Məhkəmə qərarları › İş №2-1(102)-1120/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1120/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1120/2020 31.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: vergi məsuliyyətinə cəlb olunmasına dair qərarın ləğv edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X8, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X5 və vəkili X6, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MTK-nın (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-45/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.2013-cü il tarixdə vergi orqanlarında qeydiyyatdan keçmiş və bina tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli, **********398100 saylı qərarla iddiaçıya bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2016-cı ilin İ rübü dövrünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinə hesablanmış vergi 1.329.614,33 manat, bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 892.072,79 manat müəyyən edilmişdir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********786500 nömrəli uyğunsuzluq məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospektində ümumi sahəsi 13301.20 kv.m. olan binanın 2016-cı ilin İ rübündə təməlqoyma işlərinə başlanılmasına baxmayaraq Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş, 2016-cı i lin 1-ci rübü üçün cari bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin, həmçinin, yaşayış binası üçün ayrılan torpaq sahəsində tikinti işlərinin aparılması barədə icazə sənədinin, yaşayış binasının layihəyə üzrə ümumi sahəsini təsdiq edən sənədlərin surətlərini, təməlqoymanın vaxtını və tikintinin sahəsini özündə əks etdirən sənədlərin təsdiq olunmuş surətlərini və digər zəruri sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən 2016-cı ilin 1-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2 256 756,88 manat əlavə vergi məbləği hesablanmış və hesablama ilə bağlı xx.xx.2019-cu il tarixli **********232600 nömrəli “Vergilərin hesablanması barədə” qərar qəbul edilmişdi r. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********232600 saylı vergilərin hesablanması barədə qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildə özül tavası, yəni təməli qoyulmuş binanın vergi öhdəliyi xx.xx.2016-cı ildən qüvvəyə minmiş qanuna əsasən yarana bilməz. Vergi Məcəlləsində belə bir hal nəzərdə tutulmamışdır. MTK 2015-ci ildə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməli olub. Lakin, xx.xx.2016-cı ildən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi maddəsi ləğv edilmişdir. xx.xx.2016-cı il tarixinədək MTK Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini binanın özül tavası, yəni təməli qoyulan zaman vergi bəyannaməsini təqdim etməli olub. 2015-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi 219.3-cü maddədə müəyyən edilən vergi tutma obyektinin hər kv. m. üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanırdı. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikintinin təməl işlərinin başlandığı rübdə hesablayıb, h əmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirdilər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(82)-1419/2019 saylı iş) x xxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2019-cu il tarixli **********232600 nömrəli qərar ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya 2016-cı ilin 1 rübü dövrünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini hesablamaqla Vergi Məcəlləsinin 37.2-ci və 85.4-cü maddələrinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı 2016-cı ilin İ rübündə bina tikintisi ilə əlaqədar təməl qoymamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ( hakimlər X9-məruzəçi, X3 və X4, 2-1(103)-45/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1419/2019 saylı, x xxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən “bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmədiyindən, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi hesablaması analoji qaydada aparılmışdır. iddiaçı tərəfindən vergi orqanına 2016-cı ilin 1-ci rüb dövrünə bina tıkintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən kameral vergi yoxlama sında Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş müddət tətbiq edilmişdir. İddiaçı bir ünvan üzrə deyil, iki, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb hissəsi və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanları üzrə bir neçə binalar üzrə təməl qoyma işləri başlamış, vergi orqanı isə iddiaçıya 2016-cı ilin İ rübü üzrə 1329614,33 manat BTFSV məbləğini yalnız Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb hissəsi ünvanda olan binalar üzrə hesablamış, daha sonra 2016-cı ilin 1-ci rübü üzrə hesablanmış 1329614,33 manat vergi məbləğinə düzəliş olunaraq digər ünvan, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanda təməl qoyma işləri başlamış binalar üzrə 927142,44 manat əl avə, cəmi isə 2256756,88 manat (1329614,33 + 927142,44) BTFSV məbləğini hesablamışdır. Bundan başqa, Bakı şəhəri Abşeron rayonu Xirdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb hissəsində mənzil tikintisi üçün ayrılmış torpaq sahəsində 5 ədəd 5 bloklu 10 mərtəbəli binanın ümumi sahəsi 18757,10 kv.m o cümlədən 1881,78 kv.m qeyri yaşayış sahəsinə görə hesablanmış 1329614,33 manat məbləğində sadələşdirilmiş vergi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 22584 saylı və xx.xx.2019-cu il tarixli 25303 saylı rəylərdə, iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübü dövrünə bina tikintisi fəaliyyətinə görə 18757,10 kv.m sahəyə görə vergidən yayındığı öz təsdiqini tapmış və bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 892072,79 manat iddiaçı tərəfindən dövlə t büdcəsinə ödənilməsi təmin edilmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Kasasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, 2016-cı ildə aparılmış kameral yoxlama nəticəsində hesablanmış borc ödənilmiş, 2019-cu ildə isə yenidən həmin dövr üçün kameral hesablama aparılmış, həmçinin bina tikintisi fəaliyyəti ilə bağlı metodun seçimi ilə əlaqədar müraciətin edilməməsi və bəyannamə təqdim edilməməsi ilə təkrar vergi borcunun hesablanması qanunsuz və əsassızdır. tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında kasasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında vəkillə təmsil olunmadığından, işə onun izahatı alınmadan baxılmışdır. əsaslandırma hissəsi: İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Cavabdehin “Vergilərin hesablanması barədə” xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçıya bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2016-cı ilin İ rübü dövrünə bina tikintisi fəaliyyə ti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinə 2.256.756,88 manat və bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 425.639,81 manat müəyyən edilmişdir. Hazırkı iş üzrə iddianın predmeti cavabdehin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğvi barədədir. İPM-in 2.2.1-ci maddəsinə görə iddia növü mübahisələndirmə haqqında iddiadır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. O da qeyd edilməlidir ki, “Vergilərin hesablanması barədə” cavabdehin xx xxx 2016cı il tarixli qərarı ilə iddiaçıya bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2016-cı ilin İ rübü dövrünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinə hesablanmış v ergi 1.329.614,33 manat, bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 892.072,79 manat müəyyən edilmişdir. Cavabdeh apelyasiya şikayətinə əlavədə bildirmişdir ki, kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx xxx 2016-cı il tarixli qərarla vergi orqanı tərəfindən iddiaçıya 2016-cı ilin İ rübü üzrə 1.329.614,33 manat vergi hesablanmış, bu məbləğ digər inşa edilmiş bina ilə bağlı hesablanmış 927.142,44 manat vergi məbləğinə əlavə edilmiş, cəmi 2.256.756,88 manat BTFSV məbləği hesablanmışdır. Həmçinin apelyasiya şikayətinə əlavədə hər iki verginin ayrı-ayrı ünvanlarda təməli qoyulmuş binalara görə hesablandığı qeyd edilmişdir. Apelyasiya məhkəməsi şikayətdə qeyd edilənlərlə bağlı tərəflərin iştirakı ilə araşdırma aparmamış, iddianın predmeti olan xx xxxxxx 2019-cu il tarixli qəra rla hesablanmış 2.256.756,88 manat vergi məbləğinə həqiqətən xx xxx 2016-cı il tarixli qərarla hesablanmış vergi məbləğinin aid olması, iddiaçının bundan, o cümlədən xx xxx 2016-cı il tarixli qərardan (nə vaxt) məlumatlı olması, xx xxx 2016-cı il tarixli qərarla müəyyən edilən məbləğin şəxsi hesab vərəqəsində hərəkəti, xx xxx 2016-cı il tarixli qərarın qüvvədə olması, həmin qərarla qət edilmiş vergi məbləğinə münasibətdə iddianın mümkünlük şərtləri yoxlanılmamışdır. İşin 1-ci cild 49-58-ci səhifələrində olan iddiaçının şəxsi hesab vərəqəsində xx xxx 2016-cı ildə yazılış tarixi xx xxx 2016-cı il olmaqla BTESV 2016

1. Rüb-ANALOJİ (B), BTESV 2016

1. Rüb-ANALOJİ (SDB), daha sonra isə yazılış tarixi xx xxxxxx 2019-cu il olan BTESV 2016

1. Rüb-ANALOJİ (SDB) tərtib edilməsinin əsasları araşdırılm amışdır. İddiaçı tərəfindən inşa edilən binanın təməlinin 2015-ci ilin İİ rübündə qoyulması mübahisə doğurmur. Vergi Məcəlləsinin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. İddiaçı tikintisi başlanmış binaya görə 2015-ci ilin İİ rübü üçün xx xxxx 2015-ci il tarixdə mənzil tikintisi üzrə sadələşdirilmiş vergi hesabatı təqdim etmiş, daha sonra xx xxxxxx 2015-ci il tarixdə dəqiqləşdirilmiş mənzil tikintisi üzrə sadələşdirilmiş vergi hesabatı təqdim edərək şəxsi hesab vərəqəsində azalma aparmışdır. Cavab deh 2015-ci ilin İİ rübü üzrə sadələşdirilmiş vergi hesabatının müvafiq olaraq 21 iyul və xx xxxxxx 2015-ci ildə təqdim edilməməsi ilə bağlı mübahisə açmamışdır. Lakin cavabdeh xx xxxxxx 2019-cu il tarixli bildirişlə iddiaçıdan 2016-cı ilin İ rübündə təməlqoyma işlərinə başlanılmasına baxmayaraq Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyini bildirmiş, xx xxxxxx 2019-cu il tarixli qərarında kameral qaydada iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məblə ğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Apelyasiya məhkəməsi işin faktiki hallarına bu normaların işığında münasibət bildirməmiş, iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübündə bina tikintisi ilə bağlı təməlqoyma həyata keçirilmədiyi halda vergi orqanına 2016-c ı ilin 1-ci rüb dövrünə bina tıkintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməli olmasını qərarında əsaslandırmamışdır. Apelyasiya məhkəməsi Vergi Məcəlləsinin 37.3-cü maddəsinə istinad edərək bildirmişdir ki, kameral yoxlaması aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Odur ki, iddiaçı tərəfindən bəyannamə təqdim edilmədən kameral vergi yoxlaması aparılması mümkün deyildir. İddiaçı tərəfindən “bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmədiyindən, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi hesablaması analoji qaydada aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binasi (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadiqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergi tutma obyektinin müəyyənləşdirilməsi hər hansi başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansi digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ var dır. Digər tərəfdən, birinci instansiya məhkəməsinin qərarında cavabdeh Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozularaq, kameral vergi yoxlaması vergi bəyannaməsi vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günlük müddətin ötürməklə aparıldığı qeyd etmişdir. Lakin, iddiaçı tərəfindən vergi orqanına 2016-cı ilin 1-ci rüb dövrünə bina tıkintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən kameral vergi yoxlamasında müddət Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş müddət tətbiq edilmişdir. Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilmiş və bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş verginin hesa blanmasının yeni qaydası müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixdən qüvvəyə minmiş bu Qanunun 2-ci maddəsində göstərilmişdir ki, Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikintiquraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Yuxarıda vurğulandığı kimi, apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən “bina tikintisi fəaliyyəti ilə məşğul olan şə xslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmədiyindən o, kameral qaydada vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-İVQD nömrəli Qanununun 2-ci maddəsində vergi ödəyicisinin üzərinə bu Qanun qüvvəyə mindikdən sonra yeni bəyannamə verilməsi öhdəliyi qoyulmamışdır. Həmin Qanunda qanunverici tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxsin üzərinə bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etmək öhdəliyi qoymuşdur. Cavabdeh apelyasiya şikayətində iddiaçının bir neçə bina üzrə təməl qoyma işləri apardığını, xx xxxxxx 2019-cu il tarixli qərarında bir bina üzrə vergi məsuliyyətinə cəlb edildiyini bildirmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçının müxtəlif ünvanlarda bina tikintisinə icazə verilməsi barədə Abşeron rayon icra Hakimiyyətinin xx xxxxxxxx 2013-cü il və xx xxxxx 2014-cü il tarixli sərəncamları mövcuddur. Apelyasiya məhkəməsi iddiaçının hansı ünvanda olan, sahəsi göstərilməklə hansı binaya görə vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müst əqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). İPM-in 58-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə).Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). İPM-in 12 və 58-ci maddələrinin tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələb lərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-45/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarıləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar