Məhkəmə qərarları › İş №2-1(102)-1120/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1120/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1120/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyini, 57 yaş, 2 nömrəli Siyahı, əl ilə qaynaq aparan elektrik qaynaqçıları giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “işlədiyi, təhsil və hərbi xidmətdə olduğu müddətlərin iş stajına daxil edilməsi, 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-572 /2021 saylı, 4 mart 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, 01.09.1977-ci ildən 25.07.1980-ci ilədək peşə təhsili almış, 11.08.1980-ci ildə OPTM-də təhsili başa vurduqdan sonra əsas istehsalatın təminatı sahəsinə ikinci dərəcəli qaz-elektrik qaynaqçısı vəzifəsinə təyin olunmuş, 12.04.1981-ci il tarixindən 18.05.1983-cü ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, 22.06.1983-cü ildə "xxxx"nin İstehsalat Təmir Müəssisəsində 2-ci dərəcəli elektrikqaz qaynaqçısı peşəsində, 01.12.1983-cü ildə həmin peşə ilə 3-cü dərəcəsi almış, 05.05.1985-ci ildə həmin sexdə elektrik-qaz qaynaqçisi kimi 4-cü dərəcəsi almış, 01.0 1.1989-cu il tarixindən Az.Baş energo İstehsalat təmir müəssisənin adı "xxxx" İB İstehsalat-təmir müəssisəsinə dəyişdirilmişdir. 15.09.1989-cu ildə həmin sexdə 5-ci dərəcəli qaz elektrik qaynaqçısı verilmiş, 01.09.1992-ci ildə həmin peşə ilə 6-cı dərəcə verilmiş və 31.12.1995-ci ilədək “Azenerji” İstehsalat Birliyində və "xxxx" Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi” Birliyində elektrik-qaz qaynaqçısı işləmiş və Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (Enerjitexnikiləşdirmə müəssisəsinə keçməsi ilə əlaqədar) əsasən işdən azad edilmişdir. 02.01.1996-13.11.1996-cı illərdə ETY-SC-nin Sumqayıt filialına köçürmə yolu ilə 6-cı dərəcəli qaz elektrik qaynaqçısı vəzifəsində işləmiş, 18.11.1996-cı ildə "xxxx" Dövlət Şirkətinin Sumqayıt Daimi Təmir Sahəsinin X3 6-cı dərəcəli elektrik qaynaqçı kimi işə qəbul edilmiş, 01.03.1997-ci ildə Sərbəst Sumqayıt mexaniki yığma və boru əymə sahəsi yaradılmış, 01.02.1998-ci ildə Sumqayıt Mexaniki yığma və boru əymə sahəsi Təmirmexanikləşdirilmə sahəsi ilə birləşib Sumqayıt Mexanizasiyalarının təmiri mexaniki yığma və boru əymə sexi adlandırılmışdır. 15.05.2002-ci ildə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. 16.05.2002-ci ildə "xxxx" MMC-nin Ehtiyat Hissələrinin hazırlanması sexin Sumqayıt Mexaniki Yığma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 01.12.2004-cü ildə həmin peşə ilə yeni yaradılmış sərbəst Sumqayıt təmir quraşdırma və mexaniki sahəsinə keçirilmiş, 01.04.2005-ci ildə həmin peşə ilə ayrılmış Sumqay ıt Mexaniki Yığma sahəsinə keçirilmişdir. 01.11.2007-ci ildə Mexaniki avadanlıqların Quraşdırılması İdarəsinin Ehtiyat hissələrinin sexinə 6-cı dərəcəli əl qaynaqçısı peşəsinə keçirilmişdir.

2. İddiaçı 1 sentyabr 1977-ci il tarixdən 24 iyul 1980-ci il tarixə qədər peşə təhsili almış, 12 aprel 1981-ci il tarixdən 18 may1983-cü il tarixə qədər hərbi xidmətdə olmuşdur.

3. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 10 oktyabr 2019-cu il tarixli işin xarakteri haqqında arayışda (güzəştli) qeyd edilir ki, 1962-ci il təvəllüdlü iddiaçı həqiqətən 11.08.1980-cı ildə (Əmr № 72-ok, 11.08.1980-ci il) "xxxx"nin İstehsalat-Təmir Müəssisəsinin İstehsalın təchizatı sahəsində 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı kimi işə qəbul edilmiş və 01.04.1981-ci il tarixində (əmr №-32-ok, 06.04.1981-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. 22.06.1983-cii ildə (əmr № 82-ok. 22.06.1983-cü il) “Azbaşenerji"nin və ’’Azenerji" X2 sahələrin inkişafı sahəsində 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı peşəsində, 01.12.1983-cü ildə (əmr № 159-ok, 02.12.1983-cü il) həmin peşə ilə 3-cü dərəcə verilib. 05.05.1985-ci ildə (əmr №-50-л. 06.05.1985-ci ildə) həmin sahədə elektrik-qaz qaynaqçısı kimi 4-cü dərəcə verilib, 15.09.1989-cu ildə (əmr №-430, 19.09.1989-cu il) həmin peşə ilə 5-ci dərəcə verilib, 01.09.1992-ci ildə ( əmr №293. 29.09.1992-ci il) həmin peşə ilə 6-cı dərəcə verilib və 31.12.1995-ci ildə (əmr № 76-ıu, 28.12.1995-ci il) “Azenerji” İstehsalat Birliyində və "xxxx" Dövlət Şirkətinin “Enerjinin İstehsalı və Ötürülməsi” Bi rliyində elektrikqaz qaynaqçısı işləmiş və Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36cı maddəsinin 5-ci bəndinə (Enerjitexnikiləşdirmə müəssisəsinə keçməsi ilə əlaqədar) əsasən işdən azad edilmişdir. 18.11.1996-cı ildə (əmr № 61a-ш, 18.11.1996-cı il) "xxxx" Dövlət Şirkətinin Sumqayıt Daimi Təmir Sahəsinin X3 6-cı dərəcəli elektrik qaynaqçı kimi işə qəbul edilib və 15.05.2002-ci ildə (əmr №- 26- ш. 15.05.2002) Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunub. 15.05.2002-ci ildə (əmr №-10-kş, 16.05.2002-ci il) "xxxx" MMC-nin Ehtiyat Hissələrinin hazırlanması sexin Sumqayıt Mexaniki Yığma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və 29.12.2012-ci ilədək "xxxx" MMC-nin Tikinti Məmulatlarının İstehsalı İdarəsində və "xxxx" ASC-nin Sumqayıt Texnologiyaları Parkının Mexaniki təmir sexində və X1 Departamentinin Ağır Maşınqayırma Zavodunun Mexaniki Yığma sexinin Eksperimental Yığma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləyib və 29.12.2012-ci ildə (əmr №-48/6-kş. 29.12.2012-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarının 35-ci fəslinə əsasən avadanlıqların təmirini təmin edən qazla kəsicilərin və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüq uqu verir. Güzəştli pensiya üçün staj: 29 il, 03 ay, 10 gün təşkil edir. Qeyd edirlər ki, "xxxx" ASC-nin 23.01.2002-ci il tarixli əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin 12.02.2004-cü il tarixli əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin 04.03.2005-ci il tarixli əmrinə əsasən isə "xxxx" MMC adlandırılmışdır. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır.

4. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 20 noyabr 2019-cu il tarixli, məktubda qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şə raiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbay can Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın ın təyin edilməsi məsələsinə İdarəyə təqdim etdiyi 20 iyun 1983-ci il tarixli əmək kitabçasında 02.01.1996-13.11.1996-cı il tarixləri arasındakı dövr ərzində işləməsinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxıla bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 18 dekabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işlədiyi, təhsil və hərbi xidmətdə olduğu müddətlərin iş stajına daxil edilməsi, 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının 35-ci fəslinə əsasən avadanlıqların təmirini təmin edən qazla kəsicilərin və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı 29 il, 03 ay, 10 gün təşkil edir. Bundan başqa "xxxx" MMC tərəfindən verilən güzəştli arayışdan görünür ki, 30.12.2012-ci il tarixdən 22.05.2019-cu il tarixədək STP-nin Qaynaq quraşdırma zavodunun Qaynaq sexinin Yüngül konstruksiyaların hazırlanması sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. Qeyd edilən peşə də Azərbaycan R espublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü fəslinə əsasən zərərli iş hesab edilir. Güzəştli pensiya üçün stajı 6 il 4 ay 22 gün təşkil edir. 1 yanvar 2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 1 yanvar 2006-cı il tarixə qədər zəruri iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 1 yanvar 2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla müvafiq iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən müvafiq arayışlar verilmişdir. Nəhayət ona 57 yaşı tamam olan tarixdən, yəni 7 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə İdarəyə təqdim etdiyi əmək kitabçasında 02.01.1996 - 13.11.1996-cı il tarixləri arasındakı dövr ərzində işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduğundan sonra baxıla bilər. Halbuki həmin 10 ay müddət olmasa belə onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən iş stajı tamamlanmışdır, baxmayaraq ki, həmin staj əmək kitabçası ilə təsdiqini tapır.

7. Cаvаbdeh iddiаyа dаir еtirаzını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1 maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyas ı hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə 20 iyun 1983-cü il tarixli əmək kitabçasında 02.01.1996-13.11.1996-cı il tarixləri arasındakı dövr ərzində işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxıla biləcəyi bildirilmişdir. İddiaçının 1 yanvar 2006-cı il tarixinə olan ümumi iş stajı 25 ildən az təşkil etdiyi üçün ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İddia çının ərizəsində qeyd etdiyi təhsil müddətinin ümumi iş stajına aid edilməsi məsələsinə dair isə bildirmək istəyirik ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə müəyyən edilir: əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi: -1 qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi iddiaçının iş stajına daxil edilməsini tələb etdiyi təhsil müddətinin ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(112)-1012/2020 saylı iş) 15 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək işlədiyi müddətlər, təhsil müddəti və hərb xidmətdə olduğu illər iş stajına daxil edilməklə 57 yaşdan, yəni hüququnun yarandığı 07.09.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, ödənilməmiş fərqin verilməsi vəzifəsi cavabdehə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan əmək kitabçasından iddiaçının ümumi iş stajının 01.01.2006-cı il tarixədək həqiqi hərbi xidmətdə olduğu dövr də daxil olmaqla 28 il 1 ay 22 gün təşkil etdiyi müəyyən olunur. İddiaçının 01.01.2006-cı il tarixədək olan dövr ərzində 12 il 06 ay müddətindən artıq müxtəlif dərəcəli qaz qaynaqçısı və qaz-elektrik və elektrik qaynaqçısı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşələrində işləməsi əmək kitabçası, hə mçinin Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş işin xarakteri haqqında güzəştli arayışla təsdiq olunur.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X8-məruzəçi, X6 və X4, 2-1(103)-572/2021 saylı iş) 4 mart 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlanmışdır.

12. Cavabdeh 23 aprel 2021-ci il tarixdə qərarın surətini almış, 4 may 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkünsü z sayılması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 13. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir ki, 2006-cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəl akət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. 14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində göstərilir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”.

15. Həmin Qərarının 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”.

16. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

17. Cavabdeh iddiaçının tələbindən imtina etməmiş, ona sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxılacağını bildirmişdir. Cavabdeh İdarə həmin cavabı ilə iddiaçının heç bir hüququnu və qanunla qorunan hərhansı bir maraqlarını pozmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

20. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

5. Pensiya seçmək hüququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı i ş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri (-). 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: (-); 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfd ar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalat ların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 24. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növün dən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

25. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 109-cu bəndinin i) yarımbəndində texniki peşə məktəblərində təhsil dövrü ümumi əmək stajına aid edilmişdir. 26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikas ının 23 sentyabr 1992-ci il tarixli, 305 nömrəli Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 27. “İnzibati icraat haqqında” Qanun: Maddə

32. Əlavə sənədlərin və ya məlumatların tələb olunması 32.1. İnzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır. 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. 32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. (-).

28. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdik ləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

82. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Mübahisə il ə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

29. Cavabdehin kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstər ilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Cavabdeh apelyasiya məhkəməsinin qərarın bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.

32. İddiaçı 1 yanvar 2006-cı ilə qədər 25 il ümumi staj, həmin dövrün 12 il 6 ayının güzəşti stajı mövcud olduğunu bildirib 57 yaşının tamam olduğu 7 se ntyabr 2019-cu il tarixdən güzəştli şərtlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir.

33. Cavabdeh imtinasını əmək kitabçasında 02.01.1996-13.11.1996-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyinə dair aparılmış qeydlərin arxiv arayışları ilə təsdiq olunmadığı, iddiaya etirazının əsası kimi 1 yanvar 2006-cı il tarixə kimi ümumi stajın 25 ildən az olması, sonrakı etiraz və şikayətinin əsası kimi iddiaçının müraciətinə cavabdehin imtina etmədiyi, ona sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə müraciətinə baxılacağını bildirməsi ilə əsaslanmışdır.

34. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

35. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü ma ddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

36. İddiaçı 7 sentyabr 1962-ci ildə doğulmuş, 7 sentyabr 2019-cu ildə 57 yaşı tamam olmuşdur.

37. İddiaçının diplomuna əsasən 1 sentyabr 1977-ci il tarixdən 24 iyul 1980-ci il tarixədək texniki peşə təhsili almış (10 ay 24 gün), hərbi biletinə görə 12 aprel 1981-ci il tarixdən 18 may 1983-cü il tarixədək hərbi xidmət ( 2 il 1 ay 6 gün) keçmişdir.

38. İddiaçının əmək kitabçasında olan məlumatlara görə 11 avqust 1980-ci il tarixdən 1 aprel 1981-ci il tarixə qədər (7 ay 11 gün), sonra isə 22 iyun 1983-cü il tarixdən 1 yanvar 2006-cı il tarixə qədər bir neçə gün fasilə olmaqla müxtəlif yerlərdə (27 ildən çox) əmək fəaliyyəti ilə məşğul olmuşdur.

39. Yuxarıda sadalanan qanunvericilik aktlarına görə 1 yanvar 2006-cı il tarixədək iddiaçının təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrünü təşkil edən azı 30 il iş stajı onun sığorta stajına daxil olduğundan onun həmin vaxta 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur. 40. "xxxx" ASC tərəfindən verilmiş 10 oktyabr 2019-cu il tarixli işin xarakteri haqqında arayışdan (güzəştli) müəyyən edilir ki, iddiaçı 11.08.1980-cı il tarixdən 01.04.1981-ci il tarixədək "xxxx"nin İstehsalat-Təmir Müəssisəsinin İstehsalın təchizatı sahəsində elektrik-qaz qaynaqçısı, 22.06.1983-cü il tarixdən 31.12.1995-ci il tarixədək elektrik-qaz qaynaqçısı işl əmiş, 18.11.1996-cı il tarixdən "xxxx" Dövlət Şirkətinin Sumqayıt Daimi Təmir Sahəsinin X3 6-cı dərəcəli elektrik qaynaqçı kimi işə qəbul edilib və 15.05.2002-ci il tarixdə işdən azad olunmuşdur. 15.05.2002-ci ildə "xxxx" MMC-nin Ehtiyat Hissələrinin hazırlanması sexin Sumqayıt Mexaniki Yığma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və 29.12.2012-ci il tarixədək "xxxx" MMC-nin Tikinti Məmulatlarının İstehsalı İdarəsində və "xxxx" ASC-nin Sumqayıt Texnologiyaları Parkının Mexaniki təmir sexində və X1 Departamentinin Ağır Maşınqayırma Zavodunun Mexaniki Yığma sexinin Eksperimental Yığma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləyib. Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının 35- ci fəslinə əsasən avadanlıqların təmirini təmin edən qazla kəsicilərin və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda “Xİİİ. Ümumi peşələr” bölməsində “qaz qaynaqçıları” (kod 23200000— 11620), “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000—19906) nəzərdə tutulmuşdur.

42. İddiaçını n 1983-1996-cı illərdə işlədiyi qaz qaynaqçısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Ümumi peşələr adlı XXXİİİ saylı bölməsinin 23200000-11620 kod nömrəli güzəştli iş stajı verən qaz qaynaqçıları peşəsinə uyğun olması və həmin dövr üzrə iddiaçının güzəştli iş stajının mövcud olması məhkəmə araşdırması nəticəsində sübuta yetmişdir.

43. İddiaçının 18 noyabr 1996-cı ildən 1 yanvar 2006-cı il tarixədək işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Ümumi peşələr adlı XXXİİİ saylı bölməsinin 23200000-19906 kod nömrəli güzəştli iş stajı verən əl ilə qaynaq aparan elektrik qaynaqçıla rı peşəsinə uyğun olmuş və həmin dövr onun güzəştli iş stajına daxil edilmişdir.

44. Apelyasiya məhkəməsinin müəyyən etdiyi kimi iddiaçı 1 yanvar 2006-cı il tarixədək ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmuşdur.

45. Cavabdeh kasasiya şikayətində göstərmişdir ki, pensiya təyin olunması ilə bağlı iddiaçının müraciətindən imtina edilməmiş, ona zəruri sənədləri təqdim etdikdən sonra pensiya təyin olunması məsələsinə baxılacaqdır.

46. İddiaçı pensiya təyin olunması ilə bağlı zəruri sənədləri təqdim etdiyindən, iddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olduğundan, hər hansı digər sənədin təqdim edilməsinə zərurət yaranmadığından cavabdehin şikayətinin dəlilləri əsaslı olmamışdır.

47. İddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yaranması üçün “Əmək pensiya ları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri mövcud olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

48. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

49. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

50. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 v ə 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-572/2021 saylı 4 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar