Məhkəmə qərarları › İş №2-1(102)-112/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-112/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-112/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ilkin qeydiyyatın ləğv edi lməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2023-cü il tarixli, 2-1(103)-1938/2023 nömrəli qərarından üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Y.Vəzirov küçəsi 100b nömrəli qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 nömrəli qərarına əsasən, X3 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir.

2. Sonradan sözügedən qəra rın 1-ci bəndində əlyazma ilə “Q.M.Quliyan” adının üzərində “Z.Səfərova” adı yazılmaqla düzəliş edilmiş və həmin orqanın vəzifəli şəxsinin müvafiq imzası və dairəvi möhürü ilə təsdiq olunmuşdur.

3. Düzəliş olunan həmin qərar əsasında sözügedən yaşayış evinə Z.Səfərovanın adına mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.1993-cü il tarixli, 30/3311 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin noyabr 1992-ci il tarixində Z.Səfərovanın adına həmin yaşayış evinə dair texniki pasport tərtib olunmuşdur.

4. Nərimanov rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 35 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, X9 Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 100b nömrəli evdə qeydiyyatdadır. xx.xx.1993-cü il t arixli, 30/3311 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ev onun adına qeydiyyatdadır. 51 saylı Notariat ofisinin verdiyi akta əsasən sözügedən ünvanda İddiaçı3 ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayırlar.

5. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 100b nömrəli fərdi yaşayış evi xx.xx.1993-cü il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, qeydiyyat vəsiqəsi idarənin arxivində saxlanılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehə (üçüncü şəxs X9 olmaqla) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məh kəməsinə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində X2 adına Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 100b ünvanında yerləşən fərdi yaşayış evinə dair ilkin qeydiyyatın ləğv olunmasını xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-ci ildə ermənilər Bakıdan köçüb gedən zaman İddiaçı2 tərəfindən ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evi alınmışdır və həmin vaxtdan ailə ilə birlikdə həmin evdə yaşayırlar. Uşaqları mübahisələndirilən həmin ünvandan orta məktəbə getmiş və poliklinikalara da oradan qeydiyyata alınmışlar. İddiaçı3 bacısı X9 həmin evdə yaşamamışdır. O, əvvəllər bacı kimi mübahisəli evə gəlib-getsə də, sonradan münasibətlər pozulmuş, heç qonaq kimi də həmin evə gəlməmişdir. Yəni həmin ünvana yaşayış hüququ yaranmamışdır. Bu yaxınlard a isə onlara məlum olmuşdur ki, X9 1993-cü ildən ünvan 2 ünvanına qeydiyyata alınmış, bununla yanaşı onlara qarşı “evdən çıxarma, evə köçürülmə, özbaşına inşa edilmiş tikililərin sökülməsi” barədə iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı5 - azyaşlı uşaqları X13, X8, X4 ilə birlikdə, İddiaçı1, İddiaçı6 - azyaşlı qızı X5 ilə birlikdə, İddiaçı7 - azyaşlı uşaqları X6, X10 ilə birlikdə, İddiaçı8, İddiaçı4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, 100b nömrəli evdən çıxarılmaları, onun həmin evə köçürülməsi, cavabdehlər tərəfindən mülkiyyətində olan evin ikinci, üçüncü mərtəbələrində inşa edilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi və evin əvvəlki vəziyyətdə bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Hazırda həmin iş Nərimanov rayon Məhkəməsinin icraatında baxılmaqdadır. Həmin iş üzrə məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, X9 mübahisələndirilən evin onun mülkiyyətində olması barədə məhkəməyə düzgün olmayan məlumat vermişdir. İlk iddiasında o, özü qeyd etmişdir ki, mübahisələndirilən evdə deyil, uzun müddətdir ki, məhz Çəmənzəminli 106v ünvanında yaşayır. Həmçinin həmin iş üzrə ilkin iddiaçı olan X9 iddia tələbinin əsası kimi, vəkili tərəfindən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktuba əsaslanmışdır. Belə ki, həmin məktubda Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 100b ünvanının X2 mülkiyyətində olması göstərilmişdir. Bununla yanaşı, həmin iş üzrə Nərimanov rayon Məhkəməsinin sorğusu əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda aşkar olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərlə tanış olduqda məlum olmuşdur ki, qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 nömrəli qərarında X3 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verildiyi qeyd edilmişdir. Həmin qərarın surəti isə məlumat üçün X3 göndərilmişdir. Belə olan halda, mübahisəli ev necə X2 adına ilkin qeyd iyyatdan keçə bilərdi. Qeyd olunanlardan göründüyü kimi, X2 adına ilkin qeydiyyat saxta sənədlərlə həyata keçirilmişdir. Qeyd olunanların nəzərə alınaraq həmin iş üzrə cavabdeh İddiaçı3 tərəfindən X3 qarşı “İstifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, sonradan isə onun tərəfindən “İlkin qeydiyyatın etibarsız hesab edilməsi və istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə əlavə ilə yenidən məhkəməyə müraciət edilmişdir. Qeyd edilməlidir ki, həmin iş üzrə qarşılıqlı İddiaçı3 tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia və qarşılıqlı iddia ərizəsinə əlavənin məhkəmənin icraatına götürülməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ilkin qeydiyyatın mübahisələndirilməsi barədə tələb üm umi məhkəmə qarşısında deyil, inzibati məhkəmə qarşısında qaldırılmalıdır. Hazırda cavabdeh İddiaçı3 tərəfindən X3 qarşı “İlkin qeydiyyatın etibarsız hesab edilməsi və istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə əlavə üzrə iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət olunaraq “İlkin qeydiyyatın etibarsız hesab edilməsi” hissəsində tələb azaldılmışdır. Həmçinin, həmin iş üzrə Nərimanov rayon Məhkəməsi tərəfindən X1 mübahisəli evin ona aid mülkiyyət sənədlərinin tələb edilməsinə baxmayaraq, o, həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, X3 məxsus mülkiyyət sənədi barədə onlarda hər hansı məlumat olmadığından onun adına olan ilkin qeydiyyatın ləğv edilməsini məhkəmədən tələb etmək məcburiyyətindəd irlər. Beləliklə, iddiaçılar hesab edirlər ki, mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 100b ünvanında yerləşən fərdi yaşayış evinə dair X2 adına aparılmış ilkin qeydiyyat qanunsuz hesab edilməlidir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Fərid Mədətli) 30 aprel 2021-ci il tarixli, 21(112)-574/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 100b ünvanında yerləşən fərdi yaşayış evinə X2 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınmasına dair ilkin qeydiyyat ləğv edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli, “Y.Vəzirov küçəsi 100b nömrəli qanunsuz tikilinin mülkiləşdi rilməsi haqqında” 16/279 nömrəli qərarına əsasən Y.Çəmənzəminli küçəsi, 100b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin məhz vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Halbuki, sonradan sözügedən Qərarın İ bəndində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərindən Z.Səfərova adına düzəliş aparılmışdır. Növbəti mərhələ olaraq üzərində əlyazma aparılmaqla düzəliş edilən qərar əsasında Z.Səfərovanın qeyd olunan ünvana mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi, qərarın üzərində aparılan düzəliş hər hansı bir texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqları qeydə alınması nəzərdə tutulan şəxsin – Q.M.Quliyanın adına deyil, Z.Səfərovanın adına mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Halbuki, qanunvericiliyin tələbinə müvafiq olaraq yeni münasibətlər yarandığından və bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi, bu hal baş verməmiş, inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilərək qərarın üzərində hüquqi əhəmiyyət kəsb etməyən düzəlişlər aparılmışdır. Eyni zamanda, üzərində düzəlişlər aparılmış qərar arxivə təhvil verilməmiş və rəsmi qeydiyyatdan keçməsinə dair məhkəmədə əsaslı şübhələr yaratmışdır. Beləliklə, Z.Səfərovanın ünvan 3 ünvana dair hüquqlarının ilkin qeydiyyatının əsasını qanun pozuntusuna yol verilməklə dəyişiklik edilmiş müvafiq qərar təşkil etdiyindən, həmin qərardan irəli gələn hüquqi nəticələr də özü-özlüyündə qanunsuzdur və ləğv edilməlidir.

10. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Səadət Bəktaşi /sədrlik edən və məruzəçi/, Azər Hüseynov və Aida Hüseyn) 15 oktyabr 2021-ci il tarixli, 2-1(103)-1944/2021 nömrəli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi q eyd etmişdir ki, iddiaçılar üçüncü şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsini xahiş etsələr də, həmin evə dair iddiaçıların hansı hüquqlarının olması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin iddiaçı inzibati orqanın bundan təxminən 30 il əvvəl qəbul etdiyi, Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli qərarı əsasında verilmiş 1993-cü il 18 avqust tarixli qeydiyyatı mübahisələndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gü n müddətində qaldırıla bilər. Normanın tələbindən göründüyü kimi, iddiaçının, inzibati akt ona təqdim (elan) edildiyi vaxtdan 30 gün müddətində şikayət vermə müddəti var. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, həmin aktın iddiaçıya təqdim və ya elan olunması barədə iş materiallarında heç bir mötəbər sübut yoxdur. İddiaçı, iddia ərizəsində bildirmişdir ki, hazırda mübahisələndirilən inzibati akt barədə Nərimanov rayon Məhkəməsində işə baxılarkən məlumatı əldə etmişdir. İddiaçı bu dəlilini bildirsə də, birinci instansiya məhkəməsi bu halı araşdırmamışdır. İşə yenidən baxan birinci instansiya məhkəməsi mübahisələndirilən inzibati aktdan şikayət verilməsi üçün subyektiv hüququn olub-olmaması, eləcə də iddia müddətinin ötürülüb-ötürülməməsi barədə ətraflı araşdırma aparmalı, idd iaçının dəlillərinə münasibət bildirərək qəbul etdiyi yekun məhkəmə aktını əsaslandırmalıdır.

13. İddiaçılar kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, mahiyyəti üzrə baxılması və yekun qərar qəbul edilməsi məqsədilə işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İlqar Hüseynov /sədrlik edən və məruzəçi/, Rahib Nəbizadə və Kəmaləddin Bədəlov) 18 yanvar 2022-ci il tarixli, 2-1(102)-133/2022 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

15. Kassasiya instansiya sı məhkəməsi qeyd etmişdir ki, iddiaçılar inzibati aktı Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli qərarını mübahisələndirmirlər. Onlar hesab edirlər ki, həmin qərar özünün həqiqi məzmununa görə onların hüquqlarına toxunmur və mübahisəli deyil. Onlar məzmunu təhrif olunmuş (düzəliş edilmiş) qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin (cavabdeh inzibati orqanın faktiki xarakterli hərəkətinin nəticəsinin) ləğvini tələb edirlər. Həmin məzmunda tələb isə öhdəliyin icrası haqqında iddialara aiddir və bu növ iddianın qaldırılması üçün İPM-də müddət müəyyən edilməmişdir. Beləliklə, işin təkrar baxılması (icraatın davam etdirilməsi) üçün birinci instansiya məhkəməsinə göndərilməsi əsaslarını müəyyən edən İPM-in 87.7, 87.7.1 v ə 87.7.2-ci maddələrində nəzərdə tutulmuş hallar hazırkı işdə mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Həmid Həmidov və İlham Kərimli) 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1336/2022 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş, yeni qərar çıxarılaraq iddia təmin edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ünvanda yerləşən evə dair üçüncü şəxs Z.Səfərovanın adına aparılmış dövlət qeydiyyatının əsasını təşkil edən Bakı şəhəri Nərimanov rayo n Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin, üzərində düzəliş edilən və cavabdeh idarənin arxivində saxlanılan xx.xx.1991-ci il tarixli, 16/279 nömrəli qərarının hal-hazırda qüvvədə olması onu deməyə əsas verir ki, üçüncü şəxsin adına aparılan qeydiyyat qanuni əsaslara malikdir. Belə olan halda, cavabdeh tərəfindən üçüncü şəxs Z.Səfərovanın adına aparılmış dövlət qeydiyyatının qanunsuz və əsassız olmasından söhbət gedə bilməz. Beləliklə də iddiaçıların həmin qeydiyyatın ləğvini tələb etməkdə haqlı olmadıqları sübuta yetirilir.

18. İddiaçılar kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. kassasiya instansiyası məhkəməsində ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Rəsulbəyov a /sədrlik edən və məruzəçi/, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) 24 yanvar 2023-cü il tarixli, 2-1(102)-275/2023 nömrəli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan mübahisəli mənzilə dair iddiaçılar tərəfindən sosial-kommunal ödənişlərin edilməsi, elektrik, qaz, su və sair kommunal xidmətlərə görə müqavilələrin onların adına olması iddiaçıların uzun müddət Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 100b nömrəli evdə yaşamalarını və istifadə etmələrini təsdiq edir. İşə baxan apellyasiya instan siyası məhkəməsi Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100b nömrəli qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 nömrəli qərarına istinad etməklə belə nəticəyə gəlmişdir ki, üçüncü şəxsin adına aparılan qeydiyyat qanuni əsaslarla olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 100b ünvanında yerləşən fərdi yaşayış evinin X2 mülkiyyətində olmasına dair sənədlərlə və hüququn qeydiyyata alınmasına əsas olmuş sənədlərlə bağlı işin hallarını hərtərəfli araşdırmamışdır. Belə ki, Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarının üzərində aparılan düzəliş hər hansı bir texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, ə ksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqları qeydə alınması nəzərdə tutulan şəxsin – Q.M.Quliyanın adına deyil, Z.Səfərovanın adına mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Halbuki, qanunvericiliyin tələbinə müvafiq olaraq yeni münasibətlər yarandığından və bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi, bu hal baş verməmişdir. Eyni zamanda, üzərində düzəlişlər aparılmış qərar arxivə təhvil verilməmiş və rəsmi qeydiyyatdan keçməmişdir. Məhkəmə bu halın araşdırılması üçün aidiyyəti qurumlara, eləcə də, Milli Arxiv İdarəsinə sorğu göndərmiş, lakin üz ərində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyanın adının üzərindən Z.Səfərova adına düzəliş aparılmış sözügedən qərarın Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 100b ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 verilən vəkalətnaməni, eyni zamanda, yaşayış sahəsinin Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə əsas olmuş sənədləri araşdırılmadan və işə baxılan zaman Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 100b ünvanında yerləşən fərdi yaşayış evinin X2 adına rəsmiləşdirilməsinə əsas olmuş sənədləri və vəkalətnaməni tələb etmədən və onun mətnini araşdırmadan apellyasiya instansiyası məhkəməsi iş üzrə yanlış olaraq, inzibati aktda əlyazma ilə olan və heç bir hüquqi qüvvə yə malik olmayan düzəlişin qanuni və əsaslı olması və mübahisəli ünvanda yerləşən mübahisəli evə dair cavabdehin hüquq sələfi tərəfindən aparılan dövlət qeydiyyatının qanunvericiliyin tələblərinə uyğun olduğu qənaətinə gəlmişdir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

21. Təkrar apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, üçüncü şəxs sözügedən evi pul verib almış və iddiaçılar onun razılığı ilə həmin evdə yaşamağa başlamışlar. Həmin evə dair qeydiyyat vəsiqəsi vardır və mülkiyyət hüququ tanınmışdır. Həmin evdə kommunal xidmətlərin hamısı Səfərova Zibanın adına olmuşdur. Yəni iddiaçılar həmin mənzilin çıxarışlı mənzil olduğunu bilirdilər. Həmin evə dair üçüncü şəxsin adına olan sənədlərin hamısı rəsmi sənədlər olmuşdur, tərəflərindən sənədlərə hər hansı müdaxilə edilməmişdir. Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 nömrəli qərarında mövcud düzəliş rəsmi olmuşdur və düzəliş olan hissədə imza və möhür vurulmuşdur.

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Rəşid Səmədov və Sabit Bəhrəmzadə) 06 iyul 2023cü il tarixli, 2-1(103)-1938/2023 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 100b nömrəli fərdi yaşayış evinin xx.xx.1993-cü il tarixdə X2 adı na ilkin qeydiyyatının aparılmasına əsas olmuş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100b nömrəli qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 nömrəli qərarına əsasən Y.Çəmənzəminli küçəsi, 100b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51,1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin məhz vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Həmin qərardan göründüyü kimi, vətəndaş Z.M.Səfərova vəkalətnamə vasitəsilə rayon icraiyyə komitəsinə müraciət etmişdir. Halbuki sonradan sözügedən qərarın İ bəndində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərindən Z.Səfərova adına düzəliş aparılmışdır. Növbəti mərhələ olaraq ü zərində əlyazma aparılmaqla düzəliş edilən qərar əsasında Z.Səfərovanın qeyd olunan ünvana mülkiyyət hüquqları qeydə alınmışdır. Yəni vəkalətnamə əsasında Q.M.Quliyanın adından çıxış edən Z.M.Səfərova sonradan sözügedən əmlakın onun adına rəsmiləşdirilməsinə nail olmuşdur. Lakin Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarının üzərində aparılan düzəliş hər hansı bir texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqları qeydə alınması nəzərdə tutulan şəxsin – Q.M.Quliyanın adına deyil, Z.Səfərovanın adına mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Halbuki, qanunvericiliyin tələbinə müvafiq olaraq yeni münasibətlər yarandığından və bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər dəyişdiyi ndən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi, bu hal baş verməmişdir. Eyni zamanda, üzərində düzəlişlər aparılmış qərar arxivə təhvil verilməmiş və rəsmi qeydiyyatdan keçməmişdir. Həmçinin məhkəmə araşdırmaları zamanı Z.M.Səfərovaya verilmiş vəkalətnamə aşkar edilməmiş, üçüncü şəxs də təkrar apellyasiya baxışı zamanı vəkalətnamənin onda olmadığını bildirmiş, həmçinin qərarın əslinin cavabdeh inzibati orqana təhvil verildiyini qeyd etmişdir. Göründüyü kimi, mübahisələndirilən ilkin qeydiyyat inzibati akt əsasında aparılmışdır. Həmin inzibati akta münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən inzibati akt qanunsuz inzibati akt olmuşdu r. Cavabdeh inzibati orqan tərəfindən aparılan ilkin qeydiyyat inzibati icraat haqqında hüquq normalarının, o cümlədən maddi hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən, eyni zamanda, Z.Səfərovanın ünvan 3 ünvana dair hüquqlarının ilkin qeydiyyatının əsasını qanun pozuntusuna yol verilməklə dəyişiklik edilmiş müvafiq qərar təşkil etdiyindən, həmin qərardan irəli gələn hüquqi nəticələr də özü-özlüyündə qanunsuzdur və ləğv edilməlidir.

24. Üçüncü şəxs kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

25. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarş ı etirazın dəlilləri

26. İddiaçılar tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, üçüncü şəxsin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Ə qd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mül ahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli, 979-X nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixdən qüvvədən düşmüşdür) Maddə

15. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları sovetləri: 1) özlərinin tabeliyindəki mənzil təsərrüfatına rəhbərlik edirlər; 5) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu aparırlar; 7) mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində başqa məsələləri SSR İttifaqı qanunvericiliyinə, bu Məcəll əyə və Azərbaycan SSR-in digər qanunvericiliyinə uyğun olaraq həll edirlər. Maddə

18. Yerli xalq deputatları sovetlərinin mənzil fondunun idarə edilməsini sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə

121. Yerli xalq deputatları sovetlərinin icraiyyə komitələri vətəndaşlara məxsus evlərin saxlanmasına nəzarət edirlər. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınm ası və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəl i şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdir ə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini ar aşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

36. Hazırkı mübahisəyə dair işdə iddiaçıların hüquqi marağı və məqsədi Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 100b ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs X2 adına aparılmış ilkin qeydiyyatın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

37. İddiaçılar iddia tələbinin əsası kimi 1988-ci ildən ünvan 2 ünvanında yerləşən həmin fərdi yaşayış evinin onlar tərəfindən alındığına və həmin vaxtdan ailə ilə birlikdə həmin evdə yaşadıqlarına, uşaqlarının həmin ünvandan orta məktəbə getdiyinə və poliklinikada qeydiyyata alındığına, üçüncü şəxs Ziba Səfərovanın isə həmin evdə yaşamadığı halda, üçüncü şəxsin adına həmin evə dair Nərimanov rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin üzərində əlyazma ilə sonradan düzəliş edilmiş xx.xx.1991-ci il tarixli, 16 /279 nömrəli qərarı əsasında cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığına istinad etmişlər.

38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, ünvan 4 ünvanında yerləşən mübahisəli yaşayış evinə üçüncü şəxsin mülkiyyət hüququna dair hazırkı cavabdehin hüquq sələfi olan Bakı şəhər İcra Hakimiyyəti Aparatının Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarmış və bu barədə xx.xx.1993-cü il tarixli, 30/3311 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh inzibati orqanın arxivində saxlanılan həmin qeydiyyat vəsiqəsi isə üzərində düzəliş edilmiş və yenə də cavabdeh inzibati orqanın arxivində saxlanılan Nərimanov rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsin in xx.xx.1991-ci il tarixli, 16/279 nömrəli qərarı əsasında verilmişdir.

39. Belə ki, Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 nömrəli qərarına əsasən, Ziba Səfərova həmin dövlət orqanına vəkalətnamə vasitəsilə müraciət edərək ünvan 5 ünvanında yerləşən, vətəndaş Q.M.Quliyanın 1961-ci ildən yaşadığı qanunsuz tikilinin rəsmiləşdirilməsini xahiş etmiş və həmin dövlət orqanı tərəfindən mübahisəli evin (384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini) sonuncunun adına rəsmiləşdirilməsinə icazə verilmiş, lakin sonradan həmin orqanın özü tərəfindən sözügedən qərarın “qərara aldı” hissəsinin 1-ci bəndində, evin adına rəsmiləşdirildiyi “Q.M.Quliyanın” adının üzərində əlyazma ilə “Z.Səfərova ” düzəlişi edilmiş və düzəliş həmin orqanın vəzifəli şəxsinin imzası və həmin qurumun dairəvi möhürü ilə təsdiq olunmuşdur (bax: 1-ci cild, i.v. 30). Həmçinin mübahisəli fərdi yaşayış evinə dair Z.Səfərovanın adına noyabr 1992-ci il tarixində texniki pasport tərtib olunmuşdur.

40. Nəzərə almaq lazımdır ki, üçüncü şəxsin mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ hüquqmüəyyənedici sənəd – Nərimanov rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sözügedən qərarı əsasında dövlət qeydiyyatına alınmışdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, Nərimanov rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sözügedən qərarında aparılmış düzəliş imza və möhürlə təsdiq olunmuş, həmin düzəliş qərarı qəbul etmiş orqan tərəfindən təkzib olunmamış, həmin düzəlişin saxta olduğuna dair məhkə məyə hər hansı sübut təqdim olunmamışdır. Qeyd edilməlidir ki, qərarda düzəlişin edilməsi prinsip etibarı ilə mümkündür və bu səlahiyyətli dövlət orqanının məsuliyyət sferasına aiddir. Bu baxımdan iddiaçıların və məhkəmənin istinad etdiyi düzəlişlə bağlı hal üçüncü şəxsin məsuliyyət sferasına aid edilə, onun ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticə doğura bilməz.

41. Bundan əlavə, həmin qərarın etibarsızlığının müəyyən edildiyi və ya mübahisələndirildiyi də iş üzrə materiallardan müəyyən olunmur. Göründüyü kimi, ilkin qeydiyyatın əsasında duran həmin hüquqmüəyyənedici sənəd, yəni Nərimanov rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarı ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Həmin hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquq cavabdeh tərəfindən etibarlı hüquqmüəyyənedici sənəd əsasında qeydiyyata alınır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

43. Digər tərəfdən, iş üzrə materiallardan gör ünür ki, iddiaçılar məhkəməyə mübahisəli evin onların qanuni istifadəsində olduğunu təsdiq edən hər hansı sənəd təqdim etməmişlər. Məhkəmə araşdırması zamanı da bununla bağlı hər hansı hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdir. Həmçinin iddiaçıların həmin evə hər hansı hüququnun dövlət reyestrində qeydə alındığı da iş üzrə materiallardan müəyyən olunmur. Nəzərə almaq lazımdır ki, yalnız həmin evə hər hansı hüquqlarının olduğu və bunu təsdiq edən hər hansı qanuni əsasın mövcud olduğu, həmçinin üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin qanunla müəyyən olunmuş qaydada hüquqi qüvvəsini itirdiyi (geri çağırıldığı, ləğv edildiyi, dəyişdirildiyi, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyi) təqdirdə, iddiaçıl ar onların hüququnu pozduğuna istinadən həmin qeydiyyatın ləğvini tələb edə bilərdilər. İddiaçıların istinad etdiyi hallar (mübahisəli fərdi yaşayış evində yaşama, kommunal xidmətləri ödəmə və sair) mübahisəli fərdi yaşayış evinə üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvi üçün yetərli əsas hesab oluna bilməz.

44. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə mübahisəli fərdi yaşayış evinə üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehin davranışı qanuni və əsaslı sayılmalıdır. Bu zaman bu qərarın 29-cu bəndində istinad olunan normada təsbit edilən dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası da nəzərə alınmalıdır. Belə ki, həmin normaya görə, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamam lığı prezumpsiyası qüvvədədir.

45. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, sözügedən mübahisəli fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi üçün hər hansı qanuni əsas müəyyən edilmədiyindən iddiaçılar tələblərində haqlı sayıla bilməzlər.

46. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2023-cü il tarixli, 21(103)-1938/2023 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar