Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1122/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçının vəkili X2, Cavabdehin vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğvi və s.” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının x xxxxxx 2020-ci il tarixli 2-1(105)-90/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər X5 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən iddiaçı cavabdehin xx xxxx 2019-cu il tarixli **********6 №-li əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən etik davranış qaydalarına əməl etmədiyinə görə (heç bir üzürlü səbəb olmadan 3 (üç) iş günü müddətinə işə gəlmədiyinə görə) tutduğu vəzifədən azad edilmiş və onunla xx xxxx 2017ci il tarixdə bağlanmış Əmək müqaviləsinə xx xxxx 2019-cu il tarixdən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı x xxxxx 2019-cu il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun əmək müqaviləsinə xitam verilməsinə dair çıxarılmış **********6 saylı xx xxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun əmək müqaviləsinə xitam verilməsinə dair çıxarılmış **********6 saylı xx xxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərar ı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər X5 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi) bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmrdə işdən azad edilmənin hüquqi əsası doğru göstərilməmiş, əmr lazımi qaydada həyata keçirilən icraat nəticəsində qəbul edilməmişdir. Belə ki, sözügedən əmrdə istinad olunan “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad etməni nəzərdə tutur. Sözügedən 25.2.6-ci maddə isə dövlət qulluğundan azad etmə növündə intizam tənbehidir. Bu intizam tədbirinin icrası isə sözü gedən Qanunun 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76.2-ci maddəsinin tələbləri pozulmaqla qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla qəbul edilmiş və Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan tərtib edilmişdir. Sözügedən əmrə əsasən etik davranış qaydalarına əməl etmədiyinə, yəni heç bir üzürlü səbəb olmadan 3 iş günü müddətində işə gəlmədiyinə görə işdən azad olunmuşdur. Əsasın belə bir redaksiyada göstərilməsindən aydın olur ki, mötərizədə göstərilmiş - heç bir üzürlü səbəb olmadan 3 iş günü müddətində işə gəlmədiyinə görə cümləsi etik davranış qaydası kimi götürülmüşdür. Lakin “Dövlət qullu qçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun “Etik davranış qaydaları” haqqında 2-ci Fəslində sadalanan 14 etik davranış qaydası arasında işə davamiyyət qaydası ilə bağlı heç bir müddəa yoxdur. Hətta işə davamiyyət 15-ci qayda kimi müəyyən edilsə belə, bu Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas olduğu üçün işə götürən “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq işçi barəsində işdən azad etmə növündə tənbeh tədbiri seçdikdə belə Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad etməli, habelə 71.3-cü maddəyə əsasən onu Əmək Məcəlləsinə uyğun olaraq əsaslandırmalıdır.
5. Əmrdə qeyd olunduğu kimi üzürsüz səbəbdən iş buraxmamışdır. Belə ki, səhhəti ndə narahatçılıq səbəbindən poliklinikaya müraciət etməzdən öncə işlədiyi Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktorunun yanında olmuş, ondan xəstəliyi ilə bağlı, həmçinin qayınatasının yas mərasiminin təşkili ilə əlaqədar ödənişli, yaxud ödənişsiz məzuniyyətə çıxmaq istədiyini bildirmişdir. O da öz növbəsində hazırda işlər çox olduğundan nazirlikdən icazə verməyəcəklərini bildirərək ona istənilən vaxtı şifahi icazə verəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə səhhəti ilə əlaqədar direktor müavininə bildirərək Sumqayıt 4 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Orada həkimterapevt tərəfindən ilkin müayinə olunduqdan sonra digər müayinələr üçün göndərişlər verilmiş, “xroniki qastritin kəskinləşməsi diaqnozu qoyuldu” müalicə resepti yazılmış və ilkin olaraq 27, 28 fevral və 1 mart tarixlərində işdən azad olunduğunu bildirmişdir. Öz növbəsində xx xxxxxx 2019-cu il tarixdə saat 08:52 radələrində bir daha direktor müavininə zəng edərək ambulator xəstəliyi səbəbindən işə gəlməyəcəyini demiş və vatsap vasitəsi ilə eyni məzmunlu yazı göndərmişdir. O da ona bir neçə dəqiqə sonra zəng edərək, gələrkən xəstəlik vərəqi gətirməsini bildirmişdir. Bunun sübutu olaraq da Sumqayıt 4 nömrəli Şəhər Poliklinikasının 38 nömrəli xx.xx.2019-cu il tarixli arayışından da aydın olduğu kimi üzürlü səbəbdən 3 gün müddətində səhhətində yaranan problemlərlə bağlı işə getməmişdir. Bu arayış əmr qəbul olunmamışdan öncə, yəni xx.xx.2019-cu il tarixdə rəhbərliyə onun tərəfindən şəxsən təqdim olunmuşdur. Deməli, onun işə gəlməməsi üzürsüz deyil, üzürlü haldır.
6. Bundan əlavə olaraq xx.xx.2019 -cu il tarixdə yaxın qohumunun vəfatı ilə əlaqədar hüzür mərasimində iştirak etməli də olmuşdur.
7. Qeyd olunanlardan göründüyü kimi, ona münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin və 72-ci maddəsinin “a” bəndinin əsasları mövcud deyildir.
8. Əlavə olaraq bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin **********6 saylı əmri xx.xx.2019-cu il tarixdə qəbul edilsə də, xx.xx.2019-cu il tarixədək işdə olmuş, təxminən 11:30 radələrində xidmət etdiyi otağa zəng gəlmiş, direktorun onu çağırdığını bildirmişlər. Direktorun yanına getmiş, orada ona nazirlikdən kadrlardan çağırıldığını bildirmiş və başqa heç nə deməmişdir. Nazirliyə getmiş, ona heç kim heç nə demədən əmək kitabçasını və əmrin surətini ayın 13-ə imza etdirərək ona təqdim etmişlər. Mart ayının 11 günündə işdən azad olunmasına baxmayaraq 11, 12 və 13 mart tarixlərində iş yerində olaraq vəzifələrini icra etmişdir. Bu haqda idarənin davamiyyət kitabında qeydlər mövcuddur. Bütün bu baş verənlərin səbəbi isə Nazirlik üzrə elan olunmuş daxili müsahibədə iştirak edərək direktor vəzifəsinə uyğun bilinməsi olmuşdur. Daha sonra Nazirliyə dəvət olunmuş, ona daha aşağı təsnifat və daha aşağı vəzifə təklif olunmuş, yəni sektor müdiri. İmtahandan keçdiyi vəzifəyə təyin etmələrini xahiş etmişdir. Bununla bağlı Məşğulluq Xidmətinin kadrlar şöbəsində, Nazirliyin kadrlar şöbəsində olmuşdur. Ona yalnız sektor müdiri vəzifəsi verə biləcəklərini bildirmişlər. Nazirlə görüşmək istədiyini xahiş etmiş, DMX rəisi Fuad Musayev, nazir müavini Anar Əliyevin qəbuluna düşməklə bağlı müraciətlərinə rədd cavabı vermişdir. Son ra şəxsən Nazirə müraciət etmiş, Nazir ona narahat olmaması, məsələnin həll olunacağını onun yanında tapşırıq vermişdir. Bundan sonra Nazirliyə dəvət olunmuş, daxili nəzarət şöbəsində təhdid etməyə başlamışlar. Sonunda da bu addımı ataraq qanunsuz, ədalətsiz əmr vermişlər.
9. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları:
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx xxxx 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında'' Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən, yəni etik davranış qaydalarına əməl etmədiyinə görə işdən azad edilmişdir. İddiaçının işdən azad olunmasına əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətin in xx xxxx 2019-cu il tarixli **********2 nömrəli xidməti məruzəsi olmuşdur. Məruzəyə əsasən Sumqayıt şəhər X5 məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi İddiaçı öz vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş, əmək və icra intizamını pozmuş, ona edilən xəbərdarlıqlardan nəticə çıxarmamışdır. Həmçinin, iddiaçı xx xxxxxx 2019-cu il tarixdə işə getməmiş, Mərkəz tərəfindən onunla əlaqə saxlanıldıqda isə xəstə olduğunu və müalicə aldığını bildirmişdir. Lakin, həmin tarixdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün heç kimə məlumat vermədən özbaşına Sabirabad rayonuna getmişdir. Bu onun ilk intizamsızlığı olmamış xx xxxx 2018-ci il tarixdə Sumqayıt şəhər Məşğulluq Mərkəzində iddiaçı ilə özün ü “HSE AZ“ məhdud məsuliyyətli cəmiyyətinin qeyri-rəsmi nümayəndəsi kimi təqdim edən vətəndaş arasında münaqişə baş vermişdir. Münaqişənin araşdırılması məqsədi ilə Mərkəzin xx xxxx 2018-ci il tarixli 99 nömrəli Əmri ilə Komissiya yaradılmışdır. Komissiyanın araşdırması nəticəsində iddiaçıya xəbərdarlıq elan edilmişdir. Göründüyü kimi, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə (etik davranış qaydalarına əməl etmədiyinə görə) əsasən işdən azad edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. Bundan əlavə, iddiaçı barəsində 2004-cü ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsini n 321-ci, yəni hərbi xidmət keçməkdən boyun qaçırma və 2012-ci ildə 320-ci, yəni rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələrinə əsasən məsuliyyətə cəlb edilmişdir.
11. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)868/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən əmr qanuni əsaslarla qəbul edilmiş, həmin əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə sübut edilmişdir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının x xxxxxx 2020-ci il tarixli 2-1(105)-90/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
17. Apellyasiya instansiya məhkəməsi iddiaçının təqdim etdiyi - qayınatasının ölümü haqqında şəhadətnamənin təsdiq edilmiş sürətini və məhkəmə çıxışı zamanı qarşı tərəfin əsassız iddiasını (guya ki, intizamsız işç i olmağımla bağlı) alt-üst edəcək sübutu, yəni əmək haqqından çıxarışın təsdiq edilmiş sürətini göstərməmişdir. Çünki əmək haqqından çıxarışda iddiaçının işini layiqindən artıq yerinə yetirdiyi açıq aydın görünür. İşlədiyi müddətdə demək olar ki hər ay o, aylıq vəzifə maaşının 50, 100, 200 faizi məbləğində pul mükafatı ilə mükafatlandırılmışdır. Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin hakimi ilk olaraq iddiaçının məhkəmədə etdiyi çıxışın böyük bir hissəsini öz qanunsuz qərarına uyğun gəlmədiyi üçün protokola daxil etməmiş, təqdim etdiyi sübutları işin materiallarında sadalamamışdır. Həmçinin məhkəmədə çıxışı zamanı deyilənlərin əksini sübut edəcək daha bir faktı da bildirmişdir ki, hakim bunu nə protokola daxil etməmiş, nə də ki qərarda öz əksini tapmışdır. Belə ki “Dövlət qulluğu haqqında ” Qanunun 30-1-ci maddəsi Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsidir. Həmin maddəyə əsasən, inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunu xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir.
18. Cavabdehin qeyd etdiyi kimi intizamsız işçi olsaydı 2018-ci ildə təqvim ilinin sonunda iddiaçının xidməti fəaliyyəti aşağıdakı kimi qiymətləndirilməzdi: peşə bilikləri - 5 xidməti vəzifələrə münasibət - 4 təhlil aparmaq, problem həll etmək və qərar vermək - 4 yaradıcılıq və təşəbbüskarlıq - 4 əmək intizamı - 4 iş təcrübəsi və o nu bölüşmə - 4 kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibət – 4 Yekun bal olaraq ona 5 ballıq qiymətləndirmə üzrə - 4.2 bal verilmişdir. 19. “Dövlət qulluğu haqqında” Qanunun 18, 20, 25.11-ci maddələrinə əməl etmədikdə dövlət qulluqçusuna tətbiq edilə biləcək intizam tənbehinin növləri göstərilmişdir: 25.2.1. töhmət; 25.2.2.bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi.
20. Qanundan göründüyü kimi burada intizam tənbehi növü olaraq xəbərdarlıq yoxdur.
21. Məhkəmə əmrin ləğv edilməməsinə səbəb kimi onu göstərmiş dir ki, iddiaçı ƏQOV-u (xəstəlik vərəqini) təqdim etməmişdir. İşin materiallarında xəstəlik vərəqini təqdim etdiyini göstərməsinə baxmayaraq, məhkəmə “həmin xəstəlik vərəqini cavabdehə təqdim etməsi ilə bağlı sübut təqdim etməmiş və bunu xidməti məruzədə də qeyd olunduğu və onunla əlaqə saxlandıqda şifahi bildirdiyi” qənaətinə gəlmişdir.
22. Hörmətli Məhkəmə, məgər hər hansı hakim xəstə olanda xəstəlik vərəqi təqdim edərkən onu kiməsə imzalatdırırmı? Digər tərəfdən, xəstəlik vərəqi ola-ola niyə təqdim etməsin ki, iddiaçı? Hakim bilmir ki, xəstəlik vərəqini xəstələnən gün deyil, əmək qabiliyyəti bərpa olunduqdan sonra işə gəldikdə təqdim edilir. Cavabdehi məlumatlandırmağa gəldikdə isə xx.xx.2019-cu il tarixdə iddiaçının səhhəti ilə əlaqədar direktor müavini Mübariz Behbudova bildirərək Sum qayıt 4 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Orada o, həkim-terapevt Arzu Rəcəbova tərəfindən ilkin müayinə olunduqdan sonra digər müayinələr üçün göndərişlər verildi “xroniki qastritin kəskinləşməsi diaqnozu qoyuldu” müalicə resepti yazılıdi və ilkin olaraq 27, 28 fevral və 1 mart tarixlərində işdən azad olunduğunu bildirdilər. İddiaçı da öz növbəsində xx xxxxxx 2019-cu il tarixdə saat 08:52 radələrində bir daha direktor müavininə zəng edərək ambulator xəstəliyi səbəbindən işə gəlməyəcəyini demiş və sms və vatsap vasitəsi ilə eyni məzmunlu yazı göndərmişdir. O, iddiaçıya bir neçə dəqiqə sonra zəng edərək gələrkən xəstəlik vərəqi gətirməyini bildirdi. Bunun sübutu olaraq da Sumqayıt 4 nömrəli Şəhər Poliklinikası 138 nömrəli xx.xx.2019-cu il tarixli arayışından da aydın olduğu kimi üzürlü səbəbdən 3 gün müddətində səhhətində yaranan problemlərlə bağlı işə getməmişdir. Bu arayış əmr qəbul olunmamışdan öncə, yəni xx.xx.2019-cu il tarixdə rəhbərliyə şəxsən təqdim olunmuşdur. Deməli iddiaçının işə gəlməməyi üzürsüz deyil, üzürlü haldır. Bundan əlavə, xx.xx.2019-cu il tarixdə iddiaçı yaxın qohumu - qayınatası Niyazi Şahbazovun vəfatı ilə əlaqədar yas mərasimində iştirak etməli də olmuşdur.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçı və vəkili x xxxx 20 20-ci il tarixli məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər.
25. Cavabdehin nümayəndəsi X7 və cavabdehin vəkili x xxxx 2020-ci il tarixli məhkəmə iclasında şikayətə qarşı etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (...) 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi ola raq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (...) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;...
27. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayə t həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şika yətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
31. Cavabdeh əmrin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə istinad etmişdir.
32. Həmin normaya görə, dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər.
33. Beləliklə, əmrin hüquqi əsası kimi istinad edilən 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6- cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. 34. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. 35. “Mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası isə dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblə r dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun.
36. İddiaçının əvvəllər “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduğuna görə həmin Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edildiyinə dair sübut işdə yoxdur.
37. Əmrdə bilavasitə göstərilməsə də, cavabdeh iddiaya etirazın əsası kimi iddiaçıya əvvəllər – xx xxxx 2018-ci il tarixdə “xəbərdarlıq” edildiyinə istinad edir. Lakin “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsində “xəbərdarlıq” intizam tənbehi kimi nəzərdə tutulmadığından, cavabdehin istinad etdiyi “xəbərdarlıq” intizam tənbehinə xas olan hüquqi nəticələri yaratmır. Başqa sözlə, cavabdeh pozuntunun nəinki mütəmadiliyini (davamlı olaraq baş verdiyini), hətta onun təkrarlığ ını sübut edə bilməmişdir. 38. “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna istinad yoxdur.
39. Bundan başqa, “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.
40. Həmin Qa nunun 25.4-cü maddəsinə əsasən, xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
41. Məhkəmələr işin hallarını yuxarıda qeyd edilən normaların tələbləri baxımından araşdırmayıblar. İddiaçı barəsində inzibati orqan tərəfindən, ümumiyyətlə, araşdırma (xidməti yoxlama) aparılmışdırmı? Araşdırma aparılmasının qaydalarına riayət olunmuşdurmu (Qanunun 25.3 və 25.4-cü maddələri)? İnzibati icraat zamanı cavabdeh inzibati orqan, bundan sonra məhkəmə icraatında məhkəmələr həmin sualları cavablandırmamışlar.
42. Əmrin faktiki əsası kimi iddiaçının “etik davranış qaydalarına əməl etmədiyi” göstərilsə də, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun məhz hansı müddəasının iddiaçı tərəfindən pozulduğu əmrdə gö stərilməmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi isə gəldiyi nəticənin hüquqi əsası kimi "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 9-cu maddələrinə istinad etmişdir.
44. Həmin Qanunun 5.1-ci maddəsinə (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) əsasən, dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.
45. Həmin Qanunun 9-cu maddəsinə (Mədəni davranış) əsasən, dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.
46. Cavabdeh inzibati orqanın əmrində bilavasitə istinad edilməsə də, ape llyasiya instansiyası məhkəməsi özünün qiymətləndirməsinə əsasən hesab etmişdir ki, iddiaçının öz vəzifə funksiyalarını layiqincə yerinə yetirməməsi, əmək və icra intizamını pozması nəticəsində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələblərini pozmuş və bu hal da iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
47. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasını İPM-in 12.1 və 57.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, normanın məzmunundan göründüyü kimi həmin norma o halda tətbiq oluna bilər ki, dövlət qulluqçusu öz fəaliyyətini icra edərkən qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərin çərçivəsindən kənar davranmış olsun (1) və öz fəaliyyətini peşəkar səviyyə də yerinə yetirməsin (2).
48. Beləliklə, cavabdehin əmrinin əsasları (həmin əmrdə isə iddiaçının peşəkarlıq səviyyəsinə istinad yoxdur) və məhkəmənin əsaslandığı hallar, həmçinin istinad etdiyi hüquq normalarının dispozisiya şərtləri “Dövlət qulluğu haqqında” Qanunun 25.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla İPM-in 12.1 və 57.8-ci maddələrinin tələblərinə uyğun yoxlanılmalı və qiymətləndirilməli idi. Hazırkı işdə bu, baş verməmişdir.
49. Bundan başqa, məhkəmənin istinad etdiyi "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin hazırkı mübahisəyə tətbiqini zəruri edən şərtlər məhkəmə qərarında göstərilməmişdir.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının x xxxxxx 2020-ci il tarixli 2-1(105)-90/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov