Məhkəmə qərarları › İş №2-1(102)-1122/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1122/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1122/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakim İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə “52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güz əştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-269/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1966-cı ildə doğulmuşdur. Hərbi biletin və diplomun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, 1982-ci il tarixdən xx.xx.1990-ci il tarixədək M.Əzizov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. 2. xx.xx.1983-ci ildə açılmış ИТ seriyalı ******* saylı əmək ki tabçasından və onun Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Azenergonaladka” müəssisəsində elektrik avadanlıqlarının təmiri sexində transformator təmiri sahəsinə elektrik çilingəri ustasının şagirdi (əmr №196/ok, xx.xx.1982), 8.07.1983-cü il tarixədək eyni sex və sahədə transformatorların təmiri üzrə 1-ci dərəcəli elektrik çilingəri (əmr № 103/ok, xx.xx.1983), xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Azenergonaladka” müəssisəsində elektrik avadanlıqlarının təmiri sexində qabaritli transformatorların təmiri sahəsinə 2-ci dərəcəli elektrik çilingəri (əmr №84-1, xx.xx.1985), xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X8 X9 karotajçı perforatorçu (əmr №150k, 5.10.1987) xx.xx.1988-ci il tarixdən aparat və cihazların təmiri sahəsində 3-cü dərəcəli çilingər elektromontajçı (əmr №26-k saylı xx.xx.1988), xx.xx.1989-cu il tarixindən aparat və cihazların təmiri sahəsinə 4-cü dərəcəli çilingər elektromontajçı işləmiş (əmr №4-k, xx.xx.1989), “Azərneftgeofizika” İstehsalat Birliyinə keçirilməsi ilə əlaqədar olaraq işdən azad olunmuş (əmr №28-k, xx.xx.1990), xx.xx.1990-cı il tarixdən X5 və İnterpretasiyası Ekspedisiyasında 2-ci dərəcəli texnik (əmr №85, xx.xx.1990), xx.xx.1990-cı il tarixindən geofizik (əmr №128-k, xx.xx.1990), xx.xx.1992-ci il tarixindən 2-ci dərəcəli geofizik (əmr №92-k, xx.xx.1992), xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 1-ci dərəcəli geofizik (əmr №1-A, xx.xx.1993), xx.xx.1995-ci il tarixdən (əmr №32-k, xx.xx.1995) xx.xx.1997-ci i l tarixədək “Azərneftgeofizika" trestindən köçürmə yolu ilə X15 kəşfiyyat İdarəsinin Naviqasiya mühəndis geodeziya partiyasında 9-cu dərəcəli geofizik, xx.xx.1997-ci ildən (əmr №07k, xx.xx.1997) xx.xx.2007-ci il tarixək "xxxx" MMC-də mühəndis-geofizik işləmişdir. 3. "xxxx" MMC-nin SFLLC-20-0140 nömrəli xx.xx.2020-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışından müəyyən olunur ki, iddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə "xxxx" MMC (geofizik) xx.xx.2014 – halhazıradək 6 il, 15 gün, “Fugro Survey” LTD (geofizik) xx.xx.2007-xx.xx.2014 illərdə 7 il, 2 ay, 14 gün, "xxxx" MMC (mühəndis-geofizik) xx.xx.1997-xx.xx.2007 illərdə 9 il 11 ay, X15-kəşfiyyat İdarəsi (naviqasiya mühəndisi, geofizik) xx.xx.1995- xx.xx.1997 illərdə 2 il 11 ay, Dənizdə Neft və X6 (geofizik) xx.xx.1990-xx.xx.1995 illərdə 4 il 7 ay 25 gün işləməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” əsasən “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı. 10.2. Neft, qaz və qaz kondensatının hasilatı b) rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” uyğun 30 ildən yuxarı imtiyazlı iş stajına malikdir. 4. "xxxx" MMC-nin SFLLC-21-0048 nömrəli xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışından görünür ki, iddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə “SOCAR Fugro" MMC-də (geofizik) xx.xx.2014-hal hazıradək 6 il, 15 gün, “Fugro Survey” LTD-də (geofizik) xx.xx.2007-xx.xx.2014 illərdə 7 il 2 ay 14 gün, "xxxx" MMC-də (mühəndis-geofizik) xx.xx.1997-xx.xx.2007 illərdə 9 il, 11 ay, X15-kəşfiyyat İdarəsi (naviqasiya mühəndisi, geofizik) xx.xx.1995- xx.xx.1997 illərdə 2 il 11 ay, Dənizdə Neft və X6 (geofizik) xx.xx.1990-xx.xx.1995 illərdə 4 il 7 ay 25 gün işləməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hazırlanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9cu maddəsinə əsasən Geofizik vəzifəsində (kod 1100000b-17541) və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ edən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı, neft, qaz və qaz kondensatının hasilatı b) rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofıziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” 30 il dən yuxarı imtiyazlı iş stajına malikdir.

5. SOCAR-ın xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, xx.xx.1965-ci il təvəllüdlü Piriyev X10 və geologiya İdarəsinin arxiv sənədlərinə əsasən həqiqətən xx.xx.1987-cı il tarixindən xx.xx.1990-cı il tarixinə qədər "Azneftgeofizika” Trestinin (indiki X2) X8 X9 4-cü dərəcəli karotajçı perforatorçu, aparat və cihazların təmiri sahəsində 3 və 4-cü dərəcəli çilingər elektromontajçı peşələrində, xx.xx.1990-cı il tarixindən - xx.xx.1995ci il tarixinə qədər '‘Azərneftgeofizika" Trestinin (indiki Kəşfiyyatgeofizika istehsalat Bölümü) X5 və İnterpretasiyası Ekspedisiyasında texnik geofizik, geofizik, X5 və Dəyərləndirilməsi Ekspedisiyasında geofizik vəzifələrində, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinə qədər X15 kəşfiyyat İdarəsin in (indiki X12 İstehsalat Bölümü) Naviqasiya mühəndisgeodeziya partiyasında 9-cu dərəcəli geofizik vəzifəsində çalışması haqqında məlumatlar vardır. İşə qəbul olma: xx.xx.1987-cı il tarixli 150-k saylı əmrə əsasən X8 X11 4-cü dərəcəli karotajçı perforatorçu peşəsinə işə qəbul olunub. xx.xx.1988ci il tarixli 26-k saylı əmrə əsasən Aparat və cihazların təmiri sahəsinə 3-cü dərəcəli çilingər elektromontajçı, xx.xx.1989-cu il tarixli 4-k saylı əmrə əsasən xx.xx.1989-cu il tarixindən Aparat və cihazların təmiri sahəsinə 4-cü dərəcəli çilingər elektromontajçı peşəsinə keçirilib. İşdən azad: xx.xx.1990-cı il tarixli 28-k saylı əmrə əsasən “Azərneftgeofizika” İstehsalat Birliyinə keçirilməsi ilə əlaqədar olaraq işdən azad olunmuşdur. Adlandırma: ARDNŞ-nin xx.xx.2006-cı il tarixli 15 saylı əmrinə ə sasən “Azərneftmədəngeofizika" və “Xəzərdənizneftgeofizika” trestləri birləşdirilərək, onların bazasında “Mədəngeofizika” İdarəsi yaradılmışdır. Geofizika və geologiya İdarəsinin tabeliyində olan "Mədəngeofizika” İdarəsi ARDNŞ/13-1000-01-SM-05-000033 saylı xx.xx.2013-cü il tarixli əmri ilə Mədəngeofizika istehsalat Bölümü adlandırılmışdır. İşə qəbul olma: xx.xx.1990-cı il tarixli 85-ə saylı əmrə əsasən X5 və İnterpretasiyası Ekspedisiyasına 2-ci dərəcəli texnik vəzifəsinə işə qəbul olunub. xx.xx.1990-cı il tarixli 128-k saylı əmrə əsasən xx.xx.1990-cı il tarixindən geofizik, xx.xx.1992-ci il tarixli 92-k saylı əmrə əsasən 2-ci dərəcəli geofizik, xx.xx.1993-cü il tarixli 1-A saylı əmrə əsasən 1-ci dərəcəli geofizik, xx.xx.1993-cü il tarixli 78-k saylı əmrə əsasən xx.xx.1993-cü il tarixind ən X5 və Dəyərləndirilməsi Ekspedisiyasına geofizik vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.1995-ci il tarixli 74-ə saylı əmrə əsasən öz xahişi ilə (köçürmə yolu ilə) işdən azad olunmuşdur. Adlandırma: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 №-li Əmrinin 2.1 bəndinə əsasən "Azərneftgeofizika" və “Xəzərdənizneftgeofizika” trestləri birləşdirilib “Geofizika və geologiya İdarəsi”nin tabeliyində olaraq “Kəşfiyyatgeofizika idarəsi” adlandırılmışdır. Geofizika və geologiya idarəsinin tabeliyində olan “Kəşfiyyatgeofizika” İdarəsi ARDNŞ/13-1000-SM-08-00003 saylı xx.xx.2013-cü il tarixli əmri ilə Kəşfiyyatgeofizika istehsalat Bölümü adlandırılmışdır. İşə qəbul olma: 26 05.1995-ci iltarixli 32-k saylı əmrə əsasən “Azərneftgeofizika’' trestindən köçürmə yolu il ə X15 kəşfiyyat İdarəsinin Naviqasiya mühəndis geodeziya partiyasında 9-cu dərəcəli geofizik vəzifəsinə işə qəbul olunmuşdur. İşdən azad olma: xx.xx.1997-ci il tarixli 57-k saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahiş ilə işdən azad olunmuşdur. Adlandırma: SSRİ Neftqazsənayesi Nazirliyinin 29 04.1988-ci il tarixli, 220 saylı əmrinə əsasən "Xəzərdənizneftqazsənaye" İstehsalat Birliyi ləğv olunub və "Xəzərdənizneftqaz" İstehsalat Birliyi yaradılmışdır (əmr İstehsalat Birliyi №148 xx.xx.1988). X7 X14 (əmr № 229 xx.xx.1989-cu il) əsasında X15 Kəşfiyyat İdarəsi təşkil edilmişdir. (əmr №179, xx.xx.1989cu il). “Quruda və Dənizdə Neft və Qazçıxarma” istehsalat Birlikləri birləşdirilmiş və onların bazasında “Azneft” İstehsalat Birliyi yaradılıb. (Azərb aycan Respublikası Dövlət Neft şirkətinin 25 saylı əmri xx.xx.2003-cü il). “X1” və "X15 Kəşfiyyat İdarəsi” birləşdirilib onların bazasında "X13 və Topoqrafiya İdarəsi” (KGKTİ) yaradılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 64 nömrəli əmrinə əsasən KGKTİ hüquqi şəxs statusuna malik olmayan qurum kimi Geofizika və Geologiya idarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” 10 avqust 2012-ci il tarixli 104 nömrəli əmrinə əsasən X13 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X12 Ekspedisiyası yaradılmışdır. Geofizika və geologiya İdarəsinin (GGİ) tabeliyində olan Kompleksyaradılmışdır. Geofizika və geologiya İdarəsinin (GGİ) tabeliyində olan X12 Ekspedisiyas ı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli 13-1000-01-SM-05-000033 saylı əmri ilə X12 İstehsalat Bölümü adlandırılmışdır. Cəmi iş stajı: xx.xx.1987-ci tarixdənxx.xx.1997-ci il tarixinə qədər 10 il 11 gündür. İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixinə qədər X8 X9 işlədiyi karotajçı perforatorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 1 №-li Siyahısın”da olan 10100000 Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təc hizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması bəndinin 1010100q—12714 yarımbəndində göstərilmiş karotajçılar peşəsi ilə eyni əmək funksiyalarını yerinə yetirmişdir, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilə qədər işlədiyi geofizik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin,peşələrin və göstəricilərin 2 №-li Siyahısı"nda olan 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölümünün 1100000B—17541 kodunda, quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri, mədən-geofiziki partiyaların rəisləri, mühəndisl əri, geofizikləri, geoloqları, texnikləri, ustaları sırasında göstərilmişdir. 6. "xxxx" MMC tərəfindən verilmiş SFLLC-22-0017 nömrəli xx.xx.2022-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışdan müəyyən olunur ki, iddiaçı hal-hazırda "xxxx" MMC-də Geofizik (dənizdə) vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə "xxxx" MMC-də iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir. "xxxx" MMC (geofizik). İşə qəbul olma: xx.xx.1997-ci ildən əmr-07k 1997-ci il əmri əsasında mühəndis və geofizik vəzifəsinə işə qəbul olunmuşdur. İşdən azad: xx.xx.2007-ci ildən “xx.xx.2007-ci il tarixli əmr № 020" əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissə sinin "xxxx" bəndinə əsasən (işçinin təşəbbüsü ilə) işdən azad edilir. Adlandırma: Təsisçilərin xx.xx.2004-cü il tarixli, 14 №-li qərarına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 950 №-li, xx.xx.2004-cü il tarixli şəhadətnaməsinə əsasən Azərbaycan-Hollandiya “Azəri- Fugro“ birgə müəssisəsinin adı dəyişərək “Azəri-Fugro” məhdud məsuliyyətli cəmiyyət adlandırılmışdır. Fugro Survey LTD (geofizik) İşə qəbul olma: xx.xx.2007-ci ildən əmr № 093 (xx.xx.2007) FSLC-046-07 №-li əmri əsasında geofizik vəzifəsinə işə qəbul edilib. İşdən azad: xx.xx.2014-cü ildən “xx.xx.2014-cü il tarixli 272 №-li əmri əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilib. SOCAR Fugro MMC (geofizik) İşə qəbul olma: xx.xx.2014 -cü ildən “xx.xx.2014-ci il tarixli SFLLC-0038-14 №-li” əmri əsasında geofizik vəzifəsinə işə qəbul olunub. Hal hazırda qeyd olunan vəzifə üzrə fəaliyyət göstərir. xx.xx.1997-ci il tarixindən bu gün də daxil olmaqla geoloji kəşfiyyat işlərində, (eləcə də, quyularda geofiziki tədqiqat işlərində) geofizik vəzifəsində işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin və göstəricilərin 1 №-li Siyahısı siyahısında olan 10100000 Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin,metropolitenlərin, yeraltı arxların, tunellərin, və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitə lərinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması bəndinin 1010100q-20601 yarımbəndində göstərilmiş geofizik-tədqiqatçı peşəsi ilə eyni əmək funksiyasını yerinə yetirmişdir.

7. SOCAR-ın xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, iddiaçı Geofizika və geologiya İdarəsinin arxiv sənədlərinə əsasən xx.xx.1987-cı il tarixindən xx.xx.1990-cı il tarixinə qədər “Azneftgeofizika" Trestinin (indiki X2) X8 X9 4-cü dərəcəli karotajçı perforatorçu, aparat və cihazların təmiri sahəsində 3 və 4-cü dərəcəli çilingər elektromontajçı peşələrində, xx.xx.1990-cı il tarixindən xx.xx.1995-ci il tarixinə qədər “Azərneftgeofizika" Trestinin (indiki Kəşfiyyatgeofızika istehsalat Bölümü) X5 və İnterpretasiyası Ekspedisiyasında texnik geofızik, geofizik, X5 və Dəyərləndirilməsi Ekspedisiyasında geofizik vəzifələrində, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinə qədər X15 kəşfiyyat İdarəsinin (indiki X12 İstehsalt Bölümü) Naviqasiya mühəndis geodeziya partiyasında 9-cu dərəcəli geofizik vəzifəsində çalışması haqqında məlumatlar vardır. İşə qəbul olma: xx.xx.1987-cı il tarixli 150-k saylı əmrə əsasən “Azneftgeofizika’’ Trestinin (indiki X2) X8 X11 4-cü dərəcəli karotajçı perforatorçu peşəsinə işə qəbul olunub. xx.xx.1988-ci il tarixli 26-k saylı əmrə əsasən Aparat və cihazların təmiri sahəsinə 3-cü dərəcəli çilingər elektromontajçı, xx.xx.1989-cu il tarixli 4-k saylı əmrə əsasən xx.xx.1989cu il tarixindən Aparat və cihazların təmiri sahəsinə 4-cü dərəcəli çilingər elektromontajçı peşəsinə keçirilib. İşdən azad: xx.xx.1990-cı il tarixli 28-k saylı əmrə əsasən “Azərneftgeo fizika" İstehsalat Birliyinə keçirilməsi ilə əlaqədar olaraq işdən azad olunmuşdur. İşə qəbul olma: xx.xx.1990-cı il tarixli 85-ə saylı əmrə əsasən “Azərneftgeofizika” Trestinin (indiki Kəşfiyyatgeofizika istehsalat Bölümü) X5 və İnterpretasiyası Ekspedisiyasına 2-ci dərəcəli texnik vəzifəsinə işə qəbul olunub. xx.xx.1990-cı il tarixli 128-k saylı əmrə əsasən xx.xx.1990-cı il tarixindən geofizik, xx.xx.1992-ci il tarixli 92-k saylı əmrə əsasən 2-ci dərəcəli geofizik, xx.xx.1993-cü il tarixli 1-A saylı əmrə əsasən 1 -ci dərəcəli geofizik, xx.xx.1993-cü il tarixli 78-k saylı əmrə əsasən xx.xx.1993-cü il tarixindən X5 və Dəyərləndirilməsi Ekspedisiyasına geofizik vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.1995-ci il tarixli 74-ə saylı əmrə əsasən öz xahişi ilə (köçürmə yolu ilə) işdən azad olunmuşdur. İşə qəbul olma: xx.xx.1995-ci il tarixli 32-k saylı əmrə əsasən “Azərneftgeofizika" trestindən köçürmə yolu ilə X15 kəşfiyyat İdarəsinin (indiki X12 İstehsalat Bölümü) Naviqasiya mühəndis geodeziya partiyasında 9cu dərəcəli geofizik vəzifəsinə işə qəbul olunmuşdur. İşdən azad olma: xx.xx.1997-ci il tarixli 57-k saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci madddəsinə əsasən öz xahiş ilə işdən azad olnmuşdur. Cəmi iş stajı: xx.xx.1987-cı tarixdən - xx.xx.1997-ci il tarixinə qədər 10 il 11 gündür. Cəmi güzəştli iş stajı: xx.xx.1987cı il tarixindən xx.xx.1988-ci il tarixinə qədər 3 ay, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinə qədər 2 il 4 ay 20 gündür. Cəmi: 2 il 7 ay 20 gün. İddiaçı işlədiyi karotajçı perforatorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 1 №-li Siyahısı siyahısfnda olan 10100000 Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması bəndinin 1010100q-12714 yarımbəndində göstərilmiş karotajçılar peşəsi ilə eyni əmək funksiyalarını yerinə yetirmişdir. Onun çalışdığı geofizik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hü ququ verən istehsalatların işlərin, peşələrin və göstəricilərin 2 №-li Siyahısında olan 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndinin 1100000b Rəhbərlər və mütəxəssislər yarımbəndinin 17541 - quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları kodunda göstərilmişdir.

8. İddiaçı cavabdehə müraciət edərək ona 52 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

9. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının 25 il ümumi stajının olmaması səbəbi ilə güzəştli şərtlərlə y aşa görə pensiya təyin edilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan isə ilə məhkəməyə müraciət edərək, 52 yaşının tamam olduğu 14.02.201-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, ümumi əmək stajı 39 il 27 gün olmaqla, 31 il 05 gününü dənizdə geofizik vəzifələrində işləmişdir. Belə ki, xx.xx.1990-xx.xx.1995-ci illlərdə Dənizdə Neft və X4 geofizik (4 il 8 ay 25 gün), xx.xx.1995-xx.xx.1997-ci illərdə X16Kəşfiyyat İdarəsində naviqasiya mühəndisi, geofizik (2 il 04 ay 14 gün), xx.xx.1997xx.xx.2007-ci illərdə "xxxx" MMC-də m ühəndis-geofizik (9 il 11 ay), xx.xx.2007-xx.xx.2014cü illərdə "xxxx" LTD (Caspian) Şirkətində geofizik (7il 2 ay 14 gün), xx.xx.2014xx.xx.2021-ci illərdə (8 il) "xxxx" MMC-də geofizik vəzifəsində işləmişdir. Beləliklə də neft sənayesində “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq, işləməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən 30 (otuz) ildən yuxarı iş stajı toplamışdır (32 il 02 ay 23 gün). Bununla baglı cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının 21 aprel 2021-ciil tarixdə daxil olmuş həmin müraciətinə xx.xx.2021-ci il tarixli cavab məktubu ilə onun 25 il ümumi stajının olmaması əsası ilə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinin mümkün olmadığı bildirilərək, imtina cavabı vermişdir.

12. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajının təsdiq edilməsinə dair "xxxx" MMC-nin arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahısında göstərilən müvafiq vəzifəyə və koda istinad edilmədiyindən onun xx. xx.2006-cı il tarixədək qanunla tələb edilən 10 il güzəştli iş stajı mövcud deyildir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3560/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva ) iddia təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsi ni zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur.

15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(105)-269/2023 nömrəli qərarı ilə (sədrlik edən – C.A.Yusifov, hakimlər – P.A.Hüseynov və Ş.A.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3560/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

17. Məhkəm ə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 18.Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-269/2023 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin əsasını imtina məktubunda qeyd olunanlar, işin halları, iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin dəlilləri təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı təqdim edilmiş etiraza əsasən iddiaçı şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tar ixli, 2-1(105)-269/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçil ər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə 67. hərbi xidmət dövrü, ali və orta ixtisas, texniki peşə məktəbində təhsil müddəti iş sajına daxil edilir.

24. Azərbaycan Respublikasının Əmək Məcəllə si Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 26. “İnzibati icraat haqqında” Qanun Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

27. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsind ə şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərç ivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmə mişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razı laşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

36. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 52 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini tələb edir.İddiaçının 52 yaşına çatması və 30 (32 il 02 ay 23 gün) ildən artıq ümumi iş stajının mövcud olması işin mübahisəsiz halıdır.

37. İddiaçının yuxarıda qeyd edilən əsaslarla (52 yaşına ç atması, 32 il 02 ay 23 gün ) ona pensiya təyin edilməsinə dair cavabdeh inzibati orqana müraciətinin təmin edilməməsinin yeganə əsası iddiaçının güzəştli iş stajının təsdiq edilməsinə dair "xxxx" MMC-nin arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahısında göstərilən müvafiq vəzifəyə və koda istinad edilməməsidir.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilə r - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən "xxxx" bəndi üzrə 52 yaş təşkil etmişdir).

39. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı iş lərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısının “11000000 “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində: -1100000b “Rəhbərlər və mütəxəssislər bəndinin 1100000b—17541 kodunda “Quyularda geofiziki tədqiqatlar aparan mədəngeofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” - güzəştli pensiya hüququ verən xüsusilə zərərli və təhlükəli əmək şəraitinə aid peşələr sırasına daxil edilmişdir.

40. İddiaçının qeyd olunan əmək fəaliyyətindən gör ündüyü kimi, o, xx.xx.1995xx.xx.1997-ci illərdə (2 il 11 ay 6 gün) X15 kəşfiyyat İdarəsinin Naviqasiya mühəndis geodeziya partiyasında 9-cu dərəcəli geofizik, xx.xx.1997-xx.xx.2005:-ci illərdə isə (8 il 5 ay) "xxxx" MMC-də mühəndis-geofizik ümumilikdə, 11 il 4 ay 6 gün, yəni 10 ildən də çox dənizdə geofizik və mühəndis-geofizik kimi rəhbər vəzifələrdə çalışmışdır.

41. İddiaçının çalışdığı həmin vəzifələrin güzəştli pensiya hüququ verən peşələrə aid olduğu işin hallarında sadalanan güzəştli arayışlarla da təsdiq olunur.

42. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş SFLLC-22-0048 nömrəli 14 iyul 2022-ci il tarixli güzəştli arayışından görünür ki, iddiaçı xx.xx.1990xx.xx.1995-də (4 il 7 ay 25 gün) Dənizdə Neft və Qaz çıxarma İB-də xx.xx.1995xx.xx.1997-də X15-kəşfiyyat idarəsi ndə naviqasiya mühəndisi və geofizik, 01.08..1997xx.xx.2007-ci illərdə isə Azəri-Furqo” MMC-də geofizik kimi işlədiyi vəzifələr 1 N-li Siyahıda “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində 1100000b-17541 kodunda nəzərdə tutulmuşdur (i.v.37)

43. Bundan əlavə, xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçının xx.xx.1987cı il tarixindən xx.xx.1988-ci il tarixinə qədər 3 ay, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinə qədər 2 il 4 ay 20 gün, cəmi: 2 il 7 ay 20 gün işlədiyi karotajçı perforatorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 1 №- li Siyahısı siyahısfnda olan 10100000 Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması” bəndinin 1010100q—12714 yarımbəndində göstərilmiş karotajçılar peşəsi ilə onun çalışdığı geofizik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahıdaolan 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndinin 1100000b Rəhbərlər və mütəxəssislər yarımbəndinin 1100000b -17541 - quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki parti yaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” kodu ilə eynilik təşkil edir.

44. Beləliklə də iddiaçının 1 nömərəli Siyahı üzrə dənizdə neft və qaz çıxarma sahəsində təkcə geofizik kimi 2006-cı ilə qədər mövcud olan güzəştli iş stajı 10 ildən də çoxdur. Belə olan halda, onun 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "xxxx" bəndinin tələbi baxımından onun 52 yaşından, yəni, xx.xx.2017-ci il tarixində yaşa görə güzəştli şərtlərlə əmək pensiya hüququ yaranmış olur (ASAN 1 xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ******** No-li şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1965-ci il tarixdə doğulmuşdur.)

45. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.

46. Kollegiya qeyd edir ki, Əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən « Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

47. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegi yası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 21(103)-269/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar