaqla (21 x 24 + 39 x 21) 760) 22,05 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 418,70 manat olmaqla orta aylıq əmək haqqı 680,75 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 22 il 9 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (680,75 manat) 80 faizi – 544,60 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2017xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1.038,33 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 6.912,22 manat artıq pul vəsaitini n ödənildiyi aşkar edilmişdir. İddiaçının 22 il 9 ay qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 73,25 faiz təşkil edir. Vergi orqanlarının xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 231,00 manat, rütbə maaşı 30,00 manat, qulluq stajına görə əlavəsi 22,05 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 460,57 manat olmaqla orta aylıq əmək haqqısı 743,62 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərman ının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (680,75 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (743,62 manat) arasındakı fərq məbləğinin (62,87 manat) 73,25 faizi – 46,05 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (544,60 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 590,65 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1.121,11 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində 9.548,28 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Vergi orqanlarının xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidenti nin müvafiq Sərəncamına əsasən, 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 345,00 manat, rütbə maaşı 30,00 manat, qulluq stajına görə əlavəsi 22,05 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 687,87 manat olmaqla orta aylıq əmək haqqısı 1.084,92 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (743,62 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1.084,92 manat) arasındakı fərq məbləğinin (341,30 manat) 73,25 faizi – 250,00 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (590,65 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası nın məbləği 840,65 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1.610,80 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 3.080,60 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 345,00 manat, rütbə maaşı 30,00 manat, qulluq stajına görə əlavəsi 23,29 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 687,87 manat olmaqla orta aylıq əmək haqqısi 1.086,16 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qayd ada 1 yanvar 2020-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1.084,92 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1.086,16 manat) arasındakı fərq məbləğinin (1,24 manat) 73,25 faizi – 0,91 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (840,65 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyasının məbləği 841,56 manat müəyyən edilmişdir. Lakin xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1.610,80 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 12.307,84 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 31.848,94 manat artıq pul vəsaitin in ödənildiyi DSMF Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması cavabdehə tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra ona dəqiqləşmə verərək «imtinanın qanunsuz sayılması, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi» barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona əmək pensiyası 30 aprel 2021-ci il tarixədək müəyyən artımlarla hesablanıb ödənilmişdir. Son dövrlərdə ona hər ay pensiya 1.610,80 manat məbləğində verilmişdir. L akin onun pensiyasının məbləği 30 aprel 2021-ci il tarixdən azaldılmışdır. O, bununla bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Adıçəkilən qurumdan bildirilmişdir ki, ona (iddiaçıya) 12 dekabr 2016-cı il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Əslində ona Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası deyil, 22 il 9 ay qulluq stajına uyğun yaşa görə əmək pensiyası hesablanıb ödənilmişdir. Yuxarıda qeyd edilən məktubda göstərilmişdir ki, yenidən hesablama zamanı 1 yanvar 2017-ci il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maa şının 210 manat olduğu, rütbə maaşının 30 manat, qulluq stajına görə əlavə 22,05 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 418,70 manat götürməklə, orta aylıq əmək haqqının 680,0 manat təşkil etməsi əsası ilə pensiya yenidən hesablanmışdır. Hesablama zamanı 22 il 9 ay qulluq stajını, rütbəyə görə 30 manat, mükafat və müavinətlərin cəminin vəzifə maaşına uyğun hesablanması (210,0 x 119,63: 60 = 418,70 manat) mexanizmi düzgün götürülmüş, stajına görə, xidmət illərinə görə əlavə qulluq stajı 22 il 9 ay olduğuna görə (20 ildən 25 ilədək) 22,05 manat deyil, 39 manat olmalıdır. Ən əsası vəzifə maaşı düzgün müəyyən edilməmişdir. Belə ki, o, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Baş X1 İşlər İdarəsində “aparıcı mühəndis” vəzifəsində işləmişdir. Həmin dövrdə işlədiyi “aparıcı mühə ndis” vəzifəsinin indiki vəzifəyə uyğunluğu ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ona təqdim etdiyi 25 iyun 2021-ci il tarixli **********297400 saylı məktubunda göstərilir: “... 1996-2000-ci illərdə işlədiyiniz aparıcı mühəndis vəzifəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Maliyyə Baş İdarəsinin Təchizat şöbəsinin aparıcı mütəxəssis vəzifəsinə uyğun hesab edilir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 26 sentyabr tarixli 421 nömrəli qərarına əsasən, bu vəzifəyə uyğun aylıq vəzifə maaşı 855 manat müəyyən edilmişdir”. Beləliklə, 1 dekabr 2016-cı il tarixdə pensiyası aşağıdakı kimi hesablanmalıdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarına 1 nömrəli əlavəyə görə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatının işçilərinin aylıq vəzifə maaşlarına uyğun olaraq 1 dekabr 2016-cı il tarixdə “aparıcı mütəxəssis”in aylıq vəzifə maaşı 520 manat olmuşdur. Cavabdehin hesablamasına əsasən, onun 520 manat (vəzifə maaşı) + 30 manat (rütbəyə görə) + 39 manat (qulluğa görə) + 1.036,79 manat (mükafat və müavinətlərə görə) = orta aylıq əmək haqqısı 1.625,79 manat təşkil edir. Bu məbləğin də 80 faizi ona pensiya kimi hesablanmaqla, pensiyası 1.300,63 manat təşkil edir. 1.036,79 manat məbləğin açıqlaması: 520 manat (vəzifə maaşı) x 119,63 / 60 ay = 1.036,79 manat. 2) 1 mart 2018-ci il tarixdən – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 mart tarixli 124 nömrəli qərarına 1 nömrəli əlavəyə görə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatının işçilərinin aylıq vəzifə maaşlarına uyğun olaraq 1 mart 2018-ciı il tarixdən “aparıcı mütəxəssis”in aylıq vəzifə maaşı 572 manat olmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 1 mart 2018-ci il tarixdən (10 faiz artım) nəzərə alınmaqla cavabdehin hesablamasına əsasən, 572 manat (vəzifə maaşı) + 30 manat (rütbəyə görə) + 39 manat (qulluğa görə) +1.140,47 manat (mükafat və müavinətlərə görə) = orta aylıq əmək haqqısı 1.781,47 manat təşkil edir. «’Əmək pensiyaları haqqında» Qanunun 26.3-cü maddəsinə əsasən, 2017-ci ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümu mi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla, yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Qarşı tərəfin hesablamasına uyğun olaraq 1 mart 2018-ci il tarixdə müəyyən edilmiş 1.781,47 manat orta aylıq əmək haqqından – 1.625,79 manat (xx.xx.2016-cı ildə müəyyən edilmiş orta aylıq əmək haqqı) çıxılır və nəticədə artım 155,68 manat təşkil edir. Onun qulluq stajı 22 il 9 ay olduğu üçün həmin 155,68 manat artımın 73,25 faizi 114,03 manat təşkil edir. Bu isə, onun 1 mart 2018-ci il tarixə kimi olan pensiyasının üstünə əlavə edildikdə, 1 mart 2018-ci ildən pensiya nın məbləği 1.300,63 + 114,03 = 1.414,66 manat olmalıdır. (Qeyd: 1.140,47 manat məbləğin açıqlanması: 572 (vəzifə maaşı) x 119,63 / 60 ay = 1.140,47 manat). 3) 1 sentyabr 2019-cu il tarixdən – Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 1 sentyabr 2019-cu il tarixdən nəzərə alınmaqla, cavabdehin hesablamasına əsasən, onun 855 manat (vəzifə maaşı) + 30 manat (rütbəyə görə) + 39 manat (qulluğa görə) + 1.704,72 manat (mükafat və müavinətlərə görə) = orta aylıq əmək haqqısı 2.628,72 manat təşkil edir. Yenə də cavabdehin hesablamasına uyğun olaraq 1 sentyabr 2019-cu il tarixdə müəyyən edilmiş 2.628,72 manat orta aylıq əmək haqqından 1.781,47 manat (01 mart 2018 -ci ildə müəyyən edilmiş orta aylıq əmək haqqı) çıxılır və nəticədə artım 847,25 manat təşkil edir. Onun qulluq stajı 22 il 9 ay olduğu üçün həmin 847,25 manat artımın 73,25 faizi 620,61 manat təşkil edir. Bu da onun 1 sentyabr 2019-ui il tarixədək olan pensiyasına əlavə edildikdə, 1 sentyabr 2019-cu il tarixdən pensiyanın məbləği 1.414,66 + 620,61 = 2.035,27 manat olmalıdır. Qeyd: 1.704,72 manatın açıqlaması – 855 manat (vəzifə maaşı) x 119,63 / 60 ay = 1.704,72 manat. Eyni zamanda, 1 yanvar 2017-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək ona hesablanıb ödənilməli olan pensiya az hesablanıb ödənilmişdir. Belə ki, 1 yanvar 2017-ci il tarixdən 1 mart 2018-ci il tarixədək ona hər ay 1.038,33 manat məbləğində pensiya ödənilmişdir. Əslində isə, yuxarıda qeyd olunduğu kimi, ona hər ay 1.300,63 manat məbləğində pensiya ödənilməli idi. Hər ay ona 262,30 manat məbləğində az pensiya ödənilmişdir. Bununla da, həmin 14 ay üzrə pensiyası ümumilikdə 14 ay x 262,30 manat = 3.672,72 manat az ödənilmişdir. 1 mart 2018-ci il tarixdən 1 sentyabr 2019-cu il tarixədək ona hər ay 1.121,11 manat məbləğində pensiya ödənilmişdir. Əslində isə yuxarıda qeyd olunduğu kimi, ona hər ay 1.414,66 manat məbləğində pensiya ödənilməli idi. Hər ay ona 293,55 manat məbləğində az pensiya ödənilmişdir. Bununla da, həmin 18 ay üzrə pensiyası ümumilikdə 18 ay x 293,55 manat = 5.283,90 manat az ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixdən 30 aprel 2021-ci il tarixədək ona hər ay 1.610,80 manat məbləğində pensiya ödənilmişdir. Əslində isə yuxarıda qeyd olunduğu kimi, ona hər ay 2.035,27 manat məbləğində pensiya öd ənilməli idi. Hər ay ona 424,47 manat məbləğində az pensiya ödənilmişdir. Bununla da, həmin 20 ay üzrə pensiyası ümumilikdə 20 ay x 424,47 manat = 8.489,40 manat az ödənilmişdir. Beləliklə, ona hesablanmış pensiya yoxlama aparılanadək 3 dövr üzrə ümumilikdə 17.446.02 manat az hesablanıb ödənilmişdir. Bundan başqa yoxlamadan sonra, yəni 1 may 2021-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək ona hər ay 841,56 manat ödənilmişdir. Əslində isə ona hər ay 2.035.27 manat məbləğində pensiya hesablanıb ödənilməli idi. Hər ay 1.193,71 manat az ödənilmişdir. Həmin 2 ay üzrə ona 2 ay x 1.193,71 manat = 2.387,42 manat az pensiya ödənilmişdir. Yekun olaraq ona 17.446,02 + 2.387,42 manat = 19.833,44 manat az pensiya məbləği ödənilmişdir. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat X3 pensiyanın yenidən hesablanar aq yuxarıda qeyd olunan İdarənin yoxlama komissiyası tərəfindən qanunsuz və əsassız olaraq artıq ödəmə kimi hesablanmış 31.848,94 manat pul vəsaitinin silinməsi və az hesablanmış 19.833,44 manat məbləğində pul vəsaitinin qanunvericiliyə uyğun olaraq birdəfəlik olaraq ona ödənilməsi barədə dəfələrlə edilmiş müraciətləri təmin edilməmişdir. Onun 74 yaşı, 50 ildən artıq əmək stajı var. Övladı (X2) Azərbaycanın Ərazi bütövlüyü və müstəqilliyi uğrunda gedən ikinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir və Qarabağ Qazisidir, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə medallarla təltif olunmuşdur. Oğlu hal-hazırda işsiz olduğundan, onun himayəsindədir. Onun pensiya məbləğinin qanunsuz olaraq azaldılması və ondan qanunsuz və əsassız olaraq pul vəsaitinin tələb edilməsi b ütün ailənin maddi durumuna pis təsir edir. İddiaçı göstərilənlərə və İPM-in 14.3, 33.1, 33.2, 70, 73.1-ci maddələrinə əsaslanaraq, dövlət qulluqçusu kimi pensiyasının yenidən hesablanaraq ona qanunsuz və əsassız olaraq artıq ödəmə kimi hesablanmış 31.848,94 manat pul vəsaitinin silinməsi və az hesablanmış 19.833,44 manat məbləğində pul vəsaitinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni olmuş, əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından, Mərkəzi Filial tərəfindən «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun qaydada tərtib olunmuş “artıq ö dənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərar iddiaçının ünvanına göndərilmişdir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış, pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş, Mərkəzi Filial tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. Qanunvericiliyin müddəalarından görünür ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Bunun üçün inzibati orqan göstərilən məbləğin cavabdehdən tutulmasına dair qərar qəbul etməlidir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar «İnzibati icraat haqqında» Qanunun tələbləri baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır.
11. Bakı İnzibati Məhkəməsinin (hakim R.Kərimli) 19 aprel 2022-ci il tarixli, 21(112)-2055/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə” 27 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarı ləğv edilmiş, cavabdehin “iddiaçının əmək pensiyasının yenidən hesablanması”ndan imtinası qanunsuz sayılmışdır. İddiaçının əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasının yenidən hesablanması zamanı ödənilməmiş məbləğin ödənilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin əsaslandırması:
12. Qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı, iddiaçıya ilkin pensiya təyin olunması barədə DSMF orqanının pensiya təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarması və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Odur ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “artıq ödənilmiş pensiya məbləğini n geri qaytarılması barədə” 27 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarı ləğv edilməlidir.
13. İddiaçının əmək pensiyasının məbləğinin hansı qaydada (hansı vəzifə maaşını əsas götürməklə) hesablanmasına gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, işin hallarına görə, iddiaçı 1994 – 2000-ci illərdə Azərbaycan Respublikası Baş X1 İşlər İdarəsində “aparıcı mühəndis” vəzifəsində işləmişdir, lakin imtinada, eləcə də etirazda ona əmək pensiyası təyin olunarkən həmin vəzifənin dövlət qulluğu keçən qulluqçu kateqoriyasına aid olub-olmamasının tam araşdırılması barədə, eləcə də həmin vəzifənin vəzifə maaşının məbləğinin hansı normadan, mənbədən əldə edilməsi barədə xüsusat açıqlanmamışdır. Odur ki, məhkəmə iddiaçının müraciəti üzrə inzibati icraatın formal aparıldığı qənaətinə gəlir. Məhkə mə hüquqi mövqeyi belədir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə yuxarıda qeyd olunan xüsusatlar qiymətləndirilməklə, habelə «İnzibati icraat haqqında» Qanunun 13, 24-cü maddələrinin tələbləri də nəzərə alınmaqla baxılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı ödənilməmiş (ehtimal olunan) pensiya məbləğini də müəyyənləşdirmək hazırkı məhkəmə icraatında mümkün olmamışdır. Odur ki, əmək pensiyasının yenidən hesablanması zamanı ödənilməmiş məbləğin ödənilməsi məsələsinə məhkəmənin hüquqi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apell yasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.Hüseyn və A.Hüseynov) 26 avqust 2022-ci il tarixli, 2-1(103)2507/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2055/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını işin h alları, imtina məktubu və iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək Pensiyaları haqqında” Qanun Maddə 39.1 Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 21. “İnzibati icraat haqqında” Qanun Maddə 1.1 Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qayd alar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etima d hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv o luna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququn a istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Mad də 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya l azımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Maddə 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin ə saslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesa b edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan h əcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından imtinanın qanunsuz sayılması, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qəra rında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı imtinanın qanunsuz sayılması, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsini məhkəmədən xahiş etmişdir.
32. Kollegiya, apellyasiya instansiyası məhkəməsin in qənaəti ilə razılaşaraq qeyd edir ki, məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının q anunla qorunubqorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənililib-ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır.
33. Bundan başqa, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytara cağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
35. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs i nzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
36. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olun ması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.
37. Bundan başqa kollegiya qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavən in məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının a rtıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədən kənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını və bəyan edilmədiyini bildirir.
38. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səh v etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar.
39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, pensiya təyini ilə yenidən hesablama barədə qərar, sərəncam qəbul edilərək, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbl əğ ödənilməsi, cavabdehin səhvi səbəbindən artıq hesablanan məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Odur ki, cavabdehin “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə” qərarını n ləğv edilməsi barədə aşağı instansiya məhkəmələrinin mövqeyi düzgün olmuşdur.
40. İddiaçının əmək pensiyasının məbləğinin hansı qaydada (hansı vəzifə maaşını əsas götürməklə) hesablanmasına gəldikdə isə, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır ki, işin hallarına görə, iddiaçı 1994-2000-ci illərdə Azərbaycan Respublikası Baş X1 İşlər İdarəsində “aparıcı mühəndis” vəzifəsində işləmişdir, lakin imtinada, eləcə də etirazda ona əmək pensiyası təyin olunarkən həmin vəzifənin dövlət qulluğu keçən qulluqçu kateqoriyasına aid olub-olmamasının araşdırılması, eləcə də həmin vəzifənin vəzifə maaşının məbləğinin hansı normadan, mənbədən əldə edilməsi barədə xüsusat açıqlanmamışdır. Qeyd edilən halların tam araşdırılmaması iddiaçının müraciəti üzrə inzibati icraatın f ormal aparıldığı qənaətinə gəlməyə əsas verir. Odur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı ödənilməmiş (ehtimal olunan) pensiya məbləğini də müəyyənləşdirmək hazırkı məhkəmə icraatında mümkün olmadığından onun əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə yuxarıda qeyd olunan xüsusatlar qiymətləndirilməklə, habelə «İnzibati icraat haqqında» Qanunun 13, 24-cü maddələrinin tələbləri də nəzərə alınmaqla baxılmalıdır. İPM-in 73.3.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda, məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.
41. Beləliklə cavabdehin imtinas ı qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
42. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 avqust 2022-ci il tarixli, 21(103)-2507/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.