Məhkəmə qərarları › İş №2-1(102)-1120/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1120/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1120/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 2-1(103)-3552/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə Xankəndi rayonunu 1988-ci ildə tərk etmiş, cavabdeh tərəfindən ona xx.xx.2005-ci il tarixdə məcburi köçkün statusu verilmişdir.

2. Doğum haqqında şəhadətnamələrin surətinə əsasən, İddiaçı2 xx.xx.2005-ci il tarixdə, İddiaçı1 isə xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşlar. Ataları Qanuni nümayəndə, anaları X2r.

3. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qanuni nümayəndə və X3 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2023-cü illəri əhatə edən elektron məlumat bazasında heç bir məlumat mövcud deyildir.

4. Xocalı rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, xx.xx.1976-cı il təvəllüdlü Qanuni nümayəndə, xx.xx.1977-ci il təvəllüdlü X5, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 Xocalı rayon sakinləri deyillər və onlara Xocalı rayon İcra Hakimiyyəti tərəfindən vahid aylıq müavinəti ödənilmir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Qanuni nümayəndə adına Siyəzən rayonu, Zabrat kəndi ərazisində yerləşən 0,10 ha (yaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiy yətindədir. Digər şəxslər X5, İddiaçı2, İddiaçı1 adlarına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar aşkar edilməmişdir.

6. Cavabdehin 8 sentyabr 2022-ci il tarixli müraciəti təmin etməkdən imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Həm onun, həm də həyat yoldaşı X1 qeydiyyatı ünvan 1 ünvanında olduğu üçün istəyin in müsbət həlli Komitənin imkanı xaricindədir.. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ataları Xankəndi şəhərindən məcburi köçkün Qanuni nümayəndə olduğu və Xankəndində mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi olmadığı üçün 18 yaşı tamam olmamış oğulları xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 və xx xxxxx 2007-ci il təvəllüdlü İddiaçı1 “məcburi köçkün” statuslarının tanınması və onlara müvafiq vəsiqələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçı Qanuni nümayəndə məhkəmə dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək hazırki iş üzrə iddiaçının əsl iddiaçılar İddiaçı 2 və İddiaçı1 ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmiş, iddiaçı Qanuni nümayəndə əsl iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə əvəz edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1979-cu ilin fevralından 1991-ci ilin oktyabrına kimi Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin X13 Vilayəti və ətraf rayonlar üzrə Xankəndi şəhərində akkreditə olunmuş xüsusi müxbir vəzifəsində işləmişdir. Atasına ünvan 2 ünvanında xidməti mənzil verilmiş, ailələri 1980-cı ildə Ağdam şəhərindəki dövlətə aid mənzildən Xankəndiyə köçərək Qarabağ hadisələrinin başladığı dövrə kimi həmin mənzildə yaşamış və pasport qeydiyyatında olmuşlar. Onlar məcburən Xankəndidən Bakıya köçərkən Qanuni nümayəndə 12 yaşı vardı. O vaxtdan ünvan 4 ünvanında AR Avtomobil Nə qliyyatı Nazirliyinə məxsus idarə (vedomstvennıy) mənzildə yaşamışlar, sonra həmin mənzil X4 adına özəlləşdirilmişdir. İndi də həmin mənzildə yaşayırlar. Atasının, anasının, qardaşının, bacısının və onun məcburi köçkün statusları vardır. 21 yanvar 2003-cü ildə məcburi köçkün statusu olmayan X6 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüd İddiaçı2 və xx xxxxx 2007-ci il təvəllüd İddiaçı1 adlı övladları vardır. Ailəsi ilə atasının mənzilində qeydiyyatdadırlar. Övladları İddiaçı2 və İddiaçı1 məcburi köçkün statuslarının tanınması və onlara müvafiq vəsiqələrin verilməsinin təmin edilməsi xahişi ilə elektron poçtla cavabdehə müraciət etmiş, cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. O, Xankəndidən çıxarkən pasportu olmamışdır. İndiyə kimi də heç vaxt mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etməmişdir. Dövlətdən heç vaxt maddi yardım, çörəkpulu və s. almamışdır. O, Qaçqın komun xx.xx.2005-ci il tarixli qərarı ilə Xankəndi şəhərindən “məcburi köçkün” statusuna malikdir, ona AA seriyalı 124782 nömrəli vəsiqə verilmişdir. Oğlanları xx xxxxx 2007-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 doğulduqları vaxtdan onun himayəsindədirlər. Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə alınmışdır) 4.1.6-cı maddəsinin sonradan qəbul edilməsinə və 18 yaşına çatmamış övladlarının vətəndaş vəziyyətini ağırlaşdırdığına görə onlara münasibətdə geriyə tətbiq edilə bilməz.

10. Ca vabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçıların atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olsa da, həm özü, həm də həyat yoldaşı X5 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 8 “B”-2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq bildirmişdir ki, X5 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçıların valideynlərinin yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bakı şəhəri, Xəzər rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5633/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia rədd edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçılar və onun məcburi köçkün statusuna malik olan valideyni hazırkı tarixədək hər hansı bir müavinət almamış, qanunvericiliklə məcburi köçkün statusuna malik şəxslərə şamil olunan güzəştlər ona şamil olunmamışdır.

13. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Bel ə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir.

14. İddiaçılar və onların məcburi köçkün statusuna malik valideyninə münasibətdə məcburi köçkünlər üçün nəzərdə tutulan təminatın verilmə əsasını aradan qaldıran halların olması, buna görə də hazırkı tarixədək həmin təminatlardan istifadə etməmələri onların həmin statusa qanuni gö zlənti hüququnun olmadığını da deməyə əsas verir.

15. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3552/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilmə sini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. İddiaçıların kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndində göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. B u isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.

20. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh şikayətində, apellyasiya məhkəməsinin 7 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçılar İddiaçı2 və İddiaçı1 “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN H ÜQUQ 22. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır:... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.... Maddə

9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvaf iq icra hakimiyyəti orqanları qəbul edirlər.

23. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”:... Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir;... 24. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir:... 4.1.6. Valideynlərindən atası “ məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara;

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahi sə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin in zibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 7 dekabr 2023-cü il tarixli, 2-1(103)-3552/2023 saylı qərarla, Bakı inzibati Məhkəməsinin iddiaçıların iddiasının təmin olunmaması barədə xx.xx.2023-cü il tarixli, 2-1(112)-5633/2023 saylı q ərarının dəyişdirilmədən qüvvədə saxlanılması haqqında nəticəsinə gələrkən Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair qaydalar”ın müddəalarına əsaslanmışdır.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında həmin qaydaların 1.1, 1.2-ci bəndlərini və xüsusi də 4.1, 4.1.6-cı bəndlərini (həmin bəndlərdə yazılmışdır ki, ““Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə bu şəxslərə verilir:. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasın ın şəxsiyyət vəsiqəsini almış uşaqlara;) tətbiq edərək belə hesab etmişdir ki, iddiaçıların həm özlərinin, həm atasının, həm də anasının daimi yaşayış yeri işğal olunmuş rayon deyil, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 8B-2, mənzil 16 olmuşdur, yəni iddiaçılar qanunla nəzərdə tutulmuş şərti ödəmirlər.”

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının iş üzrə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq, hesab edir ki, həmin nəticə yanlış olmaqla qanuna da uyğun deyildir, kassasiya şikayəti isə əsaslıdır.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hü quq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

32. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti də İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddia tələbinin təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

33. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir.

34. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət etmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkü nlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edilməklə, həm Qanuni nümayəndə və həm də onun həyat yoldaşının qeydiyyatı ünvan 6 ünvanında olduğu üçün onların istəklərinin müsbət həlli cavabdehin imkanı xaricindədir.

35. Məlum olduğu kimi, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir.

36. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasın da məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir.

37. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəs ini almış olsun.

38. Hazırkı işdə iddiaçı Qanuni nümayəndə münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən 28 sentyabr 2005-ci il tarixdə verilmiş AA seriyalı 124782 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, E.Qanuni nümayəndə 1988-ci ildən Xankəndi şəhərindən məcburi köçkündür və iddiaçı xx.xx.2011-ci ildə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır.

39. İddiaçıların hazırkı kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onların valideynləri işğal olunmuş rayonda qeydiyyatda deyil.

40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərlə bağlı qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.

41. Digər tərəfdən, qeyd edilməlidir ki, ümumiyyətlə şəxsin hər hansı bir yerə qeydiyyatda olması h ər hansı bir hüquq yarada bilməz, bu sadəcə şəxsin konkret müəyyən olunmuş yerdə qeydinin olması anlamına gəlir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Ona görə də, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin olunmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2023-cü il tarixli, 2- 1(103)-3552/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə, “Ataları Xankəndi şəhərindən məcburi köçkün Qanuni nümayəndə olduğu və Xankəndində mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi olmadığı üçün 18 yaşı tamam olmamış oğulları xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 və xx xxxxx 2007-ci il təvəllüdlü İddiaçı1 “məcburi köçkün” statuslarının tanınması və onlara müvafiq vəsiqələrin verilməsi” barədə iddia təmin edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar