Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1120/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təyyarə bələdçisi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961 təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-595/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 may 2021-ci il tarixli, **********7 nömrəli məktubu ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
2. İmtina “Əmək pensiyaları haqqında” Qa nunun 9.1-ci maddəsinə istinadla onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40.200,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29.142,96 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edər ək, ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il üçün - xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 57 yaşının tamam olduğu 19 fevral 2018-ci il tarixinə kimi 25 ildən çox ümumi staja malikdir və bu müddətin 20 ilindən çoxunu hava gəmilərində bələdçi olaraq çalışdığı üçün 01 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Lakin cavabdeh 18 may 2021-ci il tarixli məktubla onun müraciətini təmin etməkdən imti na etmiş və bunu onunla əsaslandırmışdır ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan vermir. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə aydın olur ki, cavabdeh onun pensiya kapitalının az olması qənaətinə gəlib ki, bu da kökündən yanlış yanaşma hesab edilməlidir. Cavabdehin imtina məktubunda onun ümumi və təyyarə bələdçisi vəzifəsində topladığı güzəştli iş stajını qəbul edir. Bu, mübahisələndirilməyən haldır. Lakin hazırkı iddiada mübahisələndirilən yeganə hal onun pensiya təyinatı üçün guya pensiya kapitalının olmamasıdır. Cavabdehin onun kapitalı barədə mülahizəsi əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə görə ona pens iya təyinatı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən aparılmalıdır və bu səbəblə də, ondan pensiya kapitalı tələb edilə bilməz, çünki pensiya kapitalı anlayışı 01 yanvar 2006-cı il tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri siyahısındadır, geriyə hüquqi qüvvəsi mümkün deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun istər 9.1, istərsə də 9.3-cü maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün minimum əmək pensiyası məbləğindən az olmayan təyinatına imkan verən pensiya kapitalının mövcud olması tələbi 01 iyul 2017-ci il tarixindən etibarən keçərlidir, yəni güzəştli pensiya təyinatı üçün yaş və staj tələbləri həmin tarixdən sonra ödənilən şəxslərə tətbiq edilə bilər. O, ümumi və xüsusi iş stajını 01 yanvar 2006-cı il tarixinə kimi qazanmış olduğu üçün 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı aparılması tələbində özünü haqlı hesab edir. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli, 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir. Hesablanma qaydası isə həmin Qaydaların 3.1-ci maddəsində öz əksini tapmışdır. Məhz həmin Qaydalar əsas götürülərək "xxxx" QSC-nin ona təqdim etdiyi arayışda 32 il 6 ay stajının olduğu öz əksini tapmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi iddiaçının topladığı ümumi sığorta stajı cəmi 43 il 9 ay 8 gün təşkil edir. Beləliklə, cavabdeh onun xidmət illərinin hesablanmasını da düzgün aparmamışdır.
5. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40.200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29.142,96 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbayc an Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İddiaçının 55 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq, 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair isə bildirilmişdir ki, istinad edilən maddəyə əsasən hava gəmilərində bələdçi işləyən kişilər 55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda, bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışmışlarsa, əmək şəraitinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006cı il tarixinədək güzəştli iş stajı tələb olunan 15 ildən az (12 il 5 ay 8 gün (xx.xx.1993xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
6. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 14 mart 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, qanuni qüvvəsini itirmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli, 305 saylı Qanununa (Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli 54-İİİQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının 6 mart 2007- ci il tarixli 260-İİİQD nömrəli Qanununa əsasən qüvvədən düşmüşdür) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarına (həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarına əsasən qüvvədən düşmüşdür) əsasən “təyyarə bələdçiləri” peşəsi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan lara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin nə 1 nömrəli Siyahısına, nə də 2 nömrəli Siyahısına daxil edilməyib. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli, 305 saylı Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq təyyarə bələdçiləri əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakı şərtlərlə malikdir: kişilər - 57 yaşına çatdıqda və azı 25 il ümumi stajı olduqda, bu müddətin azı 15 ilini təyyarə bələdçisi vəzifəsində çalışarsa; qadınlar - 52 yaşa çatdıqda və azı 20 il ümumi stajı olduqda, bu müddətin azı 15 ilini təyyarə bələdçisi vəzifəsində çalışarsa; 1 nömrəli Siyah ı üzrə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan işçilərin pensiyaları 13-cü maddənin a) bəndinə, 2 nömrəli Siyahı üzrə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan işçilərin pensiyaları isə 13-cü maddənin c) bəndinə uyğun olaraq təyin edilmişdir.
7. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 13 may 2022-ci il tarixli məktubda isə qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən Azərbaycan Respublikasının Mülki Aviasiya sistemində xx.xx.1993-cü ildən xx.xx.2007-ci ilə kimi (13 il 10 ay 7 gün) təyyarə bələdçisi vəzifəsində çalışmışdır. xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə kimi nəzarət üzrə dispetçeri, xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilə kimi təyyarə bələdçilərinin planlaşdırılması üzrə dispetçeri vəzifələrində çalışmışdır. Bildiyiniz kimi, təyyarə bələdçiləri, böyük təyyarə bələdçiləri, təlimatçı-təyyarə bələdçiləri, hava gəmilərinin bort operatorları, böyük bort operatorları, təlimatçı-bort operatorları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsaslanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. Qanuni qüvvəsini itirmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli, 305 saylı Qanununa (Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-MİQD nömrəli Qanununa əsasən qüvvədən düşmüşdür) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına (həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarına əsasən qüvvədən düşmüşdür) əsasən “təyyarə bələdçiləri’’ peşəsi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin nə 1 nömrəli Siyahısına, nə də 2 nömrəl i Siyahısına daxil edilməyib. "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli, 305 saylı Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq təyyarə bələdçiləri əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakı şərtlərlə malikdir:kişilər-57 yaşına çatdıqda və azı 25 il ümumi stajı olduqda, bu müddətin azı 15 ilini təyyarə bələdçisi vəzifəsində çalışarsa; qadınlar-52 yaşa çatdıqda və azı 20 il ümumi stajı olduqda, bu müddətin azı 15 ilini təyyarə bələdçisi vəzifəsində çalışarsa; 1 nömrəli Siyahı üzrə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan işçilərin pensiyaları 13-cü maddənin a) bəndinə, 2 nömrəli Siyahı üzrə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan işçilərin pensiyaları isə 13-cü maddənin c) bəndinə uyğun olaraq təyin edilmişdir.
8. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının "xxxx" QSCnin 10 may 2022-ci il tarixli, 211 saylı arayışından və 22 yanvar 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı “AZAL” Sərnişin Aviasiya şirkətində təyyarə bələdçisi kimi aşağıdakı uçuş saatlarına malikdir: xx.xx.1993-xx.xx.1993 - 252 saat 31 dəqiqə; xx.xx.1994-xx.xx.1994 - 850 saat; xx.xx.1995-xx.xx.1995 - 563 saat; xx.xx.1996xx.xx.1996 - 677 saat 20 dəqiqə; xx.xx.1997-xx.xx.1997 - 533 saat 50 dəqiqə; xx.xx.1998-xx.xx.1998 - 508 saat 10 dəqiqə; xx.xx.1999-xx.xx.1999 - 533 saat 35 dəqiqə; xx.xx.2000-xx.xx.2000 – 515 saat; xx.xx.2001-xx.xx.2001 – 286 saat 56 dəqiqə; xx.xx.2002-xx.x x.2002 - 301 saat; xx.xx.2003-xx.xx.2003 - 387 saat 42 dəqiqə; xx.xx.2004-xx.xx.2004 - 573 saat 18 dəqiqə; xx.xx.2005-xx.xx.2005 - 455 saat 32 dəqiqə; xx.xx.2006-xx.xx.2006 - 389 saat 30 dəqiqə. Cəmi: 7046 saat. Təyyarə bələdçisi vəzifəsində işləmiş İddiaçı uçuş xidməti cəmi 32 il 06 ay təşkil edib.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1335/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilərək, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaf iə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidmət keçdiyi dövr və təhsil aldığı dövr, həmçinin təyyarə bələdçisi vəzifəsində işlədiyi 32 il 6 ay nəzərə alınmaqla, iddiaçı ümumilikdə 43 il 9 ay 10 gün sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ilədək sığorta stajı 25 ildən çoxdur. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd etmişdir ki, iddiaçı “AZAL” Sərnişin Aviasiya şirkətində təyyarə bələdçisi vəzifəsində işləmiş, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək onun sığorta stajı cəmi 32 il 6 ay təşkil etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi həmin vəzifə xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “d” bəndində güzəştli şərtlərlə əmək pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 15 ildən çoxdur. Məhkəmə hesab etmişdir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyinə dair dəlilə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması və bunun 15 ildən artıq müddətini bələdçi vəzifəsində çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu halda, iddiaçıdan əlavə olaraq fərdi hesabın sığor ta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunması əsassızdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək eyni dəlillərə istinadla birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-595/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1335/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiy a şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kasasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti cavabdeh tərəfindən təqdim olunmuş imtina məktubu və iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfində n təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.3 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı old uqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: d) hava gəmilərində bələdç i işləyən şəxslər: kişilər - 55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda, bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa;... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə
59. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətinin pensiya hüququnun müəyyən edilməsi şərtləri... Uçuş və uçuş-sınaq həyətində işləyənlərin iş stajlarının hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydaları Bənd 2. “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. Hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) Bənd 3. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ər zində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanlara yaşa görə əmək pensiyası təyin edilərkən həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həm in işlər üzrə azı 20 il sığorta stajı olduqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla tətbiq edilir.
20. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses i ştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliy i və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli a raşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya hüququnun yarandığı gündən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu, eləcə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı məsələləri lazımi qaydada araşdırmışdır. Məhkəmələrin bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya mə hkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Kassasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya əlavə olaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
27. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinin maddi hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “d” bəndi təşkil edir. Həmin normaların tələblərinə əsasən 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi stajı və bu müddətin daxilində azı 15 il bələdçi vəzifəsində çalışmaqla xüsusi stajı topladığı halda, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
28. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı 15 illik xüs usi stajı toplamamışdır. Bu zaman cavabdeh iddiaçının təyyarə bələdçisi kimi işlədiyi xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrü əsas götürür və həmin dövrləri təqvim illəri əsasında hesablamaqla iddiaçının xüsusi stajının 12 il 5 ay 8 gün (xx.xx.1993-xx.xx.2006cı il tarixləri arasındakı dövrlər) təşkil etdiyini bildirir. Məhkəmələr isə bu stajı "xxxx" QSCnin 22 yanvar 2021-ci il və 10 may 2022-ci il tarixli arayışlarında göstərildiyi kimi 32 il 06 ay (7046 saat) kimi qəbul ediblər.
29. Beləliklə, müəyyənləşdirilməli olan məsələ iddiaçının stajının hansı qaydada hesablanmalı olduğu ilə bağlıdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın həmin stajın təqvim ili qaydasında hesablanmalı olması barədə mövqeyi əsassızdır. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndi həmin Qanunun 59-cu maddəsi ilə birgə dəyərləndirilməlidir. Həmin Qanunun 59-cu maddəsində uçuş və uçuşsınaq həyətində işləyənlərin iş stajlarının hesablanması qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilməli olduğu təsbit edilmişdir. Beləliklə, qanunverici təyyarə bələdçisi vəzifəsində işləmiş şəxslərin yerinə yetirdikləri əmək funksiyalarının xüsusi xarakterini nəzərə almaqla onların stajlarının birmənalı olaraq təqvim ilə hesablanmayacağını, fərqli qaydada hesablanmalı olduğunu müəyyən etmişdir.
31. Lakin nəzərə alınmalı olan xüsusi hal ondan ibarətdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən stajın hesablanması qaydasına dair qərar yalnız “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mi nməsindən sonra – 26 oktyabr 2006-cı il tarixdə qəbul edilmişdir. İddiaçının 57 yaşının tamam olduğu tarixdə həmin Qaydalar qüvvədə olduğundan staj da məhz həmin qaydalara uyğun hesablanmalıdır. "xxxx" QSC də verdiyi güzəştli staj barədə arayışda məhz sözügedən Qaydalara uyğun hesablama aparmaqla stajı müəyyən etmişdir.
32. Beləliklə, iddiaçının stajı sözügedən Qaydalarda təsbit olunmuş hesablama qaydası əsasında müəyyənləşdirilməlidir. Belə hesablama aparıldığı təqdirdə isə iddiaçının tələb olunan 25 il ümumi və 15 il xüsusi staja malik olduğu iş üzrə öz təsdiqini tapır. Belə ki, cavabdehin də qəbul etdiyi kimi iddiaçı təyyarə bələdiçi vəzifəsində 12 il 5 ay 8 gün işləmişdir. İş yerindən təqdim edilmiş güzəştli stajla bağlı arayışdan göründüyü kimi xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrdə təyyarə bələdçisi kimi işləyərkən iddiaçı ümumən 6656 saat 30 dəqiqə uçuş saatına malik olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarında müəyyən edilmiş hesablama qaydasına əsasən onun stajı 30 il 8 ay təşkil edir. "xxxx" QSC də verdiyi güzəştli staj barədə arayışda stajın 32 il 6 ay göstərilməsi xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək olan dövrün də daxil edilməsi ilə əlaqədar olmuşdur. Halbuki, həmin dövr daxil edilməli deyildi, çünki xx.xx.2006-cı il tarixədək olan dövr üzrə staj əsas götürülməlidir. Lakin xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək olan dövr çıxıldıqda da iddiaçının tələ b olunan staja malik olduğu müəyyən olunur. İş materiallarındakı sənədlərdən müəyyən olunduğu kimi iddiaçının təyyarə bələdçisi vəzifəsində işləməyə başlayanadək hərbi xidmət, təhsil və əmək fəaliyyəti dövrləri üzrə stajının cəmi, 11 il 3 ay 12 gün təşkil etmişdir. Təyyarə bələdçisi kimi iş stajının 30 il 8 ay təşkil etdiyi nəzərə alındıqda onun ümumilikdə 41 il 11 ay 12 gün stajı olduğu müəyyən edilir. Bununla da, onun həm ümumi, həm də xüsusi stajla bağlı tələbləri ödədiyi təsdiq olunur.
33. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə dair kassasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün sözügedən şərtin ödənilməsi tələb oluna bilməz. Çünki iddiaçı hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.3-cü maddələrinə görə deyil, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. Bu halda isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti tələb olunmur.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mə rkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-595/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.