Məhkəmə qərarları › İş №2-1(102)-112/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-112/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-112/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: onlayn media redaksiyasının media reyestrinə daxil edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının X1rşı “onlayn media redaksiyasının media reyestrinə daxil edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(103)-735/2024 nömrəli qərarından iddiaçı tərəfindən veri lmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı və onun sahibi olduğu onlayn media redaksiyası Media Reyestrinə daxil edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə müraciət etmişdir.

2. Cavabdehin xx.xx.2023-cü il tarixli R/55 nömrəli qərarı ilə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 və 13.2-ci maddələrinin tələblərinə cavab verilmədiyi üçün iddiaçının müvafiq reyestrə daxil edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının və onun sahibi olduğu onlayn media redaksiyasının Media Reyestrinə daxil edilm əsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və “Mülki və Siyası Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 may 2017-ci tarixdə təsis edilib. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan media fəaliyyət növləri ilə məşğul ola bilər. İddiaçı həmçinin İddiaçı onlayn media redaksiyasının təsisçisidir. İddiaçı birinci dəfə 07 fevral 2023-cü il tarixdə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 26 sentyabr 2022- ci il tarixli Fərmanına əsaslanaraq cavabdehə müraciət edib. Həm özünün, həm də sahibi olduğu İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş edib. Cavabdeh 14 fevral 2023-cü il tarixdə iddiaçının müraciəti üzrə qərar qəbul edib, həmin qərarla iddiaçının reyestrdə qeydiyyatından imtina olunub. İddiaçı ikinci dəfə 10 mart 2023-cü il tarixdə yenidən Media Reyestrində daxil edilməsi üçün cavabdehə müraciət edib. Həm özünün, həm də sahibi olduğu İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş edib. İddiaçı ikinci dəfə 10 mart 2023-cü il tarixdə yenidən Media Reyestrində daxil edilməsi üçün cavabdehə müraciət edib. Həm özünün, həm də sahibi olduğu İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş edib. İddiaçı hes ab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş həmin qərar əsassızdır. iddiaçı bütün əvvəlki illərdə olduğu kimi 2022-ci ildə, eləcə də 2023-cü ilin indiyə qədərki dövründə onlayn media resursuna sayca “Media haqqında” qanunda nəzərdə tutulduğundan dəfələrlə çox kütləvi informasiya daxil edib, iddiaçının 2022-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, eləcə də 2023-cü ilin yanvar-fevral aylarında sahibi olduğu onlayn media resursuna daxil etdiyi kütləvi informasiyaların say göstəricisi qanunun tələblərindəkindən çox olub. Hər ay internet resursuna azı 500 xəbər, məqalə, yerləşdirilib. İddiaçının sahibi olduğu “dogruxeber.az" onlayn media resursu öz materiallarını iki dildə - Azərbaycan və rus dillərində yayır. Azərbaycan və rus dillərində yayılan xəbərlərin bir-birinin sadəcə, tərcüməsi dey il. Elə rusca xəbərlər var ki, onlar Azərbaycan dilində yayılmır. Eyni zamanda elə Azərbaycanca xəbərlər var ki, onlar rus dilində yayılmır. Bu baxımdan bəzi aylarda media resursuna daxil edilən materialların ümumi sayı hətta 1000-dən artıq olub. Digər tərəfdən, İddiaçı onlayn media resursu gündəlik təxminən 2 saat davam edən video proqram yayımlayır. Həmin proqramlarda ən azı 20 mövzuya toxunulur, həmin məsələlər maraqlı tərəflərin iştirakı ilə şərh edilir. Göründüyü kimi, iddiaçı sahibi olduğu onlayn media resursuna qanunun tələblərinə uyğun sayda kütləvi informasiya daxil edib. Həmin kütləvi informasiyalar redaksiyanın özünün yaratdığı kütləvi informasiyalar olub. Bu baxımdan, kütləvi informasiyalar redaksiyanın özü tərəfindən yaradıldığından cavabdehin imtina qərarındakı əsaslandırma lar ümumiyyətlə aktuallığını itirmiş olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı cavabdehə ilk olaraq xx.xx.2023-cü il tarixdə Media Reyestrinə daxil edilməsi üçün müraciət etmişdir. İddiaçının həmin müraciətinə xx.xx.2023-cü il tarixli R/39 nömrəli Qərarla imtina edilmişdir. Qeyd edilən qərarda aşkar olaraq iddiaçının Media Reyestrinə daxil edilməsindən imtinanın səbəbi əsaslandırılmışdır. Həmin qərar iddiaçıya təqdim edildikdən sonra iddiaçı həmin qərarı mübahisələndirməmiş və faktiki olaraq qərarın məzmunu - imtinanın əsasları ilə razılaşmışdır. Həmin qərar qəbul edildikdən təxminən 20 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı Media Reyestrinə daxil edilməsi üçün yeni dən cavabdehə müraciət etmişdir. İddiaçının həmin müraciətinə xx.xx.2023-cü il tarixli R/55 nömrəli Qərarla imtina cavabı verilmişdir. Belə ki, iddiaçı yenidən müraciət edərkən ilk müraciətindən sonrakı müddət ərzində davamlılığın bərpa edilməsini və fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasmı təmin etməmişdir. İddiaçı MMC media subyekti və İddiaçı onlayn media redaksiyası qanunvericiliyin tələblərinə cavab vermədiyindən imtina haqqında qərar (xx.xx.2023-cü il tarixli R/55 nömrəli) qəbul edilmişdir. Həmin qərarda “Media Reyestrinin aparılması Qaydaları”nm 6.7-ci bəndinə istinad edilməklə qeyd olunmuşdur ki, Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur. Agentliyin yuxarıda adı çəkilən xx.xx.2023-cü il tarixli İmtina Qərarından sonra iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən Reyestrə daxil edilmək üçün Agentliyə müraciət etmişdir. Buradan isə açıq-aşkar aydın olur ki, iddiaçı Agentliyin xx.xx.2023-cü il tarixli Qərarını əsaslı hesab etmiş, nöqsanları aradan qaldırmaq üçün müəyyən müddət fəaliyyət göstərmiş və Reyestrə daxil edilmək üçün yenidən Agentliyə müraciət etmişdir. Lakin, iddiaçının fəaliyyəti “Media haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən 60.5-ci və 74.1.2-ci maddələrinin tələblərinə uyğun olmadığından xx.xx.2023-cü il tarixdə onun və sahibi olduğu redaksiyanın Reyestrə daxil edilməsindən i mtina barədə növbəti Qərar qəbul olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, İddiaçı onlayn media redaksiyasının fəaliyyətinin davamlılığı yoxlanarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun 60.5-ci və 60.4-cü maddələri əsas götürülmüşdür. Belə ki, fəaliyyətin hansı hallarda davamlı olduğunu təsbit edən 60.5ci maddə üzrə hesablamanın aparılması zamanı materialın yayımlanma tarixi xüsusi əhəmiyyət kəsb etdiyindən Qanunun 60.4-cü maddəsinə əsasən onlayn mediada materialın ilk dəfə yayımlandığı tarix qeyd olunmalı və həmin tarixə dəyişiklik edilməməlidir. Buna baxmayaraq, İddiaçı onlayn media redaksiyası bir çox, xüsusən də rus dilində dərc edilən materiallarında onların yayımlanma tarixini qeyd etmədiyindən həmin materiallar Qanunun 60.5-ci maddəsi üzrə dəyərləndirmə predmeti de yildir. İddiaçı hər iki müraciət tarixindən əvvəlki bir ayın 15 günü Qanunun 13.1-ci və 13.2-ci maddələrinə əməl etməklə 20 kütləvi informasiya dərc etməmişdir. Bu isə o deməkdir ki, hər iki müraciət dövründə həmin resursun fəaliyyəti Qanunun 60.5-ci maddəsinin tələblərinə uyğun, yəni davamı olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9070/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisədə iddiaçı tərəfindən “Media haqqında” Qanununun 13.1 və 13.2-ci maddələrinin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı digər media subyektlərinin informasiyalarına istinad etməklə istifadə etsə də, onunla həmin media subyektləri ilə arasında abunə və ya müqavilənin bağlanmasına dair hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki iddiaçının yuxarıda adıçəkilən media subyektləri ilə arasında abunə və ya müqavilə bağlanmasa belə, onun tərəfindən istifadə olunan informasiyalar digər media subyektlərinin dərc etdiyi informasiyaların üçdən birindən çox təşkil edir ki, bununla da qanunun 13.2-maddəsinin tələbləri pozulmuşdur.

8. Həmçinin qeyd edilmişdir ki, iddiaçının təsisçisi təsisçi olduğu digər onlayn media subyekti hesab olunan “Kanal14.az” –də dərc olunan informasiyalardan istifadə etdiyini bildirmiş və həmin media subyektin direktoru olduğuna əsaslanaraq abunə və ya müqavilənin bağlanmasının mümkün olmadığını vurğulamışdır. İddiaçının digər onlayn media s ubyekti olan “Kanal14.az” direktoru olması onun abunə və ya müqavilə olmadan həmin subyektə məxsus olan informasiyaların tam həcmdə istifadə etməsinə əsas vermir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 21(103)-735/2024 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, G. Abbasova və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı h əmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Kassator hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının 7-ci, 12-ci, 47-ci, 50-ci və 151-ci maddələrini, “Media haqqında” Qanununu, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu tətbiq etməyib və ya yanlış tətbiq edib. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1 (103)-735/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Media haqqında” Qanun: Maddə

13. İnformasiyadan istifadə edilməsi 13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. 13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. Maddə

26. Media subyektinə dair tələblər 26.1. Media subyektinə dair tələblər aşağıdakılardır: 26.1.1. təsisçi fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır; 26.1.2. təsisçi hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır; 26.1.3. media subyekti fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalı, bu Qanunun 26.3-cü maddəsinin tələblərinə cavab verməlidır. 26.2. Bu Qanunun 26.1.1-ci və 26.1.2-ci maddələrində nəzərdə tutulmuş tələblər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir. 26.3. Aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər: 26.3.1. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə g örə əvvəllər məhkum edilmiş şəxslər; 26.3.2. məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər; 26.3.3. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər. 26.4. Siyasi partiyalar və dini qurumlar yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər. 26.5. Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir. 26.8. Media subyektinin idarəetmə orqanının rəhbəri ali təhsilli olmalı, habelə bu Qanunun 26.1.1-ci və 26.3-cü maddələrinin tələblərinə cavab verməlidir. Maddə

60. Onlayn media sub yekti 60.5. Onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. Maddə

69. Çap mediası və onlayn mediada sponsorluq 69.2. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25 (iyirmi beş) faizədək olan hissəsinə sponsorluq edə bilərlər. Maddə

74. Media Reyestrinə daxil edilmək üçün tələblər 74.1. Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir: 74.1.1. bu Qanunun 26.1–26.5-ci, 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmalıdır; 74.1.2. fəaliyyəti davamlı olmalıdır (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 74.1.3. fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır; Maddə

73. Media Reyestri 73.6. Media Reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə

78. Keçid müddəalar 78.3. Bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etm əlidir.

16. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli, 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması” Qaydası: 2.1.1. reyestr – Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatı; 6.5. bəndinə əsasən reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur:... 6.5.3. fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda; 6.7. Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən ju rnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur.

17. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiy a instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur k i, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 15-17 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmə sin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 21(103)-735/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar