Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1122/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil oğlunun iştirakə ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə qarşı təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik dərəcəsi və İİ qrup hərbi xid mət vəzifəsini yerinə yetirməklə əlaqəli əlillik arasındakı 23.02.2005-ci il tarixdən 02.02.2018-ci il tarixədək ödənilməyən 25 faiz fərqin yenidən hesablanması və qanunamüvafiq qaydada fərqin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.09.2018-ci il tarixli qərarı ilə (hakim Ş.Məmmədova; iş No 2-1(81)-3068/2018) iddianın qismən təmin edilməsi; İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik dərəcəsi və İİ qrup hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqəli əlillik arasındakı 01.01.2007-ci il tarixdən 02.02.2018-ci il tarixədək ödənilməyən 25 faiz fərqin yenidən hesablanması və qanunamüvafiq qaydada fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh İdarəyə həv alə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən S.Seyidova, hakimlər V.Məmmədov və İ.Əhmədov; iş № 21(103)-2806/2018) cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.09.2018-ci il tarixli qərarının dəyişdirilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.09.2018-ci il tarixli qərarının nəticə hissəsində “əlillik arasındakı” sözlərindən sonra gələn “01.01.2007-ci il” tarixi, “02.02.2015-ci il” tarixi ilə əvəz edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarda dəyişiklik edərək, göstərilən "02.02.2015-ci il tarixli ilə əvəz edilsin” sözünün qərardan çıxarılması, qərarın q alan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə qismən əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərarında dəyişiklik edərək, göstərilən "02.02.2015-ci il tarixli ilə əvəz edilsin” sözünün qərardan çıxarılması, qərarın qa lan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 01.08.1997 – 06.06.2004-cü il tarixlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 21.01.2003 – 14.05.2003-cü il tarixlərdə gecə təlim məşqləri zamanı yıxılaraq qarın nahiyyəsindən travma almışdır. Uzun müddət müalicə olunsa da, nəticəsi olmamışdır. Bundan sonra iddiaçı sağlamlıq dərəcəsinin müəyyən ed ilməsi üçün Mərkəzi Hərbi Həkim Kommissiyasına göndərilmişdir. Həmin Komissiyaının 405 saylı 05.04.2004-cü il tarixli Şəhadətnaməsinə əsasən, iddiaçının xəstəliyi “Hərbi xidmət dövründə alınmışdır” kimi qeyd olunmuşdur. Sonradan iddiaçı ordudan ehtiyata buraxılmışdır və ona İİ qrup əlillik dərəcəsi verilmişdir. İddiaçı bununla razılışmamış, hesab etmişdir ki, O, müharibə əlilidir, ona görə də, əllilliyin səbəbi müvafiq olaraq dəyişdirilməlidir. Onun bu haqda müraciəti Mərkəzi Hərbi Həkim Kommissiyasında təmin olunmadığından, iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müvafiq iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 27.06.2013-cü il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi; iddiaçının 21.01.2003 - 14.05.2003-cü il tarixlərdə N saylı hərbi hissədə hərbi xidmət keçdiyi dövr ərzində (xidməti ezamiyyətdə olarkən) xəstəliyin yaranma səbəbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş “Hərbi – həkim ekspertizası haqqında Əsasnamə”nin Vİİ fəslinin c) bəndinə uyğun olaraq “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsinin qeyd olunması haqqında qərar qəbul edilməsinin cavabdeh Nazirliyə həvalə edilməsi; iddianın qalan hissəsinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.03.2014-ci il tarixli qərarı ilə cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.06.2013-cü il tarixli qərarının dəyişdirilmə dən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının müvafiq qərarı ilə cavabdeh Nazirliyin kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.03.2014-ci il tarixli qərarı ləğv olunmuş, iiş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Həmin işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.07.2015-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iddiaçının 21.01.2003 – 14.05.2003-cü il tarixlərdə N saylı hərbi hissədə hərbi xidmət keçdiyi dövr ərzində (xidməti ezamiyyətdə olarkən) xəstəliyinin yaranma səbəbi onun gecə təlim məşqlərində dağda yıxılması ol duğundan xəstəlik haqqında şəhadətnaməyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş "Hərbi həkim ekspertizası haqqında" Əsasnamənin Vİİ fəslinin "c" bəndinə uyğun olaraq "hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" ifadəsinin qeyd olunması haqqında qərar verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Həmin işə 2-ci dəfə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 17.11.2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.07.2015-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının şəhadətləndirilməsi cavabdeh Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qərarın icrası zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzəi Hərbi Həkim Komissiyası yenə də əvvəlki qərarına uyğun yeni 6386 saylı 03.10.2016-cı il tarixli “Xəsətəlikdir. Hərbi xidmət dövrünə alınmışdır” qərarını çıxartmışdır. Bundan narazı qalan iddiaçı Komissiyanın qərarının dəyişdirilməsi barədə yenidən müvafiq ərizə ilə məhkəməyə müraciət etmidir. Bu dəfə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.11.20170-ci il tarixli qərarı ilə iddiaçının iddiasının təmin edilməsi; İddiaçının adına verilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzəi Hərbi Həkim Komissiyasının 03.10.2016-cı tarixli 6366 saylı “Xəstəlik haqqında” Şəhadətnamədə qeyd olunan “Xəsətəlikdir. Hərbi xidmət dövrünə alınmışdır” ifadəsinin “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerin ə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz edilməsi vəzifəsinin cavabdeh Nazirliyin Mərkəzi hərbi Həkim Komissiyasına həvalə olunması qərara alınmışdır. Həmin qərar 18.01.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 926 nömrəli 25.01.2018-ci il tarixli məktubuna əsasən yuxarıda qeyd edlən 15.11 2017-ci il tarixli məhkəmə qərarı Komissiya tərəfindən “Xəstəlik haqqında” 81 saylı 16.01.2018-ci il tarixli Şəhadətnamənin qəbul edilməsi ilə icra olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Eksper t Komissiyasında sonuncu müayinəyə dair Məlumata əsasən, iddiaçıya səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 02.02.2018-ci il tarixdən 02.02.2023-cü il tarixədək İİ dərəcəli əlillik təyin edilmişdir. Buna əsasən iddiaçının aldığı pensiya məbləği 158 manat qədər artmışdır. Lakin iddiaçı hesab etmişdir ki, ona hesablanmış yeni pensiya məbləği daha əvvəlki tarixdən, yəni 2005-ci ildən ona ödənilməlidir. Bu əsasla iddiaçı cavabdeh inzibati orqana müvafiq ərizə ilə müraciət etmişdir ki, pensiyasında dəyişiklik edilənədək almadığı vəsait ona birdəfəlik ödənilsin. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 15.03.2018-ci il tarixli cavab məktubu ilə sonuncunun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhk əməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, iddiaçının ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbi əsaslıə və qanunidir, lakin həmin pensiya 1-ci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 01.01.2007-ci il tarixdən deyil, 02.02.2015-ci il tarixdən hesablanmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qismən düzgün deyil, iddiaçının kassasia şikayətində qeyd edilə nlərə əsaslı olduğundan qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əslində, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş, onun əlilliyinə səbəb olan “Xəstəlik haqqında” Şəhadətnaməsində qeyd edilnələrlə razılaşmamış, onu 2013-cu ildən indiyədək məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçının iddiaları əsasında 2013-cu ildən indiyədək keçmiş müddət ərzində çoxsaylı məhkəmə icraatları baş vermiş və müvafiq qərarlar çıxarılmışdır. Apellyasiya instansiya məhkəməsinin qərarında istinad edilən qanun normasında pensiyanın təyin edilməsi anının maraqlı şəxsin bu haqda müraciət etməsi anı ilə əlaqələndirilir. Belə olan halda iddiaçının 2013-cü ildə məhkəməyə müraciət etməsi anı xüsusi olaraq nəzərə alınmal ıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki işin apellyasiya instansiya məhkəməsində yenidən araşdırılmasına ehtiyac yaranmışıdr. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uy ğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları qismən düzgün tətbiq olunmamış, qərarın qismən ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərarı qismən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.09.2018-ci il tarixli qərarının nəticə hissəsində “əlillik arasındakı” sözlərində n sonra gələn “01.01.2007-ci il” tarixi, “02.02.2015-ci il” tarixi ilə əvəz edilməsi hissəsində ləğv edilməli; iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə gönədərilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərarı qismən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.09.2018-ci il tarixli qərarının nəticə hissəsində “əlillik arasındakı” sözlərindən sonra gələn “01.01.2007-ci il” tarixi, “02.02.2015-ci il” tarixi ilə əvəz edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq ü çün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1122/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1122/2019
25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver