Məhkəmə qərarları › İş №2-1(102)-1123/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1123/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1123/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1123/19 Bakı şəhəri 24 aprel 2019-cu il 24.04.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2un və vəkili Vəkil1un iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 2-1(10 3)-2672/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-ci ilin dekabr ayında xidmətdə olduğu Müdafiə Nazirliyinin X saylı Taborunun Komandanlığı tərəfindən təltif olunmağı barəsində verilən təqdimata əsasən onun təltif olunmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsinin əvəzinə Nazirliyin özünün göstərilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 01 iyun 2017-ci il tarixli, 2(011)-678/2017 saylı iş üzrə qətnaməsindən göründüyü kimi, o, 1991-ci ildən başlayaraq, həm Milli Ordu quruculuğunda iştirak etmiş, həm də Zəngilan rayonunda torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərdə və X saylı taborun yaradılmasında iştirak etmiş, ordu quruculuğunda fəal hərbçi kimi iştirak etməklə bərabər, ona maddi dəstək göstərmiş, yeni yaradılmış hərbi hissənin hərbi texnika ilə təmin olunmasında müstəsna xidmətləri olmuşdur. Bütün bunlar nəzərə alaraq, hərbi hissənin komandanlığı 1992-ci ilin dekabr ayında onun “Dövlət təltifi” ilə mükafatland ırılması barədə cavabdehə “təqdimat” göndərmişdir. Məhkəmə qətnaməsi ilə də sübut olunmuşdur ki, onun təltif olunması barədə hərbi hissə komandiri tərəfindən cavabdehə təqdimat verilmişdir. Hesab edir ki, qanuni qüvvədə olan məhkəmə aktı ilə onun pozulmuş hüquqların bərpasının faktiki halları müəyyənləşdirilmişdir. Buna görə də cavabdehin üzərinə düşən vəzifə məhkəmə tərəfindən müəyyənləşdirilən faktın rəsmiləşdirilməsidir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2-1(82)1561/2018 saylı qərarı (hakim Rüstəm Kərimli) ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının sabiq hərbi qulluqçu kimi təltif olunması məsələsi cavabdehin mülahizəsindən, yəni qiymətləndir məsindən asılı olan haldır və belə təltifin verilməsinə həmin qurumun məcbur edilməsi yolverilən hal olmadığından, sonuncunun imtinası qanunazidd hal kimi qiymətləndirilə bilməz. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 2-1(103)-2672/2018 saylı qərarı ilə (sədrlik edən hakim Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki, inzibati orqanın diskr esion səlahiyyətlər əsasında hərəkət edərkən qəbul etdiyi hər hansı inzibati akt maraqlı şəxsin qanunla qorunan hüquqlarını pozursa və ya maraqlarına ziddirsə, həmin inzibati akt qanunla müəyyən edilən qaydada məhkəmədə mübahisələndirilə bilər, əks halda bu maraqlı şəxslərin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 73, 74,“İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 14, Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1, 2, 164, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya ş ikayəti verərək, onun ləğv edilməsi və inzibati işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində göstərdiyi halları sadalamış, əlavə olaraq bildirmişdir ki, apellyasiya məhkəməsində işə baxılarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 iyun 2017-ci il tarixli, 2(011)-678/2017 saylı qətnaməsinə hüquqi qiymət verilməmiş, qərarda istinad olunan maddi və prosessual normaların mübahisə ilə nə dərəcədə əlaqəli olması göstərilməmişdir. Daha bir dəlillə bildirilmişdir ki, X saylı Taborunun Komandanlığı tərəfindən təltif olunmağı barəsində veri lən təqdimata əsasən onun təltif olunması məsələsinin cavabdehin diskresion səlahiyyəti kimi qəbul edilməsi əsassızdır. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 129, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.1, 24.2,24.3, 28.1.1, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1, 2-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərin ə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə müraciət etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verilib-verilmədiyinin mübahisə olunmadığı, lakin iddianın mümkünlük məsələsinin yoxlanılması bütün instansiya məhkəmələrin səlahiyyətinə aid olduğu üçün məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddələrin mənasına görə, iddiaçının məqsədi onun arzuladığı inzibati aktın qəbul edilməsi üçün cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulmasından ibarətdir. Cavabdehin isə öhdəliyi inzibati orqanın publik hüquqda müəyyən edilmiş qaydadan irəli gəlməlidir. Yəni, iddiaçının xahiş etdiyi hərəkətin edilməsi (inzibati aktın qəbul edilməsi) bilavasitə inzibati orqanın fəaliyyətinə aid olmalıdır və müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməlidir. Həmin hüquqda inzibati orqanın inzibati aktın qəbul edilməsi barədə məcburi olan göstərişi əks olunmalıdır. Bu müddəaların tələblərinə cavab verməyən iddia isə mümkün hesab edilməməlidir. İddia tələb ində iddiaçı onun təltif olunmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etməlidir. Yəni iddiaçı hesab etmişdir ki, onun təltif edilməsi barədə inzibati orqanın məcburi olan öhdəliyi mövcuddur. İnzibati orqanın belə öhdəliyin olub-olmamasının müəyyən edilməsi üçün qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X1”: - 20-ci bəndinə əsasən, komandir (rəis) hiss edirsə ki, ona verilən hüquqlar tabeliyində olan hərbi qulluqçunu həvəsləndirmək üçün kifayət deyil, o, özündən böyük rəisin səlahiyyəti ilə hərbi qulluqçunu həvəsləndirmək barədə vəsatət qaldıra bilər; - 21-ci bəndinə əsasən, alay (briqada) komandirləri, onlara bərabər və böyük komandirlər, əlahiddə tabor (3-cü dərəcəli gəmilər divizionu) komandirləri, həmçinin bu Nizamnamənin 12-ci maddəsinə əsasən müvafiq tabor (3-cü dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətlərinə malik olan əlahiddə hissə komandirləri (rəisləri) öz tabeliklərində olan hərbi qulluqçuları hərbi borcu yerinə yetirərkən, göstərdikləri igidlik və rəşadətə, əla döyüş hazırlığı göstəricilərinə, yeni mürəkkəb texnikanı əla mənimsədiklərinə, qoşun hissələrinə nümunəvi rəhbərlik etdiklərinə, həmçinin Azərbaycan dövləti və Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısındakı görkəmli xidmətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Müdafiə nazirinin 17 may 2004-cü il tarixli, 223 saylı əmri ilə təsd iq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında “ Təlimatın: - 7-cı maddəsinə əsasən, Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur; - 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı X1 21-ci maddəsinə əsasən öz tabeliyində olan hərbi qulluqçuları bu Əsasnamənin 3-cü m addəsində göstərilmiş xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququ alay (briqada) komandirlərinə, onlara bərabər və böyük komandirlərə, əlahiddə tabor (İİİ dərəcəli gəmilər divizionu) komandirlərinə, həmçinin tabor (İİİ dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətlərinə malik olan əlahiddə hissə komandirlərinə (rəislərinə) verilir; - 22-ci maddəyə əsasən, hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimatların birinci və ikinci nüsxələri birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndəri lir. Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə daxil olmuş təltif sənədləri Müdafiə nazirinin əmri ilə yaradılmış təltif komissiyasına təqdim edilir. Təltif komissiyasında baxılaraq haqqında müsbət qərar qəbul edilmiş təltif sənədləri qərar qəbul olunması üçün Azərbaycan Respublikası Müdafiə nazirinə məruzə olunur; - 23-cü maddəsinə əsasən, haqqında müsbət qərar qəbul edilmiş təqdimatlar əsasında Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsində Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının Azərbaycan Respublikasının orden və medalları ilə (təltif səlahiyyəti Azərbaycan Respublikası Müdafiə nazirinə verilmiş medallardan başqa) təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Azərbaycan Respu blikasının “Hərbi xidmətdə fərqlənməyə görə”, “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı”, “Qüsursuz xidmətə görə” medalları (o cümlədən yubiley medalları) ilə təltif olunmaq üçün daxil olmuş təqdimatlar əsasında Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsində həmin medallarla təltif olunma barədə Azərbaycan Respublikası Müdafiə nazirinin əmr layihəsi hazırlanır. Müddəların məzmunundan göründüyü kimi, hərbi qulluqçiların təltif edilməsi barədə təqdimatların verilməsi səlahiyyəti məhdud şəxslərin dairəsinə aid edilmişdir. Həmin şəxslərin təqdimatı hərbi hissənin rəislərinin rəyi ilə daha sonra digər rəylərin alınması üçün Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarına, Müdafiə Nazirliyinin idarə, müs təqil şöbə və xidmətlərinin rəislərinə göndərilməlidir. Müsbət rəylər verildiyi halda, növbəti mərhələdə həmin sənədlər xüsusi yaradılmış təltif komissiyasına baxılmaq üçün təqdim edilir. Komissiya tərəfindən müsbət rəy qəbul olunduqda, qərar qəbul edilmək üçün Azərbaycan Respublikası Müdafiə nazirinə məruzə edilir. Orden və medallar ilə təltif olunması barədə sonuncu mərhələ olaraq Azərbaycan Respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Təltif səlahiyyəti Azərbaycan Respublikası Müdafiə nazirinə verilmiş medallarla bağlı isə nazirin əmr layihəsi hazırlanır. Beləliklə də, qanunvericiliyin təhlilin nəticəsinə görə, hərbi qulluqçunun orden və medallarla təltif edilməsi yalnız təqdimatın verilməsi ilə nəticələnmir və digər qurumların və komissiyanın, habelə Azərb aycan Respublikası Müdafiə nazirinin qiymətləndirilməsindən asılıdır və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid edilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə ilə qismən razılaşaraq hesab edir ki, məsələnin həlli inzibati orqanın diskresion səlahiyyətinə aid olması ilə yanaşı müvafiq prosedur qaydalarına riayət edilməsini də nəzərdə tutur ki, iddiaçıya münasibətdə bu qaydaların yerinə yetirilməsi müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçıya cavab məktubunda iddiaçının təltif edilməsindən imtina edilməsi barədə bildirməmiş, onun təltif edilməsi barədə təqdimatın, yuxarı qərargahlarda müsbət baxılmış rəylərin olmaması əsası ilə komissiyada məsələyə baxılmadığını göstərmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi ola raq məhkəmə kolelgiyası hesab edir ki, iddiaçı tərəfindən məcburetmə haqqında iddianın qaldırılması üçün inzibati orqanın öhdəliyinin diskresion səlahiyyətlər çərçivəsində qanunla müəyyən olunmuş hüdudlar daxilində həyata keçirilib-keçirilməməsinin yoxlanılmasından əvvəl müvafiq prossedur qaydalarına (təqdimatın verilməsi, rəylərin toplanması, komissiyada baxılması və s.) əməl edilməsi zəruri olmuşdur ki, onlara riayət edilməmişdir. Bu halda isə iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir. Çünki inzibati orqanın publik hüquqdan irəli gələn öhdəliyinin icra edilməsindən əvvəl həmin hüquqda digər zəruri olan hərəkətlərin həyata keçirilməsi müəyyən edilmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia t ələbi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayəti qərarın ləğv olunması üçün əsasdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 2-1(103)-2672/2018 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 1992-ci ilin dekabr ayında xidmətdə olduğu Müdafiə Nazirliyinin X saylı Taborunun Komandanlığı tərəfindən təltif olunmağı barəsində verilən təqdimata əsasən onun təltif olunmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar