Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1121/2021 22.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik h üquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(103)-840/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, güzəşt li şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 19 iyul 2017-ci il tarixdən, 51 yaş 06 aydan pensiyasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə, aldığı əmək haqqına əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3542/2019 saylı 02.10.2019cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 51 yaş 06 ay tamam olduğu 19.07.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilm əsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. Qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 14.01.2020-ci il tarixli 2-1(103)-178/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır.
4. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 03.06.2020-ci il tarixli 2-1(102)1153/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdı r.
5. Məhkəmənin 02.10.2019-cu il tarixli 2-1(81)-3542/2019 saylı qərarı 29.07.2020-ci il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. 6. 16.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək İddiaçı dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyun 2020-ci il tarixli 21(102)-1153/2020 nömrəli qərarının icra edilməsinin mümkün olmamasını bildirmiş və məktubda göstərilmişdir ki, “İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun unun 9.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq pensiya təyin olunması üçün tələb olunan pensiya kapitalına malik deyildir. Sözügedən məhkəmə qərarının icrasının mümkün olub-olmaması ilə bağlı filial tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Aparatına sorğu verilmişdir. Sorğuya cavab olaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icranı qeyri-mümkün edən səbəblərdən iş üzrə icraata xitam verilməsinə baxılması barədə müvafiq İcra və Probasiya şöbəsinə müraciət edilməsi bildirilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun qanunla müəyyən edilmiş tələb olunan pensiya kapitalı olmadığına görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.10.2019-cu il tarixli 2-1(81)-3542/2019 nö mrəli qərarı üzrə icraata xitam verilməsi barədə müvafiq İcra və probasiya şöbəsinə müraciət olunması nəzərdə tutulmuşdur”.
7. Sonradan məhkəmə qərarının icrası ilə bağlı, 21.09.2020-ci il tarixli 2-1(81)3542/2019 nömrəli icra vərəqəsi verilərək icra edilməsi üçün Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şakir Bahadırovun 05.10.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ərizə ilə müraciət edərək 1 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3542/2019 saylı 02.10.2019-cu il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
9. Ərizəni belə əsaslandırmışdır ki, iddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik deyildir. Belə ki, hazırda iddiaçıya əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 53372,00 manat təşkil edir. Lakin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 31545,97 manatdır. Bu səbəbdən də ona əmək pensiyasının təyin olunması mümkün deyil. İddia üzrə hər üç məhkəmə instansiyasının qərarlarına baxarkən məlum olur ki, işə mahiyyəti üzrə baxılarkən iddiaçının tələb olunan pensiya kapitalına malik olub-olmaması dü zgün araşdırılmamış, cavabdeh tərəfindən təqdim edilmiş etiraz və şikayətlərdə sözügedən məsələ bildirilsə də, məhkəmələr tərəfindən buna münasibət bildirilməmişdir. Bununla da, iş üzrə bütün hallar araşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Bu səbəbdən də, iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qərar qanuni qüvvəyə minməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin qərarın icrası mümkün olmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-3542/2019 saylı qərardadı ilə (hakim Nəriman Abıyev) çıxarılmış məhkəmə qərarının ləğv edilməklə iş üzrə icraatın təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş ərizə təmin edil məmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş ərizədən də göründüyü kimi, ərizədə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olaraq heç bir yeni sübutların və ya halların aşkar olunduğu qeyd olunmamış və qanuni qüvvəyə minmiş məhkəmə qərarının qeyd olunan əsaslarla ləğv olunması xahiş edilməmişdir. Ərizədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv olunması üçün qeyd olunmuş əsaslara gəldikdə isə, həmin əsaslar cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxılarkən iddiaya dair etirazında və yuxarı instansiya məhkəmlərinə qərarlardan verilmiş apellyasiya və kassasiya şikayətlərində qeyd olunmuş və məhkəmələr tərəfindən həmin dəlillərə artıq hüquqi qiymət verilmişdir
12. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 21(103)-840/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Afaq Nuriyeva və Valeh Ağayev) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-3542/2019 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Məhkəmə qərardadı cavabdehə 12.04.2021-ci il tarixində təqdim edilmişdir.
16. Cavabdeh həmin qərardaddan 21.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 21(103)-840/2021 nömrəli qərardadının ləğv olunmasını və ərizənin təmin olunması haqda yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını icraatın təzələnməsi barədə ərizədə qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, qərardaddan apellyasiya şikayətinin yazıldığı 25.12.2020-ci il tarixinə iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün tələb edilən pensiya kapitalı 44200,00 manat təşkil edir. Lakin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pe nsiya kapitalı 36532,65 manat olduğundan ona əmək pensiyası təyin edilməsi mümkün deyil. İşə mahiyyəti üzrə baxılarkən isə bu hala heç bir münasibət bildirilməmiş, bununla da iş üzrə bütün hallar araşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
20. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
22. Həmin Məcəllənin 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır.
23. Həmin Məcəllənin 106.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır.
24. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən, icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir.
25. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayə tçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, hazırkı qərarın 21-ci bəndində göstərilən normanın məzmunundan aydın olur ki, qanuni qüvvəyə minmiş m əhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin məcmu halda birgə mövcudluğu zamanı təzələnə bilər – 1) sonradan yeni sübutların və ya halların aşkar olunması və 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması.
30. Hazırkı iş üzrə isə iddiaçının yeni açılmış hallar kimi istinad etdiyi sözügedən hallar sonradan, yəni işə mahiyyəti üzrə məhkəmələrdə baxılıb qurtardıqdan sonra ortaya çıxmış hallar deyildirlər. Nəzərə alınmalıdır ki, yalnız ilkin icraat zamanı mövcud olmayan və sonradan aşkar edilmiş yeni sübutlar və ya hallar yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas təşkil edə bilər
31. Halbuki, işin məhkəmə araşdırması zamanı iddiaçının apellyasiy a və kassasiya şikayətinin dəlilləri mahiyyət etibarı ilə yeni açılmış hallarla bağlı ərizədə göstərilənlərlə eyni olmuşdur. Bu hallar isə hazırkı qərarın 21-ci bəndində göstərilən normanın məzmununa uyğun deyildir. İddiaçı ərizəsində yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmamasına dair hər hansı hala istinad etməmişdir. Bu səbəbdən də iddiaçının göstərdiyi əsas yeni açılmış hal hesab oluna bilməz.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(103)-840/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 21(103)-840/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.