Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1123/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Qubadlı rayon şöbəsinə qarşı müavinətin verilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli 21(105)-113/202 0 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DSMF-nin Qubadlı rayon şöbəsinə qarşı “Sosial müavinətlər haqqında” Qanun qüvvəyə mindiyi gündən iddiaçıya müharibə veteranlarına verilən müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci ildə anadan olmuş, Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə peşəkar hərbçi kimi döyüşmüş, ona xx xxxx 2019-cu ildə 085925 saylı “Müharibə veteranı” vəsiqəsi v erilmişdir. İlk gündən döyüşən orduda xidmət etsə də, “Müharibə veteranı" vəsiqəsi veriləndən sonra ona müavinət ödənilməyə başlamışdır. Buna görə də ona xx.xx.1994-cü ildən “Müharibə veteranı” adı və vəsiqəsi verildiyi tarixdən müavinət ödənilməsi xahişi ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli **********0 saylı məktubu ilə müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(085)-1690/2019 nömrəli (sədrlik edən hakim Z.Pirverdiyev) qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx xxxx 2016-cı il tarixdən xx xxxx 2019-cu il tarixədək olan dövr üçün müharibə veteranlarına verilən müavinətin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu nun Qubadlı rayon şöbəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(105)-113/2020 nömrəli (hakimlər H.Babayeva - sədrlik edən və məruzəçi, F.Zeynallı və Z.Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin təmin olunmaması qənaətinə gələrkən hazırkı mübahisəyə əsassız olaraq birinci instansiya məhkəməsinin də iddianı təmin edərkən istinad etdiyi "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsini tətbiq etmişdir. İşə baxan məhkəmənin adı çəkilən Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan "ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə" müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət etməsi, hesab edir ki, sözügedən maddi hüquq normasının səhv təfsir və tətbiq edilməsinin nəticəs idir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüquqununu yarandığı günlə şərtləndirmişdir. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Əgər müvafiq vəsiqənin verilməsi tarixi ilə müavinət almaq barədə müraciətin edilməsi tarixi arasında üç il və ya daha çox zaman kəsiyi olarsa, yalnız bu halda "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsində təsbit edilən "ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilm əklə" qeyd-şərtinə əsasən müraciətdən əvvəlki üç ilə görə müavinət ödənilməsi tələb edilə bilər. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-113/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbulnedilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, i ş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsi xx.xx.2020-ci il tarixliqərarı ləğv edilməli, iddia tələbi r ədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlam alıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, 2-1(105)-113/2020 saylı qərarla, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)1690/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3, 7-ci maddələrinə, “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1, 9.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarına əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarla və cavabdeh tərəfindən həmin qərardan verilmiş kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə id diaçının iddiasında irəli sürdüyü iddia tələbini xatırlatmağı zəruri hesab edir. Məlum olduğu kimi, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1994-cü il tarixdən “Müharibə veteranı” adı və vəsiqəsi verildiyi tarixdən müavinətin ödənilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti xx xxxx 2005-ci il tarixli 257 saylı fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alınmışdır. Məlumat üçün bildiriri k ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxx 2006-cı il tarixli 11/27-12 saylı və xx xxxxxx 2007-ci il tarixli 11/27-10 saylı təlimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında «əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Güc strukturları (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və s.) tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Müharibə veteranlarına müavinət həmin komissiyanın qərarı ilə müharibə veteranı adı və ya müharibə veteranı vəsiqəsi verildiyi tarixdən təyin edilib ödənilməlidir. İşin təkzib olunmaz halıdır ki, iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmişdir. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, «xx xxxx 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (xx xxx 1995-ci il tarixli 1029 nömrəli, xx xxxx 1995-ci il tarixli 1067 nömrəli və xx xxxxxx 2001-ci ıl tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir «İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddənin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir». Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx xxxx 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarınd a iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabınetının xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veter anlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir». Beləliklə, yuxarıda artıq qeyd olunduğu kimi iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx xxxx 2019-cu il tarixindən verilmiş, Azərbaycan Respublikası Prezidentinin məlum 641 saylı Fərmanı isə xx xxxxx 2019-cu il tarixdə qəbul edilmişdir və həmin fərmanla 2019-cu ilin aprelin 1-dən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətlərin əvəzinə, Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir, başqa sözlə, iddiaçı müharibə veteranı vəsiqəsi xx xxxx 2019-cu il tarixdə, yəni, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərman ından sonra aldığı üçün iddiaçı xx xxxx 2019-cu il tarixindən sonra 80 manat məbləğində təqaüd almalı, əvvəlki 3 il üçün isə qeyd edilən sosial müavinətlərin tələb edilməsi qanuna uyğun deyildir. Lakin apelyasiya instansiyası məhkəməsi bunları nəzərə almayaraq, maddi hüquq normaları düzgün tətbiq etməməklə iş üzrə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçının hazırkı iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilsin. Su mqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-113/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçının iddia tələbi rədd edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1123/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1123/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver