Məhkəmə qərarları › İş №2-1(102)-1122/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1122/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1122/2021 16.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; cavabdeh iddiaya cavab verməli orqan deyil) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, tərcüməçi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə “kompensasiyanın ödənilməsi və ya zəbt edilmiş ərazinin sökülməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 28.01.2021-ci il tarixli, 2-1(103)-401/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı cavabdehin üzərinə iddiaçıya kompensasiyanın və ya rekonstruksiya nəticəsində zəbt edilmiş 2 kv.m. sahənin sökülməsi öhdəliyinin qoyulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbində göstərmişdir ki, onun yaşadığı mənzil paylı mülkiyyətdə olan mənzildir; qonşu tərəfindən onun razılığı olmadan keçirilmiş rekonstruksiya (təmir işləri) nəticəsində ona məxsus otaq yararsız vəziyyətə salınmış, hər iki qonşunun ümumi istifadəsində olan sanitar qovşağı, dəhliz və mətbəx qonşu tərəfin dən zəbt edilməsi nəticəsində həmin sahələrdən istifadə edə bilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-5995/2020 saylı qərardadı ilə (hakim Miminat Hacıbəyova) iddia mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh iddiaçının tələbinə cavab verən orqan deyil

5. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.01.2021-ci il tarixli, 21(103)-401/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Afaq Nuriyeva və Valeh Ağayev) apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 22.10.202 0-ci il tarixli, 2-1(112)-5995/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. Məhkəmə qərardadının iddiaçıya hansı tarixdə təqdim edildiyini göstərən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

9. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, məhkəmənin 25.02.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 29.04.2021-ci il tarixində iddiaçı vəkillə təmin olunmuşdur.

10. Bundan sonra iddiaçı 30.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.01.2021-ci il tarixli, 2-1(103)401/2021 nömrəli qərar dadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının yaşadığı mənzil qəzalı vəziyyətdədir. Xüsusən də, qanunsuz tikililər nəticəsində mənzilin vəziyyəti qəzalı hala düşmüşdür. Bu səbəbdən iddiaçı cavabdeh qismində Cavabdeh göstərərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Azərbaycan Respublikası Cavabdeh fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin 26.12.2006-cı il tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə”yə əs asən, Agentlik ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə dövlət nəzarətini həyata keçirir.

13. Həmin Əsasnamənin 8.6 və 8.7-ci bəndində qeyd edilmişdir ki, Agentlik binaların və qurğuların təbii və texnogen fəlakətlərdən m üdafiəsi üzrə layihələndirmə və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə əməl olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək vəzifələrini həyata keçirməlidir. Konkret halda isə kassator iddiaçının iddia ərizəsində göstərdiyi ünvan 1 ünvanında yerləşən binanın konstruksiyasına sakinlər tərəfindən özbaşına müdaxilələr edilmiş, lakin agentlik buna nəzarət etməli olduğu halda heç bir reaksiya verməmişdir. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Cavabdeh bir qurumu olduğundan iddiaçının iddia ərizəsində Azərbaycan Respublikası Cavabdeh olaraq ona qarşı tələb irəli sürməsini məhkəmə iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilmədiyini əsas gətirə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu M əcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxla nılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.4, 2.1 və 2.3-cü bəndlər).

20. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Cava bdeh haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cavabdeh mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan (bundan sonra - fövqəladə hallar) qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təh lükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblə ri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Hazırkı qərarın 19-cu bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudlu ğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr digər hallarla yanaşı, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını da yoxlamalıdırlar.

25. Hazırkı iş üzrə də apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə uyğun olaraq iddianın mümkünlük şərtlərini yoxlamış və haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh hazırkı iddiaya cavab verməli olmayan inzibati orqandır.

26. Belə ki, hazırkı qərarın 20-ci bəndində göstərilən normanın məzmununda Azərbaycan Respublikasının Cavabdeh fəaliyyət istiqamətləri göstərilmişdir. Həmin normanın məzmunundan aydın olduğu kimi hazırkı tələbin icrası Cavabdeh səlahiyyətində deyil və iddia lazım olmayan cavabdehə qarşı yönəlmişdir.

27. Bununla bağlı i ddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaya cavab verməli olmayan inzibati orqan olduğundan hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.01.2021-ci il tarixli, 21(103)-401/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar